Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə37/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   73

Müasir  sosioloji  ədəbiyyatda  milli-etnik  problemlər  təhlil  edilərkən  daha  çox  «millətlərarası»  və  ya  «milli 
münasibətlər» terminlərindən istifadə edilir. Həqiqətən də, XX əsrdə məhz millətlərarası münasibətlər müasir sosial 
münasibətlər sistemində çox mühüm yer tutur. Buradan aydındır ki, tarixi birliklər arasındakı münasibətlərdən söhbət 
gedərkən birinci növbədə millət anlayışına diqqət yetirilməlidir. 
Millət  tarixən  formalaşmış  etnos  tipi  olub,  iqtisadi  həyatın,  dilin,  ərazinin  ümumiliyi  ilə,  mədəniyyətin, 
məişətin, psixoloji durumun və etnik xarakterin bəzi xüsusiyyətləri ilə səciyyələnən insanların xüsusi tarixi birliyidir. 
Millət xalqa nisbətən daha geniş tarixi birlik forması olub, kapitalizmin meydana çıxması və inkişafı ilə bağlıdır. [152 
-  153]  Millətlərin  xalqları  tarixi  əvəzləməsi  o  demək  deyildir  ki,  ikincilər  yer  üzündən  silinmişdir.  Xalq  tarixən 
insanların tayfa birliyindən sonra gələn sosial-etnik birlik formasıdır. Onun meydana gəlməsinin başlanğıcı quldarlıq 
quruluşunun  dağılması  dövrünə  təsadüf  edir.  Əgər  tayfa  birliklərinin  səciyyəvi  cəhəti  onların  qan  qohumluğuna 
əsaslanan əlaqələri idisə, xalqlar üçün bu ərazi və təsərrüfat əlaqələridir. Xalq anlayışı sözün əsl mənasında feodalizm 
cəmiyyətinin  məhsuludur.  Lakin  xalqlar  sonrakı  cəmiyyətlərdə  də  mövcuddur.  Çünki  onlar  bir  sıra  səbəblərdən 
(azsaylı olma, inkişafdan geri qalma, müəyyən səbəblərdən özlərinin milli dövlət qurumunu yarada bilməmələri və s.) 
millət kimi formalaşa bilməmişlər. 
Müasir  elmi  ədəbiyyatda  sosial-etnik  münasibətləri  səciyyələndirərkən  həmçinin  «milli  azlıq»,  «yerli»  və 
«gəlmə» kimi anlayışlardan da istifadə edilir. Bunlar əsas etibarilə öz millətinin ərazisindən kənarda yaşayan milli 
(sosial-etnik) qrupları nəzərdə tutur. Məsələn, Rusiyada yaşayan azərbaycanlılar, beloruslar, gürcülər və s. 
Bu qruplann öz daxili tərkibində bir neçə kateqoriyanı ayırmaq olar (onları həmçinin diaspora da adlandırırlar): 
1.
 
Daxili diaspora (öz respublikalanndan kənarda yaşayanlar). 
2.
 
Yaxın diaspora (tarixi vətəni keçmiş sovet respublikaları olan sosial-etnik qruplar). 
3.
 
Uzaq diaspora (tarixi vətəni uzaq xarici dövlətlər olanlar). 
4.
 
Milli - ərazi qurumları olmayan diasporalar (kürdlər, qaraçılar və s.). 
Bu  və  ya  digər  sosial-etnik  birliyin  tərkibində  olan  etnoqrafik  qmplar  özünəməxsusluğu  ilə  seçilir.  Onlar 
əhalinin əsas hissəsindən mədəniyyətlərinin, dillərinin (ləhcə, danışıq tərzi) xüsusiyyətləri ilə fərqlənirlər. 
Milli  azlıqlar  bir  qayda  olaraq  miqrasiya  (könüllü  və  ya  məcburi),  həm  də  bütöv  xalqın  deportasiyası 
nəticəsində əmələ gəlir. Bu, Rusiyada yunanların, inquşlann, Dağıstanda [153 - 154] yaşayanların və başqa xalqların 
başına  gəlmişdir.  Qeyd  etməliyik  ki,  məhz  buradan  da,  milli  azlıqlar  problemi,  onların  yaşadıqları  mövcud  dövlət 
quruluşunda  hüquq  və  azadlıqlarının  reallaşması  ilə  bağlı  problemlər  yaranır.  Onları  elmi  əsaslarla  demokratik 
prinsiplərə və sivil qaydalara arxalanmaqla həll etmək lazımdır. 
İnsan  birliklərinin  sosial  və  etnik  xüsusiyyətlərinin  üzvi  vəhdəti,  onlann  rəngarəngliyi  və  qarşılıqlı  əlaqəsi 
onlar arasındakı münasibətləri ayn  - ayn ictimai  - iqtisadi formasiyalarda və müxtəlif dövlətlərdə millətlər, xalqlar 
arasındakı iqtisadi, ərazi, hüquqi, mədəni və dil, eləcə də digər münasibətləri müəyyən etməyə imkan verir. 
Sosial-etnik  birliklər  arasındakı  münasibətlərin  bu  cür  izahı  (ədəbiyyatda  bu  çox  vaxt  milli  məsələ 
adlandırılır), həm də onlann özünəməxsusluğunu şərtləndirir. Yəni, əwəla, birliklər arasmdakı qarşılıqlı münasibətlər 
hər şeydən əvvəl ictimai münasibətlərin iqtisadi, siyasi, sosial və mənəvi istiqamətləri vasitəsilə təzahür edir. İkinci 
xüsusiyyət sosial-etnik birliklər arasındakı münasibətlərdə iki tərəfin mövcudluğunda üzə çıxır: daxili (ərazi - dövlət 
qurumlan çərçivəsində münasibətlər) və xarici (müxtəlif ərazi - dövlət qurumlan sistemində münasibətlər). 
Sonuncu amil keçmiş SSRİ-də mühüm yer tuturdu, çünki onun tərkibində 200-ə qədər millət, xalq və etnik 
qrup  yaşayırdı.  Bu  həm  də  postsovet  respublikaları,  o  cümlədən  Azərbaycan  üçün  səciyyəvidir.  Burada  bir  neçə 
sosial-etnik qrupun nümayəndələri yaşayır. Məsələ təkcə müxtəlif birliklərin sayımn çox olmasmda deyildir, həm də 
bundadır  ki,  90-cı  illərin  əvvəlində  SSRİ-nin  dağılması  nəticəsində  yerli  xalqlann  müəyyən  hissəsi  öz  tarixi 
vətənlərindən  kənarda  qaldı.  Bəzi  respublikalarda  millətçi  -  separatçı  qüvvələrin  səyləri  nəticəsində  yaranmış 
problemlər (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və s.) daha da mürəkkəbləşmişdir. [154 - 155] 
2.
 
Müasir dövrdə sosial-etnik münaqişələrin 
kəskinləşməsinin səbəbləri 
Sosial-etnik münaqişələr müəyyən səviyyədə cəmiyyətin inkişafinm bütün mərhələlərində mövcud olmuşdur. 
Bunun  əsas  səbəblərini  inkişafin  qeyri-bərabərliyi,  ərazi,  dil,  mənəvi  həyat  və  adət-ənənələrin  müxtəlifliyi,  milli 
mədəniyyətlərin  özünəməxsusluğunun  qorunması,  sosial  nemətlərə  nail  olmaqdakı  fərqlər,  öz  problemlərini  digər 
xalqlann hesabına həll etmək cəhdləri təşkil edir. 
Bəzi  müəlliflər  müxtəlif  konsepsiya,  nəzəriyyə  və  təlimlərin  köməyi  ilə  sosial-etnik  münaqişələrə  haqq 
qazandırmağa çalışırlar. Bu zaman zorakılığın müxtəlif formalan, fərdlərin, qmplann və təbəqələrin inkişafındakı 
63 


qeyri-bərabərliyi təsdiq edən faktlar əsas götürülür. Bunların sırasına birinci növbədə müxtəlif sosial-irqi nəzəriyyələri, 
o cümlədən faşizmi və s. aid etmək olar. 
Keçmiş SSRİ-də milli siyasət və milli suverenliklə bağlı buraxılmış səhvlər bu gün mövcud olan konfliktlərin 
əsas səbəblərini şərtləndirir. Xüsusilə həmin dövrdə millətlərin milli suveren hüquqlan - hər bir millətin öz sosial-siyasi 
quruluşunu seçmək azadlığı, ərazi bütövlüyü, iqtisadi sərbəstliyi və s. hüquqlan kobud surətdə pozulmuşdur. 
Məhz  buna  görə  də  keçmiş  sovet  məkanında  etnik  və  millətlərarası  münaqişələrin  kəskinləşməsi  səbəbləri 
üzərində daha ətraflı dayanmaq məqsədəuyğundur. Aydındır ki, Sovet İttifaqının dağılmasının əsas səbəblərindən biri 
onun ərazisində yaşayan müxtəlif xalqlar, millətlər arasındakı qarşılıqlı münasibətlərin kəskinləşməsi olmuşdur. Həm 
mərkəzdə,  həm  də  müttəfiq  respublikalarda  müəyyən  qüvvələr  öz  dar  milli  maraqlannı  təmin  etmək  üçün  köhnə 
haqq-hesablan  və  bordan  ilə  bağlı  problemləri  qabartmağa  çalışırdılar.  Bu  isə  qarşılıqlı  narazılıqları  gücləndirirdi. 
Digər  səbəb  sovet  cəmiyyətinin  iqtisadi,  sosial  və  mənəvi  tərəqqisində  milli  mədəniyyətlərin,  milli  dillərin  və  s. 
İnkişafında [155 - 1561 buraxılmış nöqsanlar və səhvlər idi. 
Şübhəsiz, millətlərarası münaqişələrin yaranmasına şəxsiyyətə pərəstiş illərində milli problemlərin həllində 
yol  verilmiş  ciddi  səhvlər  və  əyintilər  də  öz  mənfi  təsirini  göstərmişdi.  Xüsusilə,  artıq  30-cu  illərin  əvvəllərindən 
başlayaraq guya SSRİ-də milli məsələnin həll olunması ilə əlaqədar olaraq ayn-ayn müttəfiq respublikalarda fəaliyyət 
göstərən milli şöbələr ləğv edilmiş, millətlərin qovuşması prosesi süni surətdə gücləndirilmişdir. Əgər 1926-cı ildə 
siyahıya alınma zamanı SSRİ-də 200-ə yaxın millət, xalq, etnik qrup qeydə alınmışdırsa, 1939-cu ildə bunlann sayı 
99-a  endirilmişdir.  Deməli,  13  il  ərzində  bu  göstərici  2  dəfə  azalmışdır.  Xalqlarm  etnik  xüsusiyyətlərinin  nəzərə 
alınmaması, süni surətdə assimilyasiya ayn-ayn sosial-etnik qruplann bir-birindən uzaqlaşmasını, yadlaşmasmı və son 
nəticədə  ciddi  sosial  narazılıqları  şərtləndirirdi.  Burada  həmçinin  kütləvi  repressiyalar,  bütöv  xalqlann  öz  ənənəvi 
yaşayış yerlərindən köçürülməsi, bir çox partiya və dövlət xadiminin, milli ziyalılann təqib olunması kimi neqativ 
proseslər də nəzərə alınmalıdır. 
Millətlərarası  münasibətlərin  kəskinləşməsi  həm  də  dövlətin,  mərkəzin  yeritdiyi  siyasətdə  regionlann 
maraqlarının lazımi dərəcədə nəzərə alınmaması, nazirliklər və idarələr tərəfindən müttəfiq respublikalann, eləcə də 
digər ərazi-dövlət qurumlannm mənafelərinin pozulması ilə əlaqədar idi. 
Millətlərarası münasibətlərin kəskinləşməsinin səbəblərindən biri də 80-ci illərin sonu - 90-cı illərin əvvəlində 
Sovet  İttifaqına  rəhbərlik  etmiş  şəxslərin  korrupsiyaya  qurşanmasmın,  vəziyyəti  real  qİ5mıətləndirə  bilməməsinin, 
ayn-ayn  mafioz  qruplarla  əlaqələrinin,  millətçilik  təzahürlərinə  qarşı  ardıcıl  mübarizə  apanimamasmm  nəticəsi  idi. 
Həmin dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərdən biri Y. K. Liqaçov 1989-cu ilin sentyabnnda etiraf etmişdi ki, «ötən 
ilin  yazında  mən  Zaqafqaziyanın  iki  respublikasının  sərhədlərinin  dəyişdirilməsinin  əleyhinə  olduğumu  birmənalı 
şəkildə  deyən  [156  -  157]  kimi  bu,  millətçiləri  hövsələdən  çıxartdı  və  onlann  bəd  əməllərini  çox  gözləmək  lazım 
gəlmədi». 
Millətlərarası  qarşılıqlı  münasibətlərin  kəskinləşməsinin  mühüm  səbəblərindən  biri  sovet  cəmiyyətinin 
uzunmüddətli böhran vəziyyəti olmuşdur. Sosial problemlərin həllindəki çətinliklər, inflyasiya, cinayətkarlığın geniş 
vüsət alması və s. nəinki xalqlar arasında münasibətləri pisləşdirdi, həm də bö5Üik bir ölkənin bir sıra regionlarında 
genişmiqyaslı məlum konfliktlərin yaranmasına gətirib çıxardı. 
Milli-etnik münasibətlərdəki münaqişələrin səbəblərindən danışarkən müstəqil dövlətlərin bir çox liderlərinin 
və parlament üzvlərinin yerli millətə başqalanna nisbətən üstün yer verməsi kimi yanlış siyasəti də qeyd etmək lazımdır 
(Pribaltika, Rusiya, Ermənistan, Gürcüstan və s.). Bu, məsələn, bir sıra MDB dövlətlərinin qanunvericiliyində ayn - 
seçkilik  hallanna  yol  verilməsində,  milli  mənsubiyyətə  görə  adamlarm  işdən  çıxarılmasında,  qeyri-yerli  əhalinin 
hüquqlannm pozulmasında, milli şovinizmdə və s. özünü göstərir. 
Etnik münaqişələrin qızışdırılmasında bir sıra kütləvi informasiya vasitələri də əhəmiyyətli rol oynamışlar və 
indi də belə bir rol oynamaqda davam edirlər. Bəzən informasiya vasitələrində verilən məlumatlar qərəzli olur, bir 
xalqm digərinə qarşı nifrətini formalaşdırmağa xidmət edir. 
Nəhayət,  milli-etnik  münasibətlərin  müasir  mərhələdəki  böhranlı  məqamlanm  ictimai  proseslərin  idarə 
olunmasının qeyri-effektivliyi, hakimiyyətin müxtəlif strukturlarının fəaliyyətinin bir-biri ilə razılaşdınimaması, hətta 
bəzi  hallarda  qarşı-qarşıya  durması,  yaranmış  problemlərin  həlli  texnologiyasmın  olmaması,  bəzən  be5məlxalq 
təşkilatlarm bu münaqişələrə ikili standartlarla yanaşması, bu və ya digər səbəblərdən onlann həllini istəməməsi ilə 
izah edilməlidir. [157 - 158] 
3.
 
Milli-etnik problemlərin həlli yolları 
Milli-etnik  münasibətlərin  tənzim  olunması  sahəsində  apanlan  işdə  aşağıdakı  iki  istiqaməti  nəzərə  almaq 
lazımdır. 
64 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə