Sonuncu Fateh indd



Yüklə 12,92 Mb.
Pdf görüntüsü
səhifə32/159
tarix01.07.2018
ölçüsü12,92 Mb.
#52665
1   ...   28   29   30   31   32   33   34   35   ...   159

137

N A D İ R   Ş A H   Ə F Ş A R

caqlar... Bütün qoşun başçılarıma əmr etmişəm, yer-

li  əhali ilə xoş  rəftar edilsin, soyğunçuluq hallarına 

yol verməsin. Əks təqdirdə ciddi cəzalanacaqlar...». 

Dəli Petronun Hacı Davudu cəzalandırmaq niyyəti 

əbəs deyildi. 1721-ci ildə Hacı Davudun Şirvanda 

təşkil etdiyi və  qələbə ilə başa çatan üsyan zamanı 

xeyli sayda rus taciri öldürülmüşdü. Hacı Davud 

qoşununun saxlamaq xərcini  Şirvan  əsilzadələrinə 

ödətdirmək istəyirdi və onlardan var-dövlət və sər -

vətlərini tələb edəndə aydın oldu ki, əyanlar bic 

tər pənib bütün sərvətlərini toxunulmazlıq hüqu-

qu olan rus tacirlərinə xata-bala sovuşanacan yazılı 

sənəd – qəbz  əsasında təhvil vermişdilər. Hacı Da-

vudun əyanların var-dövlətinin ona təhvil verilməsi 

tələbinin rədd edilməsi, çoxlu sayda rus tacirinin 

öldürülməsi ilə nəticələnmişdi. 

Bu müraciətnamə  Qəndəharlı Mir Mahmudun 

əlinə düşəndə çox sevindi. O çoxdan bəri  İsfahanı 

zəbt etmək istəyirdi. Odur ki, tez şəhəri mühasirəyə 

al dı.  Şah Sultan Hüseynin dünya ilə  əlaqəsini kəsdi. 

Onun niyyəti ölkədəki vəziyyətdən daha çox fayda-

lanmaq, çoxlu ərazi zəbt etmək, hətta taxtı-tacı Səfəvi 

şahından almaq idi. 

Şahın oğlu vəliəhd Təhmasib Mirzə iki yüz nə fər-

lik təbrizli süvari ilə mühasirəyə alınmış  şəhəri giz-

lincə  tərk edib qoşun toplamaq niyyəti ilə  Qəzvi nə 

yollandı. Amma onun göstərdiyi səylər heç bir nəticə 

vermədi. 

Bu zaman I Pyotr Gilandakı konsul Abramova tə-

ci li  fərman yolladı. Fərmanda qəti şəkildə tapşırırdı ki, 




138

S O N U N C U   FAT E H

ya  şahla, ya da dövləti təmsil edən vəliəhdlə danı-

şıq aparılsın. O, öz konsulluğundan tələb edirdi ki, 

Səfəvi hökuməti nin  hürriyyətini himayə etmək,  şa-

hın təbəələrini  əfqan qiyamçilarından və Osmanlı 

döv lətindən qorumağın müqabilində  Xəzərboyu vi-

layətlərin Rusiyaya verilməsi barədə şərtnamə bağla-

sın.

Gilan hakimi konsulun şərtnamə barədə dedik-



lərini dinləyib çox pərişan oldu. Ruslara müqavimət 

göstərmək üçün onun ixtiyarında vur-tut dörd top 

vardı. Az qüvvə ilə  də olsa, müharibəyə  tədarük 

görən hakim öz qoca vəzirini son zamanlar sorağı 

Qəzvindən gələn vəliəhdin hüzuruna yolladı. Və li-

əhd Təhmasib Mirzə rus imperatoru ilə danışıq  lar 

aparmaq üçün Gilan vəzirinin cavan mülazimi

1

 



İsmayıl bəyi elçi təyin etdi. İsmayıl bəy I Pyot-

run  şəxsən özü ilə görüşmək və  vəliəhdin istəyini 

müfəssəl  şəkildə ona çatdırmaq niyyətilə Gilandan 

kiçik heyətlə yola düşdü. 

İsmayıl bəy Lənkərana çatanda dənizdə rus gə-

mi lə rini gördü. O, Gilan vəziri ilə məsləhət-məşvə rət 

aparandan sonra dərhal rus imperatorunun elçisinə 

bəyan etdi ki:

–  Şahımızın icazəsi olmadan, rus qoşunlarının 

Bən dər  Ənzəli  şəhristanından ölkəyə buraxılması 

yol verilməzdir. Odur ki, sizinkilərə, hələlik, gəmidə 

qalmağı  məsləhət bilirik. Abramov hiyləgər siyasət 

adamlarına xas təbəssümlə gülümsünüb, təmkinlə 

ca vab  verdi: 

1

 Mülazim – xidmətçi, qulluqçu.




139

N A D İ R   Ş A H   Ə F Ş A R

– Hörmətli bəy! Biz bura öz padşahımızın əmri ilə 

sizi himayə etmək üçün gəlirik. Və əmin olun ki, bir elçi 

kimi sizin əlahəzrət imperatorla görüşmək niyyətində 

olduğunuzu şəxsən onun özünə bildirəcəyəm...

Söhbətə polkovnik Şipov qatıldı:

– Dərbənd qalasının açarı artıq I Pyotra təqdim 

olub. Bu gün-sabah Bakı qalasının da qapısı üzümüzə 

açılacaq!.. Düzdür, oranın hakimi Məmmədhüseyn 

bəy də, əhalisi də əlahəzrət I Pyotrun müraciətna mə-

sini alsalar da, itaət etməkdən boyun qaçırıblar. Bu 

da  əlahəzrətin bərk qəzəbinə  səbəb olub... Bakıdan 

fərqli olaraq burada bizim qoşunumuzun çox kiçik 

dəstəsi artıq sizin Pirəbazar bəndərini müqavimətsiz 

tutublar. Yəni sizin yerli sakinlərin gəlişimizdən na-

razılıq duyduqlarını biz hiss etmirik. Odur ki, Şərq 

qonaqpərvərliyinizin hər addımda  şahidi olmağı di-

ləyirik. Bizdən xatircəm olun! Dinc əhalini qiyamçı-

lardan, dövlətinizi  əfqan basqınçılarından, osman-

lılardan qorumaq üçün sızdən buralarda müvəqqəti 

sığınacaq və azuqə aparmağa arabalar istəyirik... 

Gilan hakiminin tapşırığı ilə ruslar Rəştdəki kar-

vansarada yerləşdilər.

İsmayıl bəyin isə I Pyoturla görüşü gah Volqa 

çayının donması, gah da digər müxtəlif bəhanələrlə 

təxirə salındı... 

* * *


İsfahan  ən ağır gunlərini yaşayırdı. Mühasirədə 

qalan  şəhərdə aclıq hökm sürürdü. Payızda səs yayıl-

dı ki, şah Sultan Hüseyn üç yüz nəfər saray adamı ilə 



140

S O N U N C U   FAT E H

Fərəhabaddakı əfqan düşərgəsinə gedib, təslim sənədi-

nə qol çəkib və öz əli ilə şahlıq ciqqasını çıxarıb Mir Mah-

mudun başına qoyub, onu Səfəvinin hökmdarı kimi ta-

nıdığını elan edib. Bu acınacaqlı mənzərəyə şahid olan 

Nadir bəyin adamlarından birinin dediyinə görə,  Şah 

Sultan Hüseyn Mir Mahmuda belə xitab edib:

– Övlad, xudavəndi-aləmin iradəsinə görə belə 

təqdir olunub ki, artıq səltənətdə qalmayım və sənin 

padşahlığın üçün verilmiş  fərmanın icrasının vaxtı 

çatmışdır. Ölkəmizi kamali-meyl ilə sənə verirəm və 

ümidvaram ki, səadət ilə hakimlik edəcəksən... 

Elə həmin gün

1

 Mir Mahmud, min nəfərlik əfqan 



ordusunu Əmənullah xanın başçılığı ilə Şah sarayını 

və  xəzinəni təhvil almaq məramı ilə paytaxta yolla-

dı. Bu qədim türk tayfalarının – Səfəvilər dövlətinin 

tarixində ən ağır günlərdən biri idi. 

Üç gündən sonra Mir Mahmudun təntənə ilə İsfa-

hana varid olduğunu eşidəndə, Nadir bəy hirslə yum-

ruğunu Kəlat qalasının mərmər sütununa çırpdı... 

Qasid dedi:

– Deyirlər, şahlıq taxtına çıxandan sonra Mir Mah-

mud şah Sultan Hüseyni həbs etdirib. Amma o aman-

sız qəsbkarın acığı bununla da soyumayıb, Səfəvi 

şahzadələrindən bir neçəsini və İsfahanın üç yüzəcən 

görkəmli adamını öldürtdürüb.

– Bəs, vəliəhddən nə xəbər var?

– Qəzvində bu əhvalatdan xəbər tutan Təhmasib 

Mirzə səfər ayının on dördüncü günü

2

 özünü şah elan 



1

 1722-ci il 24 oktyabr.

2

 24 noyabr 1722-ci ildə.




Yüklə 12,92 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə