Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə34/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   73

inkişaf  prosesini  kəmiyyətcə  qi}nnətləndirmək  üçün  adətən  sosial  mobilliyin  sürəti  və  intensivliyi  kimi 
göstəricilərdən  istifadə  edirlər.  Mobilliyin  sürəti  dedikdə  «şaquli  mobilliyin  məsafəsi»  başa  düşülür.  Məsələn,  ali 
məktəbi bitirdikdən və işə başladıqdan 3 il sonra hər hansı bir fərdə ali məktəbdə müəllim vəzifəsinə kimi yüksəlmək 
nəsib olur. Onunla bir vaxtda qurtarmış digər tələbə yoldaşı isə ancaq orta məktəbdə direktor müavini vəzifəsinə kimi 
5diksəlmişdir. Aydındır ki, bu halda birinci fərdin mobillik sürəti ikincidən bö5üikdür. Digər tərəfdən, əgər hər hansı 
bir fərd yaranmış vəziyyətlə əlaqədar, ya da şəxsi zəifliyi nəticəsində 5Üiksək sosial vəziyyətdən cəmiyyətin lap aşağı 
vəziyyətinə enirsə, onda onun haqqmda deyilir ki, sosial mobillik sürəti bÖ5dikdür, lakin bu sürətin istiqaməti aşağı 
vəziyyətə doğru yönəlmişdir. [143 - 144] 
Mobilliyin  intensivliyi  dedikdə,  müəyyən  vaxt  ərzində  sosial  vəziyyətlərini  şaquli  və  ya  üfüqi  istiqamətdə 
dəyişən fərdlərin sayı başa düşülür. Belə fərdlərin sayı hər hansı sosial cəmiyyətdə mobilliyin mütləq intensivliyini 
göstərir,  onların  digər  hissəsi  isə  mobilliyin  nisbi  intensivliyini  ifadə  edir.  Məsələn,  əgər  biz  40  yaşa  qədər  olan 
boşanmış  və  başqa  ailə  qurmuş  fərdlərin  sayını  nəzərə  alsaq,  onda  söhbət  bu  yaş  hüduduna  olan  üfüqi  mobilliyin 
mütləq  intensivliyindən  gedəcəkdir.  Əgər  biz  40  yaşa  qədər  olan  bütün  fərdləri  bu  yaşa  qədər  boşanaraq  təzə  ailə 
quranlarla müqayisədə götürsək, onda söhbət sosial mobilliyin üfüqi istiqamətdə nisbi intensivliyindən gedəcəkdir. 
Çox zaman mobillik prosesinə sürət və intensivliyin qarşılıqlı əlaqədə olması nöqteyi-nəzərindən baxılması lazım gəlir. 
Bu halda həmin sosial birlik üçün ümumi  mobillik indeksindən istifadə edilir. Bu yolla, məsələn, iki cəmiyyətdən 
hansında müəyyən müddət ərzində mobilliyin göstəricilərinin çox və ya az olduğunu təyin etmək mümkün olur. Belə 
indeks peşə, siyasi, iqtisadi sahədə fərdin fəaliyyətindən asılı olaraq hesablanır. 
3.
 
Sosial mobilliyin inkişaf kanalları 
Sosial mobillik həm fərdin özündən, həm də yaşadığı cəmiyyətin struktumndan asılıdır. Nəzərə almaq lazımdır 
ki, yüksək statuslu vəziyyətə keçmək üçün mübarizəyə hazır olmayan fərdə açıq sinifli cəmiyyət çox az kömək edir. 
Bəzi cəmiyyətlərdə gənclərin təkəbbürü nəticəsində mobillik kanalı üçün bir və ya iki dəfə imkan yarana bilir. Lakin 
elə cəmiyyətlər də mövcuddur ki, həmin gənclər yüksək statuslu vəziyyətə çatmaq üçün daha çox yol əldə edə bilərlər. 
Yüksək  vəziyyətin  yollan  etnik  və  ya  sosial-sinfi  fərqlə,  fərdin  öz  şəxsi  xüsusiyyətləri  ilə,  bacanğmı  tətbiq  edə 
bilməməsi ilə bağlı ola bilər. Lakin sosial vəziyyəti tamamilə dəyişmək, [144 - 145] yeni, daha yüksək sosial vəziyyətə 
malik qrupun mədəniyyətinə daxil olmaq, yeni sosial ətrafla qarşılıqlı əlaqələri qurmaq prosesində çətin problemlər 
yaranır.  Mədəniyyət  və  əlaqə  maneələrinin  aradan  qaldıniması  üçün  lazım  olan  üsullan  fərdlər  sosial  mobillik 
prosesində həyata keçirirlər. 
Yeni  sosial  vəziyyətə  çatmış  fərdin  gəliri  daha  yüksək  mənsəbli  sosial  təbəqənin  nümayəndələri  ilə 
bərabərləşdikdə  sadəcə  pul  qazanıb  çoxlu  pul  xərcləməsi  kifayət  deyildir.  Yeni  vəziyyətin  dərəcəsini  qavramaq 
məqsədilə bu dərəcəyə uyğun yeni maddi ölçü təyin etməlidir. Yüksək vəziyyətə uyğun ev, kitab, avtomobil, televizor 
və s. olmalıdır. Maddi məişət mədəniyyəti yüksək vəziyyət dərəcəsinə qoşulmaq üçün əhəmiyyətli vasitələrdən biri 
olsa da, mədəniyyətin başqa komponentləri ilə uyğun gəlməməsi nəticəsində həmin vasitə öz əhəmiyyətini itirir. 
Mobillikdə şaquli istiqamət götürən şəxsin daha yük-sək statuslu sosial-sinfi təbəqəyə daxil olması mütləq 
həmin təbəqənin davranışını özündə əks etdirməlidir. Məsələn, əməliyyat müvəkkili bölmə rəisi keçdikdə yeni şəraitə 
uyğun dəyişməlidir və s. 
Bir sıra hallarda nikah sosial mobillik üçün mühüm inkişaf kanallarından biridir. Belə ki, nikah həmişə sosial 
mobillik zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına köməklik göstərir. Birincisi, maddi imkan fərdin şəxsi 
bacanğmı  göstərməsi  üçün  yaxşı  imkanlar  yaradır.  İkincisi,  fərdə  bir  çox  vəziyyətləri  maneəsiz  irəliləməyə  imkan 
yaranır.  Üçüncüsü,  yüksək  statuslu  təbəqənin  nümayəndəsi  ilə  nikahda  olmaq  həmin  təbəqənin  mədəniyyətini  tez 
öyrənmək problemlərini həll edir. Belə nikahlar adətən, bir çox cəmiyyətlərdə insanlara sosial maneələri dəf etməkdə 
böyük imkan verir və onlann elit təbəqəyə keçməsini şərtləndirir. Əgər fərd tez bir zamanda yeni sosial vəziyyətin 
mədəniyyətini öyrənə bilmirsə, onda bu nikah ona mobil olmaqda heç bir köməklik göstərə bilməyəcəkdir. Çünki belə 
olan halda yuxan mənsəbli təbəqənin nümayəndələri onu «özününkü» [145 - 146] hesab etməyəcəklər. 
İstənilən  müasir  demokratik  cəmiyyətdə  sosial  mobillik  imkanmm  olması  əhəmiyyətlidir,  lazımdır  və 
mədəniyyətin aynimaz hissəsidir. Qapalı sinifli cəmiyyətlər sosial qruplarm istedadlı insanlanna sosial həyatda daha 
fəal  iştirak  etmək  imkanı  vermir.  Yüksək  statuslu  sosial  mobillik  yalmz  mürəkkəb  stmkturlu  cəmiyyətlərdə 
əhəmiyyətli və münasibdir. 
Cəmiyyətin mobil sürətinin dəyişməsi aydındır ki, liderdən təkcə mexaniki olaraq müəyyən qaydalann yerinə 
yetirilməsini  tələb  etmir.  Bundan  başqa  texniki  nailiyyətlər  əldə  etmək  məqsədilə  cəmiyyətdə  çoxlu  sayda  yüksək 
ziyalı,  ali  təhsil  almış  peşəkar  ekspertlərin  olması  lazımdır.  Belə  cəmiyyətlər  lazımi  yerlərdə  «beyinsiz»  keçinə 
bilməzlər. Buradan aydındır ki, açıq sinfi sistem müasir cəmiyyət üçün zəmridir. Lakin açıq sistemin mobilliyi ona 
daxil olan bəzi fərdlər üçün arzuolunmaz nəticələr verə bilər. 
59 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə