Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə26/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   73

P.  Sorokinin  fikrincə,  sosial  strukturun  əsasında  fərdlərin  qarşılıqlı  təsiri  durur.  Bu,  cəmiyyəti  stratlara 
(təbəqələrə)  ayırmağın  apancı  meyannı  təşkil  edir.  Qarşılıqlı  təsirlər  birtərəfli,  ikitərəfli,  antaqonist  və  həmrəy 
xarakterli  ola  bilir.  İnsanların  stabil  möveud  olan  təşkilatlan  (sosial  birlik,  qrup  tipli)  elə  bir  yüksək  inkişaf  etmiş 
orqanizmə bənzəyir ki, onun «möhkəm sümük-əzələ sistemi, dayanıqlı və elastik forması vardır». 
Sorokinə  görə,  qarşılıqlı  təsir  mərkəzlərinin  sıx  funksional  və  yaxud  səbəbiyyət  qarşılıqlı  asılılığı  həmin 
qarşılıqlı  təsiri  xüsusi  növ  kollektiv  vəhdətli  hadisə  kimi  öyrənməyə  imkanı  verir.  Funksional  və  ya  səbəbiyyət 
əlaqələrinin olmadığı yerdə formal vəhdət özünü göstərir. 
Fərdlərarası qarşılıqlı təsir və kollektiv vəhdət (birlik) sosial strukturun təhlilinin «birinci pilləsini»ni təşkil 
edir. «İkinci pillə» kollektiv birliklərin, real möveud olan məemuların, bölgülərin, çarpazlaşmalarm, kumulyasiyalann, 
təbəqələşmələrin, bir sözlə, mürəkkəb sosial aqreqatlarm qarşılıqlı təsirini öyrənir. 
Kollektiv  birliklərin  yaranması,  qorunub saxlanılması  və  məhv  olması  amillərini  kosmik,  bioloji  və  sosial- 
psixoloji şərtlər təşkil edir. 
Göründüyü  kimi,  cəmiyyətin  sosial  strukturu  haqqında  çoxsaylı  nəzəriyyələr,  konsepsiyalar,  müxtəlif 
yanaşmalar  formalaşmış,  təkmilləşmiş  və  inkişaf  etmişdir.  Bu  proses  müasir  dövrümüzdə  də  davam  edir.  Sosial 
strukturda  baş  verən  mütərəqqi  dəyişikliklər,  inkişaf  meylləri  həmin  nəzəriyyələrin  daim  təkmilləşməsini  və 
yeniləşməsini şərtləndirir. [107 - 108] 
2.
 
