2.
normalar;
3.
sanksiyalar.’
Zənnimizcə, bu nöqteyi-nəzər mahiyyəti daha dəqiq əks etdirir.
Əvvəlcə qeyd edək ki, sosial nəzarət və hakimiyyət bir-biri ilə srx bağlı olan anlayışlardır. Bu anlayışlardan
hansının daha geniş, hansının daha məhdud olmasmı demək çətindir. Bəzi müəlliflər belə hesab edirlər ki hakimiyyət
daha geniş anlayışdrr; o, nəzarəti özünün bir fünksiyasr kimi ehtiva edir. Bu fikir o halda doğrudur ki, söhbət
təşkilatdan gedir. Lakin söhbət cəmiyyətdən getdikdə vəziyyət dəyişir: sosial nəzarət anlayışı daha geniş məzmun kəsb
edir, hakimiyyət isə nəzarəti həyata keçirmək vasitəsi kimi çıxış edir. Çünki hökumət, parlament, kütləvi informasiya
vasitələri, sıravi vətəndaşlar və s. sosial nəzarətin həyata keçirilməsində özünəməxsus yer tuturlar. Hakimiyyət
sayəsində normalar yaratmaq (məsələn, hüquqi qanunlar və ya davranış qaydaları), habelə onlann yerinə yetirilməsi
üzərində nəzarət qo5mıaq, səmərəli sanksiyalar sistemi tətbiq etmək mümkün olur. Hakimiyyət əslində əhatəedici
anlayış
kimi təzahür edir, sosial nəzarətin digər iki çox mühüm ünsürünü-normalan və sanksiyaları sıx birləşdirə bilir.
Diqqət yetirsək, aydın müşahidə etmək olar ki, əslində cəmiyyətin hər bir üzvü öz üzərinə müəyyən
hakimiyyət funksiyaları götürür. Məsələn, yaşlı adam zibili küçəyə atan bir cavana irad tutursa, o, bir növ hakimiyyət
funksiyası təzahür etdirir. Lakin polis, məhkəmə, parlament, hökumət, ordu daha böyük hakimiyyətə malikdir. Bu
halda hakimiyyət fünksiyalan başqasmı düz yola dəvət edən yaşlı [203 - 204] adamın hərəkəti ilə müqayisədə daha
təsirli, daha realdır. Çünki onlann nəinki əmrlər, göstərişlər vermək (sosial normalar yaratmaq) səlahiyyətləri vardır,
həm də
həmin əmrlərin, göstərişlərin (sosial normalann) icrası üzərində səmərəli nəzarət imkanlan mövcuddur.
İstənilən cəmiyyətdə 5uıxanlann və aşağılann hakimiyyət uğrunda mübarizəsi gedir. Aşağılar həmişə çalışırlar
ki, hakimiyyətə nəzarət etsinlər, onun hər addımmı izləsinlər ki, mümkün sui-istifadələrin sayım maksimum
azaltsınlar. Azlığın hakimiyyəti isə əksinə, çalışır ki, əhatəedici nəzarətdən yayınsın, daha çox maneələr yaratsm, bir
növ keçilməz olsun. Bu mənada yuxanlarm və aşağılann mənafeləri diametral əkslik təşkil edir. Elə cəmiyyətlər var ki,
onlar müxtəlif istiqamətli mənafeləri banşdıra bilir və elə mexanizmlər və ya institutlar yaradıblar ki, onlar sosiumun
münaqişələr, toqquşmalar, müharibələr nəticəsində dağılmasma imkan verməsinlər. Bəzi cəmiyyətlər isə buna nail ola
bilmirlər.
Etiraf etməliyik ki, biz «hakimiyyət» sözündən çox istifadə edirik, lakin onun mənasına lazımmca diqqət
yetirmirik. Bu anlayışın məzmunu ilə yaxından tanış olduqda görürük ki, o, heç də birmənalı izah edilmir.
Hakimiyyətdən bəhs etdikdə çox zaman siyasəti düşünürük. Əslində isə hakimiyyət adi həyatımızda da hər birimizə
aiddir. Əgər biz kiməsə tabe oluruqsa, bunu ona görə edirik ki, o, bizim üzərimizdə hakimiyyətə malikdir. Valideynləri,
müəllimləri, polis işçilərini, məşqçiləri və s. xatırlayaq. Onlar müqabil tərəfi vacib, zəruri hesab etdiklərini yerinə
yetirməyə məcbur edirlər. Təsadüfü deyildir ki, təsir, nüfuz və ya qüdrət haqqında mühakimələr yürüdürkən çox zaman
həmin anlayışlarla məhz hakimiyyəti ifadə edirik.
Görkəmli sosioloq M. Veber hakimiyyəti öz iradəsini digər adamların arzulanna, istəklərinə rəğmən qəbul
etdirmək imkanı və ya qabiliyyəti kimi nəzərdən keçirirdi. Bu və ya digər hərəkəti o zaman hakimiyyətin təzahürü
adlandırmaq olar ki, həmin hərəkət insanı nə isə etməyə məcbur [204 - 205] edir, sövq edir, halbuki həmin insan öz
iradəsi ilə başqa cür hərəkət edərdi. P. Morris isə qeyd edir ki, hakimiyyət sadəcə olaraq kiməsə və ya nəyəsə təsir
göstərmək qabiliyyəti deyildir, kiminsə və ya nəyinsə dəyişilməsinə yönəlmiş fəaliyyətdir, prosesdir.
Araşdırmalar göstərir ki, hakimiyyətin təbiətinə
dair müxtəlif konsepsiyalar, mövqelər bir-birindən fərqli olsa
da, onlardan birinin digərini inkar etməsi qənaətinə gəlmək olmaz. Çünki belə fərqlilik hakimiyyət fenomeninin
ayrı-ayn aspektlərini əks etdirir. Müasir politoloji və sosioloji ədəbiyyatda hakimiyyətin minimum üç aspekti ayırd
edilir:
-
Direktiv aspekt. Bu halda hakimiyyət əmrlərin, direktivlərin, sərəncamlann yerinə yetirilməsini təmin edən
fenomen kimi başa düşülür. Məlum cəmiyyətin yüksək hakimiyyət instansiyasından bəhs edərkən məhz bu mənanı
əsas tuturlar. Hakimiyyətin direktiv aspekti adətən aparıcı hesab olunur.
-
Funksional aspekt. Bu halda hakimiyyət ictimai idarəetmə funksiyasını reallaşdırmaq qabiliyyəti və bacarığı
kimi başa düşülür.
Kommunikativ aspekt. Bu aspekt nəzərdə tutur ki, hakimiyyət hər iki tərəf (idarə edən və idarə olunan) üçün
anlaşıqlı olan ünsiyyət və dil vasitəsilə reallaşır.
Yeri gəlmişkən
qeyd edək ki, məhşur Amerika politoloqu və idarəetmə nəzəriyyəçisi,
iqtisadiyyat üzrə Nobel
mükafatı laureatı Q. Saymon qeyd edirdi ki, kommunikasiyasız nə hakimiyyət, nə də təsir mövcud olmazdı. Q. Saymon
kommunikasiyanı təkcə nitq qarşılıqlı təsiri kimi yox, bu sözün geniş mənasında başa düşürdü.
Sosial nəzarətin ikinci struktur ünsürü normalardır. Normalar elə tələblərdir ki, onlar cəmiyyətdə özünü
düzgün aparmaq üçün nə etmək lazım olduğunu diktə edir. Bu tələblər fərdə və qrupa istiqamətlənməklə nəyi isə
' Кравченко A. И., Тюрина И. О., Социология управления. М., 2004, с. 320.
82
etməyə
icazə verir, nəyi isə etməyi qadağan edir. Normalar cəmiyyətdə idarəetmə sistemində yüksək qiymətləndirilir;
onlar cəmiyyətin [205 - 206] sıx birləşməsində əvəzsiz rol oynayır, ictimai xaosun baş verməsinə mane olur, sabitliyin
güclənməsinə kömək edir. Elmi ədəbiyyatda belə bir fikir söylənilir ki, normalar hakimiyyətin birinci silahıdır. Həmin
normaların icrası üzərində nəzarət isə onun ikinci silahıdır. Bu qənaətlə bütövlükdə razılaşmaq olar. Çünki məhz
normalar dəyərlərimizin qoruyucusu, mühafizədir. Hətta davranışın ən sadə normaları da qrup və bütövlükdə cəmiyyət
tərəfindən yüksək qiymətləndirilən cəhətləri özündə əks etdirir. İnsanın həyat fəaliyyətinin müxtəlif sahələrini
nəzərdən keçirdikdə aydın olur ki, onların hər birinin ümumi və spesifik normalar sistemi mövcuddur.
Sosial normalar müvafiq davranış tələbləri, tapşırıqları və gözləmələridir. Sosial normaların meydana gəlməsi
və fəaliyyəti, cəmiyyətin sosial-siyasi təşkilində yeri ictimai münasibətlərin nizama salınmasına olan obyektiv tələbatla
müəyyən olunur.
Sosial normalann (bunlan çox vaxt «Ümumi qaydalar» adlandırırlar) meydana gəlməsinin əsasında hər şeydən
əvvəl maddi istehsalın tələbatları dayanır. İstehsal, bölgü və mübadilə aktlarının təkrar olunması, yəni sosial qarşılıqlı
təsirlərin təkrar olunması elə ümumi qaydaların varlığını tələb edir ki, onlar müvafiq ictimai münasibətlərin
iştirakçılarına müntəzəm surətdə həmin qarşılıqlı təsirlərə qoşulmaq imkanı versin. Bunun sayəsində sosial normalar
özündə sosial qarşılıqlı təsirlərin mücərrəd modelini təcəssüm etdirir. Bu model fərdlərə imkan yaradır ki, onlar ictimai
münasibətlərin digər iştirakçılarının fəaliyyətini irəlicədən görə bilsinlər, öz davranışını müvafiq qaydada nizama
salsınlar. Bunun sayəsində sosial normalar fərd səviyyəsində onun davranışının ölçüsünə, cəmiyyət səviyyəsində isə
həmin davranışın qiymətləndirmə miqyasına çevrilir.
Sosial normalar bir sıra spesifik əlamətlərə malikdir:
-
onlar rasional baxımdan dərk olunmuş və məntiqi cəhətdən formula edilmiş qaydalar şəklində ifadə oluna
bilər; [206 - 207] bu
halda vasitələrə məqsədlərə, yaxın məqsədlər uzaq məqsədlərə və s. tabe edilir;
-
sosial normalann əksəriyyəti üçün xarakterik cəhət onlann çox zaman ictimai şüurda göstərilən elementlərə
(məqsədlər, vasitələr) aynimasıdır. Başqa sözlə, onlar bütöv nümunələr, stereotiplər (davranış standartlan) kimi
mövcud olur,
məhz bu cür qavramhr, davranışda təkrar istehsal edilir;
-
sosial normalann məzmunu fərdlərin və sosial qruplann real davranışından hasil edilir;
-
həmin normalann fəaliyyi çox zaman kortəbii təzahür edərək, insanlarm şüurunda heç də həmişə dolğun
əksini tapa bilmir;
-sosial normalar insanların davranışını nizama salır, ictimai münasibətlərin ən rəngarəng növlərini tənzimləyir.
Bunlar müəyyən normalar iearxiyası kimi təşəkkül tapır, sosial əhəmiyyət baxımından fərqlənir və spesifik
xüsusiyyətlər kəsb edirlər;
-
sosial normalar fəal qarşılıqlı təsirə malik olan fenomendir. Məsələn, siyasi normalar ideoloji sərvətlər
sistemi ilə birbaşa bağlıdır, iqtisadi xarakterli normalara təsir göstərir; iqtisadi xarakterli normalar texniki normalara
təsirsiz qalmır və s. Ailə münasibətləri və əxlaq sahəsinə aid olan normalar əslində sosial cəhətdən əhəmiyyətli
davranış aktlanmn bütün məcmusunu əhatə edir. Hüquqi normalar qeyd edilən normalann ən mühümlərini birləşdirir
və əlaqələndirir.
İnsanlann qarşılıqlı ictimai təsirləri prosesi sosial normalann işlənib hazırlanması üçün başlıca zəmindir.
Təkrar olunan, sabit qarşılıqlı təsirlər müəyyən nizam, qayda yaradılmasmı tələb edir,
başqa sözlə, ictimai tələbatlarla
şərtlənən sosial qarşılıqlı təsirlər müvafiq standartlar işləyib hazırlamağı zərurətə çevirir.
Aydın məsələdir ki, sosial qarşılıqlı təsirlər birbirindən təcrid olunmuş fərdlər arasında deyil, sosial qruplarda,
təbəqələrdə birləşmiş insanlar arasında həyata keçirilir. Sabit sosial təşəkküllərin yaranmasmm özü qarşılıqlı təsirlərin
ayn-ayn [207 - 208] kateqoriyalannm nizama salınması sayəsində, yəni insan birgəyaşayışını istənilən formaları üçün
zəruri olan əsas tələbləri əks etdirən sosial normalann meydana gəlməsi sayəsində mümkün olur.
Sosial normaların institusional xarakteri onlara sosial mənada son dərəcə mühüm xüsusiyyət bəxş edir: onlar
nisbi sabitliyə, daimilik xüsusiyyətinə malik olur; əgər onlar hüquqda təsbit edilmişdirsə, ən ümumi xarakter daşıyır.
Lakin məhz bu xüsusiyyət onlan mobillikdə, yeniləşən sosial-iqtisadi şəraiti nəzərə almaqla özbaşına dəyişilmək
imkanından məhrum edir. Dəyişən sosial şəraitlə fərqlilik artdıqca institusional sosial normalann tənzimedici
funksiyasının səmərəliliyi azalır. Başqa sözlə, reallıqdan ayn düşmək müvafiq normalann sosial səmərəliliyini sarsıdır.
Bu şəraitdə ictimai münasibətlər sahəsində spontan olaraq, özbaşına yeni, qeyri-institusional sosial normalar meydana
gəlir. Onlar bir tərəfdən dəyişilmiş şəraiti adekvat əks etdirə bilər, digər tərəfdən isə institusional nəzarətdən kənarda
qalaraq, ümumi məcburilik xarakteri kəsb etmədiyindən legitimləşməyərək, hüquq pozulmalanna və cinayətkarlığa yol
aça bilər. Çox zaman müəyyən məhdud, lokal mənada adekvat olan həmin normalar bütövlükdə iqtisadiyyat
miqyasında disfunksiyalara gətirib çıxara bilər. İqtisadiyyat isə institusional tənzimləməyə məhz ona görə möhtacdır
ki, o, bütün cəmiyyət üçün qarşlıqlı surətdə əlaqəli vahid sistemdir. Normalann belə institutlaşması iqtisadi inkişafın
yeni, dəyilmiş obyektiv şəraitinə, hər şeydən əvvəl isə cəmiyyətin məhsuldar qüvvələrinin yeni, qabaqcıl
xarakteristikalanna adekvat olmalıdır.
83