Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə3/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   73

şəxsin  rəqabət  qabiliyyətinə  bir  çox  hallarda  lazımınca  diqqət  yetirilmir.  Ənənəvi  bilik  sahələrinin  nümayəndələri 
tərəfindən bəzən sosiologiyanın ictimai həyatda və elmdə öz qanuni və layiqli yerini tutmasına müəyyən müqavimət 
göstərilir. 
Dördüncüsü, sosioloji biliklərin təbliği də qənaətləndirici deyildir: əhalinin bəzi təbəqələri bu bilik sahəsinə, 
ümumiyyətlə,  bələd  deyildir.  Görünür,  sosiologiyanın  uzun  illər  ərzində  ali  və  orta  ixtisas  məktəblərində  tədris 
olunmaması təsirsiz qalmamışdır. Kütləvi informasiya vasitələri də əksər hallarda sosioloji bilik sahələrinə o qədər də 
ciddi  həvəs,  maraq  göstərmir.  Mətbuatda,  radio  və  televiziyada  sosioloq  kadrların  azlığı  özünü  aydm  surətdə  hiss 
etdirir. Sosiologiyaya dair populyar nəşrlər də yox dərəcəsindədir. 
Sosiologiya  artıq  ali  məktəblərdə  tədris  olunan  fənlər  sırasında  özünəməxsus  yer  tutmuşdur.  Müstəqil 
Azərbaycanımızın inkişafimn sosial problemlərinin həllində, cəmiyyətin ümumi sağlamlaşmasmda sosiologiyamn rolu 
tam  etiraf  olunur.  O,  cəmiyyəti  bütöv  halda  öyrənən  bilik  sahəsi  kimi  gənclərin  dünyagörüşünün  formalaşmasına, 
onlann  ideya-siyasi  və  mənəvi-əxlaqi  mövqelərinin  müəyyənləşməsinə  fəal  təsir  göstərir.  Sosiologiya  elminin 
problemlərinə bələd olmaq sayəsində tələbə gənclər bugünkü mürəkkəb, ziddiyyətli ictimai prosesləri daha dərindən 
dərk  etmək  imkanı  qazanacaqlar.  Sosiologiyadan  dərs  vəsaitinin  hazırlanması  həmin  imkanı  reallaşdırmağa  kömək 
etmək məqsədi güdür. 
Sosiologiyadan dərs vəsaiti mövcud tədris planlanna tam uyğun şəkildə hazırlanmışdır. Müxtəlif ixtisaslarda 
təhsil  alan tələbələr  bu  vəsaitlə  tanış  olmaq  sayəsində  ümumi  sosiologiyanın  problemlərini  aydm  təsəvvür  edəcək, 
problemlərin həlli yollanm və xüsusiyyətlərini daha adekvat, məntiqli qavraya biləcəklər. Aydm məsələdir ki, tələbə 
gənclər  təkcə  bu  vəsaitlə  kifayətlənməməli,  ayn-ayn  mövzular  üzrə  məsləhət  görülən  ədəbiyyatı  diqqətlə,  səylə 
öyrənməlidirlər. Belə gərgin iş sayəsində tələbə mürəkkəb sosial münasibətlər aləminə dərindən nüflız edə bilər, bu 
aləmin  sirlərinə  bələd  ola  bilər.  Güman  edirik  ki,  sosial  gerçəkliyimizi  daha  obyektiv  dərk  etmək  baxımından 
sosiologiya üzrə hazırlanmış vəsait tələbələrimizə müəyyən fayda verəcəkdir. 
Dərs vəsaiti on yeddi fəsli əhatə edir. I, II, III, IV, XI, XII, XIII, XIV və XVII fəsillər dos. F. Q. Vahidov, V, VI, 
VII, VIII, IX, X, XV və XVI fəsillər isə dos. T. B. Ağayev tərəfindən yazılmışdır. 
Oxuculardan  xahiş olunur ki,  vəsait haqqında  irad  və  təkliflərini  BDU-nun  sosiologiya  kafedrasına  təqdim 
etsinlər. İrəlicədən təşəkkürümüzü bildiririk. 
BDU-nun sosiologiya kafedrasmuı 
Dosenti F. Q. VAHİDOV 


I
 FƏSIL
 
SOSIOLOGIYA CƏMIYYƏT 
HAQQINDA
 
ELMDİR 
1.
 
Sosiologiya elminin meydana gəlməsi və inkişafı 
Sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi XIX əsrə təsadüf edir. Həmin əsrin 30-50-ci illərində bu 
sahədə ilk ciddi addımlar atılmış, sosial sistemlərin fəaliyyəti və inkişafı qanunauyğunluqlanm öyrənən elmin bir çox 
əsaslı problemləri araşdırılmışdır. Sosiologiyanın meydana gəlməsi belə bir təlabatı ifadə edirdi: digər ictimai elmlərdə 
elə problemlər ortaya çıxmışdır ki, onların ənənəvi üsullarla, biliklərin təşəkkül tapmış mövcud sistemi çərçivəsində 
həll etmək artıq mümkün deyildiir. 
Dünyaya sosioloji baxım üç başlıca cəhəti özündə birləşdirir: 
Birincisi, cəmiyyət ayn-ayn ictimai ünsürlərin sadəcə mexaniki yığımı yox, öz xüsusi qanunları üzrə fəaliyyət 
göstərən, inkişaf edən müəyyən sistemli bütövlükdür. 
İkincisi, ideal ictimai quruluşun utopik konstruksiyasını quraşdırmaq yox, real surətdə mövcud olan ictimai 
münasibətlərin öyrənilməsi zərurəti dərk olunmalıdır. 
Üçüncüsü,  mücərrəd  fəlsəfi  mühakimələrə  yox,  empirik  tədqiqat  metodlarına  istinad  edilməlidir.  Aydın 
məsələdir ki, həmin metodların başa düşülməsi müxtəlif tədqiqatçılarda müxtəlif ola bilər. 
Sosioloji baxımın ünsürləri tədricən, bir-biri ilə qarşılıqlı əlaqədə təşəkkül tapmışdır. Bu proses yeni dövrün 
sosial fəlsəfi  və  tarix  fəlsəfəsi  hüdudlarında  baş  vermişdir.  İctimai  və  humanitar  elmlərin  diferensiasiyası,  empirik 
sosial  və  etnoqrafik  tədqiqatların  inkişaf  etməsi,  təbiətşünaslığın  yeni-yeni  nailiyyətlər  qazanması  və  onun 
cəmiyyətşünaslıqla [7 - 8] əlaqələrinin dərinləşməsi burada həlledici rol oynamışdır. 
Sosiologiyanın  banisi  görkəmli  fiansız  mütəfəkkiri  Oqyust  Kont  (1798-1857)  hesab  olunur.  O  öz  təlimini 
əvvəlcə  «sosial  fizika»  adlandırır.  Lakin  sonralar  belçikalı  alim  və  statistik  A.  Ketlenin  (1796-1874)  də  həmin 
termindən istifadə etdiyini nəzərə alaraq, elmi dövriyyəyə yeni söz - sosiologiyanı daxil edir. 
Məlumdur  ki,  «sosial fizika»  ideyası XVII  əsrə  təsadüf  edir.  Artıq  «sosial fizika»  nəzəriyyələri  cəmiyyətə 
sistem  kimi  yanaşır,  onu  təbiətin  bir  hissəsi  hesab  edirdi.  Başqa  sözlə,  cəmiyyətşünaslıq  metodoloji  baxımdan 
təbiətşünaslığın  tərkib  hissəsinə  çevrilirdi.  Lakin  məhz  O.  Kont  həmin  ideyanı  tam  dolğunluqla,  müntəzəmlik  və 
əsaslılıqla işləməyə nail olmuşdur. Kontun fikrincə, «sosial fizika», yaxud sosiologiya cəmiyyət hadisələrinin fiziki 
hadisələrə müncər edilməsini nəzərdə tutmur: sosial olanın spesifikası elmi biliyin özünəməxsus ensiklopediyası olan 
«pozitiv sintez» çərçivəsində nəzərə alınmalıdır. 
Sosiologiyanın  meydana  gəlməsi  XIX  əsrdə  cəmiyyətin  mövcud  ziddiyyətləri,  habelə  həmin  ziddiyyətlər 
zəminində  şaxələnən  və  kəskinləşən  ictimai-siyasi  mübarizə  ilə  bağlı  olmuşdur.  Yeni  intellektual  sintezə,  insan  və 
cəmiyyət haqqında realist təhlilə tələbat getdikcə artırdı. Sosial hadisələri və prosesləri izah etmədən, ictimai həyatın 
müxtəlif  tərəfləri  barəsində  konkret  empirik  informasiya  almadan,  bir  sözlə,  sosioloji  realizm  mövqeyində 
dayanmadan cəmiyyəti az-çox səmərəli idarə etmək mümkün deyildi. 
XIX əsrin sonlarına doğru sosiologiyanın bir elm kimi təşəkkülü əsasən başa çatır və XX əsrin əvvəllərində 0, 
artıq  cəmiyyətşünaslıqm  apancı  bölmələrindən  birinə  çevrilir.  Onun  öz  anlayış  aparatı  formalaşır,  getdikcə  daha 
mürəkkəb  və  diferensial  konsepsiyalar  meydana  gəlir.  Tədricən  öyrənilən  problemlərin  dairəsi  genişlənir, 
metodologiya  və  tədqiqat  texnikası  məsələlərində  uğurlu  addımlar  aülır.  Ümumi  nəzəriyyənin  və  empirik  sosial 
tədqiqatlann paralel [8 - 9] inkişafı onların inteqrasiyası meyllərini gücləndirir. Sosiologiyanın təsisatlaşdıniması, ali 
təhsil sistemində, xüsusən universitetlərdə özünə möhkəm mövqe qazanması, bu sahədə çalışan peşəkarların artması, 
0. Kotun, H. Spenserin, F. Tönnisin, K. Zimmelin, E. Dürkhe5mıin, M. Veberin, V. Paretonun əsərləninin öyrənilməsi, 
təbliği, yeni ideyalarla zənginləşdirilməsi - bütün bunlar XX əsrdə, xüsusən 20-ci illərdən sonra daha çox nəzərə çarpan 
səciyyəvi xüsusiyyətə çevrilir. 
Sosiologiyanın inkişafında 20-ci illərdən 50-ci illərə qədərki dövrün özünəməxsus yeri vardır. Təxminən iki 
dünya müharibəsi arasındakı dövrü əhatə edən bu mərhələni bəzən sadəcə olaraq empirik mərhələ adlandırır, aparılan 
tədqiqatlann nəzəri imkanlannm məhdudluğunu, əhatəli nəzəri və dünyagörüşü sintezlərinin olmamasını qeyd edirlər. 
Lakin belə izah sadəcə olaraq doğru deyildir, çünki empirik istiqamətlənmənin özü maraqlı nəzəri axtarışlara stimul 
yaratmışdır. Bundan əlavə, nəzərdən keçirilən dövrdə nüfuzlu sosioloji məktəblər və istiqamətlər təşəkkül tapmış və 
fəal iş aparmışlar. Məsələn, sosial fəaliyyət nəzəriyyələri, psixoanalitik sosiologiya və s. bu qəbildəndir. P. Sorokinin 
«inteqral sosiologiyasının» əsas ideyaları məhz bu mərhələdə işlənib hazırlanmışdır. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə