Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə48/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   73

2.
 
normalar; 
3.
 
sanksiyalar.’ 
Zənnimizcə, bu nöqteyi-nəzər mahiyyəti daha dəqiq əks etdirir. 
Əvvəlcə qeyd edək ki, sosial nəzarət və hakimiyyət bir-biri ilə srx bağlı olan anlayışlardır. Bu anlayışlardan 
hansının daha geniş, hansının daha məhdud olmasmı demək çətindir. Bəzi müəlliflər belə hesab edirlər ki hakimiyyət 
daha  geniş  anlayışdrr;  o,  nəzarəti  özünün  bir  fünksiyasr  kimi  ehtiva  edir.  Bu  fikir  o  halda  doğrudur  ki,  söhbət 
təşkilatdan gedir. Lakin söhbət cəmiyyətdən getdikdə vəziyyət dəyişir: sosial nəzarət anlayışı daha geniş məzmun kəsb 
edir, hakimiyyət isə nəzarəti həyata keçirmək vasitəsi kimi çıxış edir. Çünki hökumət, parlament, kütləvi informasiya 
vasitələri,  sıravi  vətəndaşlar  və  s.  sosial  nəzarətin  həyata  keçirilməsində  özünəməxsus  yer  tuturlar.  Hakimiyyət 
sayəsində normalar yaratmaq (məsələn, hüquqi qanunlar və ya davranış qaydaları), habelə onlann yerinə yetirilməsi 
üzərində  nəzarət  qo5mıaq,  səmərəli  sanksiyalar  sistemi  tətbiq  etmək  mümkün  olur.  Hakimiyyət  əslində  əhatəedici 
anlayış kimi təzahür edir, sosial nəzarətin digər iki çox mühüm ünsürünü-normalan və sanksiyaları sıx birləşdirə bilir. 
Diqqət  yetirsək,  aydın  müşahidə  etmək  olar  ki,  əslində  cəmiyyətin  hər  bir  üzvü  öz  üzərinə  müəyyən 
hakimiyyət funksiyaları götürür. Məsələn, yaşlı adam zibili küçəyə atan bir cavana irad tutursa, o, bir növ hakimiyyət 
funksiyası  təzahür etdirir. Lakin  polis,  məhkəmə,  parlament,  hökumət,  ordu daha  böyük  hakimiyyətə  malikdir.  Bu 
halda hakimiyyət fünksiyalan başqasmı düz yola dəvət edən yaşlı [203 - 204] adamın hərəkəti ilə müqayisədə daha 
təsirli, daha realdır. Çünki onlann nəinki əmrlər, göstərişlər vermək (sosial normalar yaratmaq) səlahiyyətləri vardır, 
həm də həmin əmrlərin, göstərişlərin (sosial normalann) icrası üzərində səmərəli nəzarət imkanlan mövcuddur. 
İstənilən cəmiyyətdə 5uıxanlann və aşağılann hakimiyyət uğrunda mübarizəsi gedir. Aşağılar həmişə çalışırlar 
ki,  hakimiyyətə  nəzarət  etsinlər,  onun  hər  addımmı  izləsinlər  ki,  mümkün  sui-istifadələrin  sayım  maksimum 
azaltsınlar. Azlığın hakimiyyəti isə əksinə, çalışır ki, əhatəedici nəzarətdən yayınsın, daha çox maneələr yaratsm, bir 
növ keçilməz olsun. Bu mənada yuxanlarm və aşağılann mənafeləri diametral əkslik təşkil edir. Elə cəmiyyətlər var ki, 
onlar müxtəlif istiqamətli mənafeləri banşdıra bilir və elə mexanizmlər və ya institutlar yaradıblar ki, onlar sosiumun 
münaqişələr, toqquşmalar, müharibələr nəticəsində dağılmasma imkan verməsinlər. Bəzi cəmiyyətlər isə buna nail ola 
bilmirlər. 
Etiraf  etməliyik  ki,  biz  «hakimiyyət»  sözündən  çox  istifadə  edirik,  lakin  onun  mənasına  lazımmca  diqqət 
yetirmirik.  Bu  anlayışın  məzmunu  ilə  yaxından  tanış  olduqda  görürük  ki,  o,  heç  də  birmənalı  izah  edilmir. 
Hakimiyyətdən bəhs etdikdə çox zaman siyasəti düşünürük. Əslində isə hakimiyyət adi həyatımızda da hər birimizə 
aiddir. Əgər biz kiməsə tabe oluruqsa, bunu ona görə edirik ki, o, bizim üzərimizdə hakimiyyətə malikdir. Valideynləri, 
müəllimləri,  polis  işçilərini,  məşqçiləri  və  s.  xatırlayaq.  Onlar  müqabil  tərəfi  vacib,  zəruri  hesab  etdiklərini  yerinə 
yetirməyə məcbur edirlər. Təsadüfü deyildir ki, təsir, nüfuz və ya qüdrət haqqında mühakimələr yürüdürkən çox zaman 
həmin anlayışlarla məhz hakimiyyəti ifadə edirik. 
Görkəmli sosioloq M. Veber hakimiyyəti öz iradəsini digər adamların arzulanna, istəklərinə rəğmən qəbul 
etdirmək imkanı və ya qabiliyyəti kimi nəzərdən keçirirdi. Bu və ya digər hərəkəti o zaman hakimiyyətin təzahürü 
adlandırmaq olar ki, həmin hərəkət insanı nə isə etməyə məcbur [204 - 205] edir, sövq edir, halbuki həmin insan öz 
iradəsi ilə başqa cür hərəkət edərdi. P. Morris isə qeyd edir ki, hakimiyyət sadəcə olaraq kiməsə və ya nəyəsə təsir 
göstərmək qabiliyyəti deyildir, kiminsə və ya nəyinsə dəyişilməsinə yönəlmiş fəaliyyətdir, prosesdir. 
Araşdırmalar göstərir ki, hakimiyyətin təbiətinə dair müxtəlif konsepsiyalar, mövqelər bir-birindən fərqli olsa 
da,  onlardan  birinin  digərini  inkar  etməsi  qənaətinə  gəlmək  olmaz.  Çünki  belə  fərqlilik  hakimiyyət  fenomeninin 
ayrı-ayn aspektlərini əks etdirir. Müasir politoloji və sosioloji ədəbiyyatda hakimiyyətin minimum üç aspekti ayırd 
edilir: 
-
 
Direktiv aspekt. Bu halda hakimiyyət əmrlərin, direktivlərin, sərəncamlann yerinə yetirilməsini təmin edən 
fenomen kimi başa düşülür. Məlum cəmiyyətin yüksək hakimiyyət  instansiyasından bəhs edərkən məhz bu mənanı 
əsas tuturlar. Hakimiyyətin direktiv aspekti adətən aparıcı hesab olunur. 
-
 
Funksional aspekt. Bu halda hakimiyyət ictimai idarəetmə funksiyasını reallaşdırmaq qabiliyyəti və bacarığı 
kimi başa düşülür. 
Kommunikativ aspekt. Bu aspekt nəzərdə tutur ki, hakimiyyət hər iki tərəf (idarə edən və idarə olunan) üçün 
anlaşıqlı olan ünsiyyət və dil vasitəsilə reallaşır. 
Yeri gəlmişkən qeyd edək ki, məhşur Amerika politoloqu və idarəetmə nəzəriyyəçisi, iqtisadiyyat üzrə Nobel 
mükafatı laureatı Q. Saymon qeyd edirdi ki, kommunikasiyasız nə hakimiyyət, nə də təsir mövcud olmazdı. Q. Saymon 
kommunikasiyanı təkcə nitq qarşılıqlı təsiri kimi yox, bu sözün geniş mənasında başa düşürdü. 
Sosial  nəzarətin  ikinci  struktur  ünsürü  normalardır.  Normalar  elə  tələblərdir  ki,  onlar  cəmiyyətdə  özünü 
düzgün aparmaq üçün nə etmək lazım olduğunu diktə edir. Bu tələblər fərdə və qrupa istiqamətlənməklə nəyi isə 
' Кравченко A. И., Тюрина И. О., Социология управления. М., 2004, с. 320. 
82 


etməyə icazə verir, nəyi isə etməyi qadağan edir. Normalar cəmiyyətdə idarəetmə sistemində yüksək qiymətləndirilir; 
onlar cəmiyyətin [205 - 206] sıx birləşməsində əvəzsiz rol oynayır, ictimai xaosun baş verməsinə mane olur, sabitliyin 
güclənməsinə kömək edir. Elmi ədəbiyyatda belə bir fikir söylənilir ki, normalar hakimiyyətin birinci silahıdır. Həmin 
normaların  icrası  üzərində  nəzarət  isə  onun  ikinci  silahıdır.  Bu  qənaətlə  bütövlükdə  razılaşmaq  olar.  Çünki  məhz 
normalar dəyərlərimizin qoruyucusu, mühafizədir. Hətta davranışın ən sadə normaları da qrup və bütövlükdə cəmiyyət 
tərəfindən  yüksək  qiymətləndirilən  cəhətləri  özündə  əks  etdirir.  İnsanın  həyat  fəaliyyətinin  müxtəlif  sahələrini 
nəzərdən keçirdikdə aydın olur ki, onların hər birinin ümumi və spesifik normalar sistemi mövcuddur. 
Sosial normalar müvafiq davranış tələbləri, tapşırıqları və gözləmələridir. Sosial normaların meydana gəlməsi 
və fəaliyyəti, cəmiyyətin sosial-siyasi təşkilində yeri ictimai münasibətlərin nizama salınmasına olan obyektiv tələbatla 
müəyyən olunur. 
Sosial normalann (bunlan çox vaxt «Ümumi qaydalar» adlandırırlar) meydana gəlməsinin əsasında hər şeydən 
əvvəl maddi istehsalın tələbatları dayanır. İstehsal, bölgü və mübadilə aktlarının təkrar olunması, yəni sosial qarşılıqlı 
təsirlərin  təkrar  olunması  elə  ümumi  qaydaların  varlığını  tələb  edir  ki,  onlar  müvafiq  ictimai  münasibətlərin 
iştirakçılarına müntəzəm surətdə həmin qarşılıqlı təsirlərə qoşulmaq imkanı versin. Bunun sayəsində sosial normalar 
özündə sosial qarşılıqlı təsirlərin mücərrəd modelini təcəssüm etdirir. Bu model fərdlərə imkan yaradır ki, onlar ictimai 
münasibətlərin  digər  iştirakçılarının  fəaliyyətini  irəlicədən  görə  bilsinlər,  öz  davranışını  müvafiq  qaydada  nizama 
salsınlar. Bunun sayəsində sosial normalar fərd səviyyəsində onun davranışının ölçüsünə, cəmiyyət səviyyəsində isə 
həmin davranışın qiymətləndirmə miqyasına çevrilir. 
Sosial normalar bir sıra spesifik əlamətlərə malikdir: 
-
 
onlar rasional baxımdan dərk olunmuş və məntiqi cəhətdən formula edilmiş qaydalar şəklində ifadə oluna 
bilər; [206 - 207] bu halda vasitələrə məqsədlərə, yaxın məqsədlər uzaq məqsədlərə və s. tabe edilir; 
-
 
sosial normalann əksəriyyəti üçün xarakterik cəhət onlann çox zaman ictimai şüurda göstərilən elementlərə 
(məqsədlər,  vasitələr)  aynimasıdır.  Başqa  sözlə,  onlar  bütöv  nümunələr,  stereotiplər  (davranış  standartlan)  kimi 
mövcud olur, məhz bu cür qavramhr, davranışda təkrar istehsal edilir; 
-
 
sosial normalann məzmunu fərdlərin və sosial qruplann real davranışından hasil edilir; 
-
 
həmin  normalann  fəaliyyi  çox  zaman  kortəbii  təzahür  edərək,  insanlarm  şüurunda  heç  də  həmişə  dolğun 
əksini tapa bilmir; 
-sosial normalar insanların davranışını nizama salır, ictimai münasibətlərin ən rəngarəng növlərini tənzimləyir. 
Bunlar  müəyyən  normalar  iearxiyası  kimi  təşəkkül  tapır,  sosial  əhəmiyyət  baxımından  fərqlənir  və  spesifik 
xüsusiyyətlər kəsb edirlər; 
-
 
sosial  normalar  fəal  qarşılıqlı  təsirə  malik  olan  fenomendir.  Məsələn,  siyasi  normalar  ideoloji  sərvətlər 
sistemi ilə birbaşa bağlıdır, iqtisadi xarakterli normalara təsir göstərir; iqtisadi xarakterli normalar texniki normalara 
təsirsiz  qalmır  və  s.  Ailə  münasibətləri  və  əxlaq  sahəsinə  aid  olan  normalar  əslində  sosial  cəhətdən  əhəmiyyətli 
davranış aktlanmn bütün məcmusunu əhatə edir. Hüquqi normalar qeyd edilən normalann ən mühümlərini birləşdirir 
və əlaqələndirir. 
İnsanlann  qarşılıqlı  ictimai  təsirləri  prosesi  sosial  normalann  işlənib  hazırlanması  üçün  başlıca  zəmindir. 
Təkrar olunan, sabit qarşılıqlı təsirlər müəyyən nizam, qayda yaradılmasmı tələb edir, başqa sözlə, ictimai tələbatlarla 
şərtlənən sosial qarşılıqlı təsirlər müvafiq standartlar işləyib hazırlamağı zərurətə çevirir. 
Aydın məsələdir ki, sosial qarşılıqlı təsirlər birbirindən təcrid olunmuş fərdlər arasında deyil, sosial qruplarda, 
təbəqələrdə birləşmiş insanlar arasında həyata keçirilir. Sabit sosial təşəkküllərin yaranmasmm özü qarşılıqlı təsirlərin 
ayn-ayn [207 - 208] kateqoriyalannm nizama salınması sayəsində, yəni insan birgəyaşayışını istənilən formaları üçün 
zəruri olan əsas tələbləri əks etdirən sosial normalann meydana gəlməsi sayəsində mümkün olur. 
Sosial normaların institusional xarakteri onlara sosial mənada son dərəcə mühüm xüsusiyyət bəxş edir: onlar 
nisbi sabitliyə, daimilik xüsusiyyətinə malik olur; əgər onlar hüquqda təsbit edilmişdirsə, ən ümumi xarakter daşıyır. 
Lakin  məhz  bu  xüsusiyyət  onlan  mobillikdə,  yeniləşən  sosial-iqtisadi  şəraiti  nəzərə  almaqla  özbaşına  dəyişilmək 
imkanından  məhrum  edir.  Dəyişən  sosial  şəraitlə  fərqlilik  artdıqca  institusional  sosial  normalann  tənzimedici 
funksiyasının səmərəliliyi azalır. Başqa sözlə, reallıqdan ayn düşmək müvafiq normalann sosial səmərəliliyini sarsıdır. 
Bu şəraitdə ictimai münasibətlər sahəsində spontan olaraq, özbaşına yeni, qeyri-institusional sosial normalar meydana 
gəlir. Onlar bir tərəfdən dəyişilmiş şəraiti adekvat əks etdirə bilər, digər tərəfdən isə institusional nəzarətdən kənarda 
qalaraq, ümumi məcburilik xarakteri kəsb etmədiyindən legitimləşməyərək, hüquq pozulmalanna və cinayətkarlığa yol 
aça  bilər.  Çox  zaman  müəyyən  məhdud,  lokal  mənada  adekvat  olan  həmin  normalar  bütövlükdə  iqtisadiyyat 
miqyasında disfunksiyalara gətirib çıxara bilər. İqtisadiyyat isə institusional tənzimləməyə məhz ona görə möhtacdır 
ki, o, bütün cəmiyyət üçün qarşlıqlı surətdə əlaqəli vahid sistemdir. Normalann belə institutlaşması iqtisadi inkişafın 
yeni,  dəyilmiş  obyektiv  şəraitinə,  hər  şeydən  əvvəl  isə  cəmiyyətin  məhsuldar  qüvvələrinin  yeni,  qabaqcıl 
xarakteristikalanna adekvat olmalıdır. 
83 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə