128
S O N U N C U FAT E H
nüz fikirləşin, görəsən, o zaman onun güclü qoşu-
nuna qarşı döyüşərək öz canından keçən, bu qala-
nı qorumaq naminə qanını-canını əsirgəməyən ulu
dədə-babalarımız necə ürək sahibi olublar? Onlar
öz qeyrətlərini özlərinə qalxan etmişdilər. Qocalı-ca-
vanlı o adamları Teymur kimi fatehlə döyüşməyə va-
dar edən qeyrətdən başqa hansı istək, hansı güc ola
bilərdi ki?
Danışa-danışa o, qılıncını qınından çıxarıb başının
üstünə qaldırdı:
– Yalnız qılınc gücünə biz öz torpaqlarımızı azad
edə bilərik! Buna görə bütün tayfalar öz aralarında in-
cikliyi bir tərəfə qoyub birləşməlidirlər! Bu birlik bizə
hava-su kimi gərəkdi!.. Bu gündən bu qala mənim qo-
şunumun mərkəzi qərargahı olacaq!.. İlk işimiz Kəlat
ətrafında olan dağların ətəklərində yerləşən şəhərləri,
kəndləri yadellilərdən azad etməkdi… Bəsdir, kiçik
qovğalar aparıb, kiçik qələbələrlə öyündük...
Əfşar tayfasından olsa da, gözlərindən ümidsizlik
yağan Qılınc xan səbrini basa bilmədi:
– Çox qəribədir, bəs, görəsən, bu böyük səltənətin
sahibi Şah Sultan Hüseyn niyə belə düşünmür? Bizi
bir araya gətirmək məgər onun işinə yaramır?
Onun yanında oturmuş İmamqulu əmir də yerində
qurcalandı:
– Şahımız üləmalarla məsləhət-məşvərət aparma-
mış bir işə qol qoymur ki...
Cavanlardan biri əmirə üzünü tutub:
– Sizcə, öz şahlığı dövründə Molla Hüseyn həz-
rətləri bircə qarış torpağımızı qəsbkarlardan geri alıb?
129
N A D İ R Ş A H Ə F Ş A R
– soruşdu. – Bir şahın bu qədər dindar, insaflı, ya da
sülhpərvər olması nəyə yarayır ki...
Nadir bəyin böyük qaynı Kəlbəli bəy üzünü tayfa
başçılarına tutub dedi:
– Dədəm Baba Əli bəy deyir ki, bizim şah heyvan
qanı görəndə ürəyi bulanır. Özünü elə itirir ki, heç ol-
mamış kimi... Adəti üzrə hovuzda üzən ördəklərə ox
atıb onları uçmağa məcbur edərmiş ki, onların uçu-
şunu havada seyr etsin! Ömründə bir dəfə atdığı o
oxlardan biri quşu yaralayıb. Şah da «Qana batdım,
qanlı oldum» – deyə xeyli mütəəssir olub. Bəlkə elə
belə tinəti
1
üzündən hərbi işlərə fikir vermək əvəzinə,
hərəmxanada başı eyş-işrətə qarışıb. Saray əyanları-
nın hər təklifinə «yaxşıdır!» deyə-deyə də özünə
«Mol la Hüseyn»dən savayı bir «Yaxşıdır» ləqəbi də
qazanıb...
– Hə, elə hər bir ölkədə hərc-mərcliyin baş alıb
getməsinin ən başlıca səbəbi də padşahların hər
şe yə «yaxşıdır» deyıb, keçirdiyi guşənişin həyat tərzi
olur… Sizcə, möhtərəm Qılınc xan, belə bir şahdan
daha nəsə yaxşı şey ummaq olarmı? – deyə el ağsaq-
qalı Qədirqulu kişi Nadir bəyin başına yığılanların
arasında yaşca cavanlara baxıb dərindən köks ötürdü.
Onların çoxunun bığ yeri tərləməmişdi. Nadirin əmisi
Bəktaş bəy Qılınc xanın susduğunu görüb dilləndi:
– Yox, daha nə umacağıq ki?! Elə Şah Sultan Hü-
seyn kimi üzüyumşaq adamlar taxt-tac sahibi olandan
bəri Səfəvi xanədanının tifaqı dağılmağa başlamadı-
mı?.. Bir yanda Şirvanla Dağıstan vilayətləri ixtişaş-
1
Tinət – burada xasiyyət mənasındadır.
130
S O N U N C U FAT E H
lar oylağı oldu... Bir yanda da bəluc qəbilələri Bəndər
Abbasda, Kirmanda, əfqan gəlcailəri Qəndəharda baş
qaldırdılar. Məlik Mahmudun başçılıq etdiyi başqa
bir əfqan qəbiləsi isə Sistandan sonra bizim Xorasana
göz dikib. Bu gün-sabah kiçik Məkkəmiz olan Məşhə-
di ələ keçirəcək... Onun adaşı qəndəharlı Mir Mah-
mud paytaxt İsfahana üç aydır ki, meydan oxuyur…
– Osmanlılar bu başıpozuqluqdan sui-istifadə
edib, İrəvana qoşun göndərib... Kim bilir, yəqin oranı
tutandan sonra Azərbaycanın o biri vilayalətlərini də
tuta-tuta Təbrizə, ya da Həmədana qədər gələcəklər...
– Hə, belə getsə, Rus padşahı Dəli Petro da dinc
durmayacaq. Dərbənddən başlayıb, Gilanacan dədə-
baba torpaqlarımızı ələ keçirəcək, gəmiləri Xəzər də-
nizi boyu limanlarda lövbər salacaq. Dənizdə də , qu-
ruda da ağalıq edəcək...
Nadir bəy heyrətlə:
– Bizim əcdadların diyarı Əfşəranın qara cövhəri nə
qərinələr boyu yadlar tamah salıb... – dedi. – O cövhə-
rə sahib olmaq böyük güc, böyük qüdrət deməkdir.
Oılınc xan çiyinlərini çəkdi, elə bil Əfşaran kəlməsi
onun damarlarından axan qanı Nadirinki qədər coş-
durmurdu. İndi onu ən çox düşündürən Mir Mahmu-
dun gücü, qüdrəti idi. Özü də maraqla, həm də, guya,
ölkədəki durumdan xəbərsizmiş kimi yenə saymaz-
yana dilləndi:
– Bəs, İsfahanı üç aya yaxın mühasirədə saxlayan
bu əfqan Mir Mahmud hardan peyda oldu? Deyirlər
axı, rus padşahı məzlum şahı o quldurdan himayə
etmək üçün artıq Dərbənddən Gilanacan torpaqları-
131
N A D İ R Ş A H Ə F Ş A R
mıza qoşun salıb? Ona qalanda qeyri müsəlmandan
imdad gözləməkdənsə, osmanlılara meyil etmək,
yə ni müsəlmandı deyə Osmanlı sultanından yardım
istəmək yaxşı olmazdımı?
Nadir bəyin nüfuzedici nəzərləri ona dikildi:
– Xan, mən beş il buradan uzaqlarda, əsirlikdə
ol mu şam, amma qayıdandan sonra bizim el ağsaq-
qalı Qədirqulu kişinin və Baba Əli bəyin sayəsində
bir çox hadisələrdən xəbərdar oldum. Məgər sən bu
məm lə kətdə yaşamırsan? Osmanlılar da, ruslar da
Səfəvi taxtı-tacının əldən gedəcəyi bəhanəsiylə öz
sərhədlərini genişləndirmək niyyətindədirlər. Bir də
anlamıram, guya, sən Mir Mahmudun ya göydən
düşdüyünü, yainki yerdən çıxdığını bilməklə bu öl-
kədə nəsə dəyişəcək?
Qocalı-cavanlı hamının nəzərləri Nadir bəyə di-
kilmişdi. Yaşlı nəsildən olanların hamısı bilirdi ki,
Mir Mahmud əvvəllər Qəndəharın kələntəri, sonra-
lar hakimi olmuş Mir Veysin böyük oğludur. Saray
xadimləri bir zamanlar onu şah Sultan Hüseynə yaxşı
adam kimi nişan vermişdilər. Baxmayaraq ki, o, ata-
sından sonra Səfəvi şahı ilə sülh bağladığına görə
əmisi Mir Abdullanı qətlə yetirmişdi.
1
– Məgər sən onu da bilmirsən ki, bizim Səfəvi səl-
tənətinin nadürüst məmurları şah tərəfindən ona Hü-
seynqulu xan ləqəbi
2
, hələ üstəlik, daş-qaşla bəzənmiş
bir qılınc da verdirib, Qəndəharın rəsmi hakimi et-
mişdilər?!.
1
Miladi təqvimlə 1717-ci ildə.
2
Yəni Şah Sultan Hüseynin qulu.
Dostları ilə paylaş: |