Sosial strukturun əsas tərkib hissələri 
Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinei səviyyə özündə sinifləri ehtiva edir. 
İkinci  səviyyəyə  siniflərə  yaxın  olan,  lakin  onlarm  bütün  əlamətlərinə  malik  olmayan  sosial  qruplar,  mütəxəssis 
olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir. Sosial strukturun bu səviyyəsi elmi ədəbiyyatda sosial- sinfi 
struktur adlandırılır. Sosial strukturun üçüneü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini yox, həm də 
şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qruplan ehtiva edir. 
Siniflər  sosial  strukturun  mühüm  elementlərindən  biridir.  Qeyd  etmək  lazımdır  ki,  «sinif»  termini  elmi 
ədəbiyyata  Gene  tərəfindən  siyasi-iqtisadi  anlayış  kimi  daxil  edilmişdir.  Lakin  XIX  əsrin  sonlarmda  Fransada  baş 
vermiş  burjua  inqilablarının  təsiri ilə  bu anlayış  sürətlə  siyasiləşmişdir. XIX  əsrin  sonlarmdan  I953-eü  ilə kimi  bu 
termin Rusiyada da siyasi mənada işlənmişdir («sinfi düşmən», «qolçomaq» və s.). 
Marksist  sosiologiyasında  sosial  strukturda  siniflərin  mövqeyi  xüsusi  vurğulanırdı.  K.  Marks  və  F.  Engels 
cəmiyyətin  siniflərə  bölünməsinin  əsas  səbəblərini ictimai  əmək  bölgüsünün  və  xüsusi  mülkiyyət  münasibətlərinin 
formalaşmasının nəticəsi kimi izah edirdilər. Marksizm sinif anlayışına aşağıdakılan ehtiva edən mühüm məna verirdi: 
-tarixən qərarlaşmış müəyyən ictimai istehsal sistemində tutduğu yerə görə bir-birindən fərqlənən böyük insan 
qruplan kimi götürülür
-istehsal vasitələri üzərində mülkiyyət münasibətləri, fəaliyyət nəticələrinin mübadiləsi (ictimai əməyin təşkili) 
və bölgü münasibətləri üzərində qərarlaşdığı bildirilir; 
-siniflərin mənafelərində ziddiyyət vardır, çünki onlardan biri digərinin əməyini mənimsəyə bilir. 
Sinfin qeyd olunan mənası ümumilikdə götürülən sinfi 1108 - 109] fərqləri anlamaq üçün prinsipcə kifayət 
edir. Belə ki, o, siniflər arasında əsas etibarilə şüurdan asılı olmayaraq qərarlaşan obyektiv fərqləri açıb göstərir. 
Marksizmə görə, siniflər arasında iqtisadi fərqlər əsasında onlarm siyasi həyatda və mədəniyyətdə fərqliliyi 
formalaşır. Beləliklə, bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin olduğunu qəbul edir, lakin o bütün bu 
fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi götürür. 
Qeyd etmək lazımdır ki, marksizm tərəfindən cəmiyyətin strukturunun məhz sosial-sinfi struktur kimi şərhi 
istehsal  münasibətləri  sistemindəki  vəziyyətinə  görə  bir-brindən  fərqlənən  (yəni  sosial  fərqlərin  başlıca  meyanna 
uyğun gələn) təkcə siniflərin deyil, həm də bütün sosial qruplar və təbəqələr arasındakı fərqlərin izahına mane olmur. 
Müxtəlif  tədqiqatçılar  sinifləri  təhlil  edərkən  onlan  böyük  insan  qrupu  hesab  edir,  lakin  onun  əlamətlərini 
müxtəlif  eür  izah  edirlər.  Məsələn,  görkəmli  sosioloq  P.  Sorokinin  fikrincə,  sinif  -  üç  əsas  əlamət  baxımından 
fərqlənən (peşə, əmlak və hüquqi), öz zəmanəsi üçün tipik olan insanlar qrupudur. 
Sorokinin belə bir qeydi metodoloji baxımdan mümkündür ki, hər bir konkret tarixi şəraitdə sinfin əsas skeleti 
«əlavə göstəricilər, törəmə xassələr ilə tamamlanır». Peşə üzrə, təminata və hüquqa görə ümumilik eyni bir sinfə daxil 
olan  insanlann  təhsil  səviyyəsində,  zövqlərində,  simpatiyalannda  və  bütünlükdə  həyat  tərzində  oxşar  cəhətlərin 
olmasına gətirib çıxarır. Bu oxşarlıqlar sinfə sosial tip keyfiyyəti verir. 
Elmi ədəbiyyatda belə bir tərifə də tez-tez rast gəlinir ki, sinif ümumi şəraitə və istehsal prosesindəki roluna 
görə birləşən, bunun nəticəsi kimi bölgü münasibətləri yaradan böyük sosial qrupdur. 
Bu əsas sosial-iqtisadi əlamətlərdən başqa, siniflər üçün həm də ikinei dərəcəli törəmə əlamətlər səciyyəvidir. 
Bunlara həyat tərzi, məişət, maraqlar, ictimai davranış, fəallıq, sosial-siyasi təşkilatçılıq, təhsil, 
45 


mədəniyyət, şüur, ideologiya, ictimai psixologiya və s. daxildir. Bu əlamətlər sosial strukturun digər elementlərini də 
öyrənərkən nəzərə alınmalıdır. 
Sosial  qruplar  ictimai  istehsalda  müəyyən  yer  tutan  və  obyektiv  surətdə  mövcud  olan  dayanıqlı  insan 
kateqoriyalarıdır. Bu məsələni xüsusi fəsildə ətraflı şərh edəcəyik. 
Sosial strukturda mühüm elementlərdən biri də ziyalılardır. Ziyalılar ali və ya orta ixtisas təhsili tələb edən və 
ixtisaslı zehni əmək fəaliyyəti ilə peşəkar surətdə məşğul olan insanların birliyidir. Ədəbiyyatda ziyalılar anlayışının 
geniş  izahı  da  mövcuddur.  Bu  halda  həmin  qrupa  zehni  əməklə  məşğul  olan  bütün  işçilər  daxil  edilir:  yəni  həm 
ziyalı-mütəxəssislər, həm də yüksək təhsil tələb etməyən və mürəkkəb olmayan zehni əməklə məşğul olan qulluqçular 
-qeyri-mütəxəssislər  (hesabdarlar,  xəzinədarlar,  katibə-makinaçılar,  əmanət  xəzinələrinin  nəzarətçiləri  və  s.)  bu 
kateqoriyaya aid edilirlər. 
Ziyalılann  cəmiyyətdəki  rolu,  yeri  və  strukturu  onlann  aşağıdakı  əsas  funksiyaları  yerinə  yetirməsi  ilə 
müəyyənləşdirilir: 
-
 
maddi istehsalın elmi-texniki və iqtisadi təminatı; 
-
 
istehsalatın, bütövlükdə, cəmiyyətin və onun ayn-ayn altstrukturlannm peşəkarlıqla idarə edilməsi
-
 
mənəvi mədəniyyətin inkişaf etdirilməsi; 
insanlann tərbiyəsi
-
 
ölkənin zehni və fiziki sağlamlığının təminatı. 
Ədəbiyyatda elmi-pedaqoji, mədəni-bədii, tibbi, idarəedici və hərbi ziyalıları fərqləndirirlər. Ziyalılar həm də 
ixtisas dərəcəsinə və sosial-demoqrafık əlamətlərinə görə təsnif edilirlər. 
Qeyd etmək vacibdir ki, zehni və fiziki əmək işçiləri aşağıdakı göstəricilərə görə fərqlənirlər: 1) icra etdikləri 
işin məzmununa, fiziki və intellektual qüvvələrin sərfimin nisbətinə, əməyin mürəkkəblik dərəcəsinə və davametmə 
şəraitinə  görə;  2)  fiziki  və  zehni  əmək  işçilərinin  mədəni-texniki  səviyyəsinə  (təhsilinə,  ixtisas  dərəcəsinə,  peşə 
tərkibinə) görə; [110 - 111] 
3) mədəni və maddi rifahına, həyat şəraitinə görə də fərqlənirlər. Bu sosial fərqlərdən sosioloji araşdırmalarda 
sosial göstəricilər kimi istifadə etmək olar. 
Sosial təbəqələr müəyyən sinfin, sosial qrupun hissələridir. Onlann ayniması və sosial siması mövcud istehsal 
üsulunun  yetkinliyindən  asılıdır.  Məsələn,  ziyalılann  tərkibində  təhsilin  səviyyəsinə  görə  (orta  və  ali  ixtisas,  elmi 
dərəcəsi olanlar və olmayanlar və s.) təbəqələri, eləcə də, «praktikləri», ixtisas hazırlığı tələb etməyən zehni əməklə 
məşğul olan və müvafiq diplomu olmayan şəxsləri ayırmaq olar. 
Yuxandakı  mülahizələri  ümumiləşdirərkən  ədəbiyyatda  ziyalı  anlayışı  ilə  bağlı  fərqli  fikirlərin  də  mövcud 
olduğunu bildirmək yerinə düşər. Məsələn, Azərbaycan filosofu S. Xəlilova görə, ziyalı sadəcə savadlı, bilikli, elmli 
adam deyil. Böyük alim, şair, bəstəkar da hələ ziyalı olmaya bilər. Ziyalı sadəcə olaraq ayn-ayn adamlarm, qrupların, 
tayfalann yox, bütövlükdə millətin yoluna işıq saçan adamdır.’ 
İşçilərin  əməyin  xarakteri  və  məzmunu  meyanna  görə  təsnifatı  onlann  peşəyə  görə  bölünməsinə,  yəni 
sosial-peşə  strukturunun  formalaşmasına  gətirib  çıxanr.  Bu  əsasda  aşağıdakı  qruplar  fərqləndirilir:  zehni  və  fiziki 
əməklə, idarəetmə və icraetmə əməyi ilə, sənaye və kənd təsərrüfatı əməyi ilə məşğul olanlar, əmək qabiliyyətli əhali 
və ictimai istehsalla məşğul olmayanlar. 
Sosial-peşə strukturu əməyin peşələr üzrə bölünməsinə, onun sahə strukturuna əsaslanır. İstehsalatın 5diksək, 
orta və zəif səviyyədə inkişaf etmiş sahələrinin mövcudluğu işçilərin qeyri-bərabər sosial vəziyyətini müəyyənləşdirir. 
Bu,  konkret  olaraq,  sahələrin  texniki  inkişafının  səviyyəsindən,  əməyin  mürəkkəblik  dərəcəsindən,  ixtisas 
səviyyəsindən, əmək şəraitindən və s. asılıdır. 
Sosial  strukturun  mühüm  bir  səpkisini  əhalinin  sosial-demoqrafık  göstəricilər  üzrə  bölünməsi  təşkil  edir. 
Bunlara  qadınlar,  kişilər,  gənclər,  pensiyaçılar,  məktəblilər  və  b.  daxildir.  [111  -  112]  Sosial-demoqrafık  qrupların 
ayrılması üçün meyarlar cins və yaş fərqləridir. Bu təbii fərqlər öz-özlüyündə, sözün həqiqi mənasında sosial fərqlər 
olmasa da, siniflərə və qruplara bölünmüş cəmiyyətlərdə sosial fərq xarakteri ala bilir. Buna cəmiyyətdə kişilərin və 
qadınların,  müxtəlif  nəsillərin  nümayəndələrinin  fərqli,  qeyri-bərabər  vəziyyəti,  qocaların,  əmək  veteranlarının,  bir 
qayda olaraq, nisbətən ağır sosial vəziyyəti və s. dəlalət edir. Əhalinin yaş strukturunda qocalma prosesi yalnız bioloji, 
təkamül xarakterli bir proses deyildir. Qocalma iqtisadi fəallığın azalması, dövlətin ahıllara maddi-maliyyə xərcləri, 
ərzaq təminatı kimi problemlərlə bağlıdır. 
Sosial-demoqrafık  strukturun  mühüm  elementlərindən  biri  gənclərdir.  Azərbaycanda  gənclərin  sosial 
strukturda  xüsusi  çəkisi  xeyli  artmışdır.  Belə  ki,  2006-cı  ilin  yanvar  ayına  olan  məlumata  görə,  respublikamızın 
əhalisinin 8,4 milyon nəfərindən 5,1 milyonu və ya 60,4%-ini 34 yaşma qədər olan əhali təşkil edir.^ Perspektivdə 
əhalinin  yaş  strukturunda  bu  prosesin  getdikcə  artması  gözlənilir.  Bu  isə  ölkəmizdə  əmək  qabiliyyətli  əhalinin 
artmasını şərtləndirir. 
' Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. B., 2001, s. 226. ^ 
Azərbaycan əhalisi 2006. B., 2006, s. 22. 
46 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə