Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə52/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   73

uzaqlaşmaması  burada  xüsusi  məna  kəsb  etmir.  Siyasi  yönümün,  mövqeyin  dəyiş-məməsi  onun  siyasi  insan  kimi 
dəyişməz  qalması  demək  deyildir.  O,  öz  həyatında  müəyyən  təshihlər  apanr,  siyasi  reallıqlara  öz  münasibətini 
dəqiqləşdirir, öz həyat fəaliyyətinin konkret formalarım başqalaşdırır. 
Yeri  gəlmişkən  bir  məsələyə  də  aydınlıq  gətirilməlidir.  Tarixin  sərt  dönüşlərində  insanların  siyasi  həyata 
qoşulmasına  xüsusi  diqqət  yetirilmiş,  hər  kəsin  siyasətdə  iştirakı  hüququ  etiraf  olunmuş,  bunun  üçün  müəyyən 
təminatlar verilmişdir. Lakin bu, uzun müddət ərzində əhalinin bir qisminə müyəssər olmuşdur. Tarixi proses sübut edir 
ki, siyasi kolliziyalar zamanı siyasi problemlərin həllində iştirak edənlərin sayı kəskin surətdə artır. Lakin qələbə ya 
məğlubiyyət məqamları keçdikdən sonra iştirakçılann azalması müşahidə edilir. 
Mütəxəssislərin fikrincə, ümumi meyl belədir ki, siyasət getdikcə daha çox adamın həyatma daxil olur. Sabit 
xarakter  daşıyan  bu  meyl  əhəmiyyətli  dərəcədə  onunla  əlaqədardır  ki,  siyasi  hüquq  və  azadhqlann  dərk  olunması, 
reallaşması siyasi fəaliyyətdə, demək olar ki, hamının iştirakı üçün əsas yaradır. Müxtəlif səviyyədə rəhbərin, liderin 
mövqeyi, siyasi proseslərə bələdliyi, elmi cəhətdən əsaslı strategiya və taktika işləyib hazırlamaq bacarığı böyük məna 
kəsb  [225 - 226] edir. Lakin bu, adamlann siyasi davranışının, fəaliyyətinin həlledici əhəmiyyətini kiçiltməyə əsas 
vermir. 
Belə  bir  cəhət  də  unudulmamalıdır:  bəzən  insanlann  siyasi  fəaliyyətini  məhdudlaşdırmaq,  yaxud  başqa  bir 
məcraya yönəltmək hallan özünü göstərir. Lakin insanlann siyasi həyatdan hər hansı formada uzaqlaşdırılması, real 
tarixi prosesə adekvat olmayan səmtə istiqamətləndirilməsi ciddi nəticələrə gətirib çıxara bilər. Məsələn, açıq və ya 
gizli şəkildə bütövlükdə siyasi sistemə münasibətdə yadlaşma təzahür edə bilər. 
Hazırda ictimai-siyasi həyatda təkcə bir ölkə əhalisinin yox, bir çox dövlətlərin əhalisinin sosial dəyərlərinin 
akkumulyasiyası  baş  verir.  İndiki  mərhələdə  müxtəlif  siyasi  yönümlü  insanlar  cəmiyyətin  militaristləşdirilməsinə, 
təcavüz və müharibə siyasətinə, irqi və milli ayn - seçkiliyə, tenorizmə, qadmlann hüquqlarının məhdudlaşdırılmasma, 
gənc nəslin vəziyyətinin pisləşməsinə, ətraf mühitə qeyri-insani münasibətə, təbii ehtiyatlardan səmərəsiz istifadəyə və 
s. qarşı öz etirazlarını bildirirlər. 
Göründüyü  kimi,  siyasi  sosiallaşma  mürəkkəb,  çoxcəhətli  proses  olub,  müvafiq  informasiyanın 
mənimsənilməsini, şərhini, öz mənafe və tələbatlarına uyğunlaşdınimasmı, həmin mənafe və tələbatların cəmiyyətlə, 
dövlətlə qarşılıqlı münasibətlər prosesində, real həyatda reallaşdınimasmı nəzərdə tutur. 
4.
 
Siyasi mədəniyyət 
Siyasətin  sosiologiyasında  siyasi  mədəniyyət  problemi  mühüm  əhəmiyyət  kəsb  edir.  O,  siyasi  hakimiyyət 
funksiyalarının həyata keçirilməsi prosesində reallaşdınlan (və ya reallaşdırılmalı olan) nəzəri müddəalann, baxışların, 
rəylərin, sərvət yönümlərinin və s. məcmusu kimi təsəvvür edilə bilər. 
Siyasi mədəniyyət üçün əsas çıxış nöqtəsi əhalinin məlumatlı olması, nəzəri-siyasi problemlərə bələdliyidir. 
İlkin  biliklər,  məlumatlar  adətən  kortəbii  surətdə  əldə  edilir,  təhsil  sayəsində,  kütləvi  informasiya  vasitələrinin 
fəaliyyəti sayəsində az - çox sistemli xarakter daşıyır. 
Sistemli məqsədyönlü siyasi təhsilin olmaması ciddi nəticələrə gətirib çıxara bilər. Siyasi yönümün itirilməsi
tarixi yaddaşın zəifləməsi və ya təhrifi, siyasi davramşm passivliyi, siyasi hadisələrə marağm sönməsi, laqeydlik və s. 
bu qəbildəndir. 
Siyasi  mədəniyyət  üçün  siyasi  yönüm,  dəyərlər,  ustanovkalar  mühüm  əhəmiyyətə  malikdir.  Çünki  bunlar 
əqidəni, fəaliyyətə hazırlığı formalaşdırır. 
Təhlil  göstərir  ki,  respublikamızda  siyasi  yönümlər  kifayət  qədər  rəngarəngdir.  Onlann  spektri  müxtəlif 
olmaqla yanaşı yayılma dərəcəsi də bir-birindən fərqlidir. Azərbaycanda Prezident və parlament seçkilərinin nəticələri 
göstərdi ki, siyasi partiyaların çox olmasına baxmayaraq, əsas siyasi yönümlər və əqidələr bir neçə partiya (xüsusən 
Yeni Azərbaycan Partiyası) ətrafinda cəmləşir. 
Nəzərdən qaçırmaq olmaz ki, siyasi mədəniyyət fəaliyyətdə təcəssümünü tapır. Lakin siyasi mədəniyyət təkcə 
siyasi həyatda iştirakı xarakterizə etmir, o həm də insanın yetkinlik dərəcəsini, dərketmənin mənalılığmı, dərinliyini, 
siyasi bili}dn praktikaya necə qoşulmasını və s. əks etdirir. 
Aydm məsələdir ki, insamn siyasi fəaliyyəti onun yaşadığı dövlətin hüquqi normaları ilə tənzimlənir. Bu o 
deməkdir  ki,  şəxsiyyətin  siyasi  mədəniyyətinin  formalaşması  və  təkamülü  baxımından  hüquqi  normalann 
mükəmməlliyi xüsusi məna kəsb edir. Bu normalar cəmiyyətin dinamik inkişafına istiqamətlənməli, zərurət yarandıqda 
yeniləşməlidir, müasirləşməlidir. Demokratik cəmiyyət quruculuğunun uğurla həyata keçirilməsi mükəmməl hüquqi 
prinsiplərə  və  normalara,  qanunlann  aliliyinə  möhtacdır.  Bu  quruculuq  e}mi  zamanda  vətəndaşların  siyasi 
mədəniyyətinin yetkinliyini [228 - 228] nəzərdə tutur. Ümummilli liderimiz H. Ə. Əliyev qeyd edirdi ki, demokratiya 
«hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir». 
Xatırlatmaq yerinə düşər ki, bazar münasibətlərinin və strukturlannm qərarlaşması, hüquqi demokratik dövlət 
quruculuğu vətəndaşlann siyasi şüurunda köklü dəyişmələrin baş verməsini tələb edir. Ona görə də müstəqil 
90 


inkişafimıza,  milli  maraqlara  və  tələbatlara  istinad  edən  dərkolumnuş  siyasi  mədəniyyətin  formalaşdırılması  ümdə 
vəzifələrdən olaraq qalır. 
Bir məsələyə də diqqət yetirilməlidir: son zamanlar milli ideyadan, onun ietimai-siyasi həyatda rolundan çox 
danışırlar. Milli ideya ietimai şüura «hopmuş» ideyalann kristallaşması ola bilər. Başqa sözlə, belə ideya üstün sosial 
yönümlərin,  dəyərlərin  təmərküzləşməsi  ola  bilər.  Milli  ideya  şəxsi,  qrup  və  ietimai  maraqlan  ifadə  edərək,  onlan 
əlaqələndirərsə, o zaman birləşdiriei, səfərbəredici ideya ola bilər. [228 - 229] 
91 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə