xüsusi təlim görmüş nəzarət funksiyalarının yerinə yetirilməsi üçün əmək haqqı alan şəxslərdir. Onlar sosial statusların
və rolların daşıyıcılarıdır (məsələn, məhkəmə, polis, həkim-psixiatr, sosial işçi, dini idarənin, məscidin
xüsusi vəzifəli
şəxsləri və s.)
Əgər ənənəvi cəmiyyətlərdə sosial nəzarət yazılmamış qaydalara əsaslanırdısa, müasir cəmiyyətlərdə artıq
yazılmış normalara (qanunlar, fərmanlar, qərarlar, təlimatlar və s.) istinad edir. Sosial nəzarət təsisatlaşmış xarakter
kəsb edir.
Nəzarət metodlan tətbiq edilən sanksiyalardan asılı olaraq, aşağıdakı kimi təzahür edə bilər:
-0000000000000000000000 sərt;
-
5mmşaq;
-
birbaşa (bilavasitə); [214 - 215]
-
vasitəli.'
Nəzarətin qeyd olunan metodlan kəsişə bilər. Məsələn, siyasi repressiya, reket, mütəşəkkil cinayətkarlıq
birbaşa sərt nəzarət instrumentlərinə aiddir. Konstitusiyanın və mülki məcələlərin fəaliyyəti birbaşa 5mmşaq nəzarət
instrumentlərinə, kütləvi informasiya vasitələri vasitəli yumşaq nəzarət instrumentlərinə, be}məlxalq birliyin iqtisadi
sanksiyalan vasitəli sərt nəzarət isntrumentlərinə aiddir.
Nəzarət metodlan həm də ümumi və detal ola bilər. Məsələn, menecer öz tabeçiliyində olan şəxsə tapşınq
verirsə, lakin tapşınğm yerinə yetirilməsi gedişinə nəzarət etmirsə, deməli, o, ümumi nəzarət metodundan istifadə edir.
Əgər menecer fəaliyyətin hər bir məqamma müdaxilə edir, nəyisə düzəldir, sahmana salırsa, deməli, o, detal nəzarət
metodundan istifadə edir. Sonuncunu həm də nəzarətçi adlandınrlar. Nəzarət cəmiyyətin həm mikro, həm də makro
səviyyəsində həyata keçirilir. Başqa sözlə, nəzarət irimiqyaslı sosial sistem hüdudlannadək yayılır.
Ümumi nəzarət zamanı ancaq son nəticə izlənilir. Fikrimizi sadə bir nümunə ilə izah edək. Müəllim şagirdlərə
Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini açıqlayan inşa yazmağı tapşınr. Həftenin sonunda inşa yazılann
yoxlanılacağını bildirir. Həftənin sonunda o, yerinə yetirilmiş işlərin keyfiyyətini yoxlayır və müvafiq qiymətlər yazır.
Bu halda müəllimi hansı ədəbiyyatdan istifadə olunması, köməyə kimlərin cəlb edilməsi və s. kimi məsələlər
maraqlandırmır. O, şagirdlərə tam fəaliyyət sərbəstliyi verir.
Lakin detal nəzarət zamanı vəziyyət dəyişir, başqalaşır. Müəllim vəzifələri, tapşınğm həcmini və yerinə
yetirilməsi müddətlərini müəyyənləşdirir. Bundan əlavə, o, inşanın planmı verir, müvafiq ədəbiyyatı göstərir və tələb
edir ki, iş müstəqil surətdə yerinə yetirilsin, heç kimin köməyindən istifadə olunmasm. Müəllim əlavə olaraq bildirir ki,
yazılmış hissələr günaşırı təqdim olunsun ki, o, vaxtında səhvləri [215 a 216] düzəltsin və zərurət yaransa, şagirdi
istiqamətləndirsin. Deməli, müəllim işin yerinə yetirilməsinin bütün gedişinə nəzarət edir. Göründüyü kimi, detal
nəzarət zamanı fəaliyyət sərbəstliyi çox məhduddur.
Məlum olduğu kimi, nəzarət idarəetmənin tərkib hissəsidir. Lakin idarəetmənin elə mühüm, əhəmiyyətli
hissəsidir ki, nəzarətin növündən, metodlarmdan asılı olaraq, idarəetmənin özü də xeyli dərəcədə dəyişir. Belə ki,
nəzarət metodlan idarəetmə üslubunda (demokratik, avtoritar) dərin iz buraxır. Nəzarət prosesində ilkin planlar son
nəticələrlə müqayisə olunur, kənaraçıxmalar olduqda, səbəbləri araşdınlır və müvafiq tədbirlər (məsələn, cərimə
olunmaq,
tənbeh edilmək, işdən çıxanimaq və s.) görülür. Nəzarət məhz onunla qüdrətlidir ki, o,
ciddi qüsurlar aşkara
çıxanldıqda cəza tədbiri ilə sona çatır. Cəza olmasa, nəzarətdən qorxmağa ehtiyac qalarmı? Əlbəttə, yox. Lakin cəza
ədalətli olmalı, işin mahiyyətini, real vəziyyətini, xarakterini, sosial nəticələrini dəqiq əks etdirilməlidir. Ümumiyyətlə,
istənilən kollektivin sərəncamında əmək vəzifələrinin vicdanla yerinə yetirilməsi, mənəvi-psixoloji iqlimin
yaxşılaşdırılması üçün kompleks hüquqi və ictimai təsiredici vasitələr vardır. Həmin vasitələrdən vaxtında, səmərəli və
optimal istifadə olunması olduqca ciddi məsələdir.^
Kollektiv üzvlərinə hüquqi, əxlaqi, ictimai vasitələrlə təsir göstərilməsi sabit və dinamik fəaliyyət
stereotiplərinin işlənib hazırlanmasına, istehsal tapşırıqlarının keyfiyyətli, dürüst yerinə yetirilməsinə kömək edir.
Bununla da işçilərdə birgə işləmək mədəniyyətinin, tam qüvvə ilə çalışmaq vərdişinin, əməyə münasibətdə sosial
cəhətdən optimal nümunənin formalaşması prosesi sürətlənir. [216-217]
' Кравченко A. И. Социология. M., 2005, c. 234. ^
Sosiologiya (dərslik). Bakı, 2005, s. 169.
86
XII
FƏSIL
SIYASƏTIN
SOSİOLOGİYASI
1.
Siyasətin sosiologiyası sosioloji elmin mühüm sahəsi kimi
Siyasi sosiologiya sosiologiyanın çox mühüm sahələrindən biri olub, siyasəti və siyasi münasibətləri öyrənir.
Onun əsas predmeti siyasi hakimiyyətdir, onun cəmiyyətdə fəaliyyətinin və bölgüsünün forma və metodlarıdır. Bu
predmet çərçivəsində fərdlərin, sosial qruplann, etnik birliklərin və onlann təşkilatlannm real siyasi şüuru, maraqlan və
davranışına xüsusi diqqət yetirilir.
Siyasətin sosiologiyası xüsusi sosioloji bilik sahəsi kimi Qərbdə XX əsrin 30-50-ci illərində qərarlaşmışdır.
Lakin onun predmet sahəsini, yəni siyasətə sosioloji yanaşmanı həmin dövrlə məhdudlaşdırmaq doğru olmazdı. Qədim
yunan mütəfəkkirlərini, ilk növbədə Platonu və Aristoteli, Yeni dövr nəzəriyyəçilərini (Makiavelli, Boden, Hobbs,
Monteskye, Tokvil və başqalan), fransız ensiklopedistlərini (Didro, Dalamber, Russo, Volter, Helvetsi, Holbax və s.),
Sen-Simonu, Lokku, Ferqyussonu və Hegeli xatırlamaq kifayətdir. Onlann ideyalan siyasəti və onun nəzəri-metodoloji
mənalandınimasmı nisbi muxtar həyat və elm sahəsi kimi ayırd etməkdə, eyni zamanda siyasəti sosial sfera ilə
qarşılıqlı təsirdə öyrənməkdə mühüm rol oynamışdır. Bu ilkin şərtlər sosiologiyada M. Veber, V. Pareto, Q. Moska, R.
Mixels, A. Bentli, D. Trumen, Q. Lassuel kimi ğörkəmli mütəfəkkirlər, habelə digər məktəb və cərəyanlann
nümayəndələri tərəfindən reallaşdırıldı.
Bir cəhətə də xüsüsi diqqət yetirilməlidir: Qərbdə siyasi sosiologiyanın təşəkkülü ümumi sosiologiyanm
inkişafı ilə [217 - 218] sıx əlaqədə, siyasi elmlə (politologiya ilə) qarşılıqlı təsirdə və rəqabətdə baş vermişdir. Məsələn,
ümümi sosiologiyada siyasi sosiologiyanm siyasi sistem nəzəriyyəsinə adaptasiya olunması (T. Parsons və onun
ardıcılları), sosiologiyanın bir çox mərkəzi konsepsiya və anlayışlarının (məsələn, təsisatlaşma, sosiallaşma, sosial
diferensiasiya və inkişaf) siyasiləşməsi və siyasətin təhlil instrumentinə çevrilməsi özünü göstərir. Siyasi
sosiologiyanm digər sələfi olan siyasi elm müstəqil akademik fənn kimi xeyli əvvəl təşəkkül tapmışdır. Belə ki, həmin
elmin ilk kafedraları Qərbi Avropada və Amerikada XIX əsrin sonu - XX əsrin əvvəlində meydana gəlmiş, tezliklə
milli assosiasiyalara çevrilmişdir. Arüq 1949-cu ildə YUNESKO-nun nəzdində Beynəlxalq Siyasi Elm Assosiasiyası
(BSEA) yaranmışdır. Siyasi sosiologiya nümayəndələri, habelə sosioloji yönümlü politoloqlar təklif edirdilər ki,
siyasət perspektivdə sosial struktur və qeyri-formal sosial institutlar, ictimai rəy və davranış baxımından, bir sözlə,
sosial-siyasi proseslərin, norma və münasibətlərin bütün kompleksi kimi, şəxsiyyətin və kiçik qruplann sosial-mədəni
və psixoloji xarakteristikalarmın bütün rəngarəngliyini tədqiq etməklə təhlil olunsun. Bu halqa diqqət yetiriləsi
məqamlar xeyli arhr. Məsələn, təkcə razılıq
və sabitlik məsələlərini yox, həm də münaqişə və dəyişikliləri araşdırmaq
lazım gəlir. Təkcə siyasi partiyalan və həmkarlar təşkilatlanm yox, bütün ictimai təşkilatlan və hərəkatları,
qeyri-formal birlikləri öyrənməyə ehtiyac yaranır və s.
Siyasi sosiologiya nümayəndələrinin, sosioloji yönümlü politoloqlann mühüm xidmətlərindən biri də onların
sosiologiyada geniş istifadə olunan bir sıra anlayışlan (məsələn, aktyor, rol, status, mövqe, dəyər, gözləmə, yönüm və
s.) siyasətin tədqiqinə daxil etmələridir.
Nəzərə almaq lazımdır ki, artıq XX əsrin 50-60-cı illərində Qərbdə, ən əvvəl ABŞ-da siyasi elmin özündə
sosiologiyalaşma meyli güclənir. Mütəxəssislər bunu iki mühüm amillə izah edirlər:
1) pozitivist-biheviorist
dünyagörüşü və [218 - 219] metodologiyasının üstün nüfuza malik olması ; 2) empirik təhlil metodlannm geniş tətbiq
edilməsi. Öz növbəsində siyasi sosiologiya sahəsində çalışanlar rəsmi siyasi təsisatları və normalan (əlbəttə, bu sahə
üçün xarakterik olan metodlarla) öyrənməyin zəruriliyini etiraf etdilər. Təsadüfi deyildir ki, hazırda
siyasi sosiologiya
və siyasi elm nəzəri-metodoloji və kateqoriya-anlayış baxımından o qədər də fərqlənmir. Təsisatlaşma aspektində
siyasi elmin imkanlan daha genişdir: inkişaf etmiş ölkələrdə siyasi elmə dair çoxsaylı fakültələr və kafedralar
mövcuddur, halbuki siyasi sosiologiya, demək olar ki, ancaq ümumi sosiologiya çərçivəsində öyrənilir və tədris
olunur.
Hazırda siyasi sosiologiyanm predmet sahəsi qeyri-yekdil mövqeləri əks etdirir. Bunun səbəbləri müxtəlifdir
-
siyasi sosiologiyaya dair nəzəriyyələr, anlayış aparatı, tədqiqat metodları və empirik şərtlər kifayət qədər
rəngarəngdir;
-
onun
meydana gəlməsi mənbələri, həm də inkişaf qolları müxtəlif və ziddiyyətlidir;
-
siyasətin
müxtəlif cür başa düşülməsi, XX əsrdə siyasət sahəsinin özünün genişlənməsi və dəyişilməsidir;
-
alimlərin nəzəri - dünyagörüşü mövqelərinin fərqli xüsu-siyyətlərə malik olmasıdır;
-
cəmiyyətşünaslıq elmlərinin ümumən etiraf olunan nəzəri-metodoloji əsaslarının olmamasıdır;
87