Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə5/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

s.  aspektlər  sırasında  özünəməxsus  cəhətlərinə  daha  çox  diqqət  yetirilir.  Bu  halda  sosiologiyanın  predmeti  xeyli 
məhdudlaşdırılaraq məhz ictimai inkişafın sosial tərəflərinin öyrənilməsinə müncər edilir. Sosiologiya elminin belə 
şərhini  ilk  dəfə  fransız  sosioloqu  və  filosofu  Emil  Dürkheym  (1858-1917)  vermişdir.  Dürkhe5mıin  fikrincə, 
sosiologiyanın predmeti elə xüsusi reallıqdır ki, onunla mövcud elmlərdən heç biri indiyə qədər məşğul olmamışdır. Bu 
reallığın əsasını sosial faktlar təşkil edir. Həmin faktlar isə gerçəkliyini nə iqtisadi, nə psixoloji, nə fiziki və s. faktlarına 
müncər edilə bilməz; onların öz müstəqil xarakteristikalan vardır. Sosial faktlarm başlıca əlamətləri onların obyektiv 
səciyyə daşıması, fərddən asılı olmayaraq mövcud olması, ona təzyiq göstərə bilməsidir. Dürkheym sosial faktları iki 
yerə  ayırırdı:  cəmiyyətin  «maddi  substratmı»  təşkil  edən  morfoloji  faktlar  (məs.  əhali  sıxlığı,  fərdlər  arasında 
ünsiyyətin intensivliyi, yaşayış yerlərinin [12 - 13] xarakteri və s.) və mənəvi, qeyri-maddi faktlar (bunlar məcmu halda 
kollektiv və ya ümumi şüuru təşkil edir). 
Sosiologiya cəmiyyət haqqında elmdir, başqa sözlə, sosioloji idrakın obyektini cəmiyyət təşkil edir, lakin belə 
izah sosiologiyanın predimetini tam aydınlaşdırmır, çünki cəmiyyət ən müxtəlif elmlər tərəfindən öyrənilir. Ona görə 
digər elmlərdə olduğu kimi, sosiologiyada da onun obyektini və predmetini fərqləndirmək lazımdır. 
Sosioloji idrakın obyektinin və predmetinin qanşdıniması və ya eyniləşdirilməsi ciddi metodoloji qüsurdur. Bu 
qüsur indi meydana çıxmamışdır: o, əvvəllər də özünü göstərmişdir, indi də ən müxtəlif məktəblərin və cərəyanların bir 
çox  sosioloqlarına  xas  olan  cəhətdir.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  sosiologiyamn  digər  elmlərdən,  ABŞ-da  sosial 
psixologiyadan və s. nisbətən gec ayrılmasını və müstəqil elmi fənn kimi təşəkkül tapmasını şərtləndirən ən mühüm 
səbəblərdən biri məhz sosioloji idrakın obyektinin və predmetinin e5miləşdirilməsi olmuşdur. 
Adətən tədqiqatçının fəaliyyətinin istiqamətləndiyi hər şeyi idrak obyekti kimi qəbul edirlər. Bu o deməkdir ki, 
müxtəlif hadisə, proses, münasibət ən müxtəlif elmlərin predmetindən söhbət getdikdə yalnız obyektin həmin elmin 
spesifikası ilə müəyyən edilən tərəfi, aspekti, xassəsi, münasibəti əsas götürülür. Obyektin digər tərəf, aspekt, xassə və 
münasibətləri isə ikinci dərəcəli məsələlər kimi, yaxud obyektin mövcudluq şəraiti kimi nəzərdən keçirilir. Deməli, hər 
hansı elmin formalaşması ilə onun elmi tədqiqat predmetini ayırd etmək məsələsi qarşıya çıxır. Başqa sözlə, hər bir elm 
digər elmdən ilk növbədə öz predimeti ilə fərqlənir. Hər bir elm obyektiv reallığın öz xüsusi tərəfini, sferasını, özü üçün 
spesifik  olan  qanunauyğunluqlarını,  həmin  qanunauyğunluqların  xüsusi  təzahür  formalarını  və  fəaliyyət 
mexanizmlərini öyrənir. Bu o deməkdir ki, hər hansı elmin, o cümlədən sosiologiyanın predmetini tədqiqat obyektinə 
görə  müəyyənləşdirmək  kifayət  deyildir.  Məsələn,  sosial  reallıq  ictimai  və  [13  -  14]  humanitar  elmlərin  tədqiqat 
obyektidir.  Lakin  hər  bir  elm  məhz  öz  predmeti  sayəsində  müəyyən  birmənalılıq  qazanır;  elmin  predmeti  həmişə 
spesifikdir:  hətta  eyni  obyektdə,  yaxud  onun  ayn-ayn  hissələrində  müxtəlif  elmlər  bir-birindən  fərqli,  spesifik 
qanunauyğunluqları  tədqiq  edirlər.  Məsələn,  ailə  iqtisadiyyat,  hüquq,  demoqraflıya,  sosiologiya,  psixologiya, 
pedaqogika  və  s.  elmlərin  tədqiqat  obyekti  ola  bilər.  Lakin  bu  elmlərin  ailə  təsisatına  münasibəti,  yanaşması  öz 
predmetləri çərçivəsində e5mi deyildir, bir-birindən fərqlidir. 
Hər bir elmin predmeti empirik reallığı abstrakt səviyyədə spesifik şəkildə təkrar istehsal edir, yəni nəzəri 
abstraktlaşdırmanm  nəticəsidir.  Belə  abstraktlaşdırma  öyrənilən  obyektin  fəaliyyət  və  inkişafının  elə 
qanunauyğunluqlanm ayırd etməyə imkan verir ki, onlar həmin elm üçün spesifikdir. 
Sosiologiyanı bir elm kimi səciyyələndirərkən çox zaman əslində sosioloji idrakın başlıca obyektləri sadalanır. 
Sosioloji  məktəblərin  və  cərəyanlann,  sosioloji  biliyin  konkret  təşkilat  sistemlərinin  müxtəlifliyi,  ideya-  nəzəri 
mövqelərin  və  yönümlərin  rəngarəngliyi  sosiologiyamn  predmeti  məsələsində  çətinlikləri  artırır.  Bir  çox  hallarda 
«sosial» anlayışının özü dəqiq təsəvvür olunmur. 
Hər bir elmin spesifikasını araşdırarkən gerçəklikdəki elə əlaqə və münasibətlər ayırd edilməlidir ki, onlar 
keyfiyyətcə digər əlaqə və münasibətlərdən fərqli olub, məhz həmin elmin predmetini təşkil edə bilsin. Məsələyə belə 
yanaşdıqda demək olar ki, sosial adlandırılan əlaqə və münasibətlərin bütün məcmusu sosioloji idrakın obyekti hesab 
edilməlidir. Bu əlaqə və münasibətlər hər bir konkret sosial obyektdə xüsusi tərzdə təşkil olunmuşdur. Ona görə də 
sosioloji idrakın obyekti sosial sistem kimi çıxış edir. Deməli, sosial olan, sosial əlaqə və münasibətlər, onların təşkili 
üsulu elə anlayışlardır ki, bunlar sosioloji idrak obyektinin xüsusiyyətlərini açmaq üçün əsas anlayışlar kimi götürülə 
bilər. Bu halda sosial qanunauyğunluqların aşkara çıxarılması sosiologiya elminin predmetini müəyyənləşdirmək üçün 
həlledici [14 - 15] əhəmiyyət qazamr. 
Sosiologiya  tarixən  müəyyən  sosial  sistemlərinin  fəaliyyətinin  və  inkişafmm  sosial  qanunauyğunluqlan, 
habelə  həmin  qanunauyğunluqların  şəxsiyyətlərin,  sosial  qruplarm,  birliklərin,  siniflərin,  xalqların  fəaliyyətində 
təzahür formalan və mexanizmləri haqqında elmdir. 
Sosiologiyamn  predmetini  müəyyənləşdirərkən  adətən  ayn-ayn  sosioloqlar  müxtəlif  sosial  hadisələri  və 
prosesləri həlledici hesab edirlər. Məsələn, qruplann (insanlann) qarşılıqlı fəaliyyəti, yaxud bu fəaliyyətin nəticələri; 
insanlann  sosial  münasibətləri;  sosial  təsisatlar;  sosial  təşkilatlar  və  onlann  insan  davranışına  münasibəti;  sosial 
fəaliyyət sistemləri; insan cəmiyyəti və insan davranışı; sosial nizamın və nizamsızlığm təbiəti; sosal qruplar; insan 
birlikləri formalan; insan cəmiyyətinin əsas strukturlan; sosial proseslər; sosial-mədəni hadisələr; sosial həyatın elmi 
baxımdan öyrənilməsi və s. Bu anlayışlardan hər birinin mənasını, əhəmiyyətini 



Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə