Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə37/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   33   34   35   36   37   38   39   40   ...   159

157

N A D İ R   Ş A H   Ə F Ş A R




158

S O N U N C U   FAT E H

öhdəsindən gələ bilmirlər. Ata-babalarımız belə yerdə 

deyiblər ki, yağıya fürsət verən, kəmfürsət olar.

Elə o gün əfşarlardan ibarət beş yüz nəfərlik silah-

lı dəstə ilə Nadir bəy Nəsaya yollandı. Yolu ata yurdu 

Dərəgözdən keçdi. Burada dayanıb atasının məzarını 

ziyarət etdi. Onun ruhuna dua oxuyub, sonra Təkə 

türkmənlərinin üzərinə yürüşə davam etdi. Onların 

çadır qurub, təzə məskən saldığı yerə bir-iki fərsəng 

qalmış irəliyə iki cavan atlı göndərdi:

– Onların sayını öyrənin! Kənardan baxıb, yax -

şı-yaxşı müşahidə edin, nə  iş görürlər, arvad-uşaq-

larından tutmuş, atlarına, qatırlarına,  əsas yük hey-

vanı  dəvələrinəcən hesablayın. Yubanmayın, gün 

bat mamış sizdən yerli-yataqlı xəbər gözləyirəm...

Əfşarlar bir fərsənglik yol qət edənəcən gizlin tap-

şırıq üçün gedən atlılar qayıdıb gəldilər. Nadir bəyə 

səhrada qurduqları alaçıqlarda yaşayan türkmənlərin 

beş yüz ailədən ibarət olduğu, mal-qarası, at ilxısı, 

dəvə sürüsü barədə gərəkli xəbərləri söylədilər.

– Kəlbəli bəy, yüz əlli nəfər adamı sənin tabeliyinə 

verirəm, üç yüz əlli nəfər də mənimlə hücuma hazır 

olsun! – dedi Nadir bəy. 

İki dəstəyə ayrılmış əfşarlar hücuma keçib, türk-

mənlərə göz açmağa fürsət vermədilər. Müqavi mət 

göstərənləri qırıb-çatdılar, sağ qalanlarını əsir aldılar. 

Nadir bəy türkmənlərin Nəsa oymağından əsir götür-

düyü adamları azad etdi. Onların arasından bir nəfəri 

seçib başçı təyin etdi:

– Bu Təkə  əsirlərini özünüzlə aparın. Ola bilsin 

sizin Nəsadan başqa yerlərdə olan əsirləriniz var. 




159

N A D İ R   Ş A H   Ə F Ş A R

Bunları o zaman həmin  əsirlərlə  dəyişərsiniz. Son-

ra Nadir bəy daha bir uğurlu qələbə ilə  Dərəgözə, 

oradan da Əbivərdə döndü. Nadir bəyin türkmənlər 

üzərindəki növbəti qələbəsi onun nüfuzunu həm 

Əbivərd camaatının, həm də Qurbanəli bəyin yanın-

da xeyli artırdı. Amma çox çəkmədi ki, Qurbanəli 

bəy ağır xəstələndi və uzun sürməyən xəstəlikdən də 

dünyasını  dəyışdi. Onu dəfn edəndən sonra kimin 

Əbivərd hakimi olacağı sualı  çıxdı. Hamı da yaxşı 

bilirdi ki, istər Baba Əli bəyin, istərsə də Qurbanəli 

bəyin hakimliyi dövründə əyalətin mühafizəsi ilə ya-

naşı bütün işlərini Nadir bəy aparır. Əgər Qurbanəli 

bəyin Əbivərd hakimi olmasına Baba Əli bəylə qan 

qohumluğu səbəb olmuşdusa, Nadir bəyin Qurbanəli 

bəyə qan qohumluğu çatmadığını bəhanə gətirib, bu 

işi ona həvalə etməyi məsləhət bilməyən əyanlar da 

vardı. Bu cür xırda-para tayfa ixtilafları ucbatından 

Əbivərd  əfşarları yekdil qərara gələ bilmədilər. Qı-

lınc xanla İmamqulu  Əmir Nadir bəydən küsmək 

üçün bir bəhanə tapıb, Kəlat qalasından da, Nadir 

bəydən də gen gəzib-dolanırdılar. Hətta Məşhədə 

gedib Məlik Mahmuda Nadir bəydən çoxlu-çoxlu 

şikayət də etmişdilər.

–  Əbivərddəki bütün didişmələrin günahkarı 

məhz Nadir bəydir...

– Bütün fəsadlar ondan törəyir, ya Məlik həzrət-

ləri.

– O ilxıçı  oğlu sizə tabe olmaq istəmir, qoşun 



yaradıb, Xorasanı öz nəzarəti altına almaq keçir 

könlündən.




160

S O N U N C U   FAT E H

– Məlik həzrətləri biz gəlmişik ki, Əbivərddə sa-

kitlik olsun deyə ora bir əsilli-nəsilli adamı hakim 

təyin edəsiniz!

Elə onların bu şikayətləri üzündən Məlik Mah-

mud xidmətində olan qorçubaşı  Məhəmməd  Əmin 

bəyi Əbivərd hakimi təyin etdi.

Əfşar tayfasının əyanları bir-birinin üzünə baxdı.

– Görürəm ki, diliniz Nadir bəydən çox gileylidi. 

Yəqin mənim onu hakim vəzifəsinə təyin etməməyim 

sizi bir xeyli sakitləşdirəcək. Amma mən onun dö-

yüşkənliyi və  şücaəti haqqında çox eşitmişəm. Ona 

görə  də Nadir bəy  Əfşara  Əbivərdin eşikağası  və-

zifəsini həvalə etməyi düşünürəm. 

Sonra Məlik Mahmud təzə hakimə üzünü tutub dedi: 

– Məhəmməd  Əmin bəy, mənim adımdan  Əbi-

vərd hakimlərinin hüsn-rəğbətini qazanan Nadir bə  yə 

xələt ver və ona bildir ki, əgər bizə də sədaqətlə xid-

mət etsə, onun fədakarlığını bundan da yüksək qiy-

mətləndirəcəyəm.

Qılınc xanla İmamqulu əmir mat qalmışdılar. 

Məlik Mahmud gülümsünərək dedi:

– Görürəm, siz yenə nədənsə narazısız? Axı, deyirsiz 

ki, onun, az da olsa, qoşunu var. Belə olan halda Nadir bəy 

qoy bizim tərəfimizdən ona ehtiram göstərməyimizdən 

xatircəm olsun! Və yalnız bundan sonra onu tutub 

cəzalandırmaq asan işdir. Vəssəlam– şüttəmam... 

* * *

Nadir bəy həmin günlərdə çox narahat idi. Hətta 



qulağına çatan dedi-qodular onun cəngavərlik ru-


161

N A D İ R   Ş A H   Ə F Ş A R

hunu süstləşdirirdi.  Əfşar  əyanlarından bəziləri 

onun barəsində  şayiələr yayırdılar ki, o, sərvətini 

ələ keçirmək üçün öz qayınatasını aradan götürüb; 

guya, adamlarından birinə  əmr verib ki, əfqanların 

qiyamını yatırmağa gedən Baba Əli bəyi arxadan qı-

lınc zərbəsi ilə  qətlə yetirsin və  təqsiri qiyamçıların 

üstünə atsın... 

Bu cür söhbətlər Baba Əli bəyin oğlanlarını bir 

müddət ondan incik saldı. Sonradan onlar Nadir bəy 

Əfşarın qeyrətini görüb, araqarışdıranlara inanmadı-

lar. Eləcə də əfşarların əksəriyyəti yaxşı bilirdilər ki, 

bu cür söz-söhbətlər Nadir bəyi gözdən salmaqdan 

ötrüdür. Nadir bəy bu yersiz şayiələrin kim tərəfin -

dən yayıldığını doğru-dürüst bilməsə  də, nə vaxtsa 

onları tapıb bu boşboğazlıqlarına görə cəzalan dıra ca-

ğına zərrə  qədər də  şübhə etmirdi. Pis şayiələri  ən-

gəlləmək indiki halında ona yalnız xeyir gətirə bilərdi. 

Fikrə dalıb çox şeyləri götür-qoy etdi. Düşüncələri, 

səbri insanın belə vədələrdə içindən çolünə boylanan 

ən yaxşı bələdçi olur həmişə...

«Ən düzgün yol indi Məlik Mahmudun Əbivər-

də göndərdiyi təzə hakimi qarşılamaqdır», – deyə o, 

Məhəmməd Əmin bəyin pişvazına çıxmağa hazırlaş-

dı.


...Onlar birlikdə Əbivərdə daxil oldular. Təzə ha-

kim hamının gözü qarşısında Nadir bəyə Məlik Mah-

mudun göndərdiyi bir dəst xələti təqdim etdi və öz 

adından yaxşı bir ərəb atı hədiyyə verdi. 

Amma təzə hakimlə bu münasibətləri ondan Xora-

san hökmdarına şikayətə getmiş əyanların təfriqəçilik 




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə