Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə38/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   34   35   36   37   38   39   40   41   ...   159

162

S O N U N C U   FAT E H

əməllərinə zərrə qədər də əngəl ola bilmədi. Onlar Na-

dir bəyi  Əbivərd hakiminin gözündən salmaq üçün 

hər cür vasitələrə  əl atırdılar.  İş o yerə çatdı ki, təzə 

hakim öz eşikağası olan Nadir bəyi zorla yerə uzatdı-

rıb kötəkləmək əmri verdi.

Bu haqsız cəza Nadir bəyi çox qəzəbləndirdi. Bir 

neçə tayfa başçısı ilə arasındakı yersiz çəkişmələrin 

acı bağırsaq kimi uzandığından yalnız özünün deyil, 

bütün  əfşarların zərər görməsi Nadir bəyi  Əbivərdi 

tərk etmək məcburiyyətində qoymuşdu. 

Oturub günlərlə düşündükdən sonra ailəsini, 

var-dövlətini götürüb ətrafında olan əfşar, kürd, qa-

car tərəfdarları ilə birlikdə yenə Kəlata gəldi. Amma 

onu da düşünürdü ki, Əbivərddə qalanları başıpozuq 

tayfa başçılarının, Məhəmməd Əmin bəy kimi haqqı 

nahaqqa verən hakimin ümidinə buraxmaq olmazdı. 

Nadir bəyə  həmişə müxalif olan əfşar  əyanların-

dan iki nəfəri – Qılınc xan Papalı ilə İmamqulu Əmir 

Məşhədə gedib Məlik Mahmud ilə birləşmişdilər. Na-

dir bəyin bütün əfşarları bir araya gərirmək barədəki 

dəvətlərinə, cəhdlərinə  məhəl belə qoymadan paxıl-

lıqlarından əl çəkmirdilər...

* * *

Nadir bəy yazın  əvvəli Kəlat qalasına çəkilib, 



günlərlə xeyli fikirləşəndən sonra qəti qərara gəldi:

– Məlik Mahmudu aradan götürməli! O, Xo-

rasandakı tayfa başçılarını  ətrafına yığmaqla bizim 

bu ra larda  əl-qol açmağımıza  əngəl olacaq. Bu gün 

müqəddəs Məşhəd  şəhərini Məlik Mahmud kimi 



163

N A D İ R   Ş A H   Ə F Ş A R

özündən müştəbehdən geri alsaq, bu, sabah ölkənin 

torpaqlarını əfqan, rus, osmanlı qəsbkarlarının tapda-

ğından azad etməyimizə təkan verəcək…

Təhmasib xan soruşdu:

– Bunu etməyə qüvvəmiz yetərmi?

– Hə, xan, yetər!  Əbivərd hakimi məni cəza lan-

dırdığına görə çox peşman olub. Elə bu peşmançılı-

ğın nəticəsi kimi bura yolladığı qasidlə  mənə yenə 

hədiyyələr göndərib! Bax, mən Məlik Mahmudun 

süqutunu tezləşdirməyin bir yolunu da ona yaxınlaş-

maqda görürəm… 

Sonra qəlbində düşündü: «İndən belə artıq bir 

gün də yubanmaq olmaz. Hadisələrin arxasında yox, 

önündə getmək gərəkdi, dövranın cilovunu ələ al-

maq, əlqərəz, hamını qabaqlamaq lazımdı. Mən han-

sı vasitə ilə olursa-olsun, Məlik Mahmudu aradan 

götürməliyəm. Çünki bütün Məşhəd,  Əbivərd, Xa-

buşan, Səbzəvar, Nişapur mahallarında ondan başqa 

mənim – Nadir bəy Əfşarın qabağında heç bir maneə 

yoxdur. Anam deyərdi ki, hər bir xalq keçmişindən 

güc alır... Bizim əfşar elinin qəhrəman oğulları çox 

olub. Qoy müqəddəslərin ruhu yardımçımız olsun!». 

Və üzünü cəlairli tayfasının başbilənlərinə tutub: 

– Həmişə göz hədəfə oxdan daha tez çatır. 

Amma bu yerli-yersiz tayfa ixtilafları mənə öz böyük 

məramıma çatmağa əngəl olur, – deyə pıçıldadı.

Təhmasib xan Cəlairlə birlikdə Kəlata gələn Mə-

həmmədəli bəylə Tərxan bəy də bir ağızdan: 

– Bizdən əmin-arxayın ol, bəy! And olsun, Qurani-

Şərifə biz cəlairlər sənə həmişə sadiq olacağıq!




164

S O N U N C U   FAT E H

– Sədaqət kişiliyin yaraşığıdır. Vaxt gələcək mənə 

qatılmayan tayfa başçıları it kimi peşman olacaqlar… 

* * *

…Yerə döşənmiş xalçada Kəlat qalası  və 



onun  ətrafında olan şəhərlər, kəndlər ilmə-ilmə 

işlənmişdi. Nadir bəy  Əfşar bəzən xalçada Sə fə-

vi dövlətinin  əlindən çıxmış  ərazilərə baxıb, fi-

kir-xəyala dalırdı. Gəncə,  İrəvan, Gürcüstan, Dər-

bənd,  Şirvan, Bakı,  Əfşəran, Lənkəran,  Ənzəli, 

Gi  lan,  İsfahan və başqa yerlər… Səfəvilər dövlətini 

– əfqanlar, ruslar, osmanlılar öz aralarında mahal-

mahal bölmüşdülər. Nadir bəy vətən torpaqlarını 

geri qaytarmaq üçün çiyninə necə ağır yük götür-

düyünü başa düşürdü. 

Kəlat qalasının bürcündən dünyaya boylanan 

Nadir bəy Əfşarın o an nələr düşündüyünü təsəvvürə 

gətirmək o qədər də  çətin deyildi. Amma onun iş-

ğalçılarla amansız savaşa nədən, necə başlayacağı 

ətrafındakılara da bəlli deyildi. Sükuta dalmış  Kəlat 

qalasının başı üzərində  təzə Ay doğmuşdu, səmada 

ulduzlar sayrışırdı...

«Allah istədiyinə yardım edər», – deyə Qurani-

Şərifin Ali-İmran surəsindən on üçüncü ayəni yada 

salıb, dərindən köks ötürdü… 

* * *

Bir neçə gündən sonra Kəlat qalasının qapısında 



Məlik Mahmudun çaparı dayandı:

– Məlik həzrətləri Nadir bəyi Xorasanın müda-




165

N A D İ R   Ş A H   Ə F Ş A R

fiə si ni  gücləndirmək məqsədilə  Məşhəd-müqəddəsə 

dəvət edir.

Hamı Nadir bəyin nə cavab verəcəyini gözlə yir di. 

Daha bundan yaxşı fürsət olmazdı. Nadir bəy 

daxilən sevinsə  də, bunu büruzə vermədi, bir qədər 

düşünüb:


– Yaxşı! – dedi.

Çapar gedəndən sonra, Nadir bəy qəlbində fi kir-

ləşdiyini dilə gətirdi:

– Belə  çıxır Qılınc xanla İmamqulu  əmirin mə-

nim barəmdə dedi-qoduları  Məliyi bərk təşvişə sa-

lıb. Amma biz gərək elə edək ki, o xain, siyapır

1

 ara-


vuranlardan çox tədbirli davranaq. Məliyin lənbə

2

 



ça  parından qabaq biz özümüzü Məşhədi-müqəddə sə 

yetirməliyik.

Bunu söyləyəndən sonra Nadir bəy bütün yaraqlı 

dəstələrini ayağa qaldırıb, Məşhədə sarı üz tutdu. 

Bu zaman Məlik Mahmudun başı Məşhəddə ildə bir 

dəfə təntənəli şəkildə keçirilən cirit

3

 oyunlarına bərk 



qarışmışdı. Nadir bəyin bu tezliklə  gələcəyini göz-

ləmirdi.


Çapar şəhər kənarında düşərgə salmış Nadir bə-

yin ismarıcını tezliklə Məşhəd sarayına çatdırdı:

– Məlik həzrətləri sağ olsun, Nadir bəy sizinlə 

cirit yarışında bir tərəfdaş kimi iştirak etmək istəyi 

ilə gözlədiyiniz vaxtdan da tez bura – Məşhədi-mü-

qəddəsə – sizin hüzurunuza təşrif buyurub.

1

  Siyapır –sırtıq, abırsız.



2

  Lənbə – ağır hərəkətli, hər işdə gecikən.

3

  Cirit – çovkan oyununa bənzəməklə, daha çox savaş oyununu xatırla-



dır.


Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə