Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə29/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   73

VI
 FƏSIL
 
SOSIAL QRUPLAR
 
1.
 
Sosial qrup anlayışı. Qrupların təsnifatı 
Cəmiyyət  insanlann  mürəkkəb  birliyi  kimi  müxtəlif  sabitlik  dərəcəsinə,  miqyasına  və  məzmununa  görə 
fərqlənən sosial qrupların məcmusunu təşkil edir. 
Sosioloji  ədəbiyyatda  «sosial  qrup»  anlayışı  ilə  bağlı  müəyyən  fikir  aynlıqlan  mövcuddur.  Bu  aşağıdakı 
səbəblərlə izah oluna bilər. Əvvəla, sosiologiyada bir çox anlayışlar sosial praktika nəticəsində meydana gəlir, elmə 
tətbiq olunmağa başlayır və bu zaman müxtəlif çalarlan ifadə edir. İkincisi, belə çətinliklərin yaranması bu prosesdə 
müxtəlif növ topluların təşəkkülü və iştirakı ilə şərtlənir. Bu səbəbdən də sosial qrup anlayışını müəyyən etmək üçün 
onlar arasındakı müəyyən tipləri ayırmaq lazım gəlir. 
Sosiologiyada «qrup» anlayışı kimi təklif olunan bir sıra sosial birlik növləri vardır. Məsələn, bir neçə fərd 
müəyyən fiziki məkanda müvəqqəti olaraq məskunlaşır. Eləcə də eyni vaqonda bir neçə gün yol gedən, müəyyən anda 
eyni meydanda olan, eyni küçədə yaşayan insan toplularını elmi mənada sosial qrup adlandırmaq olmaz. İnsanlann belə 
toplusuna «aqreqasiya» deyilir. «Aqreqasiya» latın dilində müəyyən fiziki məkanda toplanmış şüurlu surətdə qarşılıqlı 
fəaliyyətdə olmayan insanlann mexaniki birliyi mənasını ifadə edir. 
Başqa bir halda bir və ya bir neçə oxşar xüsusiyyətli fərdləri birləşdirən topluya da qrup deyilir. Məsələn, 
abituriyentlər, siqaretçəkənlər, qocalar və s. Lakin bunlara da elmi baxımdan sosial qrup demək doğru  olmazdı. Bir 
neçə oxşar xüsusiyyətlərə görə birləşən belə insan toplusunu ifadə [121 - 122] etmək üçün «sosial kateqoriya» termini 
daha münasibdir. 
Bəs onda sosial qrup nədir? 
Sosial  qrup  başqalarına  münasibətdə  qrup  üzvünün  hər  birinin  ümumi  marağını  nəzərə  almaqla 
fəaliyyət göstərən fərdlərin birliyidir. Bu tərifə görə sosial qrup üçün zəruri olan iki əsas şərt vardır: 1) onun üzvləri 
arasında qarşılıqlı fəaliyyətin olması; 2) hər bir qrup üzvünün ümumi marağınm nəzərə aimması. 
Bu tərifə görə, nəqliyyat dayanacağında avtobus gözləyən bir neçə nəfəri qrup hesab etmək olmaz. Lakin onlar 
söhbətə başladıqda, gözləmə ilə əlaqədar birlikdə qarşılıqlı fəaliyyətə keçdikdə müəyyən sosial qrup keyfiyyəti əldə 
edirlər.  Lakin  bu  cür  qruplar  bilərəkdən  deyil,  təsadüf  nəticəsində  əmələ  gəlirlər.  Burada  sabit  maraqlar  yoxdur, 
qarşılıqlı fəaliyyət isə birtərəfli olur. Belə öz-özünə əmələ gələn qeyri-sabit qruplar kvaziqruplar adlanır. «Kvaziqrup» 
latın dilində «sosial qrupa bənzəyən» mənasını ifadə edir və aşağıdakı səciyyəvi xüsusiyyətlərə malikdir: 1) öz-özünə 
əmələ  gəlmə;  2)  qarşılıqlı  əlaqələrin  qeyri-sabitliyi;  3)  müştərək  hərəkətlərin  qısamüddətliliyi  və  s.  Aqreqasiyalar 
kvaziqrupa, kvaziqruplar isə öz növbəsində sosial qrupa çevrilə bilər. 
Hər  bir  fərd  həyatının  müxtəlif  anlarında  bir  neçə  qrupun  iştirakçısı  ola  bilər.  Sosial  qrupları  müxtəlif 
meyarlara  görə  təsnif  etmək  mümkündür.  Təsnifat  əsas  qrup  növlərini  ayırmağa  və  qiymətləndirməyə,  həmçinin 
qrupdaxili və qruplararası qarşılıqlı münasibətləri müəyyən etməyə imkan verir. 
Hər bir fərd onun mənsub olduğu bəzi qruplar toplusunu ayıra və onlan «mənim» kimi müəyyənləşdirə bilər. 
Bu  -  «mənim  ailəm»,  «mənim  komandam»,  «mənim  dinim»  və  s.  ola  bilər.  Belə  qruplar  inqrup  sayıla  bilər,  yəni 
bəzilərində fərd özünün mənsubiyyətliliyini hiss edir, digərlərində isə başqa üzvlərlə eyniləşərək «biz» inqrupunun 
üzvlərini qiymətləndirir. 
Lərdin aid olmadığı digər qruplar - başqa ailələr, kompaniyalar, dini qruplar bu fərd üçün altqrup sayıla bilər, 
fərd isə bunu simvolik olaraq «biz» yox, «başqalan» adlandıra bilər. 
Ədəbiyyatda sosial qruplann müxtəlif təsnifatından istifadə olunur. Bu baxımdan Q. M. Andreyevanm təsnifatı 
maraq doğurur. O. təsnifatı bu cür aparır: 1) şərti və real qruplar; 2) böyük qruplar; 3) kiçik qruplar; 4) referent qruplar. 
Şərti qrup - aparılan tədqiqat üçün vacib olan hər hansı bir və ya bir neçə ümumi əlamətlərə görə qruplaşan 
insanlann ixtiyari birliyidir. Şərti qruplar dedikdə, bir-biri ilə real surətdə əlaqəsi olmayan, lakin müəyyən əlamətlərə 
görə ayırd edilən insanlar nəzərdə tutulur. Belə əlamətlərə fərdin cinsi, yaşı, peşəsi, təhsil səviyyəsi, gəlir dərəcəsi və s. 
aiddir. Bu qrupa daxil olan insanlar lazım gəldikdə bir-birini müdafiə edə bilirlər (məsələn, sürücü həmrəyliyi). 
Real qrup - real münasibətlərlə qarşılıqlı əlaqələrdə olan insanlar birliyidir. Real qruplar arasında böyük və 
kiçik sosial qruplar fərqləndirilir. 
Böyük qrupda bütün üzvlərin bir-birini şəxsən tanıması və onların arasında əlaqələrin vasitəsiz baş verməsi 
mümkün deyildir. Böyük qruplara adətən siniflər, sosial təbəqələr, millətlər, siyasi partiya birlikləri, qadınlar, 
51 


gənclər, idman və s. ittifaqlar və birliklər aiddir. Böyük qruplar qeyri-mütəşəkkil, daxili səbəblərdən yarana bilər (məs., 
kortəbii tətil hərəkatı iştirakçıları, izdiham və s.). Təşkil olunmuş böyük qruplar cəmiyyətin tarixi inkişafı prosesində 
əmələ gələn sabit yaranmanı (məs., siniflər, etnoslar və s.) təmsil edir. 
Kiçik qrup - tərkibinə görə azsaylıdır (2 nəfərdən 35-ədək adam). Belə qrupların üzvləri bir-biri ilə bilavasitə 
şəxsi  ünsiyyətdə  olurlar.  Kiçik  qrupları  həmçinin  kontakt  qrupları  da  adlandırırlar.  Sosiologiyada  kiçik  qrupların 
aşağıdakı təsnifatı qəbul olunmuşdur: 1) formal və qeyri-formal; 2) ilkin və təkrar; 3) üzvlük qrupu. 
Formal  qrupda  üzvlərin  vəziyyəti  və  davranışı  rəsmi  təşkilatçılıq  və  sosial  institutların  qaydaları  ilə 
tənzimlənir. Formal qrupa nümunə olaraq tələbə qruplarını göstərmək [123 - 124] olar. Çünki burada həm miqdar, həm 
quruluş, həm funksiyalar, həm tədris prosesi və həm də formal liderlik (qrup nümayəndəsi) ali məktəbin qaydalarına 
əsasən  nizamlanır.  Formal  qrupun  xarakter  xüsusiyyəti  ondan  ibarətdir  ki,  şəxslərarası  münasibətlər  rəsmi  çərçivə 
daxilində təşəkkül tapır. Bu münasibətlər üstünlük vermə və maraq qarşılıqlı rəğbət əsasında qurulanda qeyri-formal 
qrup yaranır. 
Qeyri-formal  qrup  -  həmfikirlərin,  dostların  və  başqalarının  əhatəsidir.  O,  həm  formal  qrup  çərçivəsində, 
həm də onsuz yarana bilər. Məsələn, məkan-ərazi yaxınlığı əsasında (qonşular, həmyerlilər); maraq birliyi əsasında 
(pokerlər,  qeyri-formallar);  şəxsi  rəğbət  əsasında  (dostlar,  tanışlar)  və  s.  Belə  qeyri-formal  qruplarda  şəxslərarası 
münasibətlər  aydın  əks  olunur  və  burada  ciddi  təşkilatçılıq  çox  da  vacib  deyil.  Burada  qaydalar  əksər  hallarda 
ənənələrə, hörmətə, şəxsiyyətə, rəğbətə, adətə, maraqların ümumiliyinə əsaslanır. 
İlkin və təkrar qruplar. Fərdlər arasındakı qarşılıqlı münasibətlərin fərqi ən çox ilkin və ikinci qrupda özünü 
büruzə  verir.  İlkin  qruplarda  qrupun  hər  bir  üzvü  başqa  bir  üzvü  şəxsiyyət  və  fərd  kimi  görür.  Belə  bir  görümün 
nailiyyəti intimliyin, şəxsiyyət təcrübəsinin bir çox elementlərini yaradan sosial münasibətlər vasitəsilə baş verir. Ailə 
qruplarında onların üzvləri çalışırlar ki, sosial münasibətləri qeyri-formal və  mülayim etsinlər. Onlar bir-birini, ilk 
növbədə,  şəxsiyyət  kimi  maraqlandırır,  ümumi  ümid  və  hisslərə  malikdirlər  və  ünsiyyət  zamam  öz  tələbatlanm 
tamamilə ödəyirlər. Təkrar qruplarda sosial münasibətlər şəxssiz, birtərəfli və utilitar xarakter daşıyır. Burada başqa 
üzvlərlə şəxsi dostluq münasibətləri vacib deyil, lakin sosial rollar bunu tələb etdiyi üçün bütün kontaktlar fəaldır. 
«İlkin» və «təkrar» qruplar terminləri qrupşəkilli qarşılıqlı əlaqələrin növlərini mövcud qrupun başqa qruplar 
sistemində  əhəmiyyətinin  göstəricilərindən  daha  yaxşı  xarakterizə  edirlər.  İlkin  qrup  obyektiv  məqsədlərin  ifadəsi 
kimi, məsələn, istehsalatda özünü göstərə bilər. Lakin o, qrup [124 - 125] üzvlərinin qarşılıqlı insani münasibətlərini, 
emosional təminatını daha çox ödəyə bilər, nəinki geyimi və yaxud istehsalat məhsullarının faydalıhğmı. Təkrar qrup 
isə qarşılıqlı dostluq münasibətləri şəraitində fəaliyyət göstərməsi keyfiyyəti ilə fərqlənir, lakin onun mövcudluğunun 
əsas  prinsipi  spesifik  funksiyaları  yerinə  yetirə  bilməsidir.  Beləliklə,  ilkin  qrup  həmişə  qrup  üzvləri  arasındakı 
qarşılıqlı əlaqəyə, təkrar qrup isə məqsədə əsaslanır. 
Referent  qrup  -  ya  real  qrup,  ya  da  şərti  qrupdur.  Burada  fərd  özünü  nümunə  ilə  öz  davranışını  və 
özünüqiymətləndirməni  əlaqələndirir.  Bəzən  referent  qrupla  inqrup  uyğun  ola  bilər.  Məsələn,  yeniyetmə  öz 
komandasına müəllimlərinin düşündüyündən də artıq dərəcədə istinad edir. Altqrup da həmçinin referent ola bilər. 
Altqruplar fərdlər tərəfindən adətən stereotip kimi qavranılır. Hansısa bir qrupun hərəkətini qiymətləndirərkən 
çox  vaxt  arzularımızdan  əlavə  qrupun  hər  bir  fərdinə,  bizim  zənnimizcə,  qrupu  bütövlükdə  xarakterizə  edən  bəzi 
cizgiləri aid edirik. Məsələn, belə bir fikir mövcuddur ki, guya bütün zəncilər avropoid irqindən olan adamlardan daha 
ehtiraslıdırlar (hərçənd əslində belə deyil), bütün fransızlar - yüngül xasiyyətlidirlər, ingilislər - özlərinə qapılan və 
dinməzdirlər.  Stereotip  pozitiv  (xeyirxahlıq,  cəsarətlilik),  neqativ  (prinsipsizlik,  qorxaqlıq)  və  qarışıq  (almanlar 
intizamlı olsalar da, qəddardırlar, azərbaycanlılar qonaqpərvər olsalar da, unutqandırlar) ola bilər. Bir dəfə yaranan 
stereotip (fərdi fərqlər nəzərə alınmadan) müvafiq altqrupun bütün üzvlərinə şamil edilir. Sosial stereotiplərin yaranma 
mexanizmi tam tədqiq olunmayıbdır. 
Stereotiplər  daim  yaranır,  dəyişilir  və  yox  olur;  bütün  bunlar  sosial  qrupun  üzvləri  üçün  vacibdir.  Onlann 
köməkliyi ilə bizi əhatə edən altqruplar haqqında yığcam və lakonik məlumat əldə edirik. 
Belə  məlumat  bizim  digər  qruplara  münasibətimizi  müəyyənləşdirir,  əhatəmizdə  olan  qruplarsa  altqrupun 
nümayəndələri  [125  -  126]  ilə  ünsiyyətdə  davranış  xəttini  müəyyən  etməyə  imkan  yaradır.  İnsanlar  stereotipləri 
şəxsiyyətin  əsas  cizgilərinə  nisbətən  daha  tez  qəbul  edirlər.  Beləliklə,  altqrupda  yalnız  bəzi  şəxsiyyətlər  qrupun 
normativ və müqayisə referent fiınksiyalanm tam ayırd edə bilirlər, stereotiplər isə bir çox kəskin və incə mülahizənin 
nəticəsi kimi meydana çıxırlar. 
2.
 
Qrupun öyrənülməsinin əsas istiqamətləri 
Sosiologiyada qrupların öyrənilməsinin başlanğıcı əmək məhsuldarlığının sosial amillərdən istifadə etməklə, 
yeni vasitələrinin axtarışı ilə bağlıdır. Belə planların reallaşdırılması istiqamətində ilk addımlardan biri E. Meyonun 
1927-1932-ci illərdə apardığı Xottom tədqiqatlandır. Onlar göstərdilər ki, işçilər üçün daha əhəmiyyətlisi özünün 
52 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə