Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə31/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   73

belə bir qərar qəbul etsələr, onda döyüş, heç şübhəsiz, uduzulacaq və hamı məhvə məhkum olacaqdır. Bir çox sosial 
dilemmalarda belə bir ehtimal mövcuddur ki, qrupun hər hansı bir üzvü ümumi işin xeyrinə hərəkət edə biləcək və bu 
zaman başqasının şəxsi töhfəsinə ehtiyac qalmayacaqdır. 
Bəs hansı sosial mexanizmlər fərdləri eqoizm mülahizələrini rəhbər tutmamağa, kollektivizm ruhunda hərəkət 
etməyə təhrik edə bilər? Hər şeydən əvvəl, bu, fərdin ümümi rifahına xələl gətirən hərəkətləri məhdudlaşdıran sosial 
nəzarət mexanizmləridir. Çox vaxt bu funksiyanı müxtəlif resurslara nəzarəti tənzimləyən dövlət öz üzərinə götürür. 
Qrup normalan çox vaxt həmin məqsədə qeyri-formal sanksiyalar vasitəsilə çatır. Lakin insanlan birgə hərəkət etməyə 
və cəmiyyətə uyğun davranış modellərini seçməyə həvəsləndirən digər vasitələr də mövcuddur. Bu mexanizmlərin 
arasında elələri var ki, onlar qrup sərhədlərini qeyd edir və çox güclü qrup eyniləşdirilməsinin inkişafına kömək edir. 
Hətta daha çox, əgər fərdlər hiss edirlərsə ki, onlann digər insanlarla əməkdaşlığı mükafatlandırılır (məsələn, gəlirlərdə 
və digər nemətlərdə bərabər iştirak şəklində), bu halda onlar eqoist, fərdiyyətçi davranışa daha az meylli olurlar. 
Daha bir strategiya - qrup təfəkkürüdür, lakin onun dağıdıcı nəticələri haqqında biz indi söhbət açacağıq. 
1961-ci ildə Kennedinin administrasiyası Kubaya uğursuz müdaxilə etdi. Kubamn ərazisinə müdaxilə üçün 
ABŞ-m Mərkəzi Kəşfiyyat İdarəsində xüsusi hazırlıq keçmiş Kuba mənşəli 1400 nəfərdən arüq muzdlunun çox hissəsi 
öldürüldü  [132  -  133]  və  ya  Kastronun  qoşunları  tərəfindən  əsir  götürüldü.  Bu  uğursuzluq  nəinki  Kastronun 
mövqelərini  gücləndirdi,  həm  də  Kubanın  SSRİ  ilə  ittifaqını  möhkəmləndirdi.  Bunun  nəticəsində  Sovet  hökuməti 
Kubada nüvə başlıqlı raketləri yerləşdirməyə cəhd etdi. Sonralar prezident Kennedi özünə belə bir sual verməli oldu: 
«Biz belə ağılsızlığa necə yol verdik?». Prezident və onun müşavirləri nəinki Kastronun ordusunun gücünü düzgün 
qiymətləndirməmiş, hətta bir çox hallarda lazımi məlumatları da ala bilməmişdilər. 
Görkəmli  tədqiqatçı  Ervin  Yanis  belə  bir  fərziyyə  irəli  sürür  ki,  prezident  və  onun  müşavirləri 
qrup 
təfəkkürünün
 çox sıx əlaqəli qruplarda qəıann qəbul edilməsi prosesinin qurbam olmuşlar. 19-20 yanvar 1990-cı ildə 
Azərbaycan  xalqı  da  belə  bir  yanlış  və  cinayətkar  qmp  təfəkkürünün  qurbam  olmuşdur.  Belə  ki,  həmin  dövrdə 
SSRİ-nin  prezidenti  olmuş  Qorbaçovun  göstərişi  ilə  Sovet  Ordusu  Bakıya  hücum  etmiş,  qanlı  qırğın  törətmişdir. 
Nəticədə  131  nəfər  öldürülmüş,  747  nəfər  yaralanmış,  400  nəfər  isə  həbs  edilmişdir.  Belə  qrupların  üzvlərini 
konsensusun saxlanması məsələsi o qədər narahat edir ki, bu, onlann tənqidi qabiliyyətlərinə mənfi təsir göstərir. Qrup 
təfəkkürü  halında  qmpun  üzvləri  belə  bir  illüziyanm  təsiri  altmda  olurlar  ki,  onlar  qərarlan  könüllü  surətdə  qəbul 
edirlər;  bu  isə  hipertrofik  əminliyə  və  riskə  getmək  üçün  daha  bö5dik  hazırlığa  gətirib  çıxanr.  Qmp  təfəkkürünün 
qurbanlan öz əməllərinin düzgün olmasma qeyd-şərtsiz olaraq inanırlar - bizim misalımızda bu. Sovet dövlətinin yuxan 
dairələrinin  bütün  bəlalann  səbəbi  hesab  etdikləri  kommunist  rejiminin  saxlanılması  zəmrəti  ilə  bağlıdır.  Qmpun 
üzvləri həmrəyliyin olmasını tələb edir və təklif olunan fəaliyyət planma şübhə ilə yanaşan fərdlərə təzyiq göstərirlər
onlar öz şübhələrini boğur və özlərinə qarşı senzor rolunu oynayırlar. Doğmdan da, sonradan məlum oldu ki, Sov. İKP 
MK Siyasi Bürosunun bəzi üzvləri Bakıya müdaxilə planlan ilə bağlı tamamilə əks fikirdə olduğuna baxmayaraq, onlar 
bu planın həyata keçirilməsinə [133 - 134] mane ola bilməyiblər. 
Qmp təfəkkürü qmp mühiti üçün səciyyəvi olan və qmp üzvlərinin baxışlarına təsir edən güclü ictimai təzyiqin 
mövcudluğunu  təsdiqləyir.  Belə  təzyiq  gündəlik  davranışımıza  təsir  etsə  də,  çox  vaxt  biz  bunu  kifayət  qədər  dərk 
etmirik. 
4.
 
Kütlə sosial qrup kimi 
Kütlə  maraqların  ümumiliyi  ilə  qapalı  fiziki  məkanlarda  birləşmiş  insanlann  qısamüddətli  toplantısıdır. 
Kütlənin  sosial  stmktum  çox  sadədir.  Əksər  hallarda  kütlədə  lider  və  onlara inanan  insanlar toplanır.  Aydmdır  ki, 
kütlədə  toplanan  insanlann  əxlaqı,  davranışı,  səviyyələri  bir-birindən  kəskin  şəkildə  fərqlənir.  Kütlədə  səslənən 
istənilən fikir tezliklə iştirakçılar tərəfindən anlaşılır. 
Kütlə  fərdlərin  adi  yığımından  bir  qədər  böyükdür.  Fiziki  cəhətdən  məhdud  bir  məkan  insanlann  kütlədə 
şəxsiyyətlərarası əlaqədən qaçmağa çalışdıqları zamanda belə sosial qarşılıqlı hərəkətlə nəticələnir. 
Kütlələr xarakterinə və davranışına görə kəskin fərqlənirlər. Bir növ kütlə başqa növ kütləyə asanlıqla çevrilə 
bilər. Kütlələr, hər şeydən əvvəl, ümumi xüsusiyyətlərə malikdirlər. 
Təlğinetmə. Kütlə daxilində olan adamlar, adətən, kənardakılara nisbətən daha çox təsirə məmz qalırlar. Onlar 
böyük yəqinliklə əksəriyyətin fikrini, hissini və hərəkətini qəbul edirlər. 
Anonimlik. Fərd özünün kütlə daxilində tanınmaz və əlçatmaz olduğunu hiss edir. Kütlə həmişə tam şəkildə 
hərəkət edir, onun ayn-ayn üzvləri fərqlənmirlər və özlərini xüsusi fərd kimi qəbul etmirlər. 
Öz-özünə  əmələgəlmə.  Kütləni  təşkil  edən  adamlar  adi  şəraitdən  fərqli  olaraq  daxili  səbəblərdən  törəyən 
davranış xüsusiyyətinə malikdirlər. Bir qayda olaraq onlar öz hərəkətləri haqqında fikirləşmir və onların kütlədəki 
davranışı birbaşa emosiyalarla bağlıdır. 
Dözümlülük. Kütləni təşkil edən adamlar anonim olduqları üçün onlar özlərini sosial nəzarətdən kənarda hiss 
edir və belə başa düşürlər ki, onlara «əl çatmaz». 
55 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə