Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə47/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   73

əhatəsi hüdudları ilə bir növ məhdudlaşır. Ona görə də çox zaman insan alternativ standartlann mövcudluğu imkanmı 
ağlına belə gətirmir. 
Nəzərə almaq lazımdır ki, əhalinin əksər hissəsi adətən yaşadığı cəmiyyətin normalarına riayət edir, çünki bilir 
ki,  əks  halda  onu  cəza  gözləyir.  Ətrafdakılar  qaydaları  pozan  adamlara  rəğbət  göstərmir,  bəzən  çox  kəskin,  hətta 
düşməncəsinə  yanaşırlar.  Normalardan  çıxma  hallannın  nəticələri  həbs,  hətta  ölüm  ola  bilər.  Normalara  riayət 
olunması isə bəyənilir, populyarlıq, nüfuz və s. kəsb edir. Elmi ədəbiyyatda birinci halı nonkorformizm, ikinci hah isə 
konformizm  adlandırırlar.  Bu  halda  qeyd  olunur  ki,  insanlar  nonkorformizmin  xeyirsizliyini  və  konformizmin 
üstünlüklərini olduqca tez dərk edirlər. 
Bəs sosial nəzarət cəmiyyətdə hansı funksiyalan yerinə yetirir? [197 - 198] 
Bəzi mənbələrdə sosial nəzarətin sabitləşdirici və məqsədli funksiyalarından bəhs edilir. Zənnimizcə, ikinci 
funksiya dəqiq ifadə olunmamışdır. Əslində məqsədidik sosial nəzarətin bütün təzahürlərinə, növlərinə xas olmaqla 
onun  istiqamətini  səciyyələndirir.  Bundan  əlavə,  məqsədidik  sabitləşdirici funksiyanın  məzmununu  da  əhəmiyyətli 
dərəcədə ifadə edir. 
Bəzi  mənbələrdə  isə  sosial  nəzarətin  mühafızəedici  və  sabitləşdirici  funksiyaları  göstərilir.  Zənnimizcə, 
məsələnin belə qoyuluşu daha məntiqlidir. Ona görə də bu funksiyalan bir qədər müfəssəl nəzərdən keçirək. 
Sosial  nəzarətin  mühafızəedici  funksiyası  məlum  sistemin  tarixən  şərtlənmiş  sosial-iqtisadi,  sosial-siyasi, 
sosial-hüquqi  xarakteristikalanndan,  onun  tarixi  inkişaf  prosesində  yerindən  asılıdır.  Sosial  nəzarətin  sabitləşdirici 
funksiyası isə hökmran sosial münasibətlərin, sosial strukturlann (qrup, sinif, dövlət) təkrar istehsalında təzahür edir. 
Sosial nəzarətin hər iki funksiyası bir-biri ilə sıx bağlıdır, bir-birini qarşılıqlı surətdə tamamlayır. Bu əlaqəni 
aydın  təsəvvür  etmək  üçün  belə  bir  sadə  misala  müraciət  edək.  Cəmiyyətdə  sosial  nəzarət  sistemi  vətəndaşların 
hüquqlannm reallaşmasını təmin edirsə, deməli, onların hüquqları qorunur, mühafizə edilir. Hüquqların qorunması isə 
cəmiyyətin  sabitliyini  təmin  edən  çox  mühüm  amillərdən  biridir.  Sabitlik  möhkəmləndikcə  hüquqlar  daha  da 
dolğunlaşmaq, real məzmun kəsb etmək imkanı qazanır. 
Məlum  olduğu  kimi,  hüquqlar  müvafiq  vəzifələrdən  ayrılmazdır.  Hüquqlar  insanm  nə  edə  biləcəyini 
müəyyənləşdirirsə, vəzifələr onun nə etməli olduğunu ifadə edir. Həm hüquqlar, həm də vəzifələr insanm davranışını 
müəyyən hüdudlarla məhdudlaşdırır. Hüquq vəzifəni, vəzifə isə hüququ nəzərdə tutur. Onlar bir- birindən ayn düşəndə 
sosial struktur deformasiyaya uğrayır. Məsələn, qədim dünyada qulun statusu ancaq vəzifələri nəzərdə tuturdu; onun 
demək olar ki, heç bir hüququ yox idi. Totaliar cəmiyyətlərdə hüquqlarla [198 - 199] vəzifələr qeyri-simmetrikdir: belə 
ki,  hökmdarın  və  yüksək  vəzifəli  şəxslərin  hüquqlan  maksimum  həddədir,  vəzifələri  isə  minimum  həddədir. 
Demokratik cəmiyyətlərdə isə hüquq və vəzifələr daha çoz simmetrikdir. Araşdırmalara əsasən demək olar ki, sosial 
strukturda hüquq və vəzifələrin nisbəti cəmiyyətin inkişaf səviyyəsinə fəal təsir göstərən amildir. Hüquqlar əslində 
«bəşəriyyətin  sivilizasiya  yolu  ilə  uzunmüddətli  və  mürəkkəb  hərəkətinin  nəticəsidir».'  Bu  prosesdə  vəzifələr  də 
dəyişilmiş, yeni məzmun kəsb etmişdir. 
Sosial nəzarət elə xüsusi mexanizmdir ki, o, hakimiyyət səlahiyyətlərindən istifadə etməklə ictimai nizamı 
təmin edir. Bu, çox mürəkkəb, çoxşaxəli bir prosesdir. Həmin prosesin normal cərəyanı hakimiyyətlə yanaşı, sosial 
normalara, sanksiyalara möhtacdır. 
Sosial nəzarətin  mühafızəedici  və  sabitləşdirici funksiyaların reallaşması sayəsində  adi  vətəndaşların həyat 
fəaliyyəti  təmin  olunur.  Sosial  nəzarət  instrumentləri,  metodları  son  dərəcə  rəngarəngdir:  münasibətlərin  təkbətək 
aydınlaşdırılması, psixoloji təzyiq, fiziki zorakılıq, iqtisadi məcburiyyət və s. Nəzarət metodları sərt, yumşaq, birbaşa 
(bilavasitə) və vasitəli ola bilər. Bu metodlann kəsişməsi də mümkündür: bir-başa sərt, birbaşa yumşaq, vasitəli sərt, 
vasitəli yumşaq. 
Sosial nəzarətin müxtəlif növlərinin, tiplərinin və formalanmn insana təsiri bir-birindən fərqlidir. Bu baxımdan 
görkəmli  sosioloq  P.  Bergerin  sosial  nəzarət  konsepsiyası  diqqəti  cəlb  edir.  P.  Bergerin  fikrincə,  insan  müxtəlif 
konsentrik dairələrin mərkəzində dayanır. Həmin dairələrin hər biri sosial nəzarətin yeni sistemidir, onun müəyyən 
növünü, tipini və formasını təmsil edir. P. Berger 5 dairə - 5 sistem müəyyənləşdirir: 
1-ci dairə - ən xarici və ən böyük dairə siyasi-hüquqi sistemdir. Bu sistem qüdrətli dövlət aparatı ilə təmsil 
olunmuşdur.  Onun  qarşısında,  demək  olar  ki,  hamı  gücsüzdür.  Dövlət  vergilər  toplayır,  vətəndaşlan  hərbi xidmətə 
çağırır, onları özünün sonsuz qaydalarına tabe olmağa məcbur edir, zəruri hesab etdikdə azadlıqdan, hətta həyatdan 
məhrum edir. [199 - 200] 
Mərkəzə - insana doğru irəlilədikdə 2-ci dairə - insana maksimum təzyiq göstərən ictimai əxlaqdır, adət və 
ənənələrdir.  Bizim  mənəviyyatımıza  əslində  hamı  nəzarət  edir:  polis,  valideynlər,  qohumlar,  tanışlar,  dostlar  və  s. 
Onlardan hər biri öz manerasına uyğun olaraq, öz səlahiyyətləri dairəsində sosial nəzarət instrumenti tətbiq edir. 
Yuxarıdakı  iki  dairəni  böyük  məcburiyyət  dairələri  adlandırmaq  olar.  Bu  dairələrdə  fərd  cəmiyyətin  digər 
üzvləri ilə birlikdə olur. 
' KpaBHeuKO A. H. CouHOJiorııa. M., 2005, c. 223. 
80 


Lakin nəzarətin kiçik dairələri ilə mövcuddur (3-5-ci dairələr). 3-cü dairə - peşə sistemidir. İnsan iş yerində 
çox-saylı  təlimatlarla,  peşə  vəzifələri  ilə,  məhdudiyyətlərlə  və  s.  ilə  üzləşməli  olur.  Onlar  insana  nəzarətedici  (çox 
zaman olduqca sərt) təsir imkanlarına malikdir. Məsələn, biznesmenlərə lizensiya verən təşkilatlar, işçi-peşə birlikləri, 
həmkarlar təşkilatlan nəzarət edirlər. Kolleqa və əməkdaşlar tərəfindən qeyri-formal nəzarətin müxtəlif üsullanm da 
buraya əlavə etməliyik. Peşə sistemi (peşə və vəzifə) əslində fərdin qeyri-istehsal həyatında nəyi edib- etməməsini də 
əhəmiyyətli dərəcədə həll edir. 
4-
 
cü dairə - sosial nəzarətin müstəqil sistemi olan ictimai mühitdir. Bu mühit uzaq və yaxın, tanış olmayan və 
tanış olan adamlan əhatə edir. Ətraf mühit insana öz tələblərini verir: bunlar hadisələrin geniş dairəsini əhatə edən 
yazılmamış  qanunlardır,  qeyri-formal  tələblərdir.  Bu  tələblər  geyinmək  və  danışmaq  manerasını,  estetik  zövqləri, 
siyasi və dini əqidələri, hətta özünü stol arxasında aparmaq manerasını da əhatə edə bilər. 
5-
 
ci, sonuncu dairə - ailə və şəxsi dostlar dairəsidir. Bu dairə fərdin xüsusi həyatının cərəyan etdiyi sahədir. 
Burada fərdə sosial, daha dəqiq desək, normativ təzyiq azalmır, əksinə, artır. Məhz bu dairədə fərd ən mühüm sosial 
əlaqələr qurur. Bu dairənin psixoloji yükü daha böyükdür. P. Berger qeyd edir ki, rəis sizi işdən çıxarıb, mövcudluq 
vasitələrindən  [200  -  201]  məhrum  edərsə,  bu,  xalis  iqtisadi  fəaliyyətdir.  Lakin  işdən  çıxanlma  evin  qadınının, 
uşaqların hissiyyatına təsir göstərərsə, həmin iqtisadi fəaliyyətin psixoloji nəticələri sarsıdıcı ola bilər. Nəzarətin digər 
sistemlərindən fərqli olaraq, yaxınların, ailənin təzyiqi elə məqamda üzə çıxa bilər ki, fərd ona hazırlıqlı deyildir. İşdə, 
nəqliyyatda, ictimai yerlərdə insan bir qayda olaraq, daha ehtiyathlıdır və təhlükəni qarşılaşmağa potensial surətdə 
hazırdır. Qeyd etdiyimiz sonuncu dairənin daxili hissəsini, özəyini qadınla kişi arasındakı intim münasibətlər təşkil 
edir. İnsan məhz intim münasibətlərdə özünün çox mühüm hisslərinə kömək axtarır. Bu əlaqələri qiymətləndirməmək 
özünü itirməklə risk etmək deməkdir. 
Konsentrik dairələrin mərkəzində olan insan öz vəziyyətini nəzərə alaraq, kimə güzəştə getməyi, kimə tabe 
olmağı,  kimi  yola  gətirməyi  və  s.  götür-qoy  edir  və nəhayət,  bu  qənaətə  gəlir ki,  cəmiyyət  özünün  bütün  əzəməti, 
qüdrəti ilə onu sıxır. Bu qənaət onun sonrakı fəaliyyətinin daha nizamlı, daha tarazlı olmasma kömək edir. 
Sosial  nəzarətin  məzmununun  və  funksiyalarının  nəzərdən  keçirilməsi  nəzəri-metodoloji  baxımdan 
əhəmiyyətli olan başqa bir problemi-sosial nəzarətin strukturunu araşdırmağı zəruri edir. 
2.
 
Sosial nəzarətin strnktnrn 
Sosial  nəzarət  insanların  davranışını  sosial  cəhətdən  tənzimləməyin  və  ictimai  qayda  yaratmağın  xüsusi 
mexanizmidir. Elmi ədəbiyyatı araşdırdıqda məlum olur ki, bu mexanizmin strukturu birmənalı izah edilmir. Bəziləri 
sosial nəzarəti dinamik model kimi nəzərdən keçirir və onun aşağıdakı ünsürlərini qeyd edirlər: 
-
 
fərd; 
-
 
sosial birlik (qrup, sinif, cəmiyyət); 
-
 
fərdi (nəzarət olunan) fəaliyyət; [201 - 202] 
-
 
sosial (nəzarətedici) fəaliyyət. 
Zənnimizcə, bu struktura müəyyən dərəcədə haqq qazandırmaq olar. Çünki sosial nəzarət əslində fərdin, sosial 
qrupun və onlann rəngarəng fəaliyyətinin zəminində bütöv, dinamik sistem kimi çıxış edə bilir. Lakin sosial nəzarətin 
belə başa düşülməsində müəyyən natamamlıq hiss olunur. Belə ki, əwala, həm fərd, həm də sosial qrup sosial nəzarətin 
subyekti ola bilər. İkincisi, həm fərdi fəaliyyət, həm də sosial fəaliyyət nəzarət olunan və nəzarətedici xarakter kəsb edə 
bilər. Başqa sözlə, fərdi fəaliyyət heç də həmişə nəzarət olunan fəaliyyət, sosial fəaliyyət isə heç də həmişə nəzarətedici 
fəaliyyət deyildir. Konkret situasiyalarda vəziyyət dəyişə, başqalaşa bilər. 
Görünür müəlliflər təklif olunan strukturun natamamlığmı hiss edərək, iki məqamın nəzərə ahnmasmı vacib 
sayırlar: 
Birincisi,  fərdi  fəaliyyətlə  sosial  fəaliyyətin  qarşılıqlı  münasibəti  məsələsidir.  Müəlliflərin  fikrincə,  fərdi 
fəaliyyətlə  sosial  fəaliyyətin  qarşılıqlı  münasibəti  nəzarətolunan  və  nəzarətedici  fəaliyyət  kimi  başa  düşülsə  də, 
qarşılıqlı  təsir  prosesinin  xüsusiyyəti  nəzərə  alınmalıdır.  Başqa  sözlə,  həmin  münasibət  müqabil  əlaqəsi  olmayan 
biristiqamətli  nəzarət  kimi  başa  düşülməməlidir.  Sosial  nəzarətedici  fəaliyyət  aktı  fərdi  nəzarətolunan  davranışa 
reaksiya kimi sosial nəzarət sisteminə qoşularaq, öz növbəsində sosial stimul funksiyasını yerinə yetirir (bu pozitiv və 
ya  neqativ  ola  bilər),  fərdi  fəaliyyətin  sonrakı  aktlarının  xarakterini  irəlicədən  müəyyən  edə  bilər.  Nəticədə  fərdi 
fəaliyyət aktlan sosial fəaliyyətə reaksiya kimi çıxış edir. 
İkincisi,  sosial  nəzarət  sistemi  ünsürlərinin  qarşılıqlı  təsirinin  sosial-psixoloji  xarakterli  bir  sıra  mühüm 
xarakteristikalardan  asılı  olmasıdır.  Həmin  xarakteristikalar  sırasma  ilk  növbədə  sosial  persepsiya,  qavrayış 
ustanovkası aid edilir. E}mi bir sosial reallığı fərd (fərdi persepsiya) və sosial qrup (qrup persepsiyası) məhz həmin 
prizmadan qavrayır. Situasiyanın qiymətləndirilməsi və qavramanın xarakteri [202 - 203] əsasında fərdin və müvafiq 
sosial qrupun özünüqİ5mıətləndirməsi formalaşır. 
Elmi ədəbiyyatda sosial nəzarətin strukturunun 3 başlıca ünsürdən ibarət olması fikri geniş yayılmışdır: 
1. hakimiyyət
81 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə