Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə46/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   73

istiqaməti və məzmunu məlum sosial sistemin tarixən şərtlənmiş sosial-iqtisadi, siyasi, mənəvi-ideoloji, əxlaqi və digər 
sosial-mədəni xarakteristikalanndan asılıdır. 
Sosial  nəzarət  fərdlərin  davramşma  cəmiyyət  tərəfindən  nizamlayıcı  təsirlərin  daha  ümumi  sisteminin  bir 
ünsürüdür. Bu təsir formasının fərqləndirici xüsusiyyəti nizamlılıq, formallaşdınima, fərdə verilən tələbələrin qətdiyi, 
normativliyi,  sanksiyalarla  təminatıdır.  Sosial  nəzarət  sistemi  sosial  normalardan  istifadə  edir;  həmin  normalar 
ideologiyada, fəlsəfi-etik baxışlarda, bədii yaradıcılıqda və s. öz əksini tapır. [194 - 195] 
Sosial nəzarət sistemi bir sıra Qərb sosioloqlannm əsərlərində aqressiv davranış üzərində nəzarət vəzifəsi ilə 
əlaqədar  nəzərdən  keçirilir.  Bu  cür  nəzarət  fərdin  sosiallaşması  kimi  ümumi  prosesin  bir  hissəsi  olaraq  araşdırılır. 
Aqressiv davranış problemi isə öz növbəsində daha geniş problemə - kənaraçıxan (deviant) davranış probleminə daxil 
edilir. Belə yanaşma sosial nəzarətin yaranmasının sosial-mədəni dinamikasını aşkara çıxarmaq cəhdləri ilə bağlıdır. 
Əslində  sosial  nəzarət  problemi  daha  çox  yığnaq  psixologiyasına  dair  əsərlərdə,  kortəbii  qrup  davranışı  üzərində 
nəzarət metodlarının işlənib hazırlanması ilə əlaqədar olaraq öyrənilir. Bu halda ustanovkalarm tədqiqinə, qeyri-formal 
qrupların nəzarətedici roluna və s. xüsusi diqqət yetirilir. Bu qəbildən olan tədqiqatlarda fərdə sosial nəzarətin obyekti, 
sosial struktur təşəkküllərinə isə nəzarətedici və məcburedici qüvvə rolu aynlır. Sosial nəzarət mexanizmi barəsində 
belə  təsəvvür  birtərəflidir.  Əslində  sosial  nəzarət  prosesində  fərdlə  cəmiyyət  öz  arasında  toqquşur.  Lakin  onların 
qarşılıqlı  təsiri  olduqca  mürəkkəb  xarakter  daşıyır;  fərdi  keyfiyyətlərin  sosial  standartlara  sadəcə  «bənd  edilməsi» 
məsələyə dərindən nüfuz edilməməsini sübut edir. 
Ölkədə hər bir şeyin öz axan ilə getməsi üçün insanlar müəyyən qaydalara əməl etməlidirlər. Sosial nizam ən 
azı  adamlann  əksəriyyəti  tərəfindən  ümumi  normalara  əməl  olunmasmı  tələb  edir.  Sosial  nizam  olmasa,  insanlann 
qarşılıqlı fəaliyyəti əsil problemə çevrilər, onlann gözləmələri isə mənasızlaşardı. Cəmiyyət öz üzvlərinin fəaliyyətinin 
uyğunluğuna əsaslı sosial normalarla sosial nəzarətin köməyi ilə təminat verməyə çalışır. Bəs sosial nəzarət necə başa 
düşülməlidir?  Sosial  nəzarət  «cəmiyyət  hüdudlarmda  insanlann  davranışını  müəyyən  edən  metodlar  və 
strategiyalardır.' 
Nəzərə  almaq  lazımdır  ki,  sosial  nəzarətin  mahiyyəti  və  rolu  müxtəlif  tədqiqatçılar  tərəfindən  birmənalı 
qiymətləndirilmir.  [195  -  196]  Məsələn,  funksionalistlər  sosial  nəzarətin  hər  şeydən  əvvəl  5uridik  aktlarda  ifadə 
olunduğunu vurğulayır, onu labüd tələb kimi nəzərdən keçirirlər; sosial nəzarət olmazsa, cəmiyyətin salamat qalması 
və  yaşaması  mümkün  deyildir.  Əgər  əhali  ictimai  davranış  standarüarma  əməl  etməkdən  imtina  etsə,  institusional 
sistemin  fəaliyyəti  pozular,  dağılıb  gedər.  Bu  səbəbdən  funksionalistlər  xaosu  səmərəli  sosial  nəzarətin  alternativi 
hesab edirlər. Konflikt nəzəriyyəsinin tərəfdarlan isə qeyd edirlər ki, sosial nəzarət hakimiyyətdə təmsil olunan sosial 
qrupların mənafeləri naminə cəmiyyətdəki bütün digər qrupların ziyanına olaraq həyata keçirilir; həm də bu zaman heç 
bir sosial struktur neytral mövqedə qala bilməz. Ona görə də vəzifə mühafizə üçün sosial nəzarət metodlarından və 
instrumentlərindən  istifadə  etməklə  institusional  strukturlara  sosial  həyatın  nemətlərini  və  imkanlarını  ədalətsiz 
bölüşdürməyə şərait yaradan mexanizmləri aşkar etməkdən, optimal addımlar atmaqdan ibarətdir. 
Sosial həyatda sosial nəzarət proseslərinin üç əsas tipi fəaliyyət göstərir: 
1.
 
Fərdləri öz cəmiyyətinin normativ gözləmələrini intemalizasiya etməyə sövq edən proseslər
2.
 
Fərdlərin sosial təcrübəsini təşkil edən proseslər; 
3.
 
Müxtəlif formal və qeyri-formal sosial sanksiyalar tətbiq edən proseslər. 
Məlum  olduğu  kimi,  cəmiyyət  üzvləri  fasiləsiz  surətdə  sosiallaşma  prosesini  keçirirlər.  Onlar  bu  proses 
sayəsində təfəkkürün, hiss və davranışın elə sistemlərini mənimsəyirlər ki, onlar məlum cəmiyyətin mədəniyyəti üçün 
xarakterikdir. Uşaq yaşlarmda digər adamlann gözləmələrinə uyğunluq hər şeydən əvvəl xarici nəzarət proseslərinin 
məhsuludur. Yaşa dolduqca insanın davranışı getdikcə daha artıq dərəcədə daxili tənzimləyicilərlə idarə olunur. Bu 
tənzimləyicilər çox funksiyalar yerinə yetirirlər, halbuki onlar əvvəllər-uşaq yaşlannda xarici nəzarət mexanizmləri 
vasitəsilə yerinə [196 - 197] yetirilirdi. İntemalizasiya prosesi belə baş verir: fərdlər cəmiyyətdə üstün olan davranış 
standartlanm öz şəxsiyyətinə «hopdumrlar». İnsan bu standarüan çox zaman düşünmədən, müəyyən suallar vermədən, 
qeyd-şərtsiz  özünün  «ikinci  naturası»  kimi  qəbul  edir.  İnsan  qmpun  həyatına  daha  dərindən  nüfuz  etdikcə,  qmpun 
qayğılan ilə «yükləndikcə» özü haqqında müəyyən təsəvvürlər işləyib hazırlayır; bu təsəvvürlər onu davranışını qmpun 
normalarına müvafiq surətdə nizamlayır. Qmp üzvlərinin etdiyini etməklə o, öz identikliyini əldə edir. Qmp onun öz 
qmpuna çevrilir; o, qmpun normalarmı öz normalan kimi qəbul edir. Beləliklə, sosial nəzarət özünənəzarətə çevrilir. 
Fərdi təcrübənin formalaşmasında və təkamülüdə sosial institutların özünəməxsus yeri vardır. Bir qayda olaraq 
insan  mövcud  reallıq  haqqında  öz  təsəvvürünü  sosial  problemlərin  təsiri  altında  işləyib  hazırlayır.  Bu  təsəvvürün 
alternativləri ilə cəmiyyət tərəfindən formula edildiyi tərzdə qərarlaşır. İnsan demək olar ki, xeyli məhdud bir aləmdə 
yaşayır və fəaliyyət göstərir. Başqa sözlə, o, özünün məlum mədəniyyətlə şərtlənmiş sosial 
‘ВолаковЮ. Г. Добренаков В. И. Нечипуренко В. Н. Попов А. В. Социология. М., 2005, с. 196. 
79 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə