Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə45/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   73

şəxsi xüsusiyyətlərini və real insanlar arasındakı (vəzifəlilər arasında yox) münasibətləri əks etdirir. Bu halda bir çox 
normalar situasiya xarakteri daşıyır ki, bu da qeyri-formal strukturu çevik və mütəhərrik edir. 
Qeyri-formal struktur özündə həm formallaşmış xidməti və işçi əlaqələri, həm də insanlarm ünsiyyəti zamanı 
yaranan sosial, psixoloji asılılıqları ehtiva edir. Münasibətlərdə qarşılıqlı rəğbət və antipatiyalar, sosial- etnik amil, yaş, 
peşə və s. ilə bağlı amillər əhəmiyyətli rol oynayır. 
Təşkilatda qeyri-formal strukturun əmələ gəlməsi bir sıra səbəblərlə şərtlənir. Həmin səbəblər aşağıdakılardır: 
-
 
təşkilatda sosial münasibətlərin tam məcmusunu formallaşdırmağm mümkünsüzlüyü; 
-
 
təşkilatın strukturunda konkret insanların özünəməxsus (spesifik) xüsusiyyətlərini və keyfiyyətlərini nəzərə 
almaq zərurəti
-
 
xarici mühitin dəyişməsinə təşkilatın reaksiya vermək zərurəti
-
 
təşkilatda  gözlənilməyən  situasiyaların  (vəziyyətlərin)  [189  -  190]  yaranmasının  və  meydana  çıxan 
problemlərin həlli üçün yeni yanaşmaların tələb olunmasının qaçılmazhğı. 
Real olaraq qeyri-formal struktur qeyri-formal qruplarm şəbəkəsi kimi fəaliyyət göstərir.  Bu qruplar formal 
cəhətdən möhkəmlənmiş bölmələrə çox oxşardırlar. Onlann öz liderləri, öz iyerarxiyaları vardır. Geniş açıqlanmayan 
həvəsləndirmələr və sanksiyalar (cəzalar) sistemi ilə qüvvətləndirilmiş yazılmamış davranış qaydaları və normaları 
fəaliyyət  göstərir.  İstənilən  təşkilatda  şayələr  və  məxfi  məlumatlar  şəklində  qeyri-formal  kommunikasiya  (rabitə) 
mövcuddur və bəzən bu, rəsmi məlumata nisbətən həqiqətə daha çox yaxın olur. 
İnsanları qeyri-formal qruplara daxil olmağa çox vaxt aşağıdakı səbəblər sövq edir: 
1.
 
Mənsubiyyət  hissinin  təmin  olunması;  belə  ki,  təşkilat  formalarının  çoxu  insanları  bilərəkdən  sosial 
təmaslarından məhrum edir. 
2.
 
İş  yoldaşları tərəfindən yardımın zəruriliyi. İdeal halda tabelikdə olanlar heç nədən çəkinib  - utanmadan 
özlərinin birbaşa (bilavasitə) rəhbərlərinə müraciət etmək imkanına malik olmalıdırlar. Əgər bu baş vermirsə, rəis öz 
tabeliyində olanlarla qarşılıqlı münasibətini diqqətlə araşdmb qaydaya salmalıdır. 
3.
 
İnsanın mühafizə olunmağa can atması. İnsanlar həmişə yəqin etmişlər ki, güc birlikdədir. Onlar özlərini 
xarici mühitin yad təsirlərindən qorumaq üçün müəyyən icmalarda birləşirdilər. İndi isə öz hüquqlarını müdafiə etmək 
üçün həmkarlar ittifaqlannda və s.-də birləşirlər. 
4.
 
İnsanlann bir-biri ilə ünsiyyətdə olma tələbatı. İnsanlar onlann ətrafında nələrin baş verdiyini, xüsusilə də 
əgər  bunlar  onlann  mənafelərinə  toxunursa,  bilmək  istəyirlər.  Lakin  formal  təşkilatlarda  daxili  təmaslar  olduqca 
zəifdir. Qeyri-formal təşkilat məlumat əldə etmək üçün qeyri-formal kanallara yol açır. 
5.
 
İnsanlann rəğbət bəslədikləri şəxslərə yaxm olmaq [190 - 191] arzusu. 
Həm formal, həm də qeyri-formal təşkilatlar real sosial nizama öz töhfələrini verirlər, bir-birini tamamlayır, 
təşkilatdaxili  əlaqələri  zənginləşdirir  və  təkmilləşdirirlər.  Strukturlann  qarşılıqlı  təsirinin  sinergetik  effekti 
münasibətlərin müvafiq dərəcədə formallaşdıniması ilə təmin olunur. Bunlar da öz növbəsində həll edilən təşkilati 
məsələlərin xarakteri ilə müəyyən edilir. Burada ümumi yaxmiaşma meyli belədir: yaradıcılığın rolu 5Üiksək olduqca, 
daha  çox  çeviklik  göstərilməli,  dəyişmiş  şəraitə  uyğunlaşmaq  bacanğı  tələb  olımduqca,  hər  bir  insanın  fərdi 
xüsusiyyətlərindən daha fəal istifadə edilməli, təşkilatın struktum isə nisbətən az formallaşmış olmalıdır. [191 - 192] 
77 


XI
 
FƏSIL
 
SOSIAL NƏZARƏT
 
1.
 
Sosial nəzarətin məzmnnn və funksiyaları 
Sosial nəzarət mürəkkəb, birmənalı izah edilməyən ictimai hadisədir. Təsadüfi deyildir ki, fəlsəfi-sosioloji fikir 
tarixində  bu  problemə  müxtəlif  cür  yanaşılmışdır.  Bütün  görkəmli  sosioloqlar  bu  problemin  araşdırılmasına  öz 
töhfəsini verməyə səy göstərmiş, maraqlı mülahizələr söyləmişlər. Sosial nəzarət cəmiyyətin fəaliyyətində, inkişafında 
mühüm əhəmiyyət kəsb edir, insanın, sosial qmplarm davranışı, həyat tərzi ilə əlaqədar ən müxtəlif prosesləri əhatə 
edir. 
Sosial nəzarət termini elmi dövriyyəyə fiansız sosioloqu və kriminoloqu Qabriel Tard (1843-1904) tərəfindən 
daxil edilmişdir. O, əvvəlcə sosial nəzarəti cinayətkann ictimai fəaliyyətə qayıtması vasitəsi kimi nəzərdən keçirmişdir. 
Sonralar o, həmin anlayışın məzmununu genişləndirərək, onu şəxsiyyətin sosiallaşmasmm mühüm amillərindən biri 
kimi izah etmişdir. 
Q. Tardm təsiri altında sosial nəzarət nəzəriyyəsinin işlənib hazırlanmasında iki Amerika sosioloqunun xüsusi 
xidmətləri qeyd olunmalıdır: 
Birincisi,  Amerika  sosiologiyasının  və  sosial  psixologiyasının  banilərindən  biri  sayılan  Edvard  Rossdur 
(1866-1951). E. Ross belə hesab edirdi ki, sosial nəzarət «sağlam» sosial qayda yaratmaq məqsədilə fərdin davranışına 
cəmiyyətin məqsədyönlü təsiridir. Onun fikrincə, belə sağlam qayda məlum cəmiyyətdə fərdlərin hansı tipinin ən geniş 
yayılmasından asılıdır. Məsələn, E. Ross Qərbi Avropa, Amerika, Slavyan, indus və s. tipləri ayırd edir və üstünlüyü 
əvvəlkilərə verir. O, qeyd edir ki, sosial nəzarət uzunmüddətli [192 - 193] tarixi inkişafin məhsuludur, yalnız xüsusi 
mülkiyyət zəminində mümkün ola bilir. 
İkincisi, Çikaqo məktəbinin bünövrəsini qoyanlardan biri Robert Parkdır (1864-1944). Məlum olduğu kimi, 
Çikaqo  məktəbi  sosial  elmlərdə  ilk  məktəblərdən  biridir.  O,  1915-1935-ci  illərdə  Amerika  sosiologiyasında  üstün 
mövqeyə malik olmuş, ümumiyyətlə sosiologiyanm inkişafina əhəmiyyətli təsir göstərə bilmişdir. Bu məktəb dünyada 
ilk  sosiologiya  fakültəsinin  bazasında  formalaşmış,  ən  müxtəlif  sosial  problemlərin,  o  cümlədən  sosial  nəzarət 
probleminin işlənməsində dərin iz buraxmışdır. Həmin məktəbin liderlərindən olan R. Park belə hesab edirdi ki, sosial 
nəzarət sosial qüvvələrlə insan təbiəti arasında müəyyən nisbəti təmin edən vasitədir. O, sosial nəzarətin üç formasını 
ayırd edir: 1. elementar (əsasən məcburi) sanksiyalar; 2. ictimai rəy; 3. sosial institutlar. 
R. Laper  sosial  nəzarət  nəzəriyyəsini  maraqlı  tədqiqatları  ilə  zənginləşdirmişdir.  Laperin  fikrincə,  sosial 
nəzarət elə bir vasitədir ki, onun köməyi ilə fərd mədəniyyəti mənimsəyərək, nəsildən-nəslə ötürür. Fərdi səviyyədə 
sosial nəzarət fərdlə konkret situasiya arasında vasitəçi rolunu yerinə yetirir. R. Laper belə bir nəticəyə gəlir ki, sosial 
nəzarətin müxtəlif tipli cəmiyyətlərdə fəaliyyət göstərən üç universal mexanizmi vardır: 1. Fiziki sanksiyalar (qrup 
normalarını  pozmağa  görə  fərdin  cəzalandırılması);  2.  İqtisadi  sanksiyalar  (cərimə,  qorxutma  və  s.);  3.  İnzibati 
sanksiyalar. 
Cəmiyyətdəki  institutların  möhkəmləndirilməsində  sosial  nəzarət  mexanizmi  mühüm  rol  oynayır.  Eyni 
ünsürlər -insanların davranış qaydaları və normaları həm sosial institutlara, həm də sosial nəzarət sisteminə daxil olur. 
Bu qaydalar və normalar fərdlərin davranışını təsbit edir və standartlaşdırır. Görkəmli Amerika sosioloqu T. Parsons 
(1902-1979)  qeyd  edirdi  ki,  «sosial  nəzarət  ayn-ayn  şəxslərin,  sosial  qrupların  davranışında  və  fəaliyyətində  ola 
biləcək...  kənarlaşma  meyllərinin  qarşısını  alır».  Sosial  nəzarət  sayəsində  [193  -194]  cəmiyyətdəki  mövcud 
mədəniyyətin ayn-ayn fərdlər, sosial qruplar və təbəqələr tərəfindən mənimsənilməsi prosesi intensivləşir; insanlann 
qarşılıqlı əlaqələri uzlaşdınhr, ictimai sistemin sahmanlı, nizamlı fəaliyyəti təmin olunur. Nəticə etibarilə insanlann 
mütləq  əksəriyyəti  etdiyi  hərəkətlərin  müqabilində  onu  nə  gözlədiyini  irəlicədən  bilir,  fəaliyyətinin  mümkün 
nəticələrini dərk edir. 
Faktlar göstərir ki, cəmiyyətdə hər bir şəxs, hər bir sosial qrup, onların fəaliyyəti sosial nəzarətin bu və ya digər 
formalan, növləri, nümunələri ilə əhatə olunmuşdur. Şəxsin, qrupun özünün daxilindən, yaxın əhatəsindən başlayaraq 
onlan müxtəlif nəzarət sistemləri əhatə edir. Siyasi-hüquqi sistem, ictimai əxlaq, adət və ənənələr, peşə- vəzifə sistemi, 
ailə və s. bu qəbildəndir. Bu sistemlər qarşılıqlı surətdə bir-biri ilə bağlıdır: cəmiyyətin inkişafının müxtəlif pillələrində 
və məqamlannda həmin sistemlərin rolu dəyişilə bilər. Lakin bütün hallarda (istər az-çox sabit dövrlər, istərsə də kəskin 
təzadlarm,  sarsıntıların  gücləndiyi  dövrlər  olsun)  sosial  nəzarət  sistemi  mövcud  olmalı,  insanlann  davranışma  və 
fəaliyyətinə öz təsirini göstərməlidir. 
Sosial nəzarət sistemin özünütənzimləməsinin elə üsuludur ki, həmin sistemi təşkil edən ünsürlərin sahmanlı 
qarşılıqlı təsirini normativ (o cümlədən hüquqi) baxımdan nizamlamaq vasitəsilə təmin edir. Sosial nəzarətin 
78 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə