Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə44/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   73

 
Xarici mühit 
TƏŞICİLAT SOSİAL STRUKTUR 

I TEXNOLOGİYA 




İŞTİRAKÇILAR 
C.^v3İ L 
Göründüyü kimi, sosial struktur istənilən təşkilatın mərkəzi elementidir. O, təşkilatın iştirakçıları arasındakı 
qarşılıqlı münasibətlərin tənzimləyicisi kimi çıxış edir. Bu məsələ ilə bağlı ədəbiyyatda müxtəlif baxışlar mövcuddur. 
Onlardan K.  Devisin  mövqeyi  daha  orijinaldır.  O, hesab edir  ki, insan  cəmiyyətində ikiqat  reallıq  adlana  bilən  bir 
sistem mövcuddur: bir tərəfdən sual yaradan normativ sistem, digər tərəfdən isə sual yaradan faktiki qaydalar. Hər bir 
fərd  çoxsaylı  qaydalar,  qadağalar  və  icazələrlə  əhatə  olunmuşdur.  Onlar  ictimai  həyatı nizamlamaq  üçün zəruridir. 
Lakin həmişə qaydalar üzrə yaşamaq sadəcə olaraq mümkün deyildir. Bizim həyatımız müəyyən qədər qaydalardan 
kənara çıxmağa istiqamətlənir. 
Təşkilatın  strukturunda  mühüm  ünsürlərdən  biri  də  məqsədlərdir.  Belə  ki,  təşkilatlar  müəyyən  məqsədləri 
həyata keçirmək üçün yaradılır; onların fəaliyyəti də hər şeydən əvvəl, öz məqsədlərinə nail olub-olmamasına görə 
qiymətləndirilir. Bununla yanaşı, məqsədlər təşkilatın əsl məramının anlaşılmasında mühüm amillərdən biridir. Bəzi 
tədqiqatçılar  belə  hesab  edirlər  ki,  məqsədlər  təşkilati  davranışın  təhlilində  xüsusilə  zəruridir,  başqaları  isə  əksinə, 
onlann əhəmiyyətini kiçiltməyə çalışırlar. [184 - 185] 
Ümumilikdə  götürdükdə  təşkilatın  məqsədlərini  5diksək  qİ5mıətləndirən  mövqe  daha  geniş  yayılmışdır. 
Məqsəd təşkilatın əldə etməyə çalışdığı əsas nəticə hesab olunur. Fərdlərin birgə fəaliyyəti onlarda müxtəlif səviyyəli 
və məzmunlu məqsədlər yaradır. Təşkilati məqsədlərin qarşılıqlı surətdə əlaqəli olan üç növü vardır: məqsəd-vəzifə, 
məqsəd-istiqamət və məqsəd-sistem. Birinci daha yüksək səviyyəli təşkilat tərəfindən verilən və təşkilatın təyinatını 
əks etdirən proqramlar, planlar və tapşmqlardır. Bu məqsədlər prioritet əhəmiyyət kəsb edir. Onların əldə olunması 
səviyyəsi  təşkilatın  fəaliyyətinin  uğurluluğunun  əsas meyan  kimi  qiymətləndirilir. Məsələn,  məktəbdə  dərs  demək, 
xəstələrin  xəstəxanaya  qəbulu  və  müalicəsi  müvafiq  təşkilatlar  mövcudluğunun  mənasını  müəyyən  edən 
məqsəd-vəzifələrdir.  Məqsəd-istiqamətlər  iştirakçıların  ehtiyac  və  maraqlarının  ödənilməsi  ilə  bağlı  olan,  eləcə  də 
təşkilat tərəfindən reallaşdınlan xüsusi məqsədlərdir. Buraya kollektivin ümumi məqsədi ilə yanaşı, həm də təşkilatın 
hər bir üzvünün konkret məqsədi daxil olur. Nəhayət, məqsəd-sistemlər təşkilatın bütövlüyünün, sabit fəaliyyətinin, 
inteqrativ  keyfiyyətlərinin  təmin  edilməsi  zərurətindən  irəli  gələn  məqsədlərdir.  Sistem  kimi  götürülən  təşkilata 
məqsədləri məqsəd-vəzifə və məqsəd -istiqamətlərlə üzvi şəkildə qarşılıqlı əlaqədədir. 
Sosial təşkilata üzvləri və ya iştirakçılar hər bir təşkilatın mühüm tərkib hissələridir. Onlar təşkilatın sosial 
strukturunda müəyyən mövqe tutur və müvafiq sosial rol yerinə yetirirlər. Bunun üçün zəruri keyfiyyət və vərdişlər 
toplusuna  malik  olurlar.  Bu  fərdlərin  potensialmm  birləşdirilməsi  nəticəsində  yüksək  nailiyyətlər  əldə  etmək 
mümkündür. 
Qeyd  olunmalıdır  ki,  hər  bir  təşkilat  müəyyən  mənada  süni  xarakter  daşıyrr,  yəni  o  insanlar  tərəfindən 
yaradılır. Buna görə də onun strukturunu və texnologiyasını daim təkmilləşdirməyə ehtiyac vardır. Bu, qeyri-formal 
səviyyədə  və  ya  özünüidarə  səviyyəsində  təşkilat  üzvlərinin  hərəkətlərinə  effektiv  nəzarəti  çətinləşdirir.  Odur  ki, 
təşkilata fəaliyyətinin [185 - 186] elmi surətdə idarə edilməsi ən ciddi və zəmri problemlərdən biridir. 
3.
 
Sosial təşkilatların formal və qeyri-formal növləri 
Müxtəlif təşkilatlar adətən bu və ya digər fəaliyyət və ya xidmət növünə görə ixtisaslaşırlar. Bu öz növbəsində 
on-lann arasında funksiyalarm dəqiq bölgüsünü zəmri edir. Həmin əsasda texnoloji əlamətlərə görə təşkilati strukturlar 
yaradılır ki, onlar da müəyyən funksiyaları yerinə yetirirlər. Sosiologiyada belə stmkturlar üfüqi stmkturlar adlandırılır. 
Əməyin funksional bölgüsünə əsaslanan təşkilatlar formal təşkilatlar adlanır. Onlara aşağıdakı xüsusiyyətlər xasdır: 
1.
 
Onlar rasionaldır (onlann fəaliyyətinin əsasında məqsədəuyğunluq dumr). 
2.
 
Onlann daxilində insanlarm münasibətləri əsasən xidməti səciyyə daşıyır. 
3.
 
Məqsədlər ancaq funksional məqsədlərdir (yəni bilərəkdən birqiymətlidirlər). 
75 


Formal  təşkilatın  əsas  funksiyası  fərdləri  kollektiv  əməyin  vasitələri  və  məqsədləri  ilə  birləşdirməkdir.  Bu 
xüsusiyyətlər onlara aşağıda göstərilən məsələləri uğurlu həll etməyə imkan verir (bunu müəyyən dərəeədə onlann 
üstünlükləri hesab etmək olar): 
1.
 
İnsanlann  fəaliyyətinin  və  təşkilatın  struktur  elementlərinin  müxtəlifliyindən  irəli  gələn  çatışmazhqlan 
məhdudlaşdırmaq yolu ilə səmərəliliyin artırılması. 
2.
 
Vahid bir orqanizm kimi bütövlü5din təmin edilməsi. Formal sosial təşkilatı insanlann sosial mühəndislik 
sahəsində çox qiymətli və qədim ixtiralanndan biri hesab etmək olar. Formallaşdırma sosial münasibətləri rəsmi 
sənədlərdə, qanunlarda, təlimatlarda təsbit olunmuş normalar və qaydalann köməyi ilə bir növ sadələşdirir. Bu isə 
insanlann, sosial birliklərin və qruplann davranışında gözlənilən problemləri qabaqcadan müəyyən dərəcədə həll 
etməyə və səmərəli təşkilatlar yaratmağa imkan verir. 
Sosial təşkilata formal struktum bölmələr və işçi yerlər arasındakı qarşılıqlı əlaqə və münasibətləri bir sıra 
nizamlayıcı sənədlərdə təsbit edir. Onlar qanuniləşdirilmiş tələblər, standartlar, nümunələr və davranış normalannm 
məcmusudur. Burada bütün işçilərin statusu, vəzifə və rol bölgüsü dəqiq şəkildə müəyyən olunur. Deyilənlərdən aydm 
olur  ki,  formal  struktura  malik  təşkilatlar  bütün  əsas  münasibətlərin  qayəsini  (məğzini)  təşkil  edir,  onlarda  sosial 
qaya-qanunun qərarlaşmasma səy göstərir. 
Bütün müasir formal təşkilatlar öz mahiyyətinə görə müəyyən qədər bürokratik xarakter daşıyır. Bu məsələ ilə 
bağlı ideal bürokratik təşkilatın M. Veber tərəfindən verilən xarakteristikasını nəzərdən keçirək. 
1.
 
Təşkilatın hər bir hissəsinin məqsəd və vəzifələri aydm  müəyyənləşdirilmiş olur. Onun qarşısmda duran 
məqsədlərə çatmaq üçün zəruri olan bütün fəaliyyət ən sadə əməliyyatlara qədər dəqiqləşdirilir. Bu 5Üiksək dərəcədə 
ixtisaslaşmaya imkan yaradır. İxtisaslaşma isə peşəkarlığın artmasına kömək edir və personalı (işçi heyətini) onlann 
keyfiyyətinə görə seçmək mümkün olur. 
2.
 
Təşkilat  iyerarxiya  prinsipləri  üzərində  qurulur,  yəni  mövqelər  və  vəzifələr  hakimiyyətin  çoxmərhələli 
strukturu şəklində təşkil olunur. Adətən belə iyerarxiya piramida formasında çıxış edir. Bu piramidada hər bir vəzifəli 
şəxs yuxanda duranlar qarşısında həm özünün şəxsi qərarlan və hərəkətləri, həm də onun tabeliyində olanlann qərarlan 
və  hərəkətləri  üçün  məsuldur.  Digər  tərəfdən  o,  özündən  aşağıda  olanlar  üzərində  hakimiyyətə  malik  olur.  Bu 
hakimiyyətin həcmi və hüdudlan dəqiq surətdə müəyyənləşdirilir. 
3.
 
Vəzifəli şəxslərin qərarlan və hərəkətləri formal şəkildə təsbit olunmuş qayda və təlimatlar sistemi ilə idarə 
olunur. Belə inzibati təşkilatlarda fəaliyyət bu ümumi təlimatlann konkret hallara (situasiyalara) tətbiqi deməkdir. [187 
- 188] Təlimatlar fəaliyyətdə müəyyən yeknəsəqlik yaratsa da, bütövlükdə hakimiyyət strukturu ilə birgə fəaliyyətin 
müxtəlif növlərini əlaqələndirməyə, təşkilatın sabitliyini təmin etməyə imkan verir. 
4.
 
Formal təşkilat xüsusi inzibati heyətə malikdir. Onun vəzifəsi təşkilata normal işini, hər şeydən əvvəl onun 
rabitə  kanallannın  fəaliyyətini  təmin  etməkdir.  Əgər  istehsal  heyəti  əsas  məqsədlərə  çatmaqda  birbaşa  (bilavasitə) 
iştirak edirsə, inzibati heyət bu işdə yalnız vasitəli (bilvasitə), yəni təşkilata fəaliyyətinin təmin olunmasına yardım 
göstərmək yolu ilə iştirak edir. 
5.
 
Vəzifəli  şəxslər  müştərilərlə  və  digər  vəzifəli  şəxslərlə  təmaslannda  şəxssizlik  yönəmini  rəhbər 
tutmalıdırlar. Hər bir əməkdaş bütün şəxsi mülahizələrini kənara qoymalı və tam emosional qərəzsizlik mövqeyində 
dayanmalıdır. Tabeliyində olanlarla da məhz bu cür davranmaq zəruridir. Münasibətlərin belə rəsmi olmasının səbəbi 
iyerarxik  səviyyələr,  vəzifəli  şəxslər  ilə  onlann  müştəriləri  arasında  sosial  məsafənin  qorunub  saxlanılmasının 
zəruriliyidir. 
6.
 
Təşkilat  tərəfindən  əməkdaşlann  muzdla  tutulması  onlann  xidmət  üzrə  irəli  çəkilməsini  nəzərdə  tutur. 
Böyüklüyə və ya uğurlu fəaliyyətə görə irəliyə çəkilmə sistemi mövcud olmalıdır. Muzdla tutulma siyasi, ailə və digər 
əlaqələrə deyil, fəaliyyətdəki keyfiyyətlərə əsaslanır. Adətən vəzifəli şəxslər vəzifələrə seçilmirlər, onlar təyin edilirlər. 
Buna görə də onlar hər hansı qrupdan yox, yuxan pillədə duran rəislərdən asılı olurlar. Qulluqçular işdən əsassız olaraq 
azad edilməkdən mühafizə olunmalıdırlar. 
M. Veber hesab edirdi ki, formal strukturun bu cəhətləri təşkilatın yüksək səmərəliliyini təmin edə bilər. Başqa 
sözlə,  formal  struktur  səmərəlilik  (rasionallıq)  prinsipləri  üzərində  qurulmalı,  şəxssizlik  münasibətlərini 
möhkəmləndirməli və ilk növbədə yuxandan aşağıya idarəetmə təsirlərinin həyata keçirilməsinə yönəlməlidir. 
Peşəkarlığın artması və informasiya texnologiyalannm |188 - 189] inkişafı prosesləri müasir formal təşkilatın 
fəaliyyətinə müsbət təsir göstərir. Yüksək ixtisaslı mütəxəssislər avtoritetlər iyerarxiyasına bağlanmırlar, adətən orta 
ixtisaslı  işçilərdən  daha  çox  səlahiyyətə  malik  olurlar.  Təbii  ki,  bu  hal  bürokratik  iyerarxik  strukturun  bürokratik 
təbiətini  aradan  qaldınr  və  daha  çevik  idarəetmə  sisteminin  yaranmasına  səbəb  olur.  Bundan  əlavə,  informasiya 
texnologiyalan aşağı ixtisaslı işçiləri sıxışdırıb çıxanr və onlann gördüyü işlərin bir hissəsini maşınların öhdəsinə verir. 
Buna  görə  əminliklə  demək  olar  ki,  əgər  mexanikləşdirmə  standartlaşmaya  doğm  apanrsa,  informasiyalaşdırma 
təşkilatın çevikliyinə doğru apanr. 
Formal  strukturdan  fərqli  olaraq,  qeyri-formal  struktur  aşağıdan  başlayaraq  yuxanya  istiqamətlənməklə 
qurulur və hər şeydən əvvəl, öz-özünə təşkil proseslərinin nəticələrini təsbit edir (möhkəmləndirir). O, işçilərin 
76 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə