157
N A D İ R Ş A H Ə F Ş A R
158
S O N U N C U FAT E H
öhdəsindən gələ bilmirlər. Ata-babalarımız belə yerdə
deyiblər ki, yağıya fürsət verən, kəmfürsət olar.
Elə o gün əfşarlardan ibarət beş yüz nəfərlik silah-
lı dəstə ilə Nadir bəy Nəsaya yollandı. Yolu ata yurdu
Dərəgözdən keçdi. Burada dayanıb atasının məzarını
ziyarət etdi. Onun ruhuna dua oxuyub, sonra Təkə
türkmənlərinin üzərinə yürüşə davam etdi. Onların
çadır qurub, təzə məskən saldığı yerə bir-iki fərsəng
qalmış irəliyə iki cavan atlı göndərdi:
– Onların sayını öyrənin! Kənardan baxıb, yax -
şı-yaxşı müşahidə edin, nə iş görürlər, arvad-uşaq-
larından tutmuş, atlarına, qatırlarına, əsas yük hey-
vanı dəvələrinəcən hesablayın. Yubanmayın, gün
bat mamış sizdən yerli-yataqlı xəbər gözləyirəm...
Əfşarlar bir fərsənglik yol qət edənəcən gizlin tap-
şırıq üçün gedən atlılar qayıdıb gəldilər. Nadir bəyə
səhrada qurduqları alaçıqlarda yaşayan türkmənlərin
beş yüz ailədən ibarət olduğu, mal-qarası, at ilxısı,
dəvə sürüsü barədə gərəkli xəbərləri söylədilər.
– Kəlbəli bəy, yüz əlli nəfər adamı sənin tabeliyinə
verirəm, üç yüz əlli nəfər də mənimlə hücuma hazır
olsun! – dedi Nadir bəy.
İki dəstəyə ayrılmış əfşarlar hücuma keçib, türk-
mənlərə göz açmağa fürsət vermədilər. Müqavi mət
göstərənləri qırıb-çatdılar, sağ qalanlarını əsir aldılar.
Nadir bəy türkmənlərin Nəsa oymağından əsir götür-
düyü adamları azad etdi. Onların arasından bir nəfəri
seçib başçı təyin etdi:
– Bu Təkə əsirlərini özünüzlə aparın. Ola bilsin
sizin Nəsadan başqa yerlərdə olan əsirləriniz var.
159
N A D İ R Ş A H Ə F Ş A R
Bunları o zaman həmin əsirlərlə dəyişərsiniz. Son-
ra Nadir bəy daha bir uğurlu qələbə ilə Dərəgözə,
oradan da Əbivərdə döndü. Nadir bəyin türkmənlər
üzərindəki növbəti qələbəsi onun nüfuzunu həm
Əbivərd camaatının, həm də Qurbanəli bəyin yanın-
da xeyli artırdı. Amma çox çəkmədi ki, Qurbanəli
bəy ağır xəstələndi və uzun sürməyən xəstəlikdən də
dünyasını dəyışdi. Onu dəfn edəndən sonra kimin
Əbivərd hakimi olacağı sualı çıxdı. Hamı da yaxşı
bilirdi ki, istər Baba Əli bəyin, istərsə də Qurbanəli
bəyin hakimliyi dövründə əyalətin mühafizəsi ilə ya-
naşı bütün işlərini Nadir bəy aparır. Əgər Qurbanəli
bəyin Əbivərd hakimi olmasına Baba Əli bəylə qan
qohumluğu səbəb olmuşdusa, Nadir bəyin Qurbanəli
bəyə qan qohumluğu çatmadığını bəhanə gətirib, bu
işi ona həvalə etməyi məsləhət bilməyən əyanlar da
vardı. Bu cür xırda-para tayfa ixtilafları ucbatından
Əbivərd əfşarları yekdil qərara gələ bilmədilər. Qı-
lınc xanla İmamqulu Əmir Nadir bəydən küsmək
üçün bir bəhanə tapıb, Kəlat qalasından da, Nadir
bəydən də gen gəzib-dolanırdılar. Hətta Məşhədə
gedib Məlik Mahmuda Nadir bəydən çoxlu-çoxlu
şikayət də etmişdilər.
– Əbivərddəki bütün didişmələrin günahkarı
məhz Nadir bəydir...
– Bütün fəsadlar ondan törəyir, ya Məlik həzrət-
ləri.
– O ilxıçı oğlu sizə tabe olmaq istəmir, qoşun
yaradıb, Xorasanı öz nəzarəti altına almaq keçir
könlündən.
160
S O N U N C U FAT E H
– Məlik həzrətləri biz gəlmişik ki, Əbivərddə sa-
kitlik olsun deyə ora bir əsilli-nəsilli adamı hakim
təyin edəsiniz!
Elə onların bu şikayətləri üzündən Məlik Mah-
mud xidmətində olan qorçubaşı Məhəmməd Əmin
bəyi Əbivərd hakimi təyin etdi.
Əfşar tayfasının əyanları bir-birinin üzünə baxdı.
– Görürəm ki, diliniz Nadir bəydən çox gileylidi.
Yəqin mənim onu hakim vəzifəsinə təyin etməməyim
sizi bir xeyli sakitləşdirəcək. Amma mən onun dö-
yüşkənliyi və şücaəti haqqında çox eşitmişəm. Ona
görə də Nadir bəy Əfşara Əbivərdin eşikağası və-
zifəsini həvalə etməyi düşünürəm.
Sonra Məlik Mahmud təzə hakimə üzünü tutub dedi:
– Məhəmməd Əmin bəy, mənim adımdan Əbi-
vərd hakimlərinin hüsn-rəğbətini qazanan Nadir bə yə
xələt ver və ona bildir ki, əgər bizə də sədaqətlə xid-
mət etsə, onun fədakarlığını bundan da yüksək qiy-
mətləndirəcəyəm.
Qılınc xanla İmamqulu əmir mat qalmışdılar.
Məlik Mahmud gülümsünərək dedi:
– Görürəm, siz yenə nədənsə narazısız? Axı, deyirsiz
ki, onun, az da olsa, qoşunu var. Belə olan halda Nadir bəy
qoy bizim tərəfimizdən ona ehtiram göstərməyimizdən
xatircəm olsun! Və yalnız bundan sonra onu tutub
cəzalandırmaq asan işdir. Vəssəlam– şüttəmam...
* * *
Nadir bəy həmin günlərdə çox narahat idi. Hətta
qulağına çatan dedi-qodular onun cəngavərlik ru-
161
N A D İ R Ş A H Ə F Ş A R
hunu süstləşdirirdi. Əfşar əyanlarından bəziləri
onun barəsində şayiələr yayırdılar ki, o, sərvətini
ələ keçirmək üçün öz qayınatasını aradan götürüb;
guya, adamlarından birinə əmr verib ki, əfqanların
qiyamını yatırmağa gedən Baba Əli bəyi arxadan qı-
lınc zərbəsi ilə qətlə yetirsin və təqsiri qiyamçıların
üstünə atsın...
Bu cür söhbətlər Baba Əli bəyin oğlanlarını bir
müddət ondan incik saldı. Sonradan onlar Nadir bəy
Əfşarın qeyrətini görüb, araqarışdıranlara inanmadı-
lar. Eləcə də əfşarların əksəriyyəti yaxşı bilirdilər ki,
bu cür söz-söhbətlər Nadir bəyi gözdən salmaqdan
ötrüdür. Nadir bəy bu yersiz şayiələrin kim tərəfin -
dən yayıldığını doğru-dürüst bilməsə də, nə vaxtsa
onları tapıb bu boşboğazlıqlarına görə cəzalan dıra ca-
ğına zərrə qədər də şübhə etmirdi. Pis şayiələri ən-
gəlləmək indiki halında ona yalnız xeyir gətirə bilərdi.
Fikrə dalıb çox şeyləri götür-qoy etdi. Düşüncələri,
səbri insanın belə vədələrdə içindən çolünə boylanan
ən yaxşı bələdçi olur həmişə...
«Ən düzgün yol indi Məlik Mahmudun Əbivər-
də göndərdiyi təzə hakimi qarşılamaqdır», – deyə o,
Məhəmməd Əmin bəyin pişvazına çıxmağa hazırlaş-
dı.
...Onlar birlikdə Əbivərdə daxil oldular. Təzə ha-
kim hamının gözü qarşısında Nadir bəyə Məlik Mah-
mudun göndərdiyi bir dəst xələti təqdim etdi və öz
adından yaxşı bir ərəb atı hədiyyə verdi.
Amma təzə hakimlə bu münasibətləri ondan Xora-
san hökmdarına şikayətə getmiş əyanların təfriqəçilik
Dostları ilə paylaş: |