Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə16/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   73

ancaq ictimai münasibətlər sistemində, fərdin öz sosial rolunu necə başa düşməsi, ona necə münasibət bəsləməsi və onu 
yerinə yetirməsi nəzərə alınmaqla düzgün mənalandınla bilər. Bu baxımdan fəaliyyət, şüur və şəxsiyyət problemlərini 
qarşılıqlı əlaqədə nəzərdən keçirən L. N. Leontyevə haqq qazandırmaq olar: «Şəxsiyyət olaraq doğulmurlar, şəxsiyyət 
olaraq təşəkkül tapırlar». [59 - 60] 
2.
 
Şəxsiyyətin sosiallaşması və onun mərhələləri 
Şəxsiyyətin  sosiallaşması  barədə  söylənilən  mülahizələrdə  az-çox  fərqli  məqamlara  rast  gəlsək  də,  əslində 
mahiyyətli fərqlər nəzərə çarpmır. 
Şəxsiyyətin sosiallaşması fərdin cəmiyyətə, müxtəlif tipli sosial birliklərə inteqrasiyası prosesidir. Bu 
proses  fərdin  mədəniyyət  ünsürlərini,  sosial  norma  və  sərvətləri  mənimsəməsi  sayəsində  mümkün  olur.  Həmin 
ünsürlərin, norma və sərvətlərin əsasında şəxsiyyətin sosial cəhətdən əhəmiyyətli xüsusiyyətləri formalaşır. 
Yeri gəlmişkən qeyd edək ki, tədqiqatçılann xeyli hissəsi uşaq yaşlannda sosiallaşmaya daha çox diqqət yetirir. 
Bu halda diqqət ən əvvəl ailəyə yönəlir, çünki ailə insanın həyatında ilk sosiallaşdmeı özəkdir. Bundan başqa, ailə 
emosional əlaqələrin çox böyük intensivliyi ilə xarakterizə olunur. İlkin sosiallaşma fərdin həyatında həllediei məqam 
olub, onun şəxsiyyətini, sosial həyatda sonrakı inkişalinı bir çox eəhətdən müəyyən edir. 
Bir sıra müəlliflər belə hesab edirlər ki, sosiallaşma uşaqlıqla başa çatmır, əməli surətdə bütün həyat ərzində 
davam edir. Başqa sözlə, fərd müxtəlif sosial rollann yerinə yetirilməsi zərurəti ilə qarşılaşır. Bundan əlavə, sürətli 
sosial  və  texniki-texnoloji  dəyişikliklər  şəraitində  müəyyən  yaş  yetkinliyi  olan  adamlar  da  əvvəllər  qəbul  edilmiş 
davranış nümunələrini yeni bacanq və vərdişlərlə əvəz etmək məcburiyyətində qalırlar. 
Fərd cəmiyyətə, sosial qrupun, təsisatın, təşkilatın ünsürünə necə qoşulur - sosiallaşma prosesində bunlar çox 
mühüm cəhətlərdir. Sosial qrupun, təsisatın, təşkilatın şəxsiyyətə təsir göstərmək qabiliyyəti, habelə şəxsiyyətin başqa 
adamların təsirinə məruz qalmaq qabiliyyəti məhz bu eəhətlərdən asılıdır. Lakin unudulmamalıdır ki, insan həm öz 
xüsusi  vəziyyətinin,  həm  də  bütövlükdə  ietimai  həyatın  yeniləşməsinə  spesifik  təsir  göstərir.  Onun  fəaliyyəti  üzvi 
surətdə  [60  -  61]  müxtəlif  sosial  sistemlərin  fəaliyyət  mexanizmlərinə  qoşulur.  Deməli,  şəxsiyyət  qarşılıqlı  sosial 
təsirin,  fəaliyyətin  həm  obyekti,  həm  də  subyektidir.  Cəmiyyətdə  sosial  sistemlə  şəxsiyyətin  qarşılıqlı  fəaliyyəti 
müəyyən təsir mexanizmlərinin köməyi ilə həyata keçirilir. Bu, həm sosial sistemlərin fərdin sosial keyfiyyətlərinə 
olan təsiridir, həm də əksinə olan təsirdir. Birinei halda fərdin sosiallaşması mexanizmindən, ikinci halda isə sosial 
sistemin dəyişilməsi mexanizmindən söhbət gedir. 
Şəxsiyyətin sosiallaşmasmda iki mərhələni ayırd etmək olar: 1) sosial adaptasiya; 2) interiorizasiya. 
Sosial  adaptasiya  fərdin  sosial-iqtisadi  şəraitə,  rol  funksiyalarına,  cəmiyyətin  həyat  fəaliyyətinin  müxtəlif 
səviyyələrində təşəkkül tapan sosial normalara, sosial qruplara və sosial təşkilatlara, sosial təsisatlara uyğunlaşması 
kimi izah edilə bilər. 
Qeyd  etmək  lazımdır  ki,  üzvi  təbiətdə  müxtəlif  adaptasiyalar  geniş  yayılmışdır.  Möveudluq  uğrunda 
mübarizənin  və  təbii  seçmənin  nətieəsi  kimi  adaptasiyanın  rasional  şərhi  Darvinin  təkamül  təlimində  öz  əksini 
tapmışdır.  Kibernetikanın  meydana  gəlməsi  adaptasiya  anlayışında  spesifik  çalarlar  formalaşdırmışdır.  Sosial 
sistemlərə  adaptasiya  probleminin  tədqiqi  müxtəlif  bilik  sahələrini  təmsil  edən  mütəxəssislərin  əlbir  səylərinə 
möhtacdır. İnsana, cəmiyyətə münasibətdə adaptasiya başlıca olaraq, ətraf mühitə uyğunlaşmaqla bağlı olan reaksiya 
xarakterli davranışı əks etdirir. 
İnteriorizasiya  sosial  normaların  və  sərvətlərin  insanın  daxili  aləminə  qoşulması  prosesidir.  Xariei  mühitin 
sosial  normalarının,  sərvətlərinin  və  digər  komponentlərinin  daxili  «Mən»ə  keçməsinin  xarakteri  hər  bir  konkret 
şəxsiyyətin strukturu ilə şərtlənmişdir. Bu struktur isə bütün əvvəlki təcrübə sayəsində formalaşır. Şəxsiyyət sosial 
mühitdə, necə deyərlər, əriyib yoxa çıxmır, həmin mühitlə az - çox müstəqil vahid kimi müəyyən münasibətdə olur. 
[61-62] 
3.
 
Şəxsiyyətin sosial fəaliyyət mexanizmləri 
Şəxsiyyətin sosial fəaliyyətinin, sosial davranışının şərtlənməsində obyektiv həyat şəraiti həllediei məna kəsb 
edir. Bu şərait müəyyən tələbatlar və mənafelər doğurur. Mənafelər öz növbəsində insanlarda fəaliyyətə bu və ya digər 
motivləri formalaşdınr. Bu halda obyektiv şərtlənmə subyektiv şərtlənməyə keçir. Belə keçid üç qmp mexanizmləri 
birləşdirən fəaliyyətin nəticəsidir:  a)  insanın sosial fəaliyyətinin motivləşdirilməsi, yəni tələbatların mənafelər kimi 
dərk  olunması;  b)  şəxsiyyətin  mənafelərinin  fəaliyyət  məqsədinə  çevrilməsi;  c)  insanın  fərdi  davranışı  və 
münasibətləri. 
Yeri  gəlmişkən  qeyd  etmək  olar  ki,  subyektiv  şərtlənmədən  obyektiv  şərtlənməyə  də  keçid  baş  verir.  Belə 
keçid iki qrupda birləşdirilə bilən mexanizmlər sayəsində mümkündür: a) fərdi davranışdan və fərdi münasibətlərdən 
şəxsiyyətlər qrupunun sosial davranışına və sosial münasibətlərinə keçilməsi; b) sosial 
27 


qanunauyğunluqlann  sosial  münasibətlərdə  təzahürü.  Bu  münasibətlər,  təbiidir  ki,  cəmiyyətin  həyat  fəaliyyətinin 
müxtəlif səviyyələrində formalaşır. 
Tələbatlar insanın xarici aləmdən obyektiv asılılığını ifadə edir. Buna görə də insanın bütün praktik fəaliyyəti 
tələbatların ödənilməsi forması kimi nəzərdən keçirilə bilər. Tələbatlann ödənilməsinin real imkanlarını dərk etmək 
mühüm sosial məna kəsb edir. 
Tələbatlann müxtəlif növlərinin (məsələn, təbii və sosial tələbatlar; fərdin ailəyə, sosial birliklərə, istehsal və 
qeyri-istehsal  fəaliyyəti  sferalanna,  bütövlükdə  cəmiyyətin  həyat  fəaliyyətinə  qoşulması  ilə  bağlı  tələbatlar  və  s.) 
yığcam təhlili göstərir ki, insan tələbatlannm ali səviyyəsini sərvətlərin mənimsənilməsi təşkil edir. 
Şəxsiyyətin mənafeyi bu və ya digər tələbatı ödəmək imkanından asılı olaraq, onun fəaliyyət istiqaməti kimi 
başa düşülə bilər. Sosial qanunlann insanlann fəaliyyətində təzahürü mənafelərlə vasitələnir, məhz onlarla özünə yol 
açır. [62 - 63] 
Sosiologiyada mənafelərin dörd tipini ayırd edirlər: 
1.
 
Mənafe-münasibət (müəyyən obyektə marağın şifahi şəkildə bəyan edilməsi); 
2.
 
Mənafe-fəaliyyət (müəyyən fəaliyyət növündə iştirak etməklə mənafeyin praktik təzahürü); 
3.
 
Mənafe-nstanovka (uzunmüddətli qarşılıqlı fəaliyyət prosesində təşəkkül tapır, müxtəlif vəziyyətlərdə öz 
istiqamətini saxlayır); 
4.
 
Mənafe-yönüm (müxtəlif mənafelər arasında birinin başlıca mənafe kimi ayırd edilməsi). 
Bu bir həqiqətdir ki, sosial vəziyyət dəyişir, yeniləşir. Yeniləşən vəziyyətdə insan öz mənafelərini, maraqlarını 
dəyişdirə bilmirsə, onda adaptasiya mexanizmləri fəaliyyətə başlayır, yəni insanı öz davranışını dəyişdirməyə məcbur 
edir. 
Tələbatlann,  sərvət  yönümlərinin  və  mənafelərin  qarşılıqlı  təsiri  sosial  fəaliyyətin  motivləşdirilməsi 
mexanizmi kimi başa düşülə bilər. Fəaliyyətin motivləri fəaliyyətə konkret daxili sövqedicilərdir, insanlann şüurunda 
obyektiv tələbatlann və mənafelərin əks olunmasıdır. 
Sosial  davranışda  fəaliyyətin  zahiri  təzahürü  kimi  insanın  konkret  mövqeyi,  onun  ustanovkası  üzə  çıxır. 
Konkret  vəziyyətdə  şəxsiyyətin,  yaxud  sosial  qrupun  müəyyən  fəaliyyətə  sosial  cəhətdən  şərtlənmiş  meylliliyini 
ustanovka  adlandırmaq  olar.  Elmi  ədəbiyyatda  şəxsiyyətin  ustanovkalannm  müxtəlif  səviyyələrindən  bəhs  edirlər. 
Dörd səviyyəni səciyyələndirmək məqsədəuyğundur: 
Birinci səviyyə - elementar qeydəalma ustanovkalan. Bunlar fəaliyyətə hazırlığı ifadə edir. 
İkinci  səviyyə-sosial  obyektlərin  və  vəziyyətlərin  qiymətləndirilməsi  zəminində  meydana  gələn  sosial 
ustanovkalar. Bunlan çox vaxt «vəziyyət ustanovkalan» adlandınrlar. 
Üçüncü  səviyyə  -  sosial  fəaliyyət  sferalannda  şəxsiyyətin  fəaliyyətinin  ümumi  istiqamətini  müəyyən  edən 
ustanovkalar. Bunlan adətən «sərvət yönümləri ustanovkalan» adlandınrlar. [63 - 64] 
Dördüncü  səviyyə  -  həyat  fəaliyyətinin  məqsədləri  və  onlann  reallaşdıniması  üçün  müəyyən  vasitələrdən 
istifadə  olunması  baxımından  şəxsiyyətin  fəaliyyətinin  istiqamətini  müəyyən  edən  ustanovkalar.  Bunlan  çox  vaxt 
«mənafe ustanovkalan» adlandınrlar. 
Ustanovkalann qeyd edilən dörd səviyyəsinə uyğun olaraq, şəxsiyyətin sosial davranışmm dörd səviyyəsindən 
bəhs etmək olar: 
Birinci  səviyyə  subyektin  aktual  predmet  vəziyyətinə,  xarici  mühitin  təsirlərinə  reaksiyasından  ibarətdir 
(davranış aktlan). 
ikinci  səviyyə  adi fəaliyyəti, adi hərəkətləri əhatə edir. Bu hərəkətlər adətən nəticənin necə əldə olunacağı 
barəsindəki təsəvvürə tabe edilir. 
Üçüncü  səviyyə  həyat  fəaliyyətinin  bu  və  ya  digər  sferasında  insanlann  hərəkətlərinin,  fəaliyyətlərinin 
məqsədyönlü ardıcıllığını ifadə edir. 
Dördüncü səviyyə həyat əhəmiyyətli məqsədlərin reallaşdıniması prosesidir. 
Fəaliyyət  öz  mahiyyətinə  görə  insandan  onun  inkişafının  bütövlüyünü,  tamlığını  tələb  edir.  Bütövlük 
şəxsiyyətin rəngarəng qabiliyyətlərinin vəhdətini, fəaliyyət prosesində zehni və fiziki qüvvələrinin üzvi əlaqəsini əks 
etdirir. Şəxsiyyətin sosial fəallığı nə qədər 5diksəkdirsə, onun «insan-təbiət», «insan-sosial mühit» və «insan- insan» 
münasibətləri  sistemləri  ilə  qarşılıqlı  təsiri  nə  qədər  səmərəli,  nə  qədər  məhsuldardırsa,  bütövlük  də  bir  o  qədər 
davamlıdır. 
4.
 
Şəxsiyyətin deviant davranışı 
Deviant  (kənara  çıxan)  davranış  spesifik  sosial  hadisədir.  Belə  davranış  «məlum  cəmiyyətdə  rəsmən 
qərarlaşmış və ya faktik surətdə təşəkkül tapmış normalara (standartlara, şablonlara) uyğun gəlməyən insan fəaliyyəti 
formalarında [64 - 65] ifadə olunur»'. 
' Галинский Я. И. Социология девиантного поведения как специальная социологическая теория //Социс, 1991, № 4, 74. 
28 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə