Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Müasir sosioloji nəzəriyyələr



Yüklə 200,89 Kb.
səhifə11/59
tarix13.10.2023
ölçüsü200,89 Kb.
#127677
1   ...   7   8   9   10   11   12   13   14   ...   59
Sosiologiya sosiologiya c miyy t haqq nda elmdir

11. Müasir sosioloji nəzəriyyələr.
XX əsrin əvvələrindən etibarən sosiologiyada milli məktəblərin spesifikası özünü göstərməyə başlayır. Bu, onların formalaşması xüsusiyyətləri ilə bağlı idi. Məsələn, sosiologiya tarixi-fəlsəfi ənənələrdən, Almaniyada isə fəlsəfi-iqtisadi köklərdən, İtaliyada siyasi elmlərdən, İngiltərədə idarəetmədən ayrılaraq tam müstəqillik əldə edir. Bu dövr həmçinin sosioloji tədqiqatlar mərkəzinin Avropadan ABŞ-a keçməsi ilə səciyyələnir. Hələ XIX əsrin sonlarından ABŞ universitetlərində sosiologiya kafedraları yaradılmasına baxmayaraq burada sosiologiya elminin inkişafı XX əsrin 20-ci illərində Çikaqo məktəbindən başlayır. Sonralar ABŞ-da T.Parsons, P.Sorokin, Q.Bekker, N.Smelzer və bu kimi görkəmli sosioloq alimlər fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, N.Smelzerin 1980-ci illərdə nəşr olunmuş “Sosiologiya” adlı əsəri müasir dövrdə də dünyada ən mükəmməl dərs vəsaitlərindən biri hesab olunur. Müəllif sosiologiya elminin predmetini belə müəyyənləşdirmişdir: “Sosiologiya-cəmiyyətin və sosial münasibətlərin elmi yolla tədqiqi deməkdir. O, real gerçəkliyin məlumatlarına və yaxud faktlarına əsaslanır və onlardan elmi nəticələr çıxarır”. 1905-ci ildə ABŞ-da Sosiologiya cəmiyyəti təşkil olunduqdan sonra çox qısa müddət ərzində bu elm geniş inkişaf yoluna qədəm qoydu. Hazırda ABŞ-ın bütün universitetlərində və kolleclərində bu fənn geniş tədris olunur.
Neopozitivizmin təşəkkülü XX əsrin 20-ci illərindən başlayır və “elmin standart konsepsiyasının” hazırlanması ilə bağlıdır. O, aşağıdakı prinsiplərin həllini nəzərdə tutur:
Sosial hadisələr bütün gerçəklik üçün ümumi olan təbiət və mədəni-tarixi qanunlara tabedir;
Sosial tədqiqatların metodları ciddi, dəqiq və obyektiv olmalıdır;
İnsan davranışının subyektiv aspektlərini yalnız onların açıq təzahürü zamanı tədqiq etmək olar;
Elmi anlayışların və müddəalrın həqiqiliyi empirik prosedurlar əsasında müəyyən edilir;
Bütün sosial hallar və hadisələr kəmiyyətcə təsvir olunmalıdır;
Sosiologiya bir elm kimi ideologiyadan və mənəvi sərvətlərə qiymətvermədən azad olmalıdır.
Bu cərəyanın davamçıları sırasında P.Lazersfildi, Q.Beylonu, D.Koeni, D.Uilleri və başqalarını göstərmək olar.
Struktur-funksional təhlil anlayışı iki mənada işlənir:
Sistemdə baş verən dəyişiklikləri onun elementlərində baş verən dəyişikliklərlə əlaqədə götürən metod kimi;
Əsası amerikan sosioloqu T.Parsons (1902-1979) tərəfindən qoyulmuş sosioloji məktəbin adı kimi T.Parsons tarazlıq (müvazinət) kateqoriyasını ön plana çəkərək iddia edir ki, cəmiyyət yalnız tarazlığa əsaslanmaqla özünü qoruyub saxlaya bilər. Buna görə də sosiologiyanın vəzifəsi-cəmiyyətdə sabitliyin (tarazlığın) qorunub saxlanılması üçün təkliflər verməkdir. T.Parsonsun fikrincə, istər cəmiyyət, istər istehsal vahidi və istərsə də ayrılıqda götürülmüş fərd aşağıdakı əsas problemləri həll etmədən mövcud ola bilməz.(T.Parsons bunlara labüd tələblər kimi baxırdı)
ətraf mühitə, obyektlərə uyğunlaşma (adaptasiya);
məqsədlərin müəyyən edilməsi və onların əldə olunması üçün bütün imkanların səfərbər edilməsi; (qarşıya məqsəd qoyulması)
daxili vəhdətin və nizamın qorunması (inteqrasiya); (sistemin elementləri arasında sabit vəziyyət yaratmaq)
daxili sabitliyin, müvazinətin, sistemin özünəuyğunluğunun təmin edilməsi (latenlik-nümunənin qorunub saxlanılması)
T.Parsonsun fikrincə, cəmiyyətin inkişafı təkamül xarakteri daşıyır. O, üç cəmiyyət tipi göstərir:
Primitiv, burada differensiasiya güclüdür, cəmiyyətin ölkələrə, dövlətlərə, xalqlara parçalanması baş verir;
Ara cəmiyyət tipi. Bu tip yazının, sosial təbəqələşmənin meydana gəlməsi və mədəniyyətin müstəqil fəaliyyət sahəsinə çevrilməsi ilə əlamətdardır;
Müasir cəmiyyət tipi. Bu tipin xarakterik cəhəti hüquqi sistemin dini sistemdən ayrılmasından, inzibati bürokratiyanın, bazar iqtisadiyyatının və demokratik seçki sisteminin formalaşmasından ibarətdir.
T.Parsons 1937-ci ildə nəşr etdirdiyi “Sosial fəaliyyətin strukturu” adlı əsərində irəli sürdüyü təfəkkür üsulunun struktur və funksional aspektləri arasındakı fərqləri göstərmişdir. Onun fikrincə, struktur gec dəyişən moment olub sabitliyi təmin edir, funksiya isə əksinə olaraq dinamikliyi, mütəhhərrikliyi əks etdirərək hadisələrin mahiyyətinə varmağa, onların məzmunu və xarakterinin aşkara çıxarılmasına imkan verir.
Münaqişələrin sosiologiyası. Amerika sosioloqları L.Kozer və K.Mills, alman sosioloqu R.Darendorf cəmiyyətdə münaqişə probleminə xüsusi diqqət yetirirlər. Münaqişələrə təsir göstərmək, onu nizamlamaq mümkündür.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə