Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə20/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   73

inkişafını determinasiya edən sosial-iqtisadi şərtlər öz funksiyasını təkcə bütövlükdə cəmiyyət səviyyəsində deyil, həm 
də  müəyyən  məskən  səviyyəsində  yerinə  yetirir,  çünki  insan  (və  bütövlükdə  əhali)  məhz  orada  əməyin  subyekti, 
istehsalın subyekti və i.a. kimi çıxış edir. İnsanlann həyat fəaliyyəti şərtləri işçinin istehsal vasitələri ilə birləşməsi 
formasından başlayaraq, məskəndə konkret xarakter daşıyır. Başqa sözlə, bu şərtlər onlann sosial inkişafının  faktiki 
əsası funksiyasını yerinə yetirir. 
Lakin insanlann məskənlərə təkcə bağlanması və məskənlərin onlann həyat fəaliyyətinin bilavasitə mühitinə 
çevrilməsi [81 - 82] sosial-ərazi birliyinin əmələ gəlməsi üçün hələ kifayət deyildir. Bu cür birlik yalmz elə bir əsasda 
təşəkkül tapa bilər ki, müəyyən yerdə insanlann həyat fəaliyyəti şərtləri digər yerdəki şərtlərdən fərqli olsun və bu 
əsasda  ümumi  mənafelər  formalaşsın.  Məskənlərdə  həyat  şəraitində  mövcud  olan  fərqlər  bu  və  ya  digər  ərazinin, 
regionun iqtisadi və sosial inkişafmdakı bərabərsizliyin təzahürüdür. Bu bərabərsizlik məhsuldar qüvvələrin inkişaf 
səviyyəsindəki  fərqlərlə,  ərazilərin təsərrüfat  baxımından  mənimsənilməsindəki fərqlərlə  şərtlənir. Məhz  bu  əsasda 
məskənlərdə  həyat  şəraitindəki  fərqlər  təkcə  iqtisadi  sahədə  yox,  həm  də  sosial  həyat  sferasında  mövcud  olur.  Öz 
ictimai  mənasına  görə  həmin  fərqlər  sosial-ərazi  fərqləri  kimi  özünü  göstərir.  Şəhərlə  kənd  arasındakı fərqlər  belə 
fərqlərin xüsusi halıdır. Sosial-ərazi fərqləri isə həm şəhər məskənləri, həm də kənd məskənləri arasında təzahür edir. 
Sosial-ərazi birliyi təkcə şəhərin, aqlomerasiyanm, kəndin əhalisi deyildir. Məskənlər daha mürəkkəb ərazi- 
inzibati  təşəkküllərinə  (rayon,  vilayət,  respublika)  qoşulmuşlar.  Belə  təşəkküllər  də  iqtisadi  və  sosial  inkişafın 
spesifikası baxımından fərqlənirlər. Bu halda sosial-ərazi birliyi iyerarxiyasında məskənlər xüsusi rol oynayır: istənilən 
inzibati vahid müstəvisində sosial-ərazi fərqlərinin əsasmda həmişə yaşayış məskənlərində həyat şəraitinin vəziyyəti 
dayanır. Həmin yerlərdə həyat şəraiti sosial inkişafin bilavasitə əsası olur. Buna görə də aynca məskənin əhalisi ilkin 
sosial-ərazi  birliyi  kimi  çıxış  edir.  İlkin  sosial-ərazi  birliklərinin  məcmusu  isə  obyektiv  surətdə  sosial-  ərazi 
strukturunun aşağı, ilkin səviyyəsini təşkil edir. 
Sosial-ərazi strukturu nədir? 
Sosial-ərazi strukturu insanlann sabit birliklərinin və bu birliklər arasmdakı münasibətlərin məcmusudur; belə 
birliklər  müxtəlif  ərazi-inzibati  təşəkküllərində  həyat  fəaliyyəti  şəraitində  mövcud  olan  sosial  qeyri-yekcinslik 
əsasmda  formalaşırlar.  Sosial-ərazi  strukturu  cəmiyyətin  sosial  strukturunun  [82  -  83]  təzahürlərindən  biridir.  Bu 
struktur insanlann müxtəlif məskənlərə və ərazi-inzibati təşəkküllərinə mənsubiyyətinin sosial nəticələrini qeydə alır, 
cəmiyyətin ərazi baxımından təşkilinin mühüm tərəfi kimi çıxış edir. 
Sosial-ərazi strukturunun obyektiv əsası son nəticədə məhsuldar qüvvələrin inkişaf səviyyəsidir; bu, müəyyən 
tarixi hüdudda bir məskən formasının digərindən (şəhər və kənd), bir regionun digərindən (mərkəz və əyalət) üstün 
inkişafının labüdlüyünü şərtləndirir. İstehsalın yerləşdirilməsində və əhalinin məskunlaşmasmda iqtisadi meyarlann 
hökmranlığı tarixi inkişafın qeyri-bərabərliyini doğumr. Bu və  ya digər ölkə hüdudlannda regionların və ərazilərin 
iqtisadi  inkişafının  qeyri-bərabərliyi  bunun  təzahürlərindən  biridir.  Bu  əsasda  regional  kəsimdə  həyat  fəaliyyəti 
şəraitinin sosial baxımdan müxtəlif cür qiymətləndirilməsi təşəkkül tapır, sosial-ərazi fərqləri formalaşır. İnsanlann 
iqtisadi və sosial cəhətdən müxtəlif cür inkişaf etmiş ərazilərə mənsubiyyəti, ən əvvəl onlann məskənlərə özünəməxsus 
bağlılığı  (daimi  yaşayış  yeri)  sosial-ərazi  birliklərinin  formalaşması  ilə  nəticələnir;  bu  birliklər  spesifik  sosial 
təşəkküllərdir. 
Cəmiyyətin  sosial-ərazi  strukturu  öz  ünsürlərinin  -  sosial-ərazi  birliklərinin  sosial  inkişaf  səviyyəsində 
irəliləyişin  müxtəlif  dərəcədə  olması  ilə  səciyyələnir.  Həmin  birliklərə  mənsubiyyət  isə  sosial  diferensiasiya 
amillərindən biri kimi çıxış edir. 
Cəmiyyətin sosial-ərazi strukturunun optimallaşdınimasmm əsas istiqamətləri aşağıdakılardır: 
-
 
aqrar-sənaye inteqrasiyasının hər vasitə ilə inkişaf etdirilməsi; 
-
 
şəhərdə və kənddə bütün mülkiyyət formalarının inkişaf etdirilməsi; 
-
 
kəndin sosial baxımdan yenidən qurulması; 
-
 
müxtəlif tipli şəhərlərin böyüdülməsinə, inkişafina dair diferensiallaşdınimış və hərtərəfli ölçülüb-biçilmiş 
siyasət yeridilməsi; bu halda iri şəhərlərin «yükünün» tədricən azaldılması, [83 - 84] onlann profilinin dəyişdirilməsi, 
kiçik və orta şəhərlərin inkişafının stimullaşdıniması; 
-
 
məskunlaşmada inteqrasiya proseslərinin hər vasitə ilə stimullaşdıniması; 
-
 
bütün səviyyələrdə məskunlaşma sistemlərinin məqsədyönlü formalaşdıniması; 
-
 
ölkənin inzibati-ərazi quruluşuna dair islahatlann həyata keçirilməsi
-
 
inzibati-ərazi vahidlərinin sosial-iqtisadi və mədəni inkişafmm respublika ilə tarazlı olmasının əməli surətdə 
reallaşdıniması və s. 
Beləliklə, sosial-ərazi birliklərinin strukturunun və fəaliyyətinin optimallaşdıniması ciddi məsələ olaraq qalır. 
Bu  birliklərin  inkişafmm  ən  ümumi  istiqaməti  sosial  baxımdan  ədalətli  cəmiyyət  qumculuğunun  əsas 
komponentlərinin formalaşması olmalıdır. Deməli, sosial-ərazi birliklərinin inkişafı çox mürəkkəb prosesdir. Bu 
35 


prosesin  idarə  olunması  sosial-ərazi  birliklərinin  hər  bir  növünün  inkişaf  mexanizmlərini,  onların  qarşılıqlı 
fəaliyyətinin qanunauyğunluqlanm dərindən bilməyi tələb edir’. 
Yeri gəlmişkən qeyd edək ki, ilkin sosial-ərazi birliklərinin fəaliyyəti həmin birliklərdə toplanan əhalinin sosial 
təkraristehsalınm səviyyəsini təmin edir. Sosial təkraristehsal sosial münasibətlər, birliklər, təsisatlar, sosial norma və 
dəyərlər  sisteminin  təkamülü  prosesidir.  Bu  proses  ietimai  inkişafm  konkret  mərhələsinə  xas  olan  sosial  sistemin 
dəyişilməsi meyllərini təeəssüm etdirir. Ona görə də sosial təkraristehsalı sosial-ərazi sisteminin mühüm funksiyası 
kimi  səciyyələndirmək  olar.  Belə  təkraristehsal  əhalinin  ictimai  həyatda  normal  iştirakı  üçün  zəruri  olan  müəyyən 
sosial  keyfiyyətlərin  məcmu  halında  təkraristehsalını  nəzərdə  tutur.  Başqa  sözlə,  sosial  təkraristehsalda  kəmiyyət 
aspekti (bu, fərdlərin fiziki təkraristehsalını nəzərdə tutur) ilə yanaşı keyfiyyət aspekti (bu, zəruri sosial keyfiyyətlərin 
qazanılmasını [84 - 85] nəzərdə tutur) də hökmən müəyyən yer tutur. Həyata qədəm qoyan yeni nəsillər mütərəqqi 
sosial  keyfiyyətlərin  daha  yüksək  səviyyəsinə  yüksəlməyə  səy  göstərirlər.  Lakin  bu  proses  müəyyən  çətinliklərlə, 
ziddiyyətlərlə müşayiət olunur. 
2.
 
Şəhərin sosiologiyası 
Əhalinin yerləşməsi öz təbiətinə görə məlum ətalətə malikdir. Belə ki, onun strukturunun dəyişilməsi adətən 
çox zəif gedir, tarixi inkişaf meyllərinin, regional, milli adət və ənənələrin təsirinə məruz qalır. 
Sosiologiyada əhalinin yerləşməsinin şəhər, kənd və region kimi formalarını fərqləndirirlər. Bunları sosial- 
ərazi birliklərinin başlıca ünsürləri kimi ayırd etmək və nəzərdən keçirmək olar. Bunlar «mürəkkəb ərazi təşəkkülləri 
olub,  təbii  və  maddi-əşyavi  kompleksləri,  habelə  bir-biri  ilə  qarşılıqlı  surətdə  bağlı  olan  bu  komplekslər  əsasında 
istehsal, bölgü, mübadilə və istehlak prosesində təkrar istehsal edən, yəni fəaliyyət göstərən və inkişaf edən insanların 
məcmusunu birləşdirirlər»^. 
Şəhər insanların yerləşməsinin ərazi baxımından təmərküzləşmiş formasıdır. Şəhər əhalisi əsasən qeyri-kənd 
təsərrüfatı əməyi ilə məşğul olur. Şəhər üçün əhalinin əmək və istehsaldan kənar fəaliyyətinin rəngarəngliyi, sosial və 
peşə baxımından qeyri-yekcinslik, spesifik həyat tərzi xarakterikdir. Müasir şəhər ən əvvəl sənaye, nəqliyyat, xidmət 
sahəsində istehsal funksiyalanmn təmərküzləşdiyi yerdir. Şəhərin müxtəlif tipləri mövcuddur; onların inkişafı üçün 
adətən  müxtəlif  funksiyalann  (istehsal,  ticarət,  inzibati,  hərbi,  elmi,  dini  və  s.)  baza  təşkil  etməsi,  yaxud 
əlaqələndirilməsi xarakterik cəhətdir. 
Müasir şəhərin spesifik funksional strukturu və əhali məşğulluğu vardır. Onun bu xüsusiyyətlərini aşağıdakı 
cəhətlər [85 - 86] tamamlayır: 
Birincisi, nisbətən kiçik ərazidə xeyli əhali kütləsinin təmərküzləşməsi ilə, deməli, yüksək əhali sıxlığı ilə bağlı 
məskunlaşma xüsusiyyətləri
İkincisi,  şəhərin  siması  ilə,  spesifik  şəhər  mühiti  ilə  şərtlənən  arxitektura-planlaşdırma  xüsusiyyətləri; 
tikililərin nisbi kompleksliliyini xarakter xüsusiyyət hesab etmək olar. 
Üçüncüsü, əhalinin sosial strukturu və şəhər həyat tərzi ilə sosial cəhətdən şərtlənmiş xüsusiyyətlər; 
Dördüncüsü, hüquqi xüsusiyyətlər; şəhərlər bir qayda olaraq, yaxın ərazilərin siyasi-inzibati mərkəzləridir^. 
Respublikamızın şəhər şəbəkəsi nisbətən mürəkkəb xarakterə malikdir. Onun inkişafına  xas olan aşağıdakı 
əsas cəhətləri qeyd etmək olar: 
1.
 
Şəhərlərin böyüməsi.  Bu  bö5dimə  müxtəlif  istiqamətlidir.  Şəhərlərin  böyüməsinə  bazar  münasibətlərinin 
qərarlaşması və inkişafı da müəyyən təsir göstərmişdir. 
2.
 
İri çoxfimksional şəhərlərin, xüsusən Bakının tərkibinin genişlənməsi və şəbəkəsinin inkişafi. 
3.
 
Xüsusən iri şəhərlər zonasında şəhər aqlomerasiyalarmm yaranması. 
4.
 
Şəhər məskən tipinin əhalinin əksəriyyəti üçün xarakterik olması. Statistika göstərir ki, 1970-ci ilə qədər 
respublikada şəhər əhalisi kənd əhalisi ilə müqayisədə azlıq təşkil etmişdir. 1970-ci ildə əhalinin şəhər və kənd üzrə 
bölgüsündə tarazlıq yaranmışdır. Həmin ildən etibarən şəhər əhalisinin sayca artması kiçik istisnalar nəzərə alınmazsa, 
sabit meylə çevrilmişdir. Aşağıdakı cədvəl ayn-ayn illərdə şəhər və kənd əhalisinin nisbəti barəsində aydm təsəvvür 
yaradır"’. 
Müasir  şəhərin  özünəməxsus  problemləri  vardır.  İri  şəhərlərin  qeyri-mükəmməlliyi,  istehsalın 
yerləşdirilməsində  və  genişləndirilməsində  yol  verilən  nöqsanlar,  miqrasiya  və  demoqrafiq  proseslərin  kortəbiiliyi, 
şəhərsalma  xarakterli  qüsurlar  [86  -  87]  ekologiyadakı  pozuntular,  monosənaye  şəhərlərində  əhalinin  cins-yaş 
strukturundakı müəyyən disproporsiyalar, xidmət sahəsinin ən ciddi müasir tələblərə cavab verməməsi, bir sıra 
' Социология. M., 1990, c. 197. 
^ Социология. M., 1990, c. 198. 
^ Росийская социологическая энциклопедия. M., 1998, c. 96. Azərbaycan əhaHsi 2006. B., 2006, s. 113. 
36 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə