Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə39/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   73

Beynəlxalq dünya birliyinə və keçmiş Sovet İttifaqına daxil olan ölkələrin təcrübəsi göstərdi ki, artıq yaranmış 
və  [160  -  161]  kəskinləşən  etnik  konfliktlərə  tezliklə,  fövqəladə  dərəcədə  çevik  reaksiya  verən  mexanizmlərin 
yaradılması  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu  mexanizmlər  münaqişəli  vəziyyətlərin  qarşısını  ala  bilən  xüsusi 
özünümüdafiə dəstələrinin yaradılmasını, ayn-ayn rayonlarda fövqəladə vəziyyətin elan edilməsini, qanunsuz silahlı 
birləşmələrin buraxılmasını, cinayət işlərinin dərhal açılmasını və s. birləşdirə bilər. Tam qətiyyətlə demək olar ki, əgər 
bu tədbirlərin bir hissəsi vaxtında Dağlıq Qarabağda (Xankəndində) tətbiq edilsəydi, vəziyyət nəzarətdən çıxmaz və 
məlum hadisələr baş verməzdi. Bu baxımdan etnik, millətlərarası münaqişələrin həlli ilə bağlı beynəlxalq və ölkədaxili 
təcrübənin nəzərə alınması vacibdir. 
Milli-etnik münaqişələrin qarşısının alınmasında müxtəlif yönümlü ictimai birliklər, sosial institutlar, elm və 
incəsənət xadimləri, görkəmli yazıçılar, tanınmış mədəniyyət xadimləri mühüm rol oynaya bilərlər. Təəssüflə qeyd 
etməliyik ki, Dağlıq Qarabağla bağlı məlum hadisələr zamanı erməni ziyaldan bu proseslərdə tamamilə əks- fıtnəkar 
mövqedən çıxış etmişdilər. 
İqtisadi  sahədə  sosial-etnik  birliklər  arasındakı  qarşılıqlı  münasibətlər,  iqtisadi  -  təsərrüfat  əlaqələri  təbii- 
coğrafıı,  milli-tarixi  və  tarixən  yaranmış  əmək  bölgüsünü  nəzərə  alaraq  yaradılmalıdır.  Xüsusilə  bazar 
münasibətlərinin formalaşması şəraitində millətlərarası iqtisadi münasibətlər etnik birliklərin iqtisadi tələbatam təmin 
olunmasına yönəlməlidir. 
Azsaylı və kiçik xalqlann əksəriyyətinin yaşadığı ərazilərə xüsusi diqqət verilməlidir. Burada insanlann sosial 
vəziyyətinə təsir edən təbii iqlim şəraitinin, demoqrafik situasiyanın nəzərə alınması sözügedən zəmində yarana bilən 
münaqişələrin qarşısının alınmasını şərtləndirən mühüm vasitələrdən biridir. 
Mənəvi, ideoloji fəaliyyət sahəsində etnik konfliktlərin qarşısının alınmasına tarixin «ağ ləkələrin»in aşkar 
edilməsi, ayn-ayn etnik birliklərin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin [161 - 162] öyrənilməsi və həqiqəti əks 
etdirən  elmi  əsərlərin,  dərsliklərin  yazılması  köməklik  edə  bilər.  Bütün  bunlar  xalqlann  mənəvi  sahədə  qarşılıqlı 
zənginləşməsinə,  eyni  zamanda  onlann  milli  özünəməxsusluğunun  saxlanılması  və  inkişafına  zəmin  yaradır.  Milli 
mənəvi  mədəniyyət  adətən  kifayət  qədər  zəngin,  eləcə  də  çoxplanlı  hadisə  olmaqla,  cəmiyyətdəki  iqtisadi,  siyasi, 
əxlaqi, dini və digər ictimai münasibətlər kontekstində inkişaf edir, öz üzərində onlann təsirini hiss edir, hətta müəyyən 
dərəcədə onlardan asılıdır. 
Sosioloji  tədqiqatlar  göstərir  ki,  insanlarda  milli  özünüdərk,  sağlam,  sivil  münasibətlər  mədəniyyəti  erkən 
yaşlarda formalaşmağa başlayır. Buna görə də ailədə, uşaq müəssisələrində, məktəblərdə və s. müvafiq tərbiyəvi işlər 
apanimalıdır. 
Milli-etnik  qruplann  nümayəndələrinin  bir-biri  ilə  ünsiyyət  məsələlərinin  həllində  kütləvi  informasiya 
vasitələri  mühüm  rol  oynayır.  Bu,  başlıca  olaraq  aşağıdakı  amillə  izah  edilir.  Azlıq  təşkil  edən  etnik  qruplar  həm 
bir-birindən fərqləndiyi üçün, həm də yerli əhalinin dilini pis bildiyi üçün onlann ünsiyyəti əsas etibarilə yerli millətin 
nümayəndələri vasitəsilə həyata keçirilir. Ona görə də kütləvi informasiya vasitələrinin nəinki yerli millətin dilində, 
həm də bu ərazidə yaşayan digər milli-etnik birliklərin dillərində fəaliyyət göstərməsi məqsədəuyğundur. 
Etnik münasibətlərlə bağlı problemlərin nəzərdən keçirilən həlli yollannm reallaşmasında konkret sosioloji 
tədqiqatlar əhəmiyyətli rol oynayır. Onlar cəmiyyət həyatının konkret siyasi, iqtisadi, sosial və mənəvi sahələrində 
etnik  münasibətlərin  daha  aktual  aspektlərini  aşkar  etməyə,  bununla  da  bu  münasibətlərin  gələcəkdəki  inkişafinı 
proqnozlaşdırmağa kömək edir. 
Milli-etnik  münasibətlərin  bütün  kompleksinin  ahəngdarlığının  təmin  olunması  yalnız  xalqlar  arasındakı 
sosial-siyasi və digər münasibətlərin demokratikləşdirilməsi şəraitində mümkündür. Bu istiqamətdə görülən işlər bütün 
xalqlann  [162  -  163]  mənafeyinə  cavab  verir  və  millətlərarası  münasibətlərin  obyektiv  inkişaf  meyllərinin  təsir 
imkanlanm genişləndirir. Həmin meyllərdən biri millətlərin iqtisadi və siyasi müstəqilliyinin inkişafmda, dövlətçiliyin 
təkmilləşməsində və onlann mənəvi mədəniyyətinin inkişafmda ifadə olunur. Başqa bir meyl bö5Üik və kiçik xalqlann 
qarşılıqlı surətdə bir-birinə yaxınlaşmasında, onlann əməkdaşlığının dərinləşməsində, iqtisadi və siyasi strukturlann 
inteqrasiyasında özünü göstərir. 
Bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  bu  meyllər  bütün  dünyada  gedən  milli  proseslərdə  təzahür  edir.  Hər  bir 
dövlət özünün milli strategiyasını işləyib hazırlayarkən və həyata keçirərkən bu meylləri nəzərə almalıdır. 
4.
 
Dağlıq Qarabağ münaqişəsi və 
onun tənzimlənməsinin dinamikası 
Dağlıq  Qarabağ  münaqişəsi,  ilk  növbədə,  XX  əsrin  əvvəllərindən  başlayaraq  Azərbaycan  xalqına  qarşı 
zaman-zaman həyata keçirilən soyqırımı və deportasiya siyasətinin məntiqi nəticəsidir. 
«Böyük  Ermənistan»  ideyası  altında  ermənilər  guya  özlərinin  tarixi  əraziləri  hesab  etdikləri  torpaqları 
birləşdirməyə səy göstərirlər. Əvvəla onu qeyd edək ki, qondarma «Böyük Ermənistan» deyilən ərazi heç vaxt olmayıb 
və yalnız erməni təxəyyülünün uydurmasıdır. Bu ideyaların nəticəsidir ki, ərazi bütövlüyümüzə qarşı 
66 


 
ermənilərin qəsdi daha intensiv xarakter alır. Lakin Ermənistan öz məqsədlərini pərdələməklə həmin ideyalann həyata 
keçirilməsi  istiqamətində  konkret  addımlar  atsa  da,  birbaşa  ərazi  iddialan  ilə  çıxış  etməmişdir.  Uzun  illərdən  bəri 
Azərbaycan  torpaqlannm  ələ  keçirilməsinə  yönəlmiş  planın  ilkin  mərhələsində  Ermənistanda  yaşayan 
azərbaycanlıların  kütləvi  surətdə  öz  yurdlarından  qovulması  Azərbaycan  və  Ermənistan  arasındakı  münasibətlərin 
daha  da  kəskinləşməsinə  səbəb  oldu.  [163  -  164]  Tədricən  Ermənistanın  ərazi  iddiaları  özünü  açıq  şəkildə  büruzə 
verməyə  başladı.  Bu,  rəsmi  ifadəsini  Ermənistan  SSRİ  Ali  Sovetinin  Dağlıq  Qarabağı  Ermənistana  birləşdirmək 
haqqında qərannda tapdı. Münaqişənin sonrakı mərhələsində ermənilər açıq təcavüzə keçmiş və Dağlıq Qarabağda 
apardıqları işğalçı müharibə və etnik təmizləmə siyasətinin nəticəsində respublikamızın ərazisinin 20%-ni işğal etmiş, 
18 mindən çox həmyerlimiz həlak olmuş, 20 mindən artıq insan yaralanmış, 50 mindən çox həmyerlimiz əlil olmuş, 4 
min-dən  yuxan  həmvətənimiz  isə  itkin  düşmüşdür.  Müharibə  nəticəsində  4  mindən  çox  sənaye  və  kənd  təsərrüfatı 
müəssisəsi,  600-dən  artıq  məktəb  və  uşaq  bağçası,  250  xəstəxana,  724  şəhər,  kənd  və  qəsəbə  dağıdılmış  və 
yandınimışdır.  Ermənistandan  qovulmuş  soydaşlarımızın  380  kəndi  ələ  keçirilmiş  və  bütün  var-dövləti  talan 
edilmişdir. Respublikamıza təxminən 50 milyard ABŞ dollanndan artıq məbləğdə ziyan dəymişdir. 
İS-. idSaMBİL..
 
V t A •>asas.i99?S
 
 
 
 
 
 
_ TL,Aäııtert va
 
"'“I
 
 
 
 
 
 
C ^8-W53 *
 
 
5E5Äfe3Üaj8.1993
 
1 * 11, Zenqilan
 
29=3İK1Q.1993
 
Dağlıq Qarabağ: ərazisi 4400 km^(Şuşa, Xankə
ndi. 
Xocalı, Ə
sgaran, Xocav
ənd, Ağdə
r
ə
, Hadrud). 
Ermənistan - Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması istiqamətində ilk təşəbbüslər 
erməni  işğalçı  qüvvələrinin  Dağlıq  Qarabağ  ətrafindakı  əraziləri  zəbt  etdiyi  dövrdən  başlamışdır.  Məlumdur  ki, 
münaqişə ilə bağlı olaraq BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir: 30 aprel 1993-cü il tarixli 822 saylı və 
29 iyul 1993-cü il 853 saylı qətnamələrdə «vəziyyətin bölgədə sülh və təhlükəsizlik üçün qorxu törətməsi», 14 oktyabr 
1993-cü  il  874  saylı  və  11  noyabr  1993-cü  il  884  saylı  qətnamələrdə  isə  vəziyyətin  gərginləşməsindən  yaranan 
narahatçılıq hissi ifadə olunurdu. 
Sənədlərin  öyrənilməsi  göstərir  ki,  BMT  Təhlükəsizlik  Şurası  Dağlıq  Qarabağın  və  ona  bitişik  bir  sıra 
rayonların Ermənistan tərəfindən işğalını tanımışdır. Belə ki, qətnamələrdə atəşin biryolluq dayandırılması məqsədilə 
bütün  hərbi  əməliyyatların  qarşısının  alınması  və  işğalçı  qüvvələrin  Kəlbəcər,  Ağdam  rayonlarından,  eləcə  də 
Azərbaycanın işğal edilmiş başqa rayonlarmdan dərhal çıxarılması tələb edilir.' Xeyli müddət keçdiyinə baxmayaraq, 
BMT  Təhlükəsizlik  Şurasının  qətnamələri  indiyə  kimi  icra  edilməmişdir.  Bütün  bunlar  dünyada  hələ  də  müxtəlif 
məsələlərin, o cümlədən ərazi münaqişələrinin həllində ikili standartlann mövcud olmasını göstərir. Problemin həllini 
əngəlləyən digər bir mühüm səbəb münaqişəyə dair 4 qətnamənin hamısının BMT Nizamnaməsindəki «Mübahisələrin 
dinc yolla tənzimlənməsi» adlanan VI fəslə aid olduğundan onlann yalnız tövsiyə xarakteri daşımasıdır. Əgər həmin 
qətnamələr «Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktlan ilə bağlı tədbirlər» adlanan VII fəslə uyğun olaraq 
qəbul  edilsəydi,  onda  qətnamələrin  yerinə  yetirilməsi  məcburi  xarakterli  olardı.  Qətnamələrdə  Ermənistan  - 
Azərbaycan münaqişəsi sözügedən tərəflər arasında mübahisə kimi qiymətləndirilmişdir. Bu, ilk növbədə, münaqişədə 
iştirak edən tərəflərin tanınması və [165 - 166] onlann bir-birinə qarşı iddiaları ilə bağlıdır. 
Ermənilər  bu  münaqişədə  xalqlarm  və  millətlərin  öz  müqəddəratını  həll  etməsi  prinsipinə  istinad  edirlər. 
Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin 4-cü hissəsinə əsasən bütün üzv dövlətlər öz 
‘ Abdullaev E. Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində. B., 2004, s. 140. 
67 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə