İbtidai icma cəmiyyətinin dağılması



Yüklə 20,35 Kb.
səhifə1/2
tarix28.11.2023
ölçüsü20,35 Kb.
#133708
  1   2
Qüdrət tarix


İbtidai icma cəmiyyətinin dağılması
Bəşər cəmiyyətinin ilkin inkişaf dövrü ibtidai icma quruluşu adlanır. İbtidai icma quruluşunun yaranması və inkişafı təbii-coğrafi şəraitlə və təbii ehtiyatların mövcudluğu ilə bağlı olmuşdur.
Ən qədim insanların qalıqlarına Şərqi Afrikada (Keniya va Tanzaniya ərazisində) daha çox təsadüf olunmuşdur.Bu qalıqlar ilk insanların 5,5 milyon il bundan əvvəl yaşadıqlarını göstərir.
İbtidai icma quruluşu əmək alətlərinin hazırlanma materialına və texnologiyasına uyğun olaraq üç mərhələyə (arxeoloji dövrləşmə) bölünür:
1.Daş dövrü.
2.Tunc dövrü.
3.Dəmir dövrü.

Daş dövrünün özü də üç mərhələyə ayrılır:
1.Qədim daş dövrü (Paleolit);(İlk insan tipinin yaranmasından e.ə XII minilliyə qədər davam edir)
2.Orta daş dövrü (Mezolit);(e.ə XII minillikdən e.ə VIII minilliyə qədər davam edir)
3.Yeni daş dövrü (Neolit).(e.ə VIII minillikdən e.ə VI minilliyə qədər olan dövrü əhatə edir)

Üst Paleolit rəngkarlığına mağara təsvirləri aid edilir.Ən qədim abidələr Qərbi Avropada tapılmışdır.1879-cu ildə ispan arxeoloqu M.Sautuola Altamır mağarasında (İspaniya) Paleolit dövrünün rəngkarlıq təsvirlərini kəşf etdi.1895-ci ildə Fransanın Lya Mut mağarasında ibtidai insanın çəkdiyi rəsmlər tapıldı.1901-ci ildə A.Breyl Fransada Vezera düzənliyində Le-Kombatel mağarasında mamont, bizon, maral, at, ayı təsvirlərini tapır. Burada təsvirlərin sayı 300-ə qədərdir, həmçinin insan təsvirləri də üstünlük təşkil edir. Həmin ildə arxeoloq Pestroni Le Kombateldən çox da aralı olmayan Fon de Qomda 40 vəhşi at, 23 mamont, 17 maral təsvirlərindən ibarət olan "rəsm qalereyasını" kəşf edir.Daş dövrünün palitrası çox kasıbdır, burada dörd əsas rəng – qara, ağ, qırmızı və sarı üstünlük təşkil edir.Ağ və qara rənglərdən nadir hallarda istifadə olunub.Eyni dövrləri ibtidai musiqiyə də aid etmək olar. Hərəkət, jest, mimika və səslər ibtidai musiqini yaradan əsas elementlər idi. Son Paleolitdə əldə edilən musiqi alətləri xüsusi maraq doğurur.Çernovitsk vilayətində Dnestrin sağ sahilində Moldova düşərgələrindəki qazıntılar zamanı arxeoloq A.P.Çernış Son Paleolitin ortasına aid olan mədəni təbəqədə şimal maralının buynuzundan hazırlanmış 21 sm uzunluğunda fleyta tapmışdır.İbtidai incəsənətin əsas sahəsini ornament təşkil edir. Paleolit dövründə o çox geniş tətbiq olunmuşdur. Hələ XIX əsrdə Mezin Paleolit düşərgəsində (Ukrayna) daş və sümük alətlər üzərində həndəsi ornamentlər aşkar etmişdir. Həndəsi naxışlar qolbaq və digər müxtəlif fiqurlar üzərində öz təcəssümünü tapmışdır.Bu cür ornamentlər əyri xətt və cizgilərdən ibarətdir.Abstrakt naxışlarla ibtidai rəssamlar təbiəti əks etdirmiş, onun surətini yaratmışlar.Bir çox tədqiqatçılar belə güman edirlər ki, Üst Paleolit incəsənəti təkcə sənətdən ibarət deyil, o həm də ibtidai insanların dini-magik görüşlərini əks etdirir. bu üç mərhələsindən sonra Eneolit (mis-daş) dövrü gəlir.Eneolit daş dövrünün sonu - metal əsrinin başlangıcı hesab edilən b.e.ə. VI-IV minillikləri əhatə edir.Eneolitin sonunda Tunc dövrünə keçidin əsası qoyulmuşdur.

Tunc dövrü də üç mərhələyə bölünür:
1.erkən tunc dövrü;(e.ə IV minilliyin II yarısından e.ə III minilliyin sonlarına qədər davam etmişdir)
2.orta tunc dövrü;(e.ə III minilliyin sonlarından e.ə II minilliyin ortalarına qədər davam edir)
3.son tunc dövrü.(e.ə XlV əsrdən e.ə VII əsrə qədər davam etmişdir)


Yüklə 20,35 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə