İbtidai icma cəmiyyətinin dağılması


Paleolit, Mezolit və Neolit



Yüklə 20,35 Kb.
səhifə2/2
tarix28.11.2023
ölçüsü20,35 Kb.
#133708
1   2
Qüdrət tarix

Paleolit, Mezolit və Neolit dövrü abidələri ibtidai insanların əsas diqqətinin, məhz nəyə yönəldiyini göstərir.Qaya üzərindəki cizgi və rəsmlər, daş, gil və ağacdan hazırlanmış heykəllər, qablar üzərindəki ovçuluq səhnələrinin təsvirləri insanların heyvanlar haqqındakı düşüncələrini sübut edir. Paleolit, Mezolit və Neolit dövrünün əsas təsvir obyekti vəhşi heyvanlardır. Sonuncu Paleolit dövrünə aid olan ilk təsviri sənət əsərləri Orinyak (Fransa) mədəniyyətinə aid edilir.Daş və sümükdən hazırlanan qadın fiqurlarına da məhz bu dövrdə təsadüf olunur. Bu cür "venera"lara Fransa, İtaliya, Avstriya, Çexiya, Rusiya və dünyanın digər regionlarında rast gəlmək olar. Bunlarla eyni vaxtda mamont, fil, at, maral kimi heyvanların ümumiləşdirilmiş – ifadəli təsvirlərinə də rast gəlirik. Xüsusilə, bu heyvanlara aiddir.Qaya rəsmləri və fiqurlar ibtidai insanların təfəkkür tərzini öyrənməyə imkan verir. Məsələn, ovçunun mənəvi qüvvələri təbiət qanunlarını dəf etməyə yönəldilir.Bundan ibtidai insanın bütün həyatı asılıdır.

Üst Paleolit rəngkarlığına mağara təsvirləri aid edilir.Ən qədim abidələr Qərbi Avropada tapılmışdır.1879-cu ildə ispan arxeoloqu M.Sautuola Altamır mağarasında (İspaniya) Paleolit dövrünün rəngkarlıq təsvirlərini kəşf etdi.1895-ci ildə Fransanın Lya Mut mağarasında ibtidai insanın çəkdiyi rəsmlər tapıldı.1901-ci ildə A.Breyl Fransada Vezera düzənliyində Le-Kombatel mağarasında mamont, bizon, maral, at, ayı təsvirlərini tapır. Burada təsvirlərin sayı 300-ə qədərdir, həmçinin insan təsvirləri də üstünlük təşkil edir. Həmin ildə arxeoloq Pestroni Le Kombateldən çox da aralı olmayan Fon de Qomda 40 vəhşi at, 23 mamont, 17 maral təsvirlərindən ibarət olan "rəsm qalereyasını" kəşf edir.Daş dövrünün palitrası çox kasıbdır, burada dörd əsas rəng – qara, ağ, qırmızı və sarı üstünlük təşkil edir.Ağ və qara rənglərdən nadir hallarda istifadə olunub.Eyni dövrləri ibtidai musiqiyə də aid etmək olar. Hərəkət, jest, mimika və səslər ibtidai musiqini yaradan əsas elementlər idi. Son Paleolitdə əldə edilən musiqi alətləri xüsusi maraq doğurur.Çernovitsk vilayətində Dnestrin sağ sahilində Moldova düşərgələrindəki qazıntılar zamanı arxeoloq A.P.Çernış Son Paleolitin ortasına aid olan mədəni təbəqədə şimal maralının buynuzundan hazırlanmış 21 sm uzunluğunda fleyta tapmışdır.İbtidai incəsənətin əsas sahəsini ornament təşkil edir. Paleolit dövründə o çox geniş tətbiq olunmuşdur. Hələ XIX əsrdə Mezin Paleolit düşərgəsində (Ukrayna) daş və sümük alətlər üzərində həndəsi ornamentlər aşkar etmişdir. Həndəsi naxışlar qolbaq və digər müxtəlif fiqurlar üzərində öz təcəssümünü tapmışdır.Bu cür ornamentlər əyri xətt və cizgilərdən ibarətdir.Abstrakt naxışlarla ibtidai rəssamlar təbiəti əks etdirmiş, onun surətini yaratmışlar.Bir çox tədqiqatçılar belə güman edirlər ki, Üst Paleolit incəsənəti təkcə sənətdən ibarət deyil, o həm də ibtidai insanların dini-magik görüşlərini əks etdirir.

İbtidai mədəniyyətin bir qədər sonrakı mərhələləri mezolit, neolit və ilk metal alətlərin hazırlanması dövrünə təsadüf edir.İbtidai insan təbiətdən əldə etdyi hazır məhsullarla yanaşı əməyin digər formalarını – ovçuluq, balıqçılıq, əkinçilik və heyvandarlıqla də məşğul olmağa balşayır.Yeni daş dövründə insan tərəfindən ilk dəfə odadavamlı gil kəşf edilir. İnsanlar öz məqsədləri üçün ilk növbədə təbiətdən alınan daş, ağac və sümükdən istifadə edirdilər. Torpaqla məşğul olanlar gildən hazırlanmış qabların üzərini naxışlayırdılar.Neolit və tunc dövründə ornament daha da çiçəklənməyə başlayır.Buradakı təsvirlər mürəkkəb anlayışları ifadə edir.Dekorativ-tətbiqi sənətin və bir çox növləri – keramika və metalın yenidən işlənməsi formalaşmağa başlayır. Tunc dövründən başlayaraq yırtıcı heyvan təsvirləri tədricən aradan çıxmağa başlayır.

Son Tunc dövrü qəbirlərində göstərilən əlamətlər və silahların çoxluğu, çox ehtimal ki, hərbi demokratiyanın inkişafı ilə əlaqədardır. İbtidai cəmiyyətin dağılması ərəfəsində zorakılıqla zəbtetmə və talançılıq bəzi qəbilələrdə varlanma mənbəyi kimi tez-tez baş verən hadisələrə çevrilir. Ancaq Azərbaycan əhalisinin və onun qonşularının bu dövrdə daima müharibələr şəraitində yaşamasını güman etmək səhv olardı. Doğrudur, ayrı-ayrı qəbilələr arasında varidat, ilk növbədə, mal-qara otlaqları üstündə vaxtaşırı toqquşmalar olurdu. Belə şəraitdə bəzi qəbilələrin əlçatmaz yerlərdə məskunlaşması və nəhəng qalaçalar hörülməsi səbəbləri aydın olur. Bəzi varlı qəbirlərdə silahların həm əsas ölünün, həm də onu müşayiət edənlərin yanına qoyulması müşahidə edilmişdir. Dovşanlı kurqanında qəbirdə düz uzadılmış əsas ölü və ona məxsus çoxlu miqdarda avadanlıqdan əlavə bükülü vəziyyətdə üç skelet də var idi. Onlarla birlikdə tunc dəbilqə, silah, yaba və at yüyəninin tapılması onları ölən başçının hərbi dəstəsinin üzvləri hesab etməyə əsas verir. Müvafiq dövr cəmiyyətində qəbilə başçıları, mötəbər şəxslər, hərbçilər, qullar və s. aydın seçilir. Bu, hər şeydən əvvəl, yeni ictimai-iqtisadi münasibətlərin yaranması ilə əlaqədar olub, təzəcə təşəkkül tapmaqda olan ictimai quruluşun "carçıları" idi. Beləliklə, bu dövr ibtidai-icma quruluşunun dağılması prosesində son mərhələ - siniflərin və dövlətin yaranma ərəfəsi idi.
Yüklə 20,35 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə