Sosiologiya sosiologiya cəmiyyət haqqında elmdir


Əhalinin cins-yaş strukturu



Yüklə 200,89 Kb.
səhifə48/59
tarix13.10.2023
ölçüsü200,89 Kb.
#127677
1   ...   44   45   46   47   48   49   50   51   ...   59
Sosiologiya sosiologiya c miyy t haqq nda elmdir

49. Əhalinin cins-yaş strukturu.
Əhalinin cins-yaş strukturunun konkret təhlilinə keçməzdən əvvəl respublikamızda yaşayan əhalinin ümumi strukturuna, onun miqdarca artması səviyyəsinə və tempinə nəzər salaq. Hər şeydən əvvəl qeyd edək ki, 80-ci illərdən başlayaraq Azərbaycanda əhalinin məişətdə və həyat şəraitində nəzərə çarpacaq dərəcədə enmələr baş vermişdir. Bu problemlər cəmiyyətin bütün sahələrinə təsir etmiş, demoqrafiyadan da yan keçməmişdir. Konkret rəqəmlərə müraciət edək. Azərbaycanda əhalinin sayı 1979-cu ildə 6 milyon, 28 min 300 nəfər, 1989-cu ildə 7 milyon 37 min 900 nəfər, 1994-cü ildə 7 milyon 430 min 700 nəfər olmuşdur. Hazırda 2013-cü ildə respulikamızda 9 milyondan çox əhalivardır. Əhali artımı kəndlə müqayisədə şəhərlərdə üstünlük təşkil edir (Azərbaycan əhalisinin 50,7 %-i şəhərdə, əhalinin 27 %-i, şəhər əhalisinin 47%-i Bakının payına düşür.). Bu kənddən şəhərə miqrasiyanın nəticəsidir.
Cəmiyyətin sosial sturukturunda çox mühüm yer tutan elementlərdən biri demoqrfık qruplardır. Bura adətən əhalinin aşağıdakı sturuktur hissələrini daxil edirlər: cins-yaş, ailə və genetik tərkib. Demoqrafık strukturun bu tərkib hissələri əhalinin ayrı-ayrı ərazilər üzrə təkrar istehsalı və formalaşması prosesinin şəraitini və nəticələrini təşkil edirlər. Sosiologiya demoqrafık sturuktura doğum, ölüm, nigah bağlama, boşanma, əhalinin şəhər və kənd yerləri üzrə, həmçinin də müxtəlif ərazilər arasında miqrasiya mübadiləsi kimi hadisələrin statik parametri rolunda çıxış edir.
Əhali strukturunun cins üzrə öyrənilməsi heç də yaşa görə öyrənilməsində az praktiki əhəmiyyət kəsb etmir. Beləki, o, bir tərəfdən məhsuldar qüvvələrin yerləşdirilməsinə, digər tərəfdən isə əhalinin təkrar istehsalına və ərazi üzrə təşəkkül tapmasına təsir edir. Əhalinin cins-yaş strukturunun 2 əlamət üzrə təhlili eyni zamanda müxtəlif yaş qrupları arasında və hər bir yaş qrupunda kişi ilə qadın arasındakı nisbəti üzə çıxarmağa imkan verir. Bu strukturu həm istehsal ixtisasına uyğunluğu, həm də əhalinin təkrar istehsalı ilə əlaqədar olması baxımından qiymətləndirmək olar. I halda ictimai istehsalda kişi və qadın həmçinin müxtəlif yaşlı şəxslərin əməyindən istifadəetmək imkanı və səmərəliliyi, II-də isə yaş-cinstərkibi əhalinin təbii artıb-əksilməsinə təsiri təhlil edilir.
Struktur müqayisə etmənin aləti yaş cins piramidasıdır. O 2 cür olur: a) oxşarlı-burada 2 və daha çox cəm öz aralarında müqayisə edilir; b) dinamik-burada vaxt üzrə eyni cəmin strukturu müqayisə edilir. Yaş-cins pramidası diaqrammanın 2 tərəfli istiqamətidir. Bu diaqrammada hər bir yaşın və cinsin miqdarı, yaxud da tədqiq edilən cəmdə onların payı müəyyən miqyasda üfiqi zolaqla göstərilir. Ən böyük yaşdan tutmuş ən kiçik yaşa qədər pillələrin müqayisəli uzunluğu uzun müddətdə doğum və ölüm prosesinin əhalinin yaş-cins tərkibinə təsiri, həmçinin həmin vaxtda formalaşmış yaş tərkibinin əhali artımının perspektivinə təsiri haqqında təsəvvür yaradır.


Yüklə 200,89 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə