Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə18/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   73

3)
 
siyasi həyat sferasında - karyerizm, bürokratizm, siyasi naşılıq, millətçilik, ekstremizm. 
4)
 
məişət və həyat tərzi sferasında - dilənçilik, sərxoşluq, istehlakçılıq, ailə borcuna laqeyd münasibət. 
5)
 
mənəvi həyat sferasında - mədəniyyətsizlik, meşşanlıq və s. 
6)
 
ünsiyyət sferasında - insanlara laqeyd münasibət, kobudluq, böhtançılıq, vicdansızhq, xudbinlik və s. 
Bəzən kənara çıxan davranışı başqa əsasa görə - hüquqa, yoxsa əxlaqa aid olmasma görə iki tipə ayınrlar: a) 
hüquqa zidd kənaraçıxmalar; b) əxlaqa zidd kənaraçıxmalar. 
Bu  halda  onu  əsas  tuturlar  ki,  normalar,  standartlar  və  qaydalar  insanlann  həyat  fəaliyyətinin  iki  başlıca 
nizamlayıcısı  ilə  müəyyən  edilir:  hüquq  və  mənəviyyat.  Əlbəttə,  onlar  arasmda  hüdud  şərtidir.  Buna  baxmayaraq, 
kənara [70-71] çıxan davranışın konkret formalarmı öyrənərkən həmin tip-ləşdirmədən istifadə etmək olar. 
Bir cəhətə də diqqət yetirilməlidir: kənara çıxan davranışın bəzi formalan (məsələn, narkomaniya, fahişəlik, 
korrupsiya) üzərindən illər bo}^! aydın seçilən örtük götürüldü, onlarm təzahürləri, səbəbləri fəal müzakirə obyektinə 
çevrildi. Elmi və siyasi dairələrin diqqəti iqtisadi cinayətkarlığa, kriminal davramşla səciyyələnən müxtəlif gənclər 
birliklərinə  yönəldi.  Bütün  bunlar  keçmiş  SSRİ-nin  dağılması,  müstəqil  dövlətlərin  yaranması,  müxtəlif  sahələrdə 
ənənəvi  əlaqələrin  qismən  və  ya  tamamilə  qıniması,  kənara  çıxan  davranış  təzahürlərinə  qarşı  mübarizənin  xeyli 
zəifləməsi fonunda baş verirdi. 
XX  əsrin  son  onilləri  ərzində  apanlan  sosioloji  tədqiqatlar  göstərirdi  ki,  kənara  çıxan  davranış  qrupları 
içərisində alkoqolizm, narkomaniya və cinayətkarlıq xüsusi diqqət tələb edən problemlərdir. 
Bu bir həqiqətdir ki, sərxoşluq, alkoqolizm ciddi sosial bəladır; o, ictimai həyata, necə deyərlər, əsaslı surətdə 
nüfuz edə bilmişdir. Mütəxəssislər alkoqolizmlə bağlı aşağıdakı məqamlara xüsusi diqqət yetirirlər: 
-
 
sərxoşluq,  alkoqolizm  müxtəlif  sosial  qruplara  xas  olan  hadisədir.  Bir  sıra  ölkələrdə  (məsələn,  Rusiya, 
Ukrayna, Belorusiya və s.) həmin bəla hər iki cinsi (qadmlan və kişiləri) əhatə edir. Respublikamızda bu, daha çox 
kişilərin həyat tərzi üçün səciyyəvidir. 
-
 
alkoqolizmə meyllilik gənclər içərisində daha geniş yayılmışdır; bu, əmək intizamının pozulmasma, istehsal 
travmatizminə, ailələrin dağılmasına, qeyri-normal uşaqlann doğulmasına, orta ömrün azalmasına səbəb olur. 
-
 
son illərdə yeniyetmələr içərisində alkoqolizmə meylliliyin müəyyən əlamətləri müşahidə olunur. Bunu dövri 
mətbuatın, radio və televiziyanın müəyyən materialları aydm surətdə nümayiş etdirir. 
Alkoqolizmə  qarşı  mübarizə  çox  ciddi  problemdir.  [71  -  72]  Bu  iş  sistemlilik  tələb  edir.  Həmin  prinsipin 
pozulması alkoqolizmə qarşı apanlan mübarizənin səmərəsini azaldır. 
Alkoqolizmə qarşı təsirli, fəal mübarizə apanimalıdır. Bunun başlıca yollan hansılardır? 
Mütəxəssislərin fikrincə, ilk növbədə ailədən, yaşlılardan başlamaq lazımdır. F. Şereqinin tədqiqatlan göstərir 
ki, alkoqoliklərin təxminən 1/3-i ilk dəfə spirtli içkini 10 yaşında, 2/3-si isə 11-15 yaşlarında dadmışdır. Artıq bu fakt 
sübut edir ki, alkoqolizm və sərxoşluq gənclərin hər hansı xüsusi submədəniyyətinin üzvi ünsürü deyildir. Aparılmış 
tədqiqatlar  göstərir  ki,  gənclərin  təxminən  40%-i  qəti  şəkildə  qeyri-alkoqollu  ənənələrə  tərəfdar  çıxır;  yaşlılar 
içərisində isə belələri cəmi 15%-i təşkil edir. 
Sağlam həyat tərzi normalannm  reallaşdıniması işi kifayət qədər mükəmməl təşkil olunmur. Adamlann bir 
qisminin ümumi mədəniyyətinin aşağı olması da həmin prosesə təsirsiz qalmır. Konkret vəzifələrin həllində bəsitlik, 
inzibati tədbirlərdən, amirlik  metodlarından istifadə olunmasına meyllilik də son dərəcə mürəkkəb işə ancaq ziyan 
vurur.  Spirtli  içkilərin  ən  müyəssər  mallar  sırasında  olması  da  ümumi  sağlamlaşma  prosesinə  təsirsiz  qalmır. 
Respublikaya müxtəlif ölkələrdən spirtin və spirtli içkilərin gətirilməsi üzərində ciddi nəzarətin olmaması da ciddi 
problemdir. 
Alkoqolizm probleminin kompleks həlli həm sosial, həm də tibbi tədbirlərin birləşdirilməsini, hüquqi və əxlaqi 
tənzimetmə imkanlarının, inzibati səylərin fəallaşdınimasmı, antialkoqol təbliğatın səmərəli, konkret, təsirli təşkilini, 
insanın özünün məsuliyyətinin arünlmasım nəzərdə tutur. 
Deviant davranışın ikinci qrupuna narkomaniyanı aid etmək olar. Mütəxəssislərin fikrincə, XX əsrin 60-70- ci 
illərindəki  «özünüsakitləşdirmə»  mühiti  cəmiyyətdə  narkomaniyanın  getdikcə  kəskinləşən  sosial  problemə 
çevrilməsinin  başlıca  səbəblərindən  biridir'.  Təhlil  göstərir  ki,  narkomaniya  hər  hansı  birlik  hüdudlanna  sığmır  və 
əslində  ən  müxtəlif  [72  -  73]  sosial  qruplan  əhatə  edir.  Bu  bəla  sosial-mənəvi  cəhətdən  xeyli  adamı  şikəst  edir, 
antisosial davranışı və fəaliyyəti stimullaşdırır. 
Narkomaniya məsələlərini xüsusi olaraq araşdıran A. A. Qabiani belə bir qənaətə gəlmişdir ki, narkomaniya 
başlıca olaraq şəhərlərdə yaşayan və 35-ə qədər yaşı olan kişilər içərisində daha geniş yayılmışdır. Xüsusi həyəcan 
doğuran cəhət ondan ibarətdir ki, onlann təxminən 1/3-i 25 yaşma qədər olan gənclərdir. Narkomaniya daha çox şəhər 
problemi  olsa  da,  narkotik  vasitələrin  istehlakı  coğrafiyası  genişlənərək,  hətta  ən  uzaq  kənd  regionlanm  da  əhatə 
etmişdir.^ 
' Тощенко Ж. Т. Социология. Общий курс. М., 2001, с. 254. ^ГабианиА. А. 
Наркотизм: вчера и сегодня. Тбилиси, 1988, с. 17-19. 
31 


Respublikamızda konkret statistik göstəriciləri araşdıraraq, aşağıdakı məqamlan xüsusi qeyd etmək vacibdir: 
Əvvəla, cinayətlərin ümumi sayında narkotiklərlə bağlı cinayətlər mühüm kateqoriyalardan biridir. Belə ki, 
2002-ci ildə narkotiklərlə bağlı 2190 cinayət qeydə alınmışdır. Bu, həmin ildə qeydiyyata alınmış cinayətlərin ümumi 
sayının 14 faizini təşkil etmişdir.' 
İkincisi,  faktlar  göstərir  ki,  işləməyənlər  və  təhsil  almayanlar  içərisində  bu  bəla  daha  geniş  yayılmışdır. 
Məsələn, 2002-ci ildə narkotiklər və digər güclü təsiredici maddələrlə bağlı cinayətlər törətmiş 1955 nəfər şəxs aşkar 
olunmuşdur. Onlarm 93 faizini heç yerdə işləməyən  və oxumayan şəxslər təşkil edir. Onlann 94 faizini kişilər, 28 
faizini isə 30 yaşa qədər olan şəxslər təşkil edir.^ 
Üçüncüsü, araşdırmalar göstərir ki, polinarkomaniya geniş yayılmışdır. Həşiş, morfı, tiryək, kokain, heroin 
qəbulu bu fikri təsdiqləyir. A. A. Qabianinin tədqiqatlarına əsasən demək olar ki, mütləq əksəriyyət (təxminən  ^/4 
hissə) həşişdən başlamışdır. Belə bir yanlış mülahizəyə inananlar çoxdur ki, guya həşişin ziyanı əhəmiyyətsizdir, o 
qədər də ağır [73 - 74] nəticələrə gətirib çıxarmır. Halbuki həşişdən başlayan yol çox dərinliklərə gedib çıxır, ciddi 
fəlakətlərə səbəb  olur.  Respublikamızda  2003-cü  ilin əvvəlinə  qeyri-tibbi  məqsədlərlə  narkotik,  psixotrop və  digər 
toksiki maddələrdən istifadə etmiş 15.698 nəfər şəxs dispanser və profilaktika uçotunda olmuşdur, halbuki bu rəqəm 
2002-ci ilin əvvəlinə 14.245 nəfər təşkil etmişdir. Uçotda olanlann 46 faizini (yəni təxminən yarısını) yaşı 30-a qədər 
olan şəxslər təşkil edir.^ Belə bir cəhət də diqqəti cəlb edir ki, bir çoxları xroniki narkomanlar kateqoriyasına aiddir, 
yəni elə şəxslərdir ki, onlar çoxdan və sistematik surətdə narkotikləri qəbul edirlər. 
Dördüncüsü, narkotikləri qəbul edənlərin tərkibini araşdırdıqda məlum olur ki, onlar əsasən əvvəllər məhkum 
olunmuşlar - özü də narkomaniya ilə bağlı cinayətlər törətmiş şəxslərdir, habelə spirtli içkilərdən və ya narkotiklərdən 
istifadə edən ailələrdən olan şəxslər, psixi və ya əsəb xəstəlikləri olan şəxslərdir. 
Beşincisi, aparılmış sosioloji tədqiqatlar bu bəlaya düçar olmağın amillərini üzə çıxarmağa kömək edir. Rəyi 
soruşulanlann əksəriyyəti (üçdə iki hissədən çoxu) bildirmişdir ki, onlar başqa şəxslərin təsiri ilə narkotik maddələrə 
meyl  göstərmişlər  (dostlar  və  tamşlann  təkidi  ilə).  Onlar  kəskin  hisslərə  ehtiyac  duyaraq,  hedonist  səyləri  əsas 
tutduqlarını, təxminən dörddə bir hissəsi isə başqalarını təqlid edərək, bu yola qədəm qoyduqlarını qeyd etmişlər. Ağır 
psixi travmalardan, şəxsi dramalardan xilas yolu kimi narkotiklərə meyl göstərənlərin sayı isə az olmuşdur. Bu, belə bir 
bəsit təsəvvürü rədd edir ki, guya narkotiklərdən istifadənin başlıca səbəbi məşəqqəti aradan qaldırmaq, ruhi müvazinət 
əldə etmək arzusudur. 
Nəhayət, altıncısı, narkotikləri istehlak edənlər onlar üçün xeyli pul, vəsait xərcləməli olurlar. Aydın məsələdir 
ki, əksər narkotiklər istehlakçıları həmin vəsaiti cinayətkarlıq yolu ilə əldə etməyə cəhd göstərirlər. Onlann bir qismi 
ümumiyyətlə [74 - 75] işləmir, bir qismi isə işləri müqabilində elə 5diksək haqq ala bilmirlər. Bütün bunlar belə bir 
nəticə çıxarmağa imkan verir ki, narkomaniya ciddi ictimai «yara»ya çevrilmişdir. O, daimi diqqət tələb edən problem 
olmuşdur. Bu hadisəyə qarşı mübarizə üçün təsirli tədbirlər düşünülməlidir. Effektli mübarizə isə qeyd edilən bəlanın 
dərin  sosial  səbəblərini  aşkara  çıxarmağı  nəzərdə  tutur.  Cəmiyyətin  bütün  qabaqcıl  qüvvələri  bu  mübarizənin 
səmərəsini artırmağa səy göstərməlidirlər. 
Kənara  çıxan  davranışm  üçüncü  qrupuna  cinayətkarlığın  bütün  təzahürlərini  aid  etmək  olar.  Adətən  bu 
təzahürləri  qeyd  edilən  davranışm  ifrat  dərəcəsi  kimi  xarakterizə  edirlər,  çünki  şəxsiyyətin,  sosial  təşkilatların, 
bütövlükdə cəmiyyətin mənafeləri üçün ciddi təhlükə yaranır. Aydm məsələdir ki, heç bir cəmiyyət onun hüquqa zidd 
hesab  etdiyi  davranışa  laqeyd  olmamış,  mümkün  vasitələrlə  və  metodlarla  ona  qarşı  mübarizə  aparmışdır.  Elmi 
ədəbiyyatda cinayətkar hərəkətlərin dəqiq təsnifatını vermək istiqamətində müxtəlif cəhdlər olmuşdur. 
Bu məsələdə mühüm məqamlardan biri ondan ibarətdir ki, cinayətkarlığa qarşı mübarizədə bütün məsuliyyəti 
ancaq hüquq mühafizə orqanlannm üzərinə qoymaq doğm olmazdı. Qeyd etmək yerinə düşər ki, cinayətlərin müəyyən 
hissəsi hələ də uçotdan kənardadır; həmin hissə latent (görünməz,  gizli qalan) cinayətkarlıq adlanan cinayətkarlığı 
təşkil edir. Deməli, ancaq cinayətkarlıq statistikasına istiqamətlənmək vəziyyətin həqiqi elmi mənzərəsini yaratmır, 
çünki bu statistikada aşkar edilmiş faktlar qeydə alınır. 
Qeydə alınmış cinayətlərin sayı və tərkibi baxımından respublikamızda vəziyyət necədir? Rəsmi statistikaya 
görə, 2002-ci ildə qeydə alınmış cinayətlərin sayı 15.520 olmuşdur. Bu cinayətlər içərisində ən böyük rəqəmi (1919 
hadisə) narkotik maddələrin qeyri-qanuni hazırlanması, əldə edilməsi, saxlanması və ya satışı təşkil edir. İkinci yerdə 
oğurluq (1619 hadisə), üçüncü yerdə xuliqanhq (1285 hadisə), dördüncü [75 - 76] yerdə dələduzluq (1114 hadisə), 
beşinci yerdə hərəkətin təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması (919 hadisə), altıncı 
yerdə qərəzli qətllər və öldürməyə cəhdlər (315 hadisə) dayanır. Həmin ildə qeydə alınmış hər 10 cinayətdən biri ağır 
xarakter daşıyır."' 
' Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 290. ^ 
Yenə orada. 
^ Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 290. 
Azərbaycanın statistik göstəriciləri. Bakı, 2003, s. 292. 
32 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə