Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə22/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   73

3.
 
Kəndin sosiologiyası 
Kənd tarixən təşəkkül tapan, daxilən diferensial olan nisbi müstəqil sosial-ərazi sistemidir. O, maddi-əşyavi 
mühitin, təbii-coğrafi şəraitin, insanlarm spesifik sosial-məkan təşkilinin vəhdəti ilə səciyyələnir. 
Kənd  şəhərdən  sosial-iqtisadi  inkişafına,  insanlann  rifahının  səviyyəsinə,  məişətinin  təşkilinə  görə  məlum 
geriliyi ilə fərqlənir. Bu, müvafiq surətdə əhalinin sosial strukturunda və həyat tərzində müəyyən iz buraxır. Kənd üçün 
şəhərlə müqayisədə əmək fəaliyyəti növlərinin azsaylılığı, nisbətən  5diksək sosial və peşə yekcinsliyi səciyyəvidir. 
Nisbi  sabit  xüsusiyyətlərə  malik  olan  kənd  özünün  əsas  komponentləri  baxımından  şəhərə  uyğundur.  O,  şəhərlə 
birlikdə tarixən cəmiyyətin sosial və ərazi (məkan) strukturunun bütövlüyünü formalaşdırır. 
Sosiologiya kənddəki proseslərə ciddi əhəmiyyət verir; bu elmi maraq zəminində onun xüsusi sahəsi - kəndin 
sosiologiyası  təşəkkül  tapmışdır.  Bu  sahə  kənd  sosial-ərazi  birliyinin  meydana  gəlməsi,  fəaliyyəti  və  inkişafi 
qanunauyğunluqlanm,  onun  sosial-iqtisadi  təbiətini,  təkraristehsal  stmkturunu,  təbiətlə  və  maddi-əşyavi  mühitlə 
əlaqəsini,  həyat  tərzini,  tipologiyasını  öyrənir.  Kəndin  sosiologiyasında  əhalinin  sosial  təkraristehsalı  prosesinin 
tədqiqi, onun şərait, məqsəd və nəticələrinə uyğun olan tədbirlər görülməsi mərkəzi problemlərdəndir. Təkcə fərdlər, 
kənd əhalisi təkrar istehsal olunmur, həm də onların qarşılıqlı əlaqələri, münasibətləri və digər komponentləri təkrar 
istehsal olunur. 
Kənd əhalisinin  xarakter  xüsusiyyəti  onun  kifayət  qədər  yüksək  stabilliyidir:  adamların  mütləq əksəriyyəti 
kənddə fasiləsiz yaşayır (belə ki, doğulduğu gündən kənddə yaşayanlar təxminən 70 faizə yaxındır). 
Kənd əhalisinin sosial-sinfi strukturu mürəkkəb olub, müəyyən dinamizmə malikdir; burada sosial birliklərin 
fasiləsiz  dəyişilməsi  prosesi  müşahidə  olunur.  Kənddə  əhalinin  yeni  sosial  kateqoriyaları  (məsələn,  fermerlər) 
formalaşmaqdadır.  [92  -  93]  Araşdırmalar  göstərir  ki,  perspektivdə  onlann  rolu  daha  da  artacaqdır.  Lakin  qeyd 
olunmalıdır ki, kənddə əməyin yeni, mütərəqqi formalanmn tətbiqi xeyli dərəcədə ləngiyir. Ona görə də «yeni yanaşma 
lazımdır;  onun  əsasında  insanm  cəmiyyətdəki  vəziyyəti  dayanmalıdır»'.  Yalnız  belə  olduqda  insanın,  onun 
qabiliyyətlərinin, sosial fəallığının inkişafi təmin edilə bilər. 
Əmək  qabiliyyətli  kənd  sakinlərinin  öz  əməyinə  münasibəti,  ondan  razı  qalıb-qalmaması  bu  yaşayış 
məskəninin inkişafı baxımından çox əhəmiyyətli məsələdir. Məlum olduğu kimi, əməkdən razı qalmaq görülən işin 
şəxsi maraqlara, meyllərə uyğunluğundan, əmək haqqından və şəraitindən, ifadəetmənin səviyyəsindən və s. asılıdır. 
Aparılmış sosioloji tədqiqatlar göstərir ki, bu sahədə ciddi problemlər mövcuddur. Daha ixtisaslı və təhsilli işçilər daha 
ciddi tələblər irəli sürürlər, peşə yüksəlişində  daha fəaldırlar. Azixtisash və ixtisassız adamların əksər hissəsi də öz 
işlərindən razı deyildir, eyni zamanda peşə baxımından inkişafla əlaqədar problemlərə münasibətdə passivdir. İşçilərin 
xeyli  hissəsinin  qeyri-yaradıcı,  icraçı  əməyə  istiqamətlənməsi  əhəmiyyətli  dərəcədə  kəndin  mövcud  imkanları  ilə 
şərtlənir. Qeyd etmək lazımdır ki, son illərdə kəndin müasir texnika ilə təmin olunmasına diqqət xeyli güclənmişdir. 
Bu, kənd təsərrüfatı əməyində yaradıcı ünsürlərin artmasma kömək edəcəkdir. 
Ümumiyyətlə,  kənddə  işçilərin  sosial  irəliləyişi  vacib  məsələlərdən  biridir.  Sosiologiyada  sosial  irəliləyiş 
dedikdə  sosial  statusun  yüksəlməsi  başa  düşülür.  Bu  5Üiksəlmə  ictimai  təkraristehsahn  (inkişafın)  tələbatları  ilə 
şərtlənir,  insanlarm  şəxsi  mənafeləri  ilə  vasitələnir.  Sosial  irəliləyişdə  cəmiyyət  (kollektiv)  tərəfindən  işçinin 
qabiliyyətlərinin,  fəallığının,  təşəbbüskarlığının,  işgüzar  keyfiyyətlərinin  və  s.  etirafi  ifadə  olunur.  Sosial  irəliləyiş 
prosesi özündə bunları birləşdirir: a) ixtisas, dərəcə, bilik cəhətdən məlum peşə hüdudlarında [93 - 94] yüksəlmək; b) 
daha  yaradıcı  işə  keçmək;  c)  vəzifədə  yüksəlmək,  irəli  çəkilmək;  ç)  fəxri  adlar,  mükafatlar  almaq  və  s.  Sosial 
irəliləyişdə motiv böyük rol oynayır: eqoist məqsədlər, yoxsa ictimai cəhətdən əhəmiyyətli məqsədlər izlənilir? Sosial 
irəliləyiş təkcə konkret işçinin şəxsi uğuru deyildir; o, elə bir şəraitdir ki, işə təşəbbüskar, yaradıcı münasibət istehsalın 
inkişafına, kollektivin geniş sosial təkraristehsalma kömək edir. 
Kəndin həyat tərzi özünəməxsus cəhətlərə malikdir. Əhali sıxlığmm çox da böyük olmaması, təbii mühitlə 
üzvi  bağlılıq,  kəndlinin  əldə  etdiyi  torpaq  payında  əməyin  tətbiqi,  ictimai  xidmətin  zəif  inkişaf  etməsi  və  s. 
özünəməxsusluğun  mənbələridir.  Buraya  istehsal  əməyinin  zəif  diferensiasiyası,  onun  texniki  və  eneıji  təchizinin 
nisbətən aşağı olması, iş yerlərinin və onlan seçmək imkanlarının məhdudluğu, əməyin təbiətin ritminə və tsikllərinə 
tabeliyi,  əmək  məşğuliyyətinin  qeyri-bərabərliyi,  iş  şəraitinin  nisbətən  ağırlığı  və  s.  əlavə  olunmalıdır.  Nəzərə 
alınmalıdır ki, kənddə istirahət növləri çox da rəngarəng deyildir, əmək mobilliyi zəifdir, əmək və məişət daha sıx 
qovuşmuşdur; şəxsiyyətlərarası münasibətlər də spesifıkdir, sosial və milli cəhətdən homogen ailələr üstünlük təşkil 
edir, ünsiyyət anonimliyi, demək olar ki, yoxdur, ictimaiyyətin insanlann davranışı üzərində güclü sosial nəzarəti var
milli  adətlər,  ənənələr,  yerli  nüfuz  sahibləri  etiraf  olunur.  Həyat  ritmi  şəhərlə  müqayisədə  az  gərgindir,  adamlar 
ünsiyyətin daha sadə formalarından istifadə edir, psixoloji 5nıkü daha az hiss edirlər. Adamlann bir qismi kənd və 
qəsəbələrdə yaşamaqla şəhərlərdə işləyir. 
Keçən əsrin 80-ci illərinin sonundan başlayan məlum proseslər, xüsusən Azərbaycanın bir sıra rayonlarmm 
Ermənistan tərəfindən işğalı, nəticədə normal fəaliyyət ritminin pozulması kəndlərimizin inkişafına son dərəcə 
' CounaJiBHtıe opneHTHptı oGHaBJieHHa: oörqecTBO 
H
 HenoBeKT. 
M..
 
1990, C. 50. 
39 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə