Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə33/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   29   30   31   32   33   34   35   36   ...   159

141

N A D İ R   Ş A H   Ə F Ş A R

edib. Özü də Rus imperatorundan və Osmanlı sul-

tanından kömək istəyib. Mir Mahmud da Əmənulla 

xanı altı minlik qoşunla Təhmasib Mirzənin üstünə 

göndərib. Bundan xəbər tutan Təhmasib Mirzə də öz 

başının dəstəsi ilə  Təbrizə, oradan da Mazandarana 

getməyə məcbur olub...

Mir Mahmud yaxşı bilirdi ki, nə qədər ki, şahzadə 

Təhmasib sağdır, onun şahlığı qanuni sayılmayacaq.

Qacarların  əlində olan Astarabad istisna olmaq-

la, ölkənin bütün şərq vilayətlərini  əfqanlar tutmuş-

dular. Lakin güclü rəqib Səfəvi  şahzadəsi Təhmasib 

Mirzənin hələ sağ-salamat olması, taxt-tacdan im-

tina etməməsi Mir Mahmudu bərk rəncidə edirdi. 

Üstəlik, elə  həmin ildə  Qəzvində baş vermiş ixtişaş-

dan da gözü bərk qorxmuşdu. Güman edilirdi ki, 

İsfahanda da üsyançılar baş qaldıracaqlar. Ona görə 

də Mir Mahmud İsfahanda ad-san qazanmış adam-

ları qəsdən qonaq sifətilə saraya dəvət edib, hamısını 

öldürtmək qərarına gəlmişdi. Beləliklə, Mir Mahmud 

iyirmi bir Səfəvi şahzadəsinin və şah Sultan Hüseynin 

saray qvardiyasından üç min əsgərin öldürülməsinə 

fərman verdi:

– Səfəvi nəslindən bir nəfər də başıpapaqlı qalma-

malıdır!


Onların mal-dövlətini vəhşicəsinə qarət etdirdi. 

Düşünürdü ki, bəlkə  də, taxt-tacı  qəbul etməsəydi, 

hər tərəfdən üstünə belə düşməzdilər. Əvvəlcə bu ma-

neələri aradan götürmək lazım idi ki, sonra taxt-taca 

sahib olanda heç bir rəqibi olmasın. O öz yaxınların-

dan da ehtiyat edirdi. Taxt-taca hamıdan da çox əmisi 




142

S O N U N C U   FAT E H

oğlu Əşrəf xan göz dikmişdi. Əfqan əyanları arasın-

da böyük nüfuza sahib olan Əşrəf xanı Mahmud hələ 

də  həbsdə saxlayırdı.  Əfqanlar onun Mir Mahmud-

dan daha güclü şəxsiyyət olduğunu düşünürdülər. 

Mir Mahmudun get-gedə ruhi müvazinətini itirməsi 

əfqanları vadar edirdi ki, Əşrəf xanı qaranlıq zindan-

dan çıxarıb şah etsinlər...

Əşrəf xan hicri təqvimiylə 1137-ci ilin baharın-

da

1

 atasının intiqamını alaraq iyirmi səkkiz yaşlı Mir 



Mahmudun başını kəsdi. Camaata zülm edib, qılınc-

dan keçirən Əmənulla xanı, Mir Mahmudun tərəfdar-

larının bir çoxunu öldürdü. Səfəvi şahzadələrinin və 

İsfahanın tanınmış  əyanlarının cəsədlərini ehtiram-

la Qumda dəfn etdirdi. Amma qara buludlar yenə 

də İsfahan şəhərinin başı üzərindən çəkilib getmədi. 

Hökmdar dəyişsə də, hər şey əvvəlki kimi qalırdı.

Özünü tədbirli aparan Əşrəf xan qəsdən taxt-tacı 

Sütunlu sarayda həbsdə saxlanılan keçmiş şaha – Sul-

tan Hüseynə təklif etdi. Əlbəttə, o, keçmiş şahın taxt-

dan imtina edəcəyinə tam əmin idi. Sultan Hüseyndən 

gözlədiyi cavabı alandan sonra onun qarşısında təkcə 

Təhmasib Mirzə maneə kimi qalırdı. Bu zaman o, 

hiy lə  işlətmək  fikrinə düşdü.  İsfahanın üstünə qo-

şun çəkən  Əhməd paşanın yanına adam göndərib: 

«Sünnilər arasında müharibə caiz deyil, biz ikimiz də 

sünniyik, gərək birləşib Səfəvilərin qurduğu bu şiə 

hökmətini aradan götürək», – deyə sülh istədi. Os-

manlılarla ruslar arasında bağlanan müqaviləyə görə 

bu dövlətlərin heç biri əfqanlarla sazişə  gəlməməli 

1

 22 aprel 1725-ci ildə.




143

N A D İ R   Ş A H   Ə F Ş A R

idi. Buna baxmayaraq, istədiyinə nail olan Əşrəf xan 

İsfahanda meydan sulamağa başladı. 

O da əmisi oğlu Mir Mahmud kimi vəliəhdi – 

Təhmasib Mirzəni aradan götürmək üçün üstünə qo-

şun göndərdi. Təhmasib Mirzə Tehranı tərk edib, Ma-

zandarana – Fətəli xan Qacara

1

 pənah apardı…



Fətəli xan qacarların görkəmli tayfa başçıları ilə 

birlikdə Təhmasib Mirzəni bir əlində qılınc, bir əlində 

müqəddəs Qurani-Şərif təmtəraqla qarşıladı. O, cə-

sarət göstərib, öz ölkəsini düşmən tapdağında qoyan 

sərkərdələrin çox bacarıqsız və  ləyaqətsiz olduğunu 

bildirdi və qacarlarla türkmənlərdən ibarət iki minlik 

qoşunu ilə  şahzadənin sərəncamında olduğunu bə-

yan etdi.

Fətəli xan tədbirli və  hər  şeyi ölçüb-biçən adam 

idi, şahzadə ilə birliyin gələcəkdə ona fayda verəcəyini 

yaxşı  dərk edirdi. Mədrəsə  təhsili alması onu gənc 

yaşlarından Qacar oymaqları arasında sayılıb-seçilən 

sultan məqamına çatdırmışdı. Atası  Şahqulu xan-

dan sonra Qacar elinin Aşağıbaşlı bölgəsinin başçısı 

kimi tanınan Fətəli xan Mübarəkabad qalasının ha-

kimi olanda xəyanətkarlığın, yersiz çəkişmələrin 

acı sını yaşamışdı. Qəzvin hakimi Məhəmməd Türk-

mən ölkədəki hakimiyyət boşluğundan istifadə 

edib Mübarəkabad qalasını  ələ keçirmək sevdası ilə 

onun üzərinə hücum etmişdi... O zaman Fətəli xan 

yəmut türkmənlərinə  pənah aparmışdı. Elə orada 

türkmən tayfasından olan Əminəbəyim adlı bir qızla 

1

 Qacarlar sülaləsinin ilk hökmdarı Ağa Məhəmməd şah Qacarın babası, 



Fətəli şahın isə ulu babası.


144

S O N U N C U   FAT E H

evlənmişdi. Çox çəkmədi ki, türkmən və qacarlardan 

topladığı qoşunla Mübarəkabadı geri alandan sonra 

nüfuzu birə-beş artdı. 

İndi onun sayəsində Yuxarıbaşlı qacarlar da Təh-

masib Mirzənin ordusuna qatılmışdılar. Odur ki, tez-

liklə ona Vəkili-Dövlə

1

 titulu verildi.



Əşrəf xan isə  Təhmasib Mirzənin, onun Tehran 

hücumundan duyuq düşməsini öz bildiyi kimi yoz-

du. Ona görə  də  İsfahanın sayılıb-seçilən görkəmli 

adamlarının bir neçəsini Təhmasib Mirzə ilə mək tub-

laşdıqlarını bəhanə edib, qətlə yetirdi.

PYOTRLA GÖRÜŞ

...Ən nəhayət, gec də olsa, rusların hiyləsi Təh-

ma  sib  Mirzənin Həştərxanda yubadılan elçisinə  bəlli 

oldu. Elçi səlahiyyətlərinin geri alınması haqda şahın 

sərəncamından tam xəbərsiz halda I Pyotrla görüşə 

nail olan İsmayıl bəydən də Gilana xəbər gəlib çıxdı. 

O, rus imperatorunun ağır  şərtlərini eşidib çox çıxıl-

maz vəziyyətə düşmüşdü və geriyə dönmək fikrindən 

vaz keçmişdi. Peterburq müqaviləsinin  şərtlərinə görə 

Rusiya Xəzərsahili boyu imperiya qoşunlarının daxil 

olduğu bütün əraziləri şahdan tələb edirdi. İsmayıl bəy 

Təhmasib Mirzənin elçisindən çox I Pyotrun tərəfdarı 

ki mi bu müqavilənin şərtləri ilə razılaşmışdı. Hələ üstəlik 

səlahiyyətlərini aşıb, Təhmasib Mirzənin adından Bakı-

1

 Vəkili-Dövlə və yaxud Vəkil əs-Səltənə – səltənətin naibi, padşahdan son-



ra ikinci şəxs hesab olunurdu.


Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə