Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə23/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   73

ciddi  ağrılı  məqamlar  gətirmişdir.  Erməni  işğalçılannm  törətdiyi  vəhşiliklər,  işğal  olunmuş  ərazilərə  sözün  həqiqi 
mənasında  qatı  düşmən  münasibəti  respublikamızın  müstəqillik  yolu  ilə  irəliləməsi  [94  -  95]  prosesində  xeyli 
problemlər  doğurmuşdur.  Buna  baxmayaraq  Azərbaycan  regionda  öz  liderlik  mövqeyini  daha  da  möhkəmləndirir, 
kəndlərin  inkişafım  stimullaşdırmaq  və  sürətləndirmək  istiqamətində  uğurlu  addımlar  atır.  Əslində  müasir şəraitdə 
həm şəhərlə kəndin yeni sosial münasibətləri qərarlaşır, həm də kənddaxili sosial əlaqələr yenidən qurulur. 
Əhalinin sosial təkraristehsahnda miqrasiya müəyyən iz buraxır. Sənayenin inkişafı, daha geniş sferada əmək 
tətbiq etmək imkanı, həyat səviyyəsi və s. miqrasiya axınlarının əsas istiqamətlərini formalaşdırmışdır. Keçmiş SSRİ 
məkanında  keçən  əsrin  20-ci  illərinin  ortalarından  başlayaraq  şəhər  əhalisi  kənd  əhalisinin  hesabına  əhəmiyyətli 
dərəcədə  artmışdır.  1926-90-cı  illərdə  şəhərə  gələnlər  və  onlann  nəsilləri  ölkədə  şəhər  əhalisinin  V3  hissəsindən 
çoxunu təşkil etmişdir. Nəticədə kəndlərin bir çoxunda cins-yaş strukturu qeyri-tarazlı olmuşdur (qadınlar və yaşlı 
əhali  hesabına).  70-80-ci  illərdə  müəyyən  sabitləşmə  meylləri  olmuş,  əhalinin  kəndə  miqrasiya  axını  bir  qədər 
artmışdır. Lakin şəhərə miqrasiya üstün meyl olaraq qalır. Bir çox sosioloqlar bunu mütərəqqi meyl hesab etsələr də, 
ciddi təsərrüfat və sosial itkilərə diqqəti cəlb edirlər. Ona görə də səmərəsiz miqrasiya sosial- iqtisadi və mədəni-məişət 
tədbirləri ilə nizamlanmalıdır. 
Kənd  məskənlərinin  tipləşdirilməsi  problemi  prinsipcə  çoxdan  qoyulmuşdur.  Urbanizasiya  prosesini  əks 
etdirən tipologiyalar geniş yayılmışdır. Bu tipologiyalann çıxış momenti müxtəlif tipli məskən strukturunun sosial- 
iqtisadi məzmunundakı fərqlərdir. Məsələn, kənd əhalisinin sosial tərkibinin və həyat tərzinin spesifikasını öyrənmək 
vəzifələrinə uyğun olaraq, əhalinin fəaliyyət göstərdiyi müasir təsərrüfatların tiplərinə görə tipləşdirmə aparmaq olar. 
Bu halda müasir kəndin əsas sosial-struktur tipləri kimi həmin təsərrüfat tipləri, sənaye-inzibati tipləri ayırd edilir. 
Onlar kənd məskənlərinin qarışıq sosial-struktur tipləri ilə tamamlanır. Son vaxtlarda fermer təsərrüfatları ilə yanaşı 
digər  təsərrüfat  [95  -  96]  strukturları  da  meydana  çıxır.  Belə  model  sosial-strukturda  və  həyat  tərzində  baş  verən 
dəyişikliklərin müqayisəli təhlili üçün əhəmiyyətlidir. 
Kənd  əhalisinin  sosial  inkişaf  meyllərini  və  şəhərə  miqrasiyası  səbəblərini  kompleks  qaydada  öyrənərkən 
kəndin  ümumi  tipoloji  modelini  yaratmaq  üçün  başqa  əsaslardan  istifadə  edilir.  Bu  halda  kənd  təsərrüfatında  və 
qeyri-kənd  təsərrüfatı  sahələrində,  habelə  xidmət  sferasında  çalışanlann  xüsusi  çəkisinin  nisbəti,  məskənlərdə 
adamların  miqdarı,  mədəni-məişət  müəssisələri  ilə  təminat,  nəqliyyat  şəbəkəsinin  inkişafı,  kütləvi  kommunikasiya 
vasitələrinin  mövcudluğu,  əhali  yerləşməsinin  xarakteri,  əhalinin  rifah  səviyyəsi  və  digər  əlamətlər  nəzərə  alınır. 
Beləliklə, xalis kənd (aqrar); əsasən kənd; aqrar-sənaye və sənaye-aqrar tipli məskənləri ayırd etmək olar. 
Araşdırmalar  göstərir  ki,  müxtəlif  kənd  məskənlərində  yaşayan  adamların  peşə-ixtisas  səviyyəsində, 
təhsilində, sərvət və mobillik yönümlərində, habelə digər əlamətlərində fərqlər aydın surətdə nəzərə çarpır. 
Kənd əhalisinin və onun miqrasiyasmın, sosial inkişafmm bu və ya digər aspektlərinin təhlilini təmin edən 
daha  xüsusi  tipoloji  modellər  məskənlərin  ölçülərinə  (adamlann  miqdarma)  görə,  əhalinin  sahə  məşğuliyyətinin 
üstünlüyünə görə, əhalinin yerləşməsi sistemində əlaqələrin tipinə görə və s. aynimasmı nəzərdə tutur. Belə tipoloji 
modellər  yalnız  sosioloji  tədqiqatın  bu  və  ya  digər  vəzifələrinə  tətbiq  edildikdə  müəyyən  məna  kəsb  edir;  hər  bir 
konkret halda seçmə tədqiqatın məqsədlərindən asılıdır. Həmin modellərin ən ümumiləşmiş variantı müasir kəndin 
çoxölçülü təsnifatıdır. 
Azərbaycan  kəndlərinin  bir  qisminin  işğal  zonasmda  olması,  kəndlərin  şəhərlərdən  qənaətbəxş  səviyyədə 
kömək ala bilməməsi, islahatların həyata keçirilməsində müəyyən qüsurlara, pozuntulara yol verilməsi və s.  - bütün 
bunlar ümumi inkişafimıza təsir göstərir. Lakin bu o demək deyildir ki, kəndlərdə uğurlu addımlar atılmamışdır Son 
illərdə, [96 - 97] faktların təsdiq etdiyi kimi, sosial problemlərin həllinə kömək edə biləcək iqtisadi bünövrə yaratmaq 
istiqamətində müəyyən nailiyyətlər qazanılmışdır Bazar münasibətlərinin və strukturlannm qərarlaşması ilə əlaqədar 
bir sıra çətinliklərə baxmayaraq, kəndlərin simasmda, onlann şəhərlərlə münasibətlərində irəliləyişlər aydm şəkildə 
müşahidə olunur. «Azərbaycan Respublikası regionlannm sosial-iqtisadi inkişafi Dövlət proqramı»nın reallaşdıniması 
istiqamətində əməli səylər güclənmişdir. Aqrar islahatlann həyata keçirilməsi nəticəsində torpağın və əmlakın xüsusi 
mülkiyyətə  verilməsi,  yanacaq  satışı  və  vergi  üzrə  edilən  güzəştlər  və  s.  bu  kimi  tədbirlər  istehsalçılann  maddi 
marağının artmasına səbəb olmuş və ayn-ayn məhsul növlərinin istehsalmda irəliləyişlər əldə edilmişdir. Daxili bazann 
tələblərini nəzərə alan istehsalçılar bir sıra əsas kənd təsərrüfatı məhsullarmın istehsalını xeyli artırmışlar. 
4.
 
Region spesifik sosial-ərazi sistemi kimi 
Region xüsusi tədqiqata ehtiyacı olan sosial-ərazi sistemidir. Regionun sosioloji anlamı bunu əsas tutur ki, 
region onun hüdudlannda yaşayan əhalinin təşkilinin sosialməkan ümumiliyinə malik olmalıdır. Region təbii şəraitinin 
özünə-məxsusluğu,  istehsalın  təşəkkül  tapmış  ixtisaslaşması,  məhsuldar  qüvvələrin,  istehsal  infrastrukturunun 
inkişafinın müəyyən səviyyəsi ilə fərqlənir, habelə spesifik sosial struktur və infrastrukturla, əhalinin spesifik həyat 
tərzi ilə səciyyələnir. Təbii şərtlərin ərazi diferensiasiyası əməyin ictimai (ərazi) bölgüsünün 
40 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə