Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə40/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   73

beynəlxalq münasibətlərində hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və yaxud Birləşmiş 
Millətlər Təşkilaünm məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən 
çəkinməlidirlər.  Ona  görə  də  dünya  təcrübəsində  ərazi  bütövlüyü  və  millətlərin  öz  müqəddəratını  təyin  etməsi 
prinsipləri  bir-biri  ilə  ziddiyyət  təşkil  edərsə,  həmişə  ərazi  bütövlüyü  prinsipi  əsas  götürülür.  Onu  da  qeyd  etmək 
zəmridir ki, müqəddəratı təyin etmək hüququndan danışarkən nəzərə almaq lazımdır ki, bu hüququn subyekti milli 
azlıqlar  deyil,  xalqdır.  Yalmz  xalq  öz  müqəddəratını  təyin  etmək  hüququna  malikdir  və  onun  iradəsi  ilə  dövlət 
ərazisinin dəyişdirilməsi həyata keçirilə bilər. 
Beləliklə,  Azərbaycan  ərazisinə  əsasən  XIX  əsrin  əvvəllərində  köçürülmüş  ermənilər  milli  azlıq  olduqları 
üçün öz müqəddəratlarmı təyin etmək hüququna malik deyillər. Milli azlıq təşkil edən ermənilərin ərazi dəyişikliyi ilə 
bağlı  etdikləri  cəhdlər  yalmz  separatizm  xarakteri  daşıyır,  be}məlxalq  hüquq  normalarına  ziddir  və  qətiyyətlə  dəf 
edilməlidir. 
Həm ərazi bütövlü5di prinsipi, həm millətlərin öz müqəddəratını təyin etməsi prinsipi, həm də milli azhqlann 
hüquqlan insan hüquqlan ilə qınimaz surətdə bağlıdır. Məhz bu baxımdan insan hüquqlannm müdafiəsi mexanizminə 
malik olan Avropa Şurasının belə məsələlərdə müstəsna rolu vardır. Azərbaycan və Ermənistan Avropa Şurasının 
üzvləri  olduqdan  sonra  sözügedən  təşkilatın  orqanlan  tərəfindən  Dağlıq  Qarabağ  münaqişəsinin  nizamlanmasına 
yönəlmiş bir sıra aktlar qəbul edilmiş, eləcə də Ermənistan təcavüzkar dövlət kimi tanınmışdır. Lakin bütün bunlar 
BMT qətnamələri kimi tövsiyə xarakteri daşıyır və münaqişənin həllinə kömək etmir. Təəssüflə qeyd etmək lazımdır 
ki,  münaqişənin  tənzimlənməsi  prosesində  də  ikili  yanaşmalar  mövcuddur.  Nədənsə,  Dağlıq  Qarabağ  ərazisində 
yaşayan  ermənilərin  hüquqlan  dünyanın  əksər  dövlətləri  tərəfindən  tamnıb  müdafiə  edilsə  də,  erməni  təcavüzü 
nəticəsində öz ata-baba torpaqlanndan didərgin düşmüş və hazırda çətin sosial-iqtisadi şəraitdə yaşayan 1 milyondan 
artıq həmyerlilərimizin hüquqlan kifayət qədər tanınmır və müdafiə edilmir. 
ATƏT-in  Minsk  qmpu  və  onun  üzvləri  olan  ABŞ,  Rusiya  və  Fransa  Ermənistan  -  Azərbaycan  və  Dağlıq 
Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində bir sıra təkliflərlə çıxış etmişlər. Birinci təklif (18 iyul 
1997-ci il) «Dağlıq Qarabağ münaqişəsinin aradan qaldmlmasma dair hərtərəfli saziş», ikincisi (2 dekabr 1997-ci il) 
«Dağlıq Qarabağ silahlı münaqişəsinin dayandıniması haqqında saziş», üçüncüsü isə (7 noyabr 1998-ci il) «Dağlıq 
Qarabağ silahlı münaqişəsinin hərtərəfli həllinin prinsipləri haqqmda» adlanır. Bu təkliflərin bəziləri Ermənistan, bir 
qismi isə Azərbaycan tərəfindən qəbul edilməmişdir. Yalnız 2-ci təklifə, yəni mətbuatda mərhələli həll variantı kimi 
tanınmış  saziş  layihəsi  hər  iki  dövləti  qismən  razı  salırdı.  Lakin  Ermənistanda  baş  verən  siyasi  hadisələr,  bu 
münaqişənin həllinə mane olan xarici dövlətlərin mövqeyi, Ter-Petrosyamn istefası problemi xeyli dərinləşdirdi, yeni 
hakimiyyətə gələn qüvvələr isə sözügedən saziş layihəsini rədd etdilər. Bu münaqişədə mühüm məsələlərdən biri də 
Dağlıq  Qarabağın  statusu  ilə  bağlıdır.  ATƏT-in  Minsk  qmpu  Azərbaycana  axırmcı  dəfə  «Ümumdövlət»  təklifini 
vermişdir. Aydındır ki, bu yalnız erməni dövlətinin mənafeyinə xidmət edir. İstər ermənilər, istərsə də onun bir sıra 
havadarlan, o cümlədən bəzi be}məlxalq təşkilatlar problemə yalnız ikili standartla yanaşaraq münaqişənin həllini 
qəsdən  dolaşığa  salır,  həlli  müşkül  olan  problemə  çevirirlər.  Təbii  ki,  ümumi  dövlət  ideyası  ilə  bağlı  layihəni 
ümummilli liderimiz Heydər Əliyev «qaradan da qara» sayaraq, mahiyyətində Azərbaycanda ikinci erməni [167 - 168] 
dövləti yaratmaq niyyəti duran bu təklifi qətiyyətlə rədd etmişdir. 
Ermənistan artıq iqtisadi müstəvidə uduzduğu kimi, siyasi müstəvidə də uduzacağını başa düşür. Bu ölkənin 
Bakı-Tiflis-Ceyhan,  Bakı-Tiflis-Ərzumm  kimi  beynəlxalq  layihələrdən  kənarda  qalması,  Bakı-Tiflis-Qars  dəmir 
yolunun çəkilməsi ilə beynəlxalq aləmdən təcrid olunması iqtisadi sahədə qazandığı «uğurlar»dır. 
Məlum olduğu kimi, Azərbaycan dövləti bütün rəsmi və qeyri-rəsmi səviyyələrdə keçirdiyi görüşlərdə Dağlıq 
Qarabağ  münaqişəsinin  sülh  yolu  ilə  həllinin  yalnız  beynəlxalq  hüquq  normaları  əsasında  mümkünlüyünü  bəyan 
etmişdir. Azərbaycan işğal olunmuş ərazisinin qeyri-şərtsiz azad edilməsi, beynəlxalq hüquq normalarına tam uyğun 
olaraq, Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcəli özünüidarəetmə statusunun verilməsi əsasında 
münaqişənin ədalətli həllinə nail olmağa çalışır. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  öz  çıxışlarında  və  müxtəlif  səviyyəli  görüşlərində 
dəfələrlə bəyan etmişdir ki, Azərbaycan heç zaman «mövcud reallıqlar» əsasında həll variantı ilə razılaşmayacaq və 
torpaqlarının  bir  qarışını  belə  heç  kimə  verməyəcəkdir.  Azərbaycan  üçün  Ermənistanla  başa  çatmamış  müharibə 
təxirəsalınmaz xarici və daxili sosial-siyasi problemdir və yeni müstəqil dövlət kimi ölkəmiz bütün sahələrdə, xüsusilə 
hərbi sahədə öz mövqelərini daha da möhkəmləndirməlidir. [168 - 169] 
68 


IX
 FƏSIL
 
SOSIAL INSTITUTLAR
 
1.
 
«Sosial institut» anlayışı 
Fərdlərin cəmiyyətdəki həyatı sosial institutlar vasitəsilə ifadə olunur. İnstitut termini (latınca  - institutum) 
təşkilat, bərqəraretmə mənasını verir. Sosiologiyada instituta  insanların fəaliyyətinin bu və ya digər tərəfini tənzim 
edən, onların rol və statuslanm müəyyən sistem halına salan normaların, qaydaların və simvolların sabit kompleksi 
kimi tərif verilir. A. R. Radkliff-Brauna görə, institut elə standart xarakterli davranış üsullarıdır ki, onlann köməyi ilə 
cəmiyyətin  sosial  strukturu  -  sosial  münasibətlər  şəbəkəsi,  müəyyən  zaman  kəsiyində  öz  mövcudluğunu  qoru5mb 
saxlayır.' Məsələn, ailə institutu ərlə arvadın nəslin arünlması ilə bağlı daimi birgə həyatının cəmiyyət tərəfindən qəbul 
olunmuş formasıdır. Onun tərkibinə ailədaxili qarşılıqlı münasibətlərin normaları, ailə qurmağın qaydalan, tərəflərin 
öz rolu ilə bağlı öhdəlikləri və hüquqlan, habelə həyatın bu sferasında cəmiyyətin təsdiq etdiyi digər simvollar sistemi 
daxildir. 
Sosial institut dedikdə, insanların obyektiv əlaqələri əsasında formalaşan xüsusi tipli inteqrativ bütövlük başa 
düşülür. O, cəmiyyətin əsas tələbatlannm ödənilməsində dəyərli ictimai sərvət və prosedurları özündə birləşdirən əlaqə 
və  sosial  normalann  təşkil  olunmuş  sistemi  kimi  çıxış  edir.  İstənilən  sosial  institut  bu  və  ya  digər  sosial  tələbatın 
nəticəsi kimi yaranır. Tələbat olmadıqda və ya tədricən yox olduqda [169 - 170] həmin institutun varlığı artıq ictimai 
həyatın inkişafına mane olur və belə institutlar sosial əlaqələrin ətalətlilik prinsipi üzrə bir müddət fəaliyyət göstərsələr 
də, əksər hallarda öz fəaliyyətlərini dayandırmalı olurlar. 
İctimai institutun yaranması və məhvi prosesini zadəganların şərəf nümunəsi hesab olunan duellərin timsalında 
aydın görmək olar. Məlum olduğu kimi, duellər XVI-XVIII əsrlərdə zadəganlar arasında münasibətləri aydınlaşdırmaq 
metodu  kimi  geniş  yayılmışdı.  Bu  şərəf  institutu  zadəganın  öz  şərəfini  qorumaq  və  həmin  ictimai  təbəqənin 
nümayəndələri arasında münasibətlərin nizamlanması tələbatından yaranmışdı. Tədricən prosedur və normalar sistemi 
inkişaf edir, özbaşına yaranan dava-dalaşlar ixtisaslaşdırılmış rollan olan (əsas göstəriş verən, sekundantlar, təbiblər, 
xidmət  göstərən  personal)  5Üiksək  dərəcədə  formalaşmış  dö5äişlərə  və  yanşlara  çevrilirdilər.  Bu  institut  əsasən 
cəmiyyətin  yüksək  təbəqəsində  qəbul  edilmiş  zadəgan  şərəfi  ideologiyasmı  əsas  tuturdu.  Duel  institutu  şərəf 
kodeksinin  müdafiəsi  üçün  kifayət  qədər  ciddi  qaydalar  nəzərdə  tuturdu:  duelə  çağınş  alırmış  zadəgan  ya  duelə 
gəlməli, ya da ictimai həyatdan qorxaq, ağciyər damğası ilə getməli idi. Lakin kapitalist münasibətləri inkişaf etdikcə 
cəmiyyətdəki etik normalar dəyişildi və zadəgan şərəfinin əldə silahla müdafiəsi lazımsız oldu. Nəticədə bu institut öz 
mövcudluğunu itirdi. 
Tədqiqatçıların  əksəriyyəti  belə  hesab  edir  ki,  ictimai  həyatda  qarşıya  çıxan  müvafiq  təlabatlann 
öyrənilməsində  və  ödənilməsində  sosial  institutların  mühüm  əhəmiyyəti  vardır.  Sosioloqlar  göstərirlər  ki,  hər  bir 
cəmiyyətdə əsasən aşağıdakı sosial institutlar fəaliyyət göstərirlər: 
1.
 
Hakimiyyətin həyata keçirilməsini və hakimiyyətlə bağlı münasibətləri tənzim edən siyasi institutlar. 
2.
 
Əmtəələrin və xidmət növlərinin istehsalını və bölgüsünü tənzim edən iqtisadi institutlar. 
3.
 
Öz tərkibində dini, təhsili və sözün əsl mənasında mədəniyyəti əhatə edən mədəniyyət institutlan. Bunlar 
həyata  [170  -  1711  yeni  gələn  nəsillərin  sosiallaşması,  sosial  dəyərlərin  qorunub  saxlanılması  və  nəsildən-nəslə 
ötürülməsi üçün cavabdehdirlər. 
4.
 
Qohumlar,  ər-arvad,  valideynlərlə  uşaqlar  arasındakı  münasibətləri  tənzim  edən  və  əhalinin  təkrar 
istehsalını, habelə nəsillərarası ənənələrin ötürülməsini təmin edən institutlar. 
Qeyd olunan institutlar dəqiq işlənmiş ideologiyaya, qayda və normalar sisteminə,  həmçinin onlann yerinə 
yetirilməsində inkişaf etmiş sosial nəzarətə əsaslanan insan fəaliyyətinin özünəməxsus formalan kimi çıxış edir. 
Müasir cəmiyyətin institusional baxımdan necə təşkil olunduğunu aşağıdakı cədvəl əyani surətdə göstərir. 
Cədvəldən  göründüyü  kimi,  hər  bir  sosial  institutun  özünəməxsus  spesifik  xüsusiyyətləri,  həmçinin  başqa 
institutlarla  ümumi  olan  əlamətləri  vardır.  Hər  bir  sosial  institut  öz  funksiyalanmn  yerinə  yetirilməsində  mövcud 
imkanları  nəzərə  almalı,  davranış  standartını  formalaşdırmalı,  əsas  prinsiplərə  sadiq  qalmalı,  digər  institutlarla 
əlaqələrini genişləndirməlidir. 
Sosial  institutun  fəaliyyəti  və  inkişafı  onun  xarakteri  və  məzmunundan  irəli  gələn  spesifik  xüsusiyyətlərə, 
məsələn,  utilitar  mədəniyyət  cizgilərinə  malik  olmalıdır.  Bəzi  institutlar  inkişaf  etmiş  institutlardan  fərqli  olaraq 
ümumi əlamətləri tam şəkildə özündə əks etdirməyə də bilər. Bu hal institutun tam formalaşmadığını göstərir. 
' Радклиф-Браун A. H. Структура и функция в примитивном обществе. Очерки и лекции. М., 2001, с.231-232. 
69 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə