153
N A D İ R Ş A H Ə F Ş A R
O biri elçi də qoca həmkarının sözünə güc verdi:
– İsrayıl Ori fırıldaqçı, məkrli adam idi. Özünü
qədim erməni çarlarına uzaqdan-uzağa qohum kimi
qələmə verərək, İsfahanda əcnəbi səfirlərin malik ol-
duğu güzəştlərdən sui-istifadə edib, böyük sərvət
top lamışdı. Bu sərvəti toplamaqda onun əsas məqsədi
müsəlmanların sığınacaq verdiyi erməniləri silah-
sursatla təmin etmək idi...
– Onlar yaxşı bilir ki, arxalı köpək qurd basar.
Amma Əlahəzrət də bilsin ki, bizlərdə başqa bir de-
yim də var: ərəbin, əcəmin, rumun torpağında söz
haqqı türklərə məxsusdur. Onların qılıncının qorxusu
bütün islam düşmənlərinin ürəyində möhkəmcə ya-
şayır...
I Pyotr bir anlıq fikrə daldı, sonra üzünü elçilərə
tutub dedi:
– Məncə, sizin də bizim də Səfəvi taxtı-tacını qo-
rumaq məramımızla yanaşı, nizamsızlığın baş alıb
getdiyi bu ölkədə öz maraqlarımız da var. Çünki öz
şahlığının tanınması və əfqan əsarətindən nicatı üçün
Təhmasib Mirzənin Osmanlı sarayından da kömək
umduğunu bilirəm. Ona görə sultana çatdırın ki, qo-
şunlarımızın mövcud olduğu vilayətlərdə qərar tu-
tub, asayişi bərpa etmək məqsədilə öz üsuli-idarəmizi
yaradaq...
* * *
Danışıqların getdiyi bu vədələrdə Osmanlı dövlə-
ti də dinc-farağat dayanmamışdı. Səfəvi səltənətinin
qədim ərazisi sayılan İrəvanı, Tiflisi, Şirvanı və başqa
154
S O N U N C U FAT E H
yerləri tutub, Təbrizə qoşun göndərmişdi. Sədr-əzəm
Damad İbrahim paşa vasitəsilə Təhmasib Mirzənin
Rzaqulu Mirzə adlı elçisinə də bildirilmişdi ki, Tiflis lə
Azərbaycanı Osmanlı səltənətinə verməyə razı olsa,
həm onu şah kimi tanıyacaq, həm də ona hərbi yar-
dım edəcək. Elçi də – onun belə bir şərtlə razılaşmağa
səlahiyyəti olmadığını ərz edib geri qayıtmışdı..
Osmanlı dövləti bütün diqqətini Rusiyaya qarşı
yönəltmişdi.
Xüsusilə Bakının ruslar tərəfindən zəbt olunma-
sı İstanbul sarayını çox qəzəbləndirmişdi. Bu, bir tə -
rəfdən osmanlıların Xəzərə çıxışının önünə sədd
çə kirdisə, digər tərəfdən I Pyotrun Bakı neftini və
Azər baycanın digər sərvətlərini ələ keçirməsi onu
daha da gücləndirirdi. İstanbul sarayında deyilənlərə
görə, rus hərbçilərinin aylıq məvacibi belə neftlə
ödənilirdi. Qara neftin satışından əldə edilən qızıl və
bütün pullar isə Rusiyanın xəzinəsinə göndərilirdi.
Fransanın İstanbuldakı səfiri Markiz de Bonak
Osmanlı dövlətini Rusiya kimi qüdrətli dövlətlə mü-
haribədən çəkindirmək üçün əlindən gələni edirdi.
Nəhayət, uzun müzakirələrdən sonra hicri 1137-ci
ilin yayında
1
İstanbulda Rusiya ilə Osmanlı dövlətləri
arasında müqavilə bağlandı. Müqaviləyə görə Asta-
rabad, Mazandaran, Gilan, Bakı, Salyan, Dərbənd rus
dövlətinə, Şirvanın qalan hissəsi, İrəvan, Tiflis Os-
manlı dövlətinə çatdı. Şamaxı ilə Bakı arasında sərhəd
1
27 iyun 1724-cü il. A. Bakıxanovun «Gülüstani-İrəm» əsərində bu
müqavilənin 1725-ci ilin iyun ayının 27-də imzalandığı bildirilir. İngi-
lis tarixçisi Lourens Lokkart isə «Nadir şah» kitabında düzgün olaraq
həmin müqavilənin 24 iyun 1724-cü ildə bağlandığını qeyd edir.
155
N A D İ R Ş A H Ə F Ş A R
məntəqələri təyin olundu. Tərəflər Fransanın vasitəçi
kimi iştirakı ilə sərhəd xəttinin dədiqləşdirilməsinə
razılıq verdilər... Hər iki dövlət öhdəsinə onu da götü-
rürdü ki, Səfəvi taxtını zəbt etmiş əfqanla – Mir Mah-
mudla heç bir sülh danışıqları aparmayacaq, onunla
əlaqədən imtina edəcəklər. Müqaviləyə əsasən rusla-
rın düşməni Hacı Davud Osmanlı himayəsinə keçən
Şirvan xanlığının hakimi kimi tanınırdı.
BÖYÜK BİRLİYƏ GEDƏN YOL
N
adir bəy Xorasan hüdudundakı əhalinin əf-
qanların zülmünə qarşı olan etirazını bir
məc raya yönəltmək məqsədilə ətrafına vətənpərvər
gəncləri yığıb, nizami ordu yaratmağa çalışırdı. Bu-
nun üçün döyüşçüləri lazımi şəkildə təmin etmək la-
zım idi. Onun şücaəti barədə söhbətlər getdikcə xalq
arasında rəvayətə çevrilirdi.
Həmin günlərdə Təhmasib xan Vəkilin
1
başçılıq
etdiyi Cəlairlər tayfası da gəlib Nadir bəyə qoşuldu.
Nadir bəy də bu sadiq dəstələrin sayəsində daha
mükəmməl ordu yaratmaq arzusunu həyata keşirməyə
başladı. O, müharibədə qazanılan hər bir qələbənin
arxasında gərgin təlimlərin dayandığını yaxşı bilirdi.
Amma var gücü ilə çalışmasına tale imkan vermirdi –
onu dönə-dönə ağır sınaqlara çəkirdi…
Rzaqulu dünyaya göz açandan bir neçə il son-
ra arvadı vəfat etdi. Nadir bəy Baba Əli bəyin ikinci
1
Təhmasib xan Cəlair.
156
S O N U N C U FAT E H
qızı – Gövhər Şadla evləndi,ondan da iki oğlu – Mur-
tuzaqulu və İmamqulu dünyaya gəldi. Hicri 1137-ci
ildə
1
Baba Əli bəy Heratda əfqan tayfasının qiyamı-
nı yatırarkən həlak oldu. Onun ölümündən sonra
bü tün sərvəti və tərəfdarları vəsiyyətinə görə Nadir
bəy Əfşarın ixtiyarına keçmişdi. Amma yerli əhali
Əbivərdin hakimliyini Baba Əli bəyin Qurbanəli
bəy adlı qardaşına həvalə etdi. O, camaat arasında çox
yaxşı, həm də ağıllı adam kimi tanınırdı. Qurbanəli
bəy də qardaşı kimi hakimlik işlərini Nadir bəyə eti-
bar edirdi. Onunla məsləhətləşməmiş bir iş gör məz-
di. Hələ qardaşı Baba Əli bəyin sağlığında o, Nadir
bəyin cəsur və bacarıqlı sərkərdə olduğuna şahid ol-
muşdu. Buna görə onun gücündən Əbivərddə asayişi
qorumaq üçün istifadə edirdi.
Bir dəfə qonşu Nəsa oymağından xeyli adam
Qur banəli bəyin hüzuruna gəldi. Ona Təkə türkmən
tayfasından şikayət etdilər. Səltənətdə hərc-mərclik
başlayandan bu Təkə türkmən tayfası onların üzərinə
hücum edir, var-yoxlarını talan edirdi. Qurbanəli bəy
əfşar tayfasının əyanlarını çağırıb məsləhət-məşvərət
etdi.
– Qoy bu şikayətçilərin dərdinə Nadir bəy əncam
çəksin!
– Mən də belə düşünürəm, bu ağır vəziyyətə düş-
müş insanlara yalnız Nadir bəy kömək edə bilər, –
deyə Qurbanəli bəy üzünü Nadir bəyə tutdu, – Təkə
türkmənlərinə necə dərs vermək gərək olduğunu
özün bilirsən. Görünür, Nəsa başbilənləri onların
1
Miladi 1724-cü il.
Dostları ilə paylaş: |