Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə12/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   73

sosial-psixoloji  amillər  təşkil  edir.  Ona  görə  də  kollektivlərdə  qeyri-formal  qruplann,  liderlərin,  spesifik 
submədəniyyətin meydana gəlməsi real faktlardır. Əgər bunlar formal - təşkilati amillərlə uyğun gəlmirsə, müəyyən 
ziddiyyətlər doğurursa, o zaman sosial təşkilatın qeyri-stabilliyi, böhranlı məqamlan artır. 
Cəmiyyətin  üçüncü  mühüm  ünsürü  olan  mədəniyyəti  insanlann  praktik  fəaliyyətində  təsbit  olunmuş  sosial 
normaların və dəyərlərin sistemi kimi müəyyənləşdirmək olar. Əslində mədəniyyət bu fəaliyyətin özüdür. Normalar 
əsasən  sosial  fenomendir.  Məhz  normalar  çox  müxtəlif  prosesləri  nizamlayır,  başlıca  olaraq  onlann  inteqrasiyası 
funksiyasını yerinə yetirir. İnkişaf etmiş cəmiyyətlərdə hüquqi sistem normaların bir növ fokusudur. Bu, əlbəttə, digər 
normaların, o cümlədən əxlaqi normalann əhəmiyyətini kiçiltməyə əsas vermir. Dəyərlər sosial və mədəni sistemlərin 
başlıca əlaqələndirici həlqəsidir. 
Cəmiyyətdə mədəniyyət maddi predmetlərdə və mənəvi sərvətlərdə öz ifadəsini tapır, insanlann tələbatlanm, 
onların inkişaf etmək, zənginləşmək səylərini əks etdirir. Sosiologiya cəmiyyətdə mədəniyyətin sosial roluna xüsusi 
əhəmiyyət verir: bu və ya digər sosial-mədəni sərvətlər ictimai münasibətlərin humanistləşməsinə, ahəngdar inkişaf 
etmiş şəxsiyyətin formalaşmasına nə dərəcədə kömək edir - bunlar çox ciddi [42 - 43] və düşündürücü suallardır. 
Mədəniyyət  həmişə  həm  ənənələrin,  həm  də  yeniliklərin  ünsürlərini  özündə  birləşdirir.  Ənənələrin  üstün 
olması  ənənəvi  mədəniyyətin  formalaşmasını  və  müəyyən  hüdudlarda  təkamülünü  şərtləndirir.  Yenilik  əsaslarının 
üstünlük  təşkil  etməsi  isə  həm  mütərəqqi  dəyişikliklərə,  həm  də  keçmiş  mədəniyyət  nümunələrinin  unudulmasına 
səbəb ola bilər. 
3.
 
Cəmiyyətin sosial sistem kimi inkişafı 
Sosial sistem olan cəmiyyətdə baş verən mürəkkəb proseslər onun dəyişilməsinə, təkamülünə səbəb olur. Bəzi 
cəmiyyətlər dəyişərək yeni tipli sosial struktura, mədəni təşəkküllərə, təkamül yolu ilə inkişaf meyllərinə malik olur. 
Bəzi cəmiyyətlər isə daxili münaqişələrə və ya digər neqativ sapmalara elə cəlb olunur ki, təkamül qabiliyyətini itirir
öz  mövcudluğunu  çətinliklə  qoru}mb  saxlayır,  yaxud  dağılma  meyllərinə  məruz  qalır.  Sosiologiyada  cəmiyyətin 
dəyişilməsinin və inkişafimn birmənalı izahı yoxdur. Başqa sözlə, bu məsələyə münasibətdə müxtəlif mövqelər özünü 
göstərir. 
Təkamülçülük  sosial  inkişafın  obyektiv  xarakterini  ön  plana  çəkir.  Təkamülçülükdə  əsas  problem  bütün 
cəmiyyətin  simasını  dəyişdirməyə  imkan  verən  müəyyənedici  amilin  aşkar  edilməsidir.  Burada  xatırlamaq  yerinə 
düşər  ki,  təkamülçülük  müxtəlif  naturalist  məktəblərin,  cərəyanların  (məsələn,  mexanist,  coğrafi,  irqi-antropoloji, 
sosial-darvinist və s.) əsasını təşkil etmişdir. 
Sosiologiyanın banisi sayılan O. Kont biliyin inkişafını cəmiyyətin tərəqqisində həlledici amil sayırdı. Onun 
fikrincə,  biliyin  teoloji,  mistik  formadan  pozitiv  formaya  doğru  inkişafı  insanlann  industrial  cəmiyyətə  keçməsinə 
səbəb olacaqdır. İnsan zəkası sayəsində baş verən bu keçid istehsalın və tələbatlann ödənilməsinin keyfiyyətcə yeni, 
başqa səviyyəsi demək olacaqdır. [43 - 44] 
H. Spenser cəmiyyətin təkamülünün mahiyyətini onun diferensiasiyasının güclənməsində görür və qeyd edirdi 
ki,  bu,  getdikcə  artan  inteqrasiya  prosesləri  ilə  müşayiət  olunur;  həmin  proseslər  sosial  orqanizmin  hər  bir  yeni 
mərhələsində onun vəhdətini bərpa edir. Sosial tərəqqi cəmiyyətin mürəkkəbləşməsinə, fərdlərin müstəqilliyinin və 
azadlığının artmasına, onlann maraqlannm cəmiyyət tərəfindən getdikcə daha dolğun ödənilməsinə səbəb olur. 
E.  Dürkheym  təkamülü  mexaniki  həmrəylikdən  (bu  halda  fərdlər  və  onlann  ictimai  funksiyalan  qeyri- 
yetkindir,  oxşardır)  üzvi  həmrəyliyə  (bu  halda  əmək  bölgüsü  və  sosial  diferensiasiya  inkişaf  etmişdir)  keçid  kimi 
nəzərdən keçirir. Üzvi həmrəylik, onun fikrincə, insanlann vahid sosial orqanizmdə inteqrasiyasına doğru aparır və 
cəmiyyətin ali əxlaqi prinsipi kimi çıxış edir. 
K. Marks sosial inkişafda müəyyənedici amil kimi cəmiyyətin məhsuldar qüvvələrini ön plana çəkirdi. Onun 
fikrincə,  məhsuldar  qüvvələrin  inkişafı  sosial  inqilaba  və  istehsal  üsulunun  dəyişilməsinə  gətirib  çıxanr.  İstehsal 
üsulunun  dəyişilməsi  isə  öz  növbəsində  bütün  cəmiyyətin  dəyişilməsinin,  yeni  ictimai-iqtisadi  formasiyanın 
qərarlaşmasmm  əsasıdır.  Cəmiyyətin  tərəqqisi  ancaq  istehsal  üsulunun  köklü,  əsaslı  surətdə  yeniləşməsi  sayəsində 
mümkündür; yeni iqtisadi və siyasi strukturlar ancaq sosial inqilab nəticəsində təzahür edə bilər. Ona görə də sosial 
inqilablar «tarixin lokomotivləridir»; onlar cəmiyyəti yeniləşdirir, onun inkişafını sürətləndirir. 
Təkamülçülük  konsepsiyası  cəmiyyət  inkişafının  səbəblərini  və  gedişini  başa  düşməkdə  əhəmiyyətli  rol 
oynamışdır.  Belə  ki,  ictimai  inkişafın  obyektiv  xarakteri  etiraf  olunmuş,  cəmiyyətdəki  proseslər  geniş  kontekstdə, 
böyük  tarixi  perspektivdə  nəzərdən  keçirilmişdir.  Lakin  təkamülçülük  böhranların,  geriyə  qayıtmaların,  bəzi 
cəmiyyətlərin  dağılmasının  və  sivilizasiyaların  məhvinin  səbəblərini  izah  edə  bilmədi.  Əslində  sosial  prosesin 
obyektivliyi  ideyası  da  müəyyən  |44  -  45]  qədər  şübhə  altına  alınırdı:  onun  əsas  parametrləri  (bilik,  şəxsiyyətin 
azadlığı,  həmrəylik,  texniki  tərəqqi,  məhsuldar  qüvvələr)  həm  də  neqativ  meyllərin  mənbəyi  ola  bilər.  Məlum 
olmuşdur ki, tərəqqinin bu amilləri fəal dağıdıcı qüvvəyə də çevrilə bilər: bütün dünyanı məhv etməyə qadir olan 
20 


silahlann yaradılması, ekoloji fəlakətlər doğuran risqIərin artması və s. bu qəbildəndir. Təkamülçülük tarix etibarilə 
qısa zaman kəsiyində baş verən sosial hadisə və proseslərin də (məsələn, hökumətlərin dəyişilməsi, cinayətkarlığın, 
fərdlərin davranışında kənaraçıxma hallanmn artması və s.) əsaslı izahını verə bilmədi. 
Təkamülçülük  qeyd  olunan  məhdudluq  təzahürlərini  cəmiyyətə  münasibətdə  yeni  yanaşmalarla  mümkün 
qədər aradan qaldırmağa səy göstərmişdir. Bu baxımdan tsiklik inkişaf nəzəriyyəsi (O. Şpenqler, A. Toynbi) və sosial 
inkişaf nəzəriyyəsi (T. Parsons) diqqəti cəlb edir. 
Tsiklik inkişaf nəzəriyyəsi cəmiyyətin təkamülünə onun daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkət 
kimi yanaşmır. Bu nəzəriyyəyə görə, təkamül yüksəliş, çiçəklənmə və enmənin spesifik qapalı tsikli, başa çatdıqda 
yenidən təkrarlanan tsikli kimi təsəvvür olunmalıdır. Cəmiyyətin dəyişilməsi mayaka bənzəyir: müəyyən  amillərin 
fəaliyyəti və təsiri ilə bir nöqtədən başqa nöqtəyə mütərəddid hərəkətlər edən cəmiyyət ortada «soyuyunı və bununla da 
öz sabitliyini bərpa edir. 
T. Parsonsun sosial dəyişikliklər nəzəriyyəsi sistem nəzəriyyəsinə və kibernetikaya əsaslanır. Struktur və onun 
dəyişilməsi modelinin əsasında müxtəlif sistemlərin (orqanizm, şəxsiyyət, sosial sistem və mədəni sistem) «kibemetik 
iyerarxiyası»  ideyası  dayanır.  Həmin  sistemlər  artan  mürəkkəblik  dərəcəsinin  pillələri  kimi  nəzərdən  keçirilir.  O 
dəyişikliklər  daha  dərin  dəyişikliklərdir  ki,  onlar  T.  Parsonsun  «etimad  sistemi»  adlandırdığı  mədəni  sistemə 
toxunurlar. İqtisadi və siyasi çevrilişlər cəmiyyətdə mədəniyyətin səviyyəsinə toxunmursa, o, cəmiyyətin öz əsasını da 
dəyişdirmir. Cəmiyyət [45 - 46] sosial sistem olmaq etibarilə davamlılığa, özünü təkraristeh-sal etmək qabiliyyətinə 
malik  olur  ki,  bu  da  onun  əsas  struktur  ünsürlərinin  sabitliyinin  təzahüründə  (adaptasiyasında)  öz  əksini  tapır. 
Müvazinəti  qoru5mb  saxlayan  qüvvələrin,  elementlərin  nisbəti  pozularsa,  bütövlükdə  ictimai  sistem,  onun  əsas 
struktur ünsürləri dəyişilməz qalır və itirilmiş müvazinət sürətlə bərpa olunur. Dəyişikliklər daxili dəyişikliklər olaraq 
qalır, sistem isə özündə yeni təşəkkülləri inteqrasiya edərək, bütövlükdə dəyişilməz qalır. Sosial dəyişikliyin bu növü 
«müvazinətin dəyişilməsi» adlanır. 
Sosial dəyişikliyin ikinci növü - «strukturun dəyişilməsi» isə nəzərdə tutur ki, daxilən və kənardan olan güclü 
təzyiq  sayəsində  sistem  öz  müvazinətini  bərpa  edə  bilmir.  Sosial  sistemin  bütövlüyünü  saxlamaq  üçün  sosial 
altsistemlərin  və  onların  struktur  ünsürlərinin  (sosial  rolların,  institutların,  təşkilatlann)  modifıkasiyası  baş  verir. 
Cəmiyyətin  təkamülü  sistemin  keyfiyyətcə  yeni  vəziyyətinin  meydana  çıxması  ilə  bağlıdır.  Parsons  onu  «təkamül 
universaliləri»  adlandırırdı.  Sosial  sistemdə  əvvəlcə  dörd  universal!  təşəkkül  tapır:  kommunikasiyalar  sistemi, 
qohumluq  sistemi,  din  və  texnologiya.  Sonra isə həmin  sistemdə  struktur  yenidən-qurması  gedir:  bürokratiya,  pul, 
bazar kompleksi, normativ tənzimləmə və demokratik birliklər. 
T. Parsonsun fikrincə, cəmiyyətin tarixi inkişafı müəyyən mərhələlərdən keçir: bəsit, aralıq və müasir. Bəsit 
mərhələdən  aralıq  mərhələyə  keçid  yazının  icad  olunması  sayəsində  mümkün  olur.  Müasir  mərhələyə  keçid  isə 
qanunvericiliyin  inkişafı  ilə  bağlıdır.  Daha  ümumiləşmiş  şəkildə  cəmiyyətin  inkişafını  aşağıdakı  «təkamül 
mexanizmlərinə» aid etmək olar: 
1.
 
Diferensiasiya - bu, cəmiyyətin quruluşunun mürəkkəbləşməsi ilə bağlıdır; 
2.
 
Adaptasiya («adaptiv yüksəlmə») - bu, ətraf mühitlə yeni nisbət yaradılması (məsələn, yeni texnika, yeni 
kommunikasiya vasitələri) deməkdir; [46 - 47] 
3.
 
Cəmiyyətdə üzvlüyün həcmcə artması («inkiyuziya»); cəmiyyətdə üzvlüyün əvvəlki meyarları (sinif, etnik 
mənsubiyyət, cins) təkamül şəraitində öz əhəmiyyətini itirir; 
4.
 
Dəyərlərin ümumiləşdirilməsi; dəyişilən cəmiyyətdə dəyərlər və normalar müxtəlif qruplar üçün getdikcə 
daha  az  dərəcədə  məqbul  ola  bilir,  universal,  sosial  sistemin  tipindən  asılı  olmayan  insan  hüquqları  və  ideallan 
(məsələn, insan hüquqları haqqında BMT-nin Bəyannaməsi) barəsində təsəvvürlər daha geniş yayılmağa başlayır. 
T. Parsons belə hesab edir ki, cəmiyyətin təkamül mexanizmləri sosial sistemlərdə spesifik funksiyalarla və 
altsistemlərlə  bağlıdır.  Cəmiyyətin  ən  mühüm  altsistemlərinin  əlaqələndirilməsi  vasitələri  pul  və  hakimiyyətdir. 
Təsadüfi deyildir ki, müasir sosial sistemlərdə həmin vasitələr sosial münasibətlərə fəal təsir göstərir (məsələn, sosial 
münasibətlərin  siyasiləşməsi).  Cəmiyyətin  təkamülünə  T.  Parsonsun  sistem  yanaşması  həm  onun  struktur 
yenidənqurmasına  səbəb  olan,  həm  də  ikinci  dərəcəli  olan  hadisə  və  prosesləri  aydm  görməyə  imkan  verir.  Lakin 
cəmiyyətin  inkişafı  anlayışı  ictimai  sistemin  normal  vəziyyətindən  kənara  çıxması  kimi  şərh  olunur,  yəni  həmin 
anlayışın hüdudları xeyli məhdudlaşdırılır, sistemin təbii vəziyyəti yetərincə nəzərə alınmır. 
Beləliklə, cəmiyyət sosial sistem olmaq etibarilə ən mürəkkəb və mübahisəli tədqiqat obyekti olaraq qalır. Ona 
görə də cəmiyyətin inkişafı, təkamülü barəsində, son dərəcə müxtəlif rəylərin, mövqelərin olması təbii sayılmalıdır. 
4.
 
Cəmiyyətin əlamətləri 
Sosiologiya  cəmiyyət  haqqında  tipik,  davamlı,  təkrar  olunan  məqamların  ayırd  edilməsinə,  araşdınimasma 
xüsusi diqqət yetirir; həmin məqamlar cəmiyyətin əlamətləri kimi çıxış edə bilər. 
21 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə