Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə43/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   73

1.
 
ictimai  münasibətlərin  təkrar  istehsalı  funksiyası.  Hər  bir  institut  öz  üzvlərinin  davranışmı 
möhkəmləndirən və standartlaşdıran davranış qaydalan və normalar sisteminə malikdir. Müvafiq sosial nəzarət sistemi 
institut üzvlərinin fəaliyyətinin müəyyən statusda (qayda və çərçivədə) həyata keçirilməsinə şərait yaradır. Bununlada 
o,  cəmiyyətin  sosial  strukturunun  dayamqlı  olmasına  xidmət  edir.  Məsələn,  ailə  [179  -  180]  institutu  yerli 
mentalitetdən çıxış edərək, sosial nəzarətin köməyilə öz sabitliyini qoruyub saxlayır və onun dağılması imkanlarını 
məhdudlaşdırır.  Bununla  da  o,  bütövlükdə  cəmiyyətin  sosial  strukturunun  möhkəmlənməsinə  mühüm  köməklik 
göstərir. 
2.
 
Tənzimedici  funksiya.  Adından  da  göründü5di  kimi  bu  funksiya  sosial  institutlarda  birləşən  insanlann 
fəaliyyətlərinin  tənzimlənməsini təmin  edir.  Onlann maddi  və  mədəni  həyatı bu  funksiya  vasitəsilə  nizama  salınır. 
Beləliklə, institutlar sosial həyatda bir növ standartlaşdırılmış davranışın və fəaliyyətin yerinə yetirilməsinə xidmət 
edir. Belə tənzimləmə insanlann birgəyaşayışı və birgəfəaliyyəti üçün son dərəcə zəruridir. 
3.
 
Təminedici funksiya. Bu funksiya institutlaşmış norma, qayda, sanksiya və rollar sistemi vasitəsilə sosial 
qrup  üzvlərinin  qarşılıqlı  asılılığı  və  münasibətlərini  təmin  edir.  Bu  və  ya  digər  instituta  insanlann  inteqrasiyası 
qarşılıqlı  hərəkət sisteminin  nizamlanması,  əlaqələrin  miqyası  və  tezliyinin  artması  ilə  müşayiət  olunur. Bu  proses 
insanlann fəaliyyətlərinin koordinasiyası, hakimiyyətin sabitliyi və mütəşəkkil strukturlann yaradılması üçün mühüm 
amil rolunu 05mayır. 
4.
 
Ötürücü funksiya. Məlumdur ki, heç bir cəmiyyət əvvəlki nəsildən əxz etdiyi və özünün inkişaf etdirdiyi 
sosial təcrübəni gələcəyə ötürmədən inkişaf edə bilməz. Hər bir sosial institutun normal fəaliyyət göstərməsi üçün yeni 
insanlann  gəlişinə  ehtiyacı  vardır.  Bu  problem  nəsillərin  dəyişil-məsi  və  institutlarm  sosial  sərhədlərinin 
genişləndirilməsi yolu ilə həyata keçirilir. 
5.
 
Kommunikativ (əlaqələndirici) funksiya. Sosial institutda hazırlanmış məlumatlardan və göstəricilərdən 
həm institutun daxilində normalara nəzarət etmək və onları idarə etmək üçün, həm də institutlar arasında qarşılıqlı 
əlaqələr  yaratmaq  üçün  istifadə  olunur.  Bu  zaman  kommunikativ  əlaqələrin  xarakteri  özünəməxsus  xüsusiyyətlərə 
malik  olur.  Bir  sıra  tədqiqatçıların  qeyd  etdiyi  kimi,  sosial  institutlann  [180  -  181]  kommunikativ  imkanları  eyni 
dərəcədə deyildir: onlardan bəziləri xüsusi olaraq informasiyanı ötürmək üçün nəzərdə tutulub (kütləvi informasiya 
vasitələri), digərləri isə bu işi yerinə yetirməkdə məhdud imkanlara malikdir; bundan əlavə, informasiyanı fəal qəbul 
edənlər (elmi institutlar) və onu passiv qəbul edənlər (nəşriyyatlar) da vardır. 
Əgər bu və ya digər sosial institut öz funksiyalarım aşkar yerinə yetirə bilmirsə, onda onu əsaslı dəyişikliklər 
və yenidən təşkilolunma gözləyir. 
6.
 
Latent (gizli) funksiyalar. Sosial institutlann fəaliyyətlərinin birbaşa nəticələri ilə yanaşı, gözlənilməyən, 
yəni əvvəlcədən planlaşdınimış insani məqsədlərdən uzaq olan nəticələr də mövcuddur. Sonuncular cəmiyyət üçün 
ciddi  narahatlıq  yaradır.  Belə  ki,  dini  ideologiya  öz  etiqadlanm  təbliğ  etməklə  təsirini  möhkəmləndirməyə  çalışır. 
Lakin bu məqsədlərin reallaşması gedişində elə insanlar meydana gəlir ki, onlar din naminə və din pərdəsi altında öz 
gizli niyyətlərini həyata keçirməyə cəhd göstərirlər. Məsələn, fanatiklər başqa dinə etiqad edənləri təqib edirlər. Belə 
hal  dini  zəmində  sosial  münaqişələrin  yaranmasına  kömək  edir.  Bu  baxımdan  Azərbaycanda  da  ayrı-ayn  xeyriyyə 
təşkilatlanam bəzən missionerlik fəaliyyəti ilə məşğul olduğu qeyd edilməlidir. 
Buradan aydındır ki, yalnız institutlann bütün funksiyalanni, o cümlədən latent funksiyalanm öyrənməklə biz 
onlann əsl simasını və məqsədlərini müəyyən edə bilərik. Bəzən sosioloqlar ilk baxışdan anlaşılmayan belə hadisə ilə 
üzləşirlər: institut öz həqiqi funksiyasını yerinə yetirmir və cəmiyyətdə onun fəaliyyətinə qarşı müəyyən maneçilik 
göstərilir. Lakin buna baxmayaraq o, öz işində davam edir. Bu hal onunla bağlıdrr ki, həmin institutun üzvləri gizli 
şəkildə  öz  məqsədlərinə  nail  olurlar.  Deməli,  latent  funksiyaların  öyrənilməsi  ilk  növbədə  cəmiyyətin  sosial 
strukturunda baş verən prosesləri müfəssəl öyrənmək üçün mühüm sosial və praktik əhəmiyyət kəsb edir. 
73 


X
 FƏSIL
 
SOSIAL TƏŞKILATLAR
 
1.
 
Sosial təşkilatların mahiyyəti 
Sosial təşkilatlar məqsədyönlü sosial sistemlərdir. Sosioloji elmdə və gündəlik praktikada bu anlayışdan bir 
neçə aspektdə istifadə edilir. 
Birincisi,  təşkilat  dedikdə  müəyyən  insanlar  qrupunun  yeni  normalar  və  qaydalar  işləyib  hazırlamağa, 
dayanıqlı əlaqələr yaratmağa yönəlmiş qarşılıqlı əlaqələrini ifadə edən fəaliyyət forması başa düşülür. Məsələn, rəhbər 
işçilər  istehsalat  prosesini  elə  təşkil  etməlidir  ki,  əməliyyatların  yerinə  yetirilməsinin  fasiləsizliyi  və  tezliyi  təmin 
edilsin. Bu fəaliyyət istehsalat prosesinin təşkili deməkdir. İkincisi, təşkilat hər hansı bir obyektin atributu kimi, onun 
nizamlanma  strukturuna  malik  olmaq  cəhdi  kimi  başa  düşülür.  Bu  mənada  həmin  anlayış  təşkilatlanmış  və  ya 
təşkilatlanmamış strukturları fərqləndirmək üçün istifadə edilir. Üçüncüsü, sözügedən anlayış bəzən müəyyən ictimai 
funksiyanı yerinə yetirən institut xarakterli sosial qrupu ifadə edir. 
Qeyd  olunan  hər  üç  məna  birbiri  ilə  sıx  bağlıdır.  Bu,  təşkilatın  mahiyyətini  başa  düşməkdə  və  onun  elmi 
təyinatını hərtərəfli açmaqda mühüm rol oynayır. 
Sosial təşkilatların tədqiqatçılarından olan S. S. Frolov onlan məqsədlərin əldə edilməsinə yönələn rasional 
sistemlər kimi xarakterizə edir. Onun fikrincə, təşkilatların müəyyənləşdirilməsində aşağıdakı istiqamətlər 
mövcuddur.' 
Birinci  istiqamət  K.  Bemardm  nəzəriyyəsi  ilə  bağlıdır.  Həmin  nəzəriyyəyə  görə,  təşkilat  insanların 
kooperasiyasının elə növüdür ki, o, digər sosial qruplardan şüurluluğu və [182 - 183] məqsədyönlü olması baxımından 
fərqlənir. Göründü}ü kimi, burada insanların birgə fəaliyyətinə, onlann kooperasiyasına, habelə məqsədə nail olmağın 
zəruriliyinə daha çox diqqət yetirilir. 
İkinci istiqaməti D. .Març və Q. Saymonun nəzər-nöqtələri daha yaxşı səciyyələndirir. Onlann fikrincə, təşkilat 
qarşılıqlı fəaliyyətdə olan insanlann birliyidir. Elə birlik ki, o, cəmiyyətdə daha geniş yayılmışdır və mərkəzləşdirilmiş 
koordinasiya sisteminə malikdir. 
P. Blau və Y. Skott təşkilatlann müəyyənləşdirilməsinin üçüncü istiqamətini təqdim edirlər. Onlann fikrincə, 
təşkilatlar əsas məqsədlərin əldə olunması naminə formalaşdınhr. 
A.  Etsioninin  mövqeyi  dördüncü  istiqaməti  ifadə  edir.  O  göstərir  ki,  təşkilat  spesifik  məqsədləri  həyata 
keçirmək naminə təşkil olunan sosial birliklərdir. Burada başlıca diqqət təşkilatın, onun üzvlərinin şüurlu 
fəaliyyətinə yönəldilir. 
Təşkilatın müəyyənləşdirilməsini açıqlayan bu istiqamətlərin təhlili onu digər sosial qruplardan fərqləndirən 
iki səciyyəvi cəhəti qeyd etməyə əsas verir. Birincisi, təşkilatlar bir-biri ilə qarşılıqlı əlaqədə olan, spesifik məqsədlərin 
əldə  edilməsinə  yönəlmiş  sosial  qruplardır.  Təşkilat  üzvlərinin  hərəkətləri  fəaliyyətin  konkret  sahələrində  nəzərdə 
tutulan nəticələr əldə etmək üçün əlaqələndirilir. Məsələn, siyasi partiya öz proqramını reallaşdırmaq naminə fəaliyyət 
göstərir. İkincisi, təşkilat özünün yüksək dərəcədə formalaşmış olması ilə səciyyələnir. Təşkilatın daxili strukturunu 
yaradan reqlamentlər, qaydalar və davranış normaları onun üzvlərinin bütün fəaliyyət sahələrini əhatə edir. Onlar aydın 
dəqiq şəkildə təsbit olunur, bütün rolları və rol əlaqələrini ehtiva edir. 
2.
 
Sosial təşkilatların əsas elementləri 
Sosial təşkilatlar dəyişkən və mürəkkəb daxili struktura malikdir. Bu strukturun təhlilinə aşağıdakı modeldən 
başlamaq olar: [183 - 184] 
' Bax: C. C. Фролов. Социология. M., 2002. c. 196. 
74 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə