Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə19/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   73

Ədəbiyyatda qeyd olunur ki, iqtisadi cinayətkarlıq yolunu tutmuş adamlar çoxdur, lakin onlann çox az qismi 
cinayət məsuliyyətinə cəlb edilir. Keyfiyyətsiz məhsul buraxan müəssisələrin xeyli qismi statistik  göstəricilərdə öz 
əksini tapmır; dövlət hesabat qaydasının təhrifləri, - gəlirlərin gizlədilməsi, vergi ödəməkdən yayınma hallan da geniş 
yayılmışdır.' 
Son 10 il (1993-2002-ci illər) ərzində əhalinin ayn-ayn kateqoriyalan tərəfindən törədilmiş cinayətlərin təhlili 
göstərir ki, təhqiqatı başa çatmış cinayətlər içərisində yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlann iştirakı ilə 
törədilən cinayətlər 2 dəfədən çox (1993-cü ildə 889, 2002-ci ildə isə 420), sərxoş vəziyyətdə törədilən cinayətlər də 
təxminən  bir  o  qədər  (1993-cü  ildə  1178,  2002-ci  ildə  525)  azalmışdır.  Lakin  əvvəllər  cinayət  törətmiş  şəxslər 
tərəfindən, habelə qrup halında törədilən cinayətlər isə nisbətən zəif sürətlə azalmışdır. 
Mütəxəssislərin fikrincə, qrup halında törədilmiş cinayətlərdə üç əlamət xüsusilə nəzərə çarpır: 
-
 
qrupun dəqiq strukturu və iyerarxik əlaqələri vardır; 
-
 
qrup müntəzəm cinayətkar biznes üçün yaradılır; 
-
 
qrupun bəzi dövlət aparatı nümayəndələri ilə əlaqələri mövcuddur; onlar qrupa himayədarlıq edirlər. 
Şəxsiyyət əleyhinə yönəlmiş cinayətlərə dair statistikanı məcmu halında nəzərdən keçirsək, deyə bilərik ki
ən  əvvəl  insanı  qorumaq  lazımdır.  Sosioloji  təhlil  çox  mühüm  bir  məqamı  üzə  çıxarmağa  imkan  verir:  cinayətkar 
hərəkətlərdə,  proseslərdə  müəyyənedici  məqam  deformasiyaya  uğramış  [76  -  77]  şüurun  və  davranışın  müxtəlif 
növləridir. 
Bəs cinayətlərin coğrafiyası necədir? Təhlil göstərir ki, cinayətlərin 42,7 faizi Bakı, 4,7 faizi Sumqayıt, 2,6 
faizi Gəncə şəhərlərində baş vermişdir.^ 
Məhkum edilənlərin əsas cəza tədbirləri üzrə bölgüsünə diqqət yetirdikdə məlum olur ki, ən geniş tətbiq edilən 
cəza növləri aşağıdakılardır: 
-
 
müəyyən müddətə azadlıqdan məhrumetmə (5260); 
-
 
cərimə (2681); 
-
 
şərti məhkum etmə (2639); -islah işləri (1236); 
-
 
ictimai işlər (1035); 
-
 
azadlığın məhdudlaşdırılması (782); 
-
 
intizam xarakterli hərbi hissədə saxlama (455).^ 
Aparılmış  tədqiqatlara  əsasən  qeyd  etmək  olar  ki,  mikromühit  kənara  çıxan  davranışa  güclü  təsir  göstərir. 
Ümumi  obyektiv  şərtlər  yalnız  belə  davranış  imkanını  müəyyən  edirlər,  lakin  onun  bilavasitə  səbəbləri  olmurlar. 
İnsanlann hərəkətləri, fəaliyyətləri vasitəsilə imkanın gerçəkliyə çevrilməsi konkret amillərdən asılıdır; həmin amillər 
isə mikromühit səviyyəsində reallaşır. Eyni bir iqtisadi və sosial-psixoloji şəraitdə insanlann davranışında xeyli fərqlər, 
bəzən isə prinsipial fərqlər müşahidə etmək olar. Həmin fərqlər ailədəki, tədris və əmək kollektivindəki vəziyyətlə, 
kiçik  qruplann  təsiri  ilə,  habelə  insanın  fərdi  xüsusiyyətləri  ilə  şərtlənmişdir.  Deməli,  mikromühitin  müxtəlif 
komponentləri müəyyən mənəvi-əxlaqi davranış formalannm daşıyıcılandır. İnsan istər- istəməz öz yaxın əhatəsində 
bəyənilən, təqdir edilən davranış xəttinə tərəfdar çıxır. Həmin davranış xəttində rasional, sağlam həyat tərzinə zidd olan 
ustanovkalar, yönümlər mövcud ola, hətta üstünlük təşkil edə bilər. Çox zaman belə olur ki, mikromühit bütövlükdə 
deyil, onun hər hansı bir ünsürü cəmiyyətə zidd istiqamətdə olur. Burada çox şey ondan asılı [77 - 78] olur ki, şəxsiyyət 
üçün hansı qrup daha nüfuzlu və cəlbedici olacaqdır. 
Aydın məsələdir ki, makromühitlə mikromühitin qarşılıqlı obyektiv əlaqəsi mikromühitin nisbi müstəqilliyini 
inkar etmir; həmin mühitdə kənara çıxan davranışın, o cümlədən cəmiyyətə zidd davranışın təkrar istehsalı imkanı 
qalır. Buna görə də bir sıra hallarda mikromühitdə neqativ xarakterli təsəvvürlər, vərdişlər, ənənələr meydana gəlir. 
Qeyri-münasib  mənəvi-psixoloji  iqlim,  qrup  normalanmn  ictimai  cəhətdən  sanksiya  verilmiş  normalarla 
uyğunsuzluğu,  adaptasiya  çətinlikləri,  qarşılıqlı  tələbkarlığın  olmaması,  ünsiyyətdəki  münaqişələr  və  gərginliklər  - 
bütün  bunlar  kənara  çıxan,  deviant  davranışın  mikromühitdə  bazası  olan,  heç  də  tam  olmayan  səbəbləridir.  Lakin 
unudulmamalıdır ki, mikromühitin özü qeyri-yekcinsdir, çünki insan eyni zamanda bir neçə kollektivə, qrupa daxil 
olur. Həmin kollektivlərin, qruplann təsiri isə ziddiyyətli ola bilər. [78 - 79] 
‘ Тощенко Ж. Т. Социология. Общий курс. М., 2001, с. 256. ^ 
Azərbaycamn statistik göstəriciləri. Bakı, 2003, s. 290. 
^ Yenə orada, s. 295. 
33 


IV
 FƏSIL
 
SOSIAL
-
ƏRAZI BIRLIKLƏRI
 
1.
 
ilkin sosial-ərazi birlikləri anlayışı 
İlkin  sosial-ərazi  birlikləri  (məskunlaşma  üzrə  birliklər)  şəhər,  kənd,  qəsəbə  və  ya  digər  daimi  yaşayış 
məskənlərinin əhalisindən ibarət olan spesifik sosial qrupdur'. 
Məskunlaşma  üzrə  birliklərin  formalaşmasının  obyektiv  əsası  vardır.  Bu  halda  iki  məqama  xüsusi  diqqət 
yetirilməlidir: 
a)
 
Əmək  bölgüsü,  işçilərin  bu  və  ya  digər  əmək  növü  üzrə  bölüşdürülməsi.  Əmək  növləri  həmişə  ərazi 
baxımından lokallaşmışdır ki, bu da daimi yaşayış məskənini formalaşdırır. Bu, öz növbəsində məskənin əhalinin həyat 
fəaliyyətinin bilavasitə mühitinə çevrilməsini şərtləndirir. Həmin mühit hüdudlarında əhali öz gündəlik tələbatlanm 
ödəyir. İstənilən yaşayış məskənini sadəcə müşahidə etməklə dediklərimizə əmin olmaq mümkündür. 
b)
 
Müxtəlif məskənlərdə (məsələn, şəhər-kənd; kiçik şəhər, iri şəhər; monosənaye mərkəzi-çoxfunksiyalı şəhər 
məskəni və s.) həyat fəaliyyəti şərtlərinin sosial-iqtisadi, sosial-mədəni baxımdan qeyri-yekcinsliyi. 
Məhz  bu  amillər  əsasında  konkret  məskənin  əhalisində  qrupyaradıcı  sosial  əlamətlər  formalaşır,  ümumi 
mənafelər təşəkkül tapır. Bu mənafelərin mövcudluğu sosial-ərazi fərqləri faktını bir növ qeydə alır. Bunun sayəsində 
konkret məskənin əhalisi demoqrafik xarakterli ümumiliklə yanaşı həm də sosial birliyə çevrilir. Məskunlaşma üzrə 
birliklərdə  formalaşan  sosial  əlaqələrin  tipi  mövcud  ictimai  münasibətlərin  [79  -  80]  xarakterini  əks  etdirir.  Lakin 
ictimai münasibətlərin ifadəlilik səviyyəsi məlum yaşayış məskənindəki həyat fəaliyyəti şərtlərinin xüsusiyyətlərindən 
asılıdır. 
Məskunlaşma üzrə birliklər sosial münasibətlərin ərazi baxımından təzahüründə onlann subyektləridir. Onların 
formalaşmasında  məskənlərdəki  həyat  fəaliyyəti  şərtlərinə  xas  olan  fərqlər  dərin  iz  buraxır.  İlkin  sosial-  ərazi 
birliklərinə xas olan iqtisadi, sosial-mədəni proseslər sosiologiya tarixində diqqəti cəlb edən mühüm məsələlərdən biri 
olmuşdur. Bunu ondan görmək olar ki, şəhərin sosiologiyası, kəndin sosiologiyası kimi sosioloji bilik sahələri təşəkkül 
tapıb inkişaf etmişdir. 
İnsanların yerləşməsi ilə sosial inkişaf arasında əlaqənin mövcudluğu faktım sosiologiya XIX əsrin sonu - XX 
əsrin əvvəllərində kifayət qədər aydın ifadə etmişdir. F. Tönnis, K. B5mxer, R. Makkenzi ərazi birliyini başlıca olaraq 
bu  və  ya  digər  ərazidə  insanlann  birgə  yaşaması  prizmasından  nəzərdən  keçirmişlər.  Bu  halda  cəmiyyətdən  fərqli 
olaraq birliyin «lokalhğı», digər sosial qrupların formalaşması amillərindən fərqli olaraq, onun «ərazi mənsubiyyəti» 
ön plana çəkilmişdir. 
Sosial-ərazi  birlikləri  sosiologiyanın  mühüm  kateqoriyalarından  biridir.  Bu  kateqoriya  əhalinin  sosial 
diferensiasiyasının müəyyən kəsimidir; elə kəsimi ki, o, cəmiyyətin tarixən şərtlənmiş ərazi-məskunlaşma baxımından 
təşkili əsasında təşəkkül tapmışdır. 
Sosial-ərazi birliyi tarixi kateqoriyadır. Onun meydana gəlməsi şəxsi qan qohumluğuna əsaslanan ibtidai icma 
quruluşundan sinifli cəmiyyətə keçidlə bağlı olmuşdur. Həmin cəmiyyətin başlıca əlamətlərindən biri də bu olmuşdur 
ki, o, ictimai məqsədlər üçün əhalini qohum qruplar üzrə yox, eyni bir ərazidə yaşamağa görə ayırmışdır. Məhz bu 
vaxtdan  etibarən  insanın  yaşayış  yeri,  eləcə  də  bütövlükdə  əhalinin  yerləşməsi  sosial  determinasiya  həlqəsi,  eyni 
zamanda sosial inkişaf amili və mühiti olur. [80-81] 
Sosial-ərazi birliyinin ilkin şərti fərdin yaşayış məskəninə spesifik şəkildə bağlılığıdır; bu, öz zahiri ifadəsini 
daimi yaşayış yeri hadisəsində tapır. Yaşayış yerinin daimi xarakteri o deməkdir ki, insanlann məskunlaşması istehsala 
«bağlanmışdır», onlann yerləşməsi bütövlükdə həmin istehsalın yerləşməsinin ardınca gedir. 
Yuxanda  qeyd  etdik  ki,  sosial-ərazi  birliklərinin  formalaşması  ilk  növbədə  əmək  bölgüsü,  onun  növləri  ilə 
şərtlənmişdir.  Bu  baxımdan  tamamilə  təbiidir  ki,  adamlann  bu  və  ya  digər  əmək  növlərinə  görə  bölüşdürülməsi 
məskənlər səviyyəsində də mövcuddur. Bunu aşağıdakı məqamlar xüsusilə aydın nümayiş etdirir: 
1)
 
işçinin istehsal vasitələri ilə birləşməsi müəyyən ərazi «bağlılığını» nəzərdə tutur; 
2)
 
texnikanm və texnologiyamn inkişafı fərdin istehsal prosesinə qoşulmasının xarakterini dəyişdirsə də, bu 
proses həmişə ərazi baxımından müəyyənlik kəsb edir; 
3)
 
işçinin müəyyən əmək növünə bağlanmasının özü onun həm məkan baxımından, həm də sosial münasibət 
baxımından yerini dəyişməsi imkanlanm məhdudlaşdırır. 
Deməli,  məskunlaşma  məsələsinə  bəsit  yanaşmaq  olmaz.  Əslində  o,  insanın  həyat  fəaliyyətinin  bilavasitə 
mühiti kimi nəzərdən keçirilməlidir. Bu, sosioloji baxımdan o deməkdir ki, birliklərin və şəxsiyyətin sosial 
’ PocHİıcKaa couHOJiormecKaa 3HUHKJione.ıpıa. MocKBa, 
1998, c.480.
 
34 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə