Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə36/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   32   33   34   35   36   37   38   39   ...   159

153

N A D İ R   Ş A H   Ə F Ş A R

O biri elçi də qoca həmkarının sözünə güc verdi:

–  İsrayıl Ori fırıldaqçı, məkrli adam idi. Özünü 

qədim erməni çarlarına uzaqdan-uzağa qohum kimi 

qələmə verərək, İsfahanda əcnəbi səfirlərin malik ol-

duğu güzəştlərdən sui-istifadə edib, böyük sərvət 

top lamışdı. Bu sərvəti toplamaqda onun əsas məqsədi 

müsəlmanların sığınacaq verdiyi erməniləri silah-

sursatla təmin etmək idi... 

– Onlar yaxşı bilir ki, arxalı köpək qurd basar. 

Amma Əlahəzrət də bilsin ki, bizlərdə başqa bir de-

yim də var: ərəbin,  əcəmin, rumun torpağında söz 

haqqı türklərə məxsusdur. Onların qılıncının qorxusu 

bütün islam düşmənlərinin ürəyində möhkəmcə ya-

şayır... 

I Pyotr bir anlıq fikrə daldı, sonra üzünü elçilərə 

tutub dedi:

– Məncə, sizin də bizim də Səfəvi taxtı-tacını qo-

rumaq məramımızla yanaşı, nizamsızlığın baş alıb 

getdiyi bu ölkədə öz maraqlarımız da var. Çünki öz 

şahlığının tanınması və əfqan əsarətindən nicatı üçün 

Təhmasib Mirzənin Osmanlı sarayından da kömək 

umduğunu bilirəm. Ona görə sultana çatdırın ki, qo-

şunlarımızın mövcud olduğu vilayətlərdə  qərar tu-

tub, asayişi bərpa etmək məqsədilə öz üsuli-idarəmizi 

yaradaq...

* * *


Danışıqların getdiyi bu vədələrdə Osmanlı dövlə-

ti də dinc-farağat dayanmamışdı. Səfəvi səltənətinin 

qədim ərazisi sayılan İrəvanı, Tiflisi, Şirvanı və başqa 



154

S O N U N C U   FAT E H

yerləri tutub, Təbrizə qoşun göndərmişdi. Sədr-əzəm 

Damad  İbrahim paşa vasitəsilə  Təhmasib Mirzənin 

Rzaqulu Mirzə adlı elçisinə də bildirilmişdi ki, Tiflis lə 

Azərbaycanı Osmanlı  səltənətinə verməyə razı olsa, 

həm onu şah kimi tanıyacaq, həm də ona hərbi yar-

dım edəcək. Elçi də – onun belə bir şərtlə razılaşmağa 

səlahiyyəti olmadığını ərz edib geri qayıtmışdı.. 

Osmanlı dövləti bütün diqqətini Rusiyaya qarşı 

yönəltmişdi.

Xüsusilə Bakının ruslar tərəfindən zəbt olunma-

sı İstanbul sarayını çox qəzəbləndirmişdi. Bu, bir tə   -

rəfdən osmanlıların Xəzərə  çıxışının önünə  sədd 

çə      kirdisə, digər tərəfdən I Pyotrun Bakı neftini və 

Azər baycanın digər sərvətlərini  ələ keçirməsi onu 

daha da gücləndirirdi. İstanbul sarayında deyilənlərə 

görə, rus hərbçilərinin aylıq məvacibi belə neftlə 

ödənilirdi. Qara neftin satışından əldə edilən qızıl və 

bütün pullar isə Rusiyanın xəzinəsinə göndərilirdi. 

Fransanın  İstanbuldakı  səfiri Markiz de Bonak 

Osmanlı dövlətini Rusiya kimi qüdrətli dövlətlə mü-

haribədən çəkindirmək üçün əlindən gələni edirdi. 

Nəhayət, uzun müzakirələrdən sonra hicri 1137-ci 

ilin yayında

1

 İstanbulda Rusiya ilə Osmanlı dövlətləri 



arasında müqavilə bağlandı. Müqaviləyə görə Asta-

rabad, Mazandaran, Gilan, Bakı, Salyan, Dərbənd rus 

dövlətinə,  Şirvanın qalan hissəsi,  İrəvan, Tiflis Os-

manlı dövlətinə çatdı. Şamaxı ilə Bakı arasında sərhəd 

1

 27 iyun 1724-cü il. A. Bakıxanovun «Gülüstani-İrəm»  əsərində bu 



müqavilənin 1725-ci ilin iyun ayının 27-də imzalandığı bildirilir. İngi-

lis tarixçisi Lourens Lokkart isə «Nadir şah» kitabında düzgün olaraq 

həmin müqavilənin 24 iyun 1724-cü ildə bağlandığını qeyd edir.



155

N A D İ R   Ş A H   Ə F Ş A R

məntəqələri təyin olundu. Tərəflər Fransanın vasitəçi 

kimi iştirakı ilə  sərhəd xəttinin dədiqləşdirilməsinə 

razılıq verdilər... Hər iki dövlət öhdəsinə onu da götü-

rürdü ki, Səfəvi taxtını zəbt etmiş əfqanla – Mir Mah-

mudla heç bir sülh danışıqları aparmayacaq, onunla 

əlaqədən imtina edəcəklər. Müqaviləyə əsasən rusla-

rın düşməni Hacı Davud Osmanlı himayəsinə keçən 

Şirvan xanlığının hakimi kimi tanınırdı.



BÖYÜK BİRLİYƏ GEDƏN YOL

N

adir bəy Xorasan hüdudundakı əhalinin əf-



qanların zülmünə qarşı olan etirazını bir 

məc raya  yönəltmək məqsədilə  ətrafına vətənpərvər 

gəncləri yığıb, nizami ordu yaratmağa çalışırdı. Bu-

nun üçün döyüşçüləri lazımi şəkildə təmin etmək la-

zım idi. Onun şücaəti barədə söhbətlər getdikcə xalq 

arasında rəvayətə çevrilirdi. 

Həmin günlərdə  Təhmasib xan Vəkilin

1

 başçılıq 



etdiyi Cəlairlər tayfası da gəlib Nadir bəyə qoşuldu. 

Nadir bəy də bu sadiq dəstələrin sayəsində daha 

mükəmməl ordu yaratmaq arzusunu həyata keşirməyə 

başladı. O, müharibədə qazanılan hər bir qələbənin 

arxasında gərgin təlimlərin dayandığını yaxşı bilirdi. 

Amma var gücü ilə çalışmasına tale imkan vermirdi – 

onu dönə-dönə ağır sınaqlara çəkirdi… 

Rzaqulu dünyaya göz açandan bir neçə il son-

ra arvadı vəfat etdi. Nadir bəy Baba Əli bəyin ikinci 

Təhmasib xan Cəlair.




156

S O N U N C U   FAT E H

qızı – Gövhər Şadla evləndi,ondan da iki oğlu – Mur-

tuzaqulu və  İmamqulu dünyaya gəldi. Hicri 1137-ci 

ildə

1

 Baba Əli bəy Heratda əfqan tayfasının qiyamı-



nı yatırarkən həlak oldu. Onun ölümündən sonra 

bü tün  sərvəti və  tərəfdarları  vəsiyyətinə görə Nadir 

bəy  Əfşarın ixtiyarına keçmişdi. Amma yerli əhali 

Əbivərdin hakimliyini Baba Əli bəyin Qurbanəli 

bəy adlı qardaşına həvalə etdi. O, camaat arasında çox 

yaxşı, həm də  ağıllı adam kimi tanınırdı. Qurbanəli 

bəy də qardaşı kimi hakimlik işlərini Nadir bəyə eti-

bar edirdi. Onunla məsləhətləşməmiş bir iş gör məz-

di. Hələ qardaşı Baba Əli bəyin sağlığında o, Nadir 

bəyin cəsur və bacarıqlı sərkərdə olduğuna şahid ol-

muşdu. Buna görə onun gücündən Əbivərddə asayişi 

qorumaq üçün istifadə edirdi.

Bir dəfə qonşu Nəsa oymağından xeyli adam 

Qur banəli bəyin hüzuruna gəldi. Ona Təkə türkmən 

tayfasından  şikayət etdilər. Səltənətdə  hərc-mərclik 

başlayandan bu Təkə türkmən tayfası onların üzərinə 

hücum edir, var-yoxlarını talan edirdi. Qurbanəli bəy 

əfşar tayfasının əyanlarını çağırıb məsləhət-məşvərət 

etdi. 

– Qoy bu şikayətçilərin dərdinə Nadir bəy əncam 



çəksin!

– Mən də belə düşünürəm, bu ağır vəziyyətə düş-

müş insanlara yalnız Nadir bəy kömək edə bilər, – 

deyə Qurbanəli bəy üzünü Nadir bəyə tutdu, – Təkə 

türkmənlərinə necə  dərs vermək gərək olduğunu 

özün bilirsən. Görünür, Nəsa başbilənləri onların 

1

 Miladi 1724-cü il.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə