Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə9/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   73

Bu  kateqoriyalardaıı  hər  biri  daha  az  ümumilik  dərəcəsində  bir-biri  ilə  qarşdıqlı  surətdə  bağlı  olan 
kateqoriyalar sistemi kimi təsəvvür olunmalıdır. Məsələn, «sosial stmktur» kateqoriyası «sosial-sinfi struktur», «sosial 
-  demoqrafik  struktur»,  «sosial-etnik  struktun>,  «sosial-ərazi  birliyi»  kimi  kateqoriyalan  əhatə  edir.  Öz  növbəsində 
bunlar da ümumilik səviyyəsi nisbətən az olan kateqoriyalan əhatə edə bilər. 
Hazırda  sosiologiyanın  mühüm  vəzifələrindən  biri  əhatə  etdiyi  kateqoriyalann  elə  sistemini  yaratmaqdan 
ibarətdir ki, o, sosioloji biliyin formalaşmasını və inkişafinı daha adekvat əks etdirsin. 
6. Sosial-siyasi və humanitar elmlər sistemində 
sosiologiyanın yeri 
Müasir elmi biliklər sistemində həm diferensiasiya, həm də inteqrasiya meylini müşahidə etmək mümkündür: 
[29 - 30] bir tərəfdən insan fikrinin təbiət və cəmiyyətin inkişaf proseslərinə daha dərindən nüfuz etməsi ilə əlaqədar 
olaraq,  elmlərin  diferensiasiyası,  ayrılması,  əlahiddələşməsi  prosesi  gedir,  biliklərin  detallaşması,  alimlərin 
ixtisaslaşması zəmrətə çevrilir. Digər tərəfdən isə elmlərin inteqrasiyası, onların qarşılıqlı təsirinin genişlənməsi və 
dərinləşməsi  prosesi  baş  verir,  nəticədə  ümumiləşdirici  məqamların  əhəmiyyəti  artır,  onlan  əks  etdirmək  zəmrəti 
yaranır. 
Sosiologiyanm təşəkkülü və inkişafında həmin meyllər spesifik şəkildə təzahür etmişdir. Bir tərəfdən sosioloji 
bili}dn diferensiasiyası getmiş, yeni istiqamətlər meydana gəl-işdir. Bu istiqamətlərdən hər-birini müəyyən şərtiliklə 
elm  adlandırmaq  olar:  əməyin  sosiologiyası,  elmin  sosiologiyası,  ailənin  və  nikahın  sosiologiyası,  beynəlxalq 
münasibətlərin  sosiologiyası  və  s.  Digər  tərəfdən  isə  bütün  xüsusi  (sahə)  sosioloji  nəzəriyyələr  ümumsosioloji 
nəzəriyyəyə istinad edir: empirik sosial tədqiqatlar isə hər iki səviyyədə olan nəzəriyyələrə əsaslanır. Bu inteqrasiya 
meylini çox qabanq şəkildə nümayiş etdirir. Elmi biliyin inteqrasiya meyli sosiologiyanm sosial-siyasi və humanitar 
elmlərlə, habelə dəqiq elmlər və təbiət elmləri ilə əlaqələrinin möhkəmlənməsində öz ifadəsini tapır. Sosial-siyasi və 
humanitar elmlər sistemində sosiologiyanm xüsusi yeri aşağıdakı səbəblərlə izah oluna bilər. 
Birincisi, sosiologiya cəmiyyət, onun hadisə və prosesləri haqqında elm olduğuna görə həmin elmlər üçün 
ümumi nəzəri əsas kimi çıxış edə bilir. Söhbət ilk növbədə ümum-sosioloji və xüsusi sosioloji nəzəriyyələrdən gedir. 
İkincisi,  sosial-siyasi  və  humanitar  elmlər  cəmiyyətin,  insanın  həyat  fəaliyyətinin  müxtəlif  tərəflərini 
öyrəndiyinə görə həmişə sosial aspekti özündə əks etdirməli olur. 
Üçüncüsü, insanın, sosial qrupların, birliklərin fəaliyyətini öyrənmək texnikası və metodikası, sosial ölçmə 
metodları və s. sosiologiyanm hüdudlarını keçir, digər sosial-siyasi və humanitar elmlərdə tətbiq olunur. 
Dördüncüsü,  sosiologiya  ilə  digər  elmlərin  qovşağında  [30  -  31]  həyata  keçirilən  sosial tədqiqatlar  sistemi 
təşəkkül tapmışdır: sosial-iqtisadi, sosial-siyasi, sosial-demoqrafik və s. tədqiqatlar. 
Sosiologiyanm sosial-siyasi və humanitar elmlər sistemində ümumi yer tutması onun fəlsəfi elmə çevrilməsi 
demək deyildir. Sosial sistemlərin fəaliyyət və inkişaf qanuna-uyğunluqlanm, həmin qanunauyğunluqların müxtəlif 
səviyyələrdə təzahür mexanizmlərini aşkara çıxaran sosiologiya cəmiyyəti, onun müxtəlif stmkturlanm, konkret həyat 
fəaliyyəti üsullarım və formalarım başa düşmək üçün hədsiz idrak imkanlan yaradır. Sosiologiyanm xüsusi ictimai 
fənlərə  münasibəti  baxımından  vəziyyəti,  məsələn,  ümumi  biologiyanm  xüsusi  bioloji  bilik  sahələrinə  (anatomiya, 
fiziologiya,  morfologiya,  sistematika  və  s.)  münasibəti  baxımından  vəziyyətinə  bənzəyir.  Ümumi  biologiyanm 
vəziyyəti onu «biologiyanm fəlsəfəsi» kimi səciyyələndirməyə əsas vermədiyi kimi, sosiologiyanm da ümumi mövqeyi 
onu fəlsəfi elm kimi təqdim etməyə əsas vermir. 
Sosiologiyanm müxtəlif sosial-siyasi və humanitar elmlərlə əlaqəsi eyni səviyyəli və eyni miqyaslı deyildir. Bu 
əlaqə bəzən gücü, çoxcəhətli və intensivdir, bəzən isə nisbətən zəif və qeyri-intensivdir. 
Sosiologiyanm bəzi sosial-siyasi və humanitar elmlərlə əlaqəsinə, qısaca olsa da, diqqət yetirək. 
Məlumdur  ki,  siyasi  iqtisad  maddi  nemətlərin  istehsalı,  mübadiləsi,  bölgüsü  prosesində  obyektiv  surətdə 
təşəkkül  tapan  münasibətlərin  fəaliyyəti  və  inkişafının  qanunauyğunluqlanni,  formalarım  öyrənir.  Bütün  sosial 
münasibətlərdə,  proseslərdə,  habelə  insanın  bütün  həyat  fəaliyyətində  iqtisadiyyat  özünəməxsus  yer  tutduğundan 
iqtisadi tədqiqatların bir çox istiqamətləri sosioloji tədqiqatlarm istiqamətləri ilə bilavasitə qovuşur. İqtisadiyyatın və 
bölgü münasibətlərinin sosiologiyasını, əməyin və əmək kollektivlərinin sosiologiyasını xatırlamaq kifayətdir. Lakin 
istehsal  münasibətləri  sistemində  daxili,  mühüm,  sabit,  təkrarlanan  əlaqələr  [31  -  32]  kimi  özünü  göstərən  iqtisadi 
qanunlar başlıca olaraq insanların təsərrüfat fəaliyyəti vasitəsilə həyata keçirilir və konkret iqtisadi formalarda özünü 
göstərir. Sosial qanunlar isə iqtisadi qanunlarla nəqədər bağlı olsa da, onlardan fərqli təbiətə malikdir. Müasir bazar 
iqtisadiyyatının  formalaşması  təkcə  iqtisad  elminə  deyil,  həm  də  sosiologiyaya  ciddi  tələblər  verir,  onların 
əməkdaşlığını ən müxtəlif istiqamətlərdə gücləndirməyi zəmri edir. 
15 


Sosiologiyanın  politologiya  ib  qarşılıqlı  əlaqələri  getdikcə  inkişaf  edir.  Çoxaspektli  sosioloji  todqiqatlann 
aparılması,  ictimai  rəyin  öyrənilməsi,  zəngin  empirik  materialın  toplanılması  və  i.a.  bu  əlaqələrin  dərinləşməsində 
böyük rol oynayır. Siyasətin sosiologiyası siyasi və sosioloji bilik sahələrinin əlaqəsini daha aydm nümayiş etdirir. 
Politologiya siyasəti və siyasi münasibətləri, yəni siyasi hakimiyyətə görə sosial subyektlər arasındakı münasibətləri 
öyrəndiyindən sosial məqamlara laqeydlik göstərə bilməz, sosial münasibətlərin və qanunlann təzahür xüsusiyyətlərini 
nəzərə almaya bilməz. Bir çox mütəfəkkirlər (məsələn, M. Veber, V. Pareto və başqalan) siyasi məsələlərin tehlilinə 
məhz geniş sosial kontekstdə yanaşmışlar. Sosiologiyanın və politologiyanın qarşılıqlı əlaqəsini qeyd edərkən unutmaq 
olmaz  ki,  onlarm  siyasətə  yanaşması  bir-birindən  fərqlənir;  politologiya  başlıca  diqqəti  siyasi  proseslər  üzərində, 
sosiologiya isə siyasətin iştirakçısı olan insan qruplarının fəaliyyəti üzərində cəmləşdirir. 
Sosiologiyanın fəlsəfə ilə əlaqələri zəngin tarixi prosesdir. Sosial fəlsəfədən sosiologiyaya doğru inkişaf yolu 
bunu əyani surətdə sübut edir. Fəlsəfə həm varlığın (təbiətin və cəmiyyətin), həm də tofəkkürün, idrak prosesinin tabe 
olduğu ən ümumi qanunlan tədqiq etdiyindən sosioloji bilik sahələri ilə qırılmaz surətdə bağlıdır.  Fəlsəfə dünyaya 
ümumi  baxış  işləyib  hazırlamaq,  onun  ümumi  əsaslarını  və  qanunauyğunluqlanm  tədqiq  etmək  zəruriyyətindən, 
gerçəklik haqqında rasional şəkildə əsaslandırılmış təfəkkür metoduna [32 - 33] olan tələbatdan irəli gəlmiş, zaman 
keçdikcə təkamül edərək öz xüsusi problematikasmı dəqiqləşdirmiş, sosiologiyaya müsteqil elm kimi «həyat vəsiqəsi» 
verməyə məcbur olmuşdur. Bu gün də sosioloqlar filosoflarla birlikdə cəmiyyətin müstoqil və sivilizasiyalı inkişaf 
yolunun  irəli  sürdü5di  çoxlu  məchullara  cavablar  axtarırlar.  Etiraf  edilməlidir  ki,  sosioloji  tədqiqatlar  fəlsəfi 
tedqiqatlann konkret və əməli xarakterinin güclənməsində fəal rol oynamışdır. 
Hüquq elmi (hüquqşünaslıq) da sosiologiyaya yaxın elmlərdən biridir. Bu elm xüsusi sosial normalardan ibarət 
olan  hüququ,  bütövlükdə  dövlətin  və  cəmiyyətin  siyasi  sisteminin  təşkilini  və  fəaliyyətinin  hüquqi  formalarını 
öyrəndiyindən sosial münasibətlərin təkmilləşməsində, sosial proseslərin idarə olunmasında bö5Üik məna kəsb edir. 
Hüquq elmi dövlətin və hüququn inkişafının əsas qanunauyğunluqlarını, onların sosial rolunu, əsas funksiyalanm və s. 
tədqiq  edir,  dövlət  idarəetmə  işlərinin  konkretləşməsinə,  hüquq  normalarının  düzgün  tətbiqinə  kömək  göstərir  və 
beləliklə, insanların sosial fəaliyyətinin nizamlı və məqsədyönlü xarakterini gücləndirir. Hüquq elmi ümumsosioloji 
nəzəriyyəyə istinad edir, həmin nəzəriyyənin başlıca müddəalarının konkret sahədə reallaşmasını təmin edir. Hüququn 
sosiologiyasında iki elmin - hüququn və sosiologiyanın spesifik qovuşması çox aydm ifadə olunmuşdur. Sosiologiya 
şəxsiyyətlərin,  insan  qruplarının  sosial  münasibətlərini  və  fəaliyyətini  tədqiq  edərkən  həmişə  hüquq  elmlərinin 
məlumatlanndan istifadə etmişdir. Qarşılıqlı bəhrələnmə hər iki bilik sahəsinə ancaq fayda verə bilər. 
Sosiologiyanın tarixlə ən sıx və dərin əlaqəsi hamı tərəflndən etiraf olunur. Onlann ümumi cəhətləri sırasına 
bunlar  aid  edilə  bilər:  həm  sosiologiya,  həm  də  tarix  cəmiyyəti  və  onun  qanunauyğunluqlarını  (həmin 
qanunauyğunluqların konkret təzahürlərində) öz tədqiqatlannm predmeti və obyekti hesab edir; sosial gerçəkliyi zəruri 
ilə  təsadüfinin  vəhdətində  bərpa  edir;  sosial  hadisələrin  genezisi,  [33  -  34]  yaranma  və  təzahürü  səbəbləri,  həmin 
səbəblərin təsir gücü müxtəlif olduğundan onlann birmənalı olmayan izahını əsas tutur. Lakin tarixlə sosiologiyanın 
fərqli  cəhətləri  də  vardır.  Belə  ki,  tarix  artıq  baş  vermiş  sosial  prosesi,  sosiologiya  isə  davam  etməkdə  olan  sosial 
prosesi izah edir. Sosioloq sosial vəziyyətləri, prosesləri hələ tarixə çevrilməmiş təhlil etməli, onlan proqnozlaşdırmalı 
olur. 
Tarixlə sosiologiyanın ümumi cəhətlərini əsas götürən bəzi tədqiqatçılar onlann elm kimi mövcudluğuna şübhə 
ilə  yanaşırlar.  Onlar  adətən  iki  məqamı  nəzərə  çarpdırmağa  çalışırlar:  tarix  və  sosiologiya  öz  növündə  yeganə  və 
təkrarolunmaz faktlan öyrənir; insan fəaliyyəti bir səbəblə yox, çox səbəblə şərtləndiyinə görə onun nəticələri prinsipcə 
qabaqcadan söylənilə bilməz. Bu bir həqiqətdir ki, sosial həyatda (istər keçmişdə, istərsə də indi) tam eyniyyət təşkil 
edən iki hadisəyə, prosesə rast gəlmək mümkün deyildir. Ona görə nə sosiologiya, nə də tarix ancaq təkrar olunan 
hadisə və proseslərin səbəblərini tədqiq edən elm kimi müəyyənləşdirilə bilməz. Bu elmlər iki cür problemlə rastlaşır: 
a)  cəmiyyətdəki  obyektiv  qanunauyğunluqlar;  bunlar  ictimai  inkişafin  məzmununu,  xarakterini  və  istiqamətini 
səbəbiyyət cəhətdən şərtləndirir; b) fərdi, təkrarolunmaz hadisə və proseslər; bunlar səbəbiyyət cəhətdən izah oluna 
bilməz,  lakin  qanunauyğun  xarakter  daşımaqla  cəmiyyətin  inkişafindakı,  onun  tarixindəki  «dolambaclara»  mühüm 
təsir göstərə bilir. Aydm məsələdir ki, obyektiv qanunauyğunluqlar ictimai inkişafın meyllərini müəyyən etsə də, fərdi, 
təkrarolunmaz hadisələrin, proseslərin səbəbiyyət baxımmdan izahını verə bilməz. 
Sosial  qanunlann  iki  qrupunu  fərqləndirmək  lazımdır:  1)  cəmiyyətin  müxtəlif  strukturlannm,  habelə  bu 
strukturlann daxilində müxtəlif ünsürlərin qarşılıqlı fəaliyyətini ifadə edən sosial qanunlar. Bu qanunlar cəmiyyətin 
inkişafında  ən  ümumi  meylləri  müəyyən  edir;  2)  əvvəllər  təşəkkül  tapmış  şəraitin  nəticəsi  olan  sosial  qanunlar. 
Bunlann fəaliyyəti cəmiyyəti təşkil edən qruplann, fərdlərin iradəsindən, fəaliyyətindən [34 - 35] əhəmiyyətli dərəcədə 
asılı olub, fərdi və təkrarolunmaz xarakter daşıyan ən müxtəlif amillərlə şərtlənir. 
Beləliklə,  həm  tarixi,  həm  müasir  gerçəkliyə  aid  olan  sosial  qanunauyğunluq  olduqca  mürəkkəb  xarakterə 
malikdir. Bu qanunauyğunluq inkişaf meyllərinin bütün məcmusunu nəzərə almağı tələb edir; ümumi məqamlarla 
16 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə