Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə35/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   73

Açıq stratifıkasiya sisteminə malik cəmiyyətlərdə sosial mobilliyin qərarlaşmış kanalları mövcuddur. Məsələn, 
hamı bilir ki, ali təhsil almaq nisbətən sadə və kifayət qədər etibarlı kanaldır. Savadsız ailədən çıxmış adam bu kanalla 
irəliləyərək öz statusunu yüksəldə bilər və ixtisaslı, nüfuzlu əməklə məşğul olmaq imkanı qazana bilər. Hər bir hərbçi 
bilir  ki,  mərkəzdən  uzaqda  yerləşən  və  təhlükəli  olan  yerlərdə  qulluq  etmək  mobillik  kanalıdır,  çünki  bu,  yüksək 
rütbələrə tez çatmaq imkanı verir. 
Digər  mobillik  kanalı  ruhani  karyerası  ola  bilərdi:  böyük  filosof,  kardinal  Nikolay  Kuzanski  kasıb  balıqçı 
ailəsində doğulmuşdu. Lakin o, monaxlığı qəbul etdi, təhsil aldı və zümrəyə qoşularaq yüksək status qazandı. 
Dominantlıq edən sinfə mənsub olmaq üçün ailə kapitalına malik olmaq çox vacibdir. O müxtəlif formada ola 
bilər:  iri  maliyyə  və  sənaye  müəssisələri,  iqtisadi,  siyasi,  sosial  və  ailə  münasibətlərinin  şəbəkəsi,  mədəniyyət 
vasitələrinə müyəssərlik və i.a. Əksər hallarda dominantlıq edən sinfin üzvləri öz aralarında nikah bağlayırlar, eyni 
məktəblərdə və ya [146 -147] nüfuzlu universitetlərdə oxuyurlar, ayn-ayn müəssisələrdə eyni inzibati şuralara daxil 
olurlar və s. Məhz bu üç əsas element, yəni böyük iqtisadi vərəsəlik, geniş münasibətlər dairəsi və ailə tərəfindən 
əhəmiyyətli  dəstək  siyasi  və  iqtisadi  hakimiyyətin  hakim  siniflərin  əlində  olmasını  təmin  edir.  Məsələn,  D.  Berto 
Fransada maliyyə oliqarxiyasmm mövcud olmasını qeyd edir. Bu məhdud sayda ailələr fantastik varidata malikdirlər 
və onlan idarə edirlər. Onlar fransız cəmiyyətində misli görünməmiş dərəcədə hakimiyyət sahibidirlər. Bu insanlar 
bir-birinə  pulla  və  qohumluqla  bağlıdırlar.  Onlar  iqtisadiyyatın  başında  durmaqla  yanaşı,  həm  də  hakimiyyəti  öz 
əllərində saxlayırlar. Bank işi və oliqarxiyanm tarixi üzrə mütəxəssislər göstərirlər ki, axırıncı 170 il ərzində Fransada 
maliyyə resursları və deməli, real siyasi hakimiyyət XVIII əsrin sonunda Napoleon Bonapartm hakimiyyətə gəlməsi 
anından etibarən eyni ailələrin əlində cəmləşmişdir. Hakim sinfin daxilində olmaq üçün yaxşı olar ki, orada doğulasan 
və ya bu sinfə mənsub olan insanla nikah bağlayasan. 
Beləliklə,  sosial iyerarxiyanın  yüksək  sferalarına  giriş  asan olmayan  bir  işdir.  Sosial  mobilliyə  konyuktura 
(böhran və ya iqtisadi artım şəraiti), eləcə də cəmiyyətin strukturu böyük təsir göstərir. Bunu ondan görmək olar ki, 
mobillik barədə suallara cavab çox vaxt sosial təşkilatlanmanın təhlilindən tapılır. Hindistanda olduğu kimi, ənənəvi 
cəmiyyətlərdə bu və ya digər sinfə mənsubluq əsas fakt kimi qəbul edilir. Bu halda söhbət, çox ehtimal ki, silkdən 
gedir: silk daxilində doğulur, nikah bağlayır və ölürlər. Silkə əsaslanan cəmiyyətlərdə sosial siniflər digər siniflərdən 
olan insanlar üçün tam qapalıdır. Bu qapalı sosial strukturlarda fərdlərin hansı yaxşı cəhətlərə malik olmalarından asılı 
olmayaraq, onlarda sosial mobillik mümkünsüzdür. 
Bizim  cəmiyyətə  oxşar  cəmiyyətlərdə  siniflər  daha  açıqdır.  Sosial  nərdivan  üzrə  qalxmaq  və  enmək 
mümkündür; bu hallarda yüksələn və ya enən mobillik haqqında danışırlar. Mobilliyi bir adamın həyatı çərçivəsində də 
nəzərdən keçirmək [147 -148] olar. Əgər günəmuzd işləyən insan informatika sahəsində mütəxəssisə çevrilibsə, bu, 
intragenerasiya mobilliyidir (yəni bir nəslin hüdudlanndakı mobillikdir). Lakin mobilliyə başqa cür də baxmaq olar. 
Məsələn,  atası  xarrat  olan  müəllimi  götürək.  Burada  intergenerasiya  mobilliyi  göz  qabağındadır  (yəni,  iki  nəsli 
bir-birinə  bağlayan  mobillik).  Bəs  belə  hesab  edə  bilərikmi  ki,  biz  elə  açıq  cəmiyyətdə  yaşayınq  ki,  bütün  sosial 
trayektoriyalar mümkündür? Bizim  valideynlərimizin sosial statusu bizim sosial piramidanın zirvəsinə çata bilmək 
imkanımıza necə təsir edir? 
Bu suallara cavab vermək üçün iqtisadi, siyasi və sosial konyukturanı nəzərə almaq lazımdır: müəyyən etmək 
lazımdır ki, o, nəsildən-nəslə dəyişərək mobillik üçün daha artıq və ya daha qapalı struktura gətirib çıxanrmı? Qeyd 
etmək olar ki, xalqm içərisindən çıxan bəzi fərdlər sosial piramidanın zirvəsinə çatmağa müvəffəq olurlar. Deməli, 
iradə,  eneqi,  istedad,  ailə  mühiti,  uğur  kimi  fərdi  amillər  öz  rolunu  o}mayır.  Lakin  bu  amillər  elə  şərait  və  sosial 
strukturda fəaliyyətə başlayır ki, burada aşağı siniflərdən olan fərdlər bu keyfiyyətləri cəmiyyətin üstünlük verdiyi 
təbəqələrindən olan fərdlərdən daha arüq dərəcədə göstərməlidirlər. Çünki onlar lap əvvəlcədən iqtisadi, mədəni və 
sosial kapital cəhətdən daha az üstünlüyə malikdirlər. 
Açıq tipli cəmiyyətlər sosial qruplar arasında insanm sosial vəziyyətinin 54iksəlməsinə daha çox imkan verir, 
lakin  sosial  mobilliyin  deqradasiyası  qorxusunu  da  yaradır.  Belə  ki,  fərd  öz  aşağı  vəziyyətinə  görə  cəmiyyəti 
məzəmmət edə bilmir, amma aşağı vəziyyətin bütün məsuliyyətini özü daşıyır. Fərd öz vəziyyətinin 5äiksəlməsi üçün 
çalışsa  da  onun  aşağı  vəziyyətinin  saxlanmasma  heç  bir  təminat  yoxdur.  Nə  üçün  başqalan  5mxan  vəziyyətdə  ola 
bilərlər, o isə yox? Bir çox Avropa və Amerika ölkələrində sosial vəziyyətindən narahat olan ənənəvi olaraq ən çox orta 
sinifdir. 
Nisbətən  açıq  tipli  sosial  cəmiyyətdə  təbəqələr  arasmda  bəzi  adamlar  sosial  mobillikdə  çox  böyük  sürət 
götürərək,  [148  -  149]  yaxşı  mənsəb  sahibi  olurlar,  digərləri  isə  mənəvi  cəhət-dən  pozğunlaşaraq  içkiyə,  narkotik 
maddələrin  qəbuluna  aludə  olurlar.  Bəzi  fərdlər  öz  vəziyyətlərini  saxlamaq  məqsədilə  sosial  mobilliyin  şaquli 
istiqaməti  üzrə  bir  sıra  maneələr  fikirləşirlər.  Məsələn,  həmkarlar  ittifaqı,  sahibkarlar  ittifaqı,  aktyorlar  cəmiyyəti, 
hüquqşünaslar cəmiyyəti və s. həmin maneələrdəndir. Bəzi fərdlər öz elmi adlan, dərəcələri ilə, aktyorlar, müəllimlər
hərbçilər onlara verilən adlarla özlərini müdafiə edirlər. 
Şaquli  sosial  mobillikdə  irəliləmə  təkcə  güzəranın  yaxşılaşmasa  və  imtiyazlar  yox,  həmçinin  yeni 
məhdudiyyətlər,  məsuliyyət  yaradır.  Yeni  vəzifənin  yaradacağı  əlavə  gərginliyə  və  məsuliyyətə  görə  bəzi  adamlar 
onlara təklif olunan 5niksək vəziyyətə keçməkdən imtina edirlər. Yeni təyin olunmuşlarda əsəbilik və stresslər 
60 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə