Sosial nəzarətin strukturunun üçüncü ünsürü sanksiyalardır. Sanksiyalar insanlann sosial normalara riayət
etməsini stimullaşdıran mükafatlandırma və cəzalandırma vasitəsidir.
Etiraf etməliyik ki, sanksiya sözünü işlədəndə adətən daha çox onun neqativ aspektinə diqqət yönəlir. Halbuki
5mxanda qeyd etdiyimiz kimi, sanksiyalar təkcə cəzanı (neqativ [208 - 209] aspekti) yox, həm də mükafatlandırmanı
(pozitiv aspekti) nəzərdə tutur. Sanksiyalar sosial normaların qoruyucularıdır. Diqqət yetirsək, görərik ki, normalar
həm dəyərlər, həm də sanksiyalar tərəfindən müdafiə olunur.
Sosial sanksiyalar bütöv, çoxşaxəli sistemdir. Bu sistem normaların
yerinə yetirilməsi üçün, yəni konformizm
üçün (onlarla razılaşma) mükafatlan, normalardan kənara çıxmaya görə, yəni deviantlığa görə cəzalan nəzərdə tutur.
Konformizm (latınca conformis - oxşar, uyğun deməkdir) üçün uyğunlaşma, mövcud qaydalan, hökmran
rəyləri passivcəsinə qəbul etmək, öz mövqeyinin olmaması, ən güclü təzyiq qüvvəsinə malik istənilən nümunəyə
qeyritənqidi yanaşma xarakter cəhətdir. Bu halda şəxsiyyət qmpun real və ya təsəvvür olunan təzyiqinə itaətkarlıq
göstərir. Lakin unutmaq olmaz ki, konformizm ümumən qəbul edilmiş qaydalarla zahiri razılıqdır. İnsan daxilən həmin
qaydalarla Razılaşmaya bilər, bu barədə heç kəsə məlumat verməyə bilər. Konformizm sosial nəzarətin məqsədi ola
bilər, lakin o, sosiallaşmanm məqsədi deyildir. Çünki sosiallaşma ümumən qəbul edilmiş normalarla daxili razılaşmanı,
onlann «qəbul olunmasını» nəzərdə tutur. Deviantlıq (latmca deviatio - kənara çıxma deməkdir) məlum cəmiyyətdə
ümumən qəbul edilmiş normalan və qaydalan pozan davranışı ifadə edir. Göründü5di kimi, hər iki davranış tərzi
normalarla bilavasitə bağlıdır.
Sosial sanksiyalar sosial nəzarət sistemində çox mühüm rol 05mayır. Ozü-özlüyündə normalar heç nəyə
nəzarət etmir. Normalara əsaslanmaqla adamlann bir qismi digərinin davranışına nəzarət edir. Normalara əməl
olunması, habelə sanksiyalann yerinə yetirilməsi bizim davranışımızı məqbul məcraya yönəldir. Bizim hər birimiz
yaxşı bilirik ki, mühüm elmi kəşf üçün rəsmi mükafat, ağır cinayət əməli üçün həbs gözlənilir.
Biz başqa bir adamdan
müəyyən hərəkət gözləyəndə ona ümüd edirik ki, o, təkcə mövcud normanı yox, həm də onun yerinə yetirilməsi (yerinə
yetirilməməsi) [209 - 210] üçün müvafiq sanksiyanı da bilir.
Deməli, normalar və sanksiyalar vahid bir tam halında birləşmişdir. Hər hansı bir normanı müşayət edən
sanksiya yoxdursa, onda norma şüara, dəvətə, çağınşa çevrilir, real davranışı nizamlaya bilmir. Bu halda norma sosial
nəzarət ünsürü olmaqdan qalır.
Sosial sanksiyaların tətbiqində spesifik məqamlar mövcuddur. Elə hallar olur ki, sanksiyalann tətbiqi kənar
şəxslərin iştirakını tələb edir. Elə hallar da olur ki, buna ehtiyac qalmır. Sanksiyalann tətbiqi baxımından spesifik şəraiti
aydın başa düşmək üçün iki situasiyanı müqayisə etmək kifayətdir:
1-
ci situasiya - işçi başqa bir müəssisədə daha münasib işə getmək istəyir. O, ərizə ilə müdiriyyətə müraciət
edir, ilkin sərəncam və ya əmr hazırlanır. Həmin işçinin işdən çıxması müəssisənin (təşkilatın) kadrlar şöbəsi tərəfindən
rəsmiləşdirilir.
2-
ci situasiya - müəyyən cinayət əməli üçün həbs. Bu situasiya ilkin istintaqı, məhkəmə dinləmələrini, yuxan
instansiyalara verilmiş şikayətlərə baxılmasını və nəhayət, son qərar qəbul olunmasını nəzərdə tutur. Başqa sözlə, bu
situasiya uzunmüddətli mürəkkəb proseduranı şərtləndirir.
Sanksiyalara və onlann tətbiqinə aid olan bəzi məqamları xüsusi qeyd etməyə ehtiyac vardır.
Əvvəla, insanın özünün özünə sanksiyalar tətbiq etməsi heç zaman baş vermir. İnsan müəyyən hadisə və
prosesi daxilən təhlil edərək müəyyən qənaətə gəlir: özünü ya təqsirli bilir, ya da təqsirsiz hesab edir. Həmin qənaət
özünə münasibətdə sanksiya tətbiqi ilə nəticələnmir.
Sanksiyalann tətbiqi insanın özünə doğru istiqamətlənmişsə, daxili təhlil apanlırsa, belə nəzarət formalanm
özünənəzarət adlandırmaq daha düzgün olardı.
İkincisi, qrup vərdişlərini pozanlara tətbiq edilən sanksiyalar az sayda adamlann olmasını tələb edir. Bu işə
çoxsaylı adamlann cəlb olunması nəzarətin təsirliliyini zəiflədə [210-211] bilər, lüzumsuz səs-küy doğura bilər.
Beləliklə, sanksiyalann fəal, qüdrətli təsir, nəzarət imkanlan vardır. Həmin imkanlardan düzgün, vaxtında və
səmərəli istifadə olunmalı, konkret vəziyyət diqqətlə, hərtərəfli araşdınimahdır.
3.
Sosial nəzarət metodları
Cəmiyyətin, sosial qruplann, müxtəlif sosial təşkilatlann sabitliyi belə sosial təşəkküllərin üzvlərinin optimal
qarşılıqh təsirlərini təmin edən xüsusi mexanizmin - sosial nəzarət mexanizminin xarakterindən və səmərəliliyindən
asılıdır. İnsanlann bu cür təşəkküllərdə birləşməsi iki prinsipial məqamın təsiri altında baş verir.
Birincisi, obyektiv amildir. Bəşəri mövcüdluğun fundamental tələbatlan sosial praktikanın müxtəlif növlərinin
həyata keçirilməsi prosesində səylərin, hərəkətlərin birləşdirilməsini, əlaqələndirilməsini zəruri edir. Bu amilin
reallaşması labüddür; onun dərk olunub-olunmaması labüdlüyü aradan qaldırmır.
İkincisi, subyektiv amildir. Bu, müxtəlif sosial praktika növlərinə, sosial təşkilat formalarına cəlb olunmuş,
qoşulmuş insanlar sayəsində kəsb edilən mənadır, xarakterdir.
84
Qeyd edilən hər iki amilə müvafiq surətdə istənilən sosial təşkilata xas olan nəzarət mexanizmindən bəhs
etmək mümkündür. Bu mexanizm fərdləri ictimai, ümumqrup məqsədlərinə tabe edir, cəmiyyət hüdudlarında onların
birliyini qoruyub saxlayır; sosial dəyərlərdən və normalardan ibarət olan spesefik sistem tətbiq edir, onu müdafiə edir,
həmin normaların qrup, cəmiyyət üzvləri tərəfindən mənimsənilməsini təmin edir, onlara riayət olunmasını
mükafatlandırır, onların tələblərindən kənara çıxma hallannın qarşısını alır. Sosial nəzarət mexanizminin mənası və
əsas funksiyası da bundadır. Sosial təşəkküllərin, strukturlann obyektiv-subyektiv [211 - 212] xarakteri məhz burada
təzahür edir. Sosial nəzarət obyektiv cəhət kimi çıxış edir: o, istənilən sosial təşəkkülün labüd surətdə meydana çıxan
elementidir. Sosial nəzarət həm də şüurlu surətdə formalaşdırılmış, tətbiq olunmuş, qərarlaşmış formadır. Söhbət
birinci halda qeyri-formal, ikinci halda isə formal sosial nəzarət haqqında gedir.
Formal sosial nəzarət dövlət tərəfindən qanunvericilik qaydasında icazə verilən fəaliyyətlərin
stimullaşdıniması, qadağan olunan fəaliyyətlərin müəyyənləşdirilməsi və onların müqabilində sanksiyalar tətbiqi yolu
ilə həyata keçirilir. Formal nəzarət həm də elə sosial strukturlarda həyata keçirilir ki, qəbul olunmuş normalara əməl
edilməsi normativ aktlarla (nizamnamə, təlimatlar, əsasnamə və s.) və müvafiq sanksiyalarla təmin edilir. Formal sosial
nəzarət, onun yaradılması və həyata keçirilməsi sosial qarşılıqlı təsirlərin rasional təşkili prosesinin nəticəsidir. Formal
sosial nəzarətin agentləri dövlət hakimiyyəti orqanlarına səlahiyyəti olanlardır, bütün hakimiyyət strukturlarıdır.
Onların fəaliyyəti müvafiq qaydalarla müəyyən edilmişdir. Sanksiyalar cinayət məsuliyyəti, inzibati tədbirlər və
intizam tənbehləri formasında olur.
Formal sosial nəzarətin səmərəliliyi məlum dövlət hakimiyyətinin və səlahiyyətli müvafiq strukturlann
legitimlik dərəcəsinə birbaşa mütənasibdir. Bu səmərəliliyin tabe, ikinci dərəcəli şərtləri sırasma müvafiq sanksiyalann
sərtliyi, cəzanın ağırlığı və onun real tətbiqinin dönməzliyi dərəcəsi aid edilə bilər.
Qeyri-formal sosial nəzarət isə qarşılıqlı təsirlərin özünütəşkilinin nəticəsidir. Onun funksiyası da sosial
qarşılıqlı təsirlərin normativ nizamlanmasıdır. Lakin unudulmamalıdır ki, belə nəzarət üçün seçilən normaların
məzmunu formalaşdırılmamışdır; həmin
normalar sosial qruplarda, birliklərdə kortəbii surətdə meydana gəlir, onların
üzvlərinin davranışında məhz belə sosial təşəkküllər üçün xarakterik olan sanksiyalann tətbiqi təhlükəsi altında təkrar
istehsal [212 - 213] olunur. Qeyri-formal sosial nəzarətin agentləri həmin qruplar və birliklərdir, onlann ən nüfuzlu
üzvləridir (məsələn, ailədə valideynlər, sosial qruplann qeyri-formal liderləri və «diqqətdə olan» digər şəxsləri).
Sanksiyalar məhdud (və ya real tətbiq) formasında özünü göstərir: fiziki zorakılıq, rəddetmə, üzvlükdən məhrumetmə,
habelə hədə, məsxərəyə qoyma, müdafiədən imtina etmə və s.
Qeyri-formal sosial nəzarətin səmərəliliyi müvafiq sosial qruplann və təşəkküllərin birlik dərəcəsinə, onlann
üzvlərinin sosial vəhdət və həmrəylik səviyyəsinə birbaşa mütənasibdir. Sosial (qrup) normalannm pozulmasına görə
sanksiyalann ağırlığı və qaçılmazhğı sosial təşəkküllərin dağılması, birliyin pozulması, sosial həmrəyliyin itirilməsi ilə
əlaqədar olaraq, öz nəzarətedici effektindən məhrum olur. Qeyri-formal nəzarətin səmərəliliyinin çox mühüm,
həlledici komponenti məhz sosial həmrəylik fenomenidir.
Qeyri-formal sosial nəzarətdən bəhs edərkən çox zaman klassik nümunə kimi ənənəvi kənd icmasına qeyd
edirlər. Həqiqətən kənd icması öz üzvlərinin həyatmm, demək olar ki, bütün aspektlərinə nəzarət edirdi. Məsələn,
münaqişə və
mübahisələrin həlli, gəlin seçilməsi, uşağa ad qo5mlması və s. Yazılı normalar mövcud olmamış,
ictimai
rəy qüdrətli nəzarətedici imkanlar kəsb etmişdir (bu rəyi çox zaman icmanın ağsaqqal üzvləri ifadə etmişlər). Sosial
nəzarət sisteminə din üzvi surətdə qoşulmuşdur. Ayin və mərasimlərə ciddi riayət olunması sosial normalara rəğbət
hissi tərbiyə etmiş, həmin normalann zəruriliyinin daha dərindən dərk olunmasına kömək etmişdir. Nişanlanma, yeni
ailə qurulması, yetkinliyə çatma, uşağın doğulması, məhsul yığımı və s. xüsusi təntənə ilə qeyd olunmuşdur.
Göründü5di kimi, formal nəzarət metodlarından fərqli olaraq, qeyri-formal metodlar praktik surətdə hamıya müyəssər
olmuşdur'.
Qeyri-formal nəzarəti həm də ailə, qohumlar, dostlar və tanışlar yerinə yetirə bilərlər. Onlan qeyri-formal
nəzarətin [213-214] agentləri adlandırırlar.
Formal nəzarət tarixən qeyri-formal nəzarətdən sonra meydana gəlmişdir. Bu, mürəkkəb cəmiyyətlərin və
dövlətlərin doğulması (məsələn, qədim Şərq imperiyalar) dövrünə təsadüf edir, hərçənd onun rüşeymiəri, ilk
təzahürləri daha əvvəlki dövrlərə aiddir. Mövcud qaydaları pozanlara rəsmən tətbiq olunan formal sanksiyalann dairəsi
(məsələn, ölüm cəzası, qəbilədən qovulma, vəzifədən kənar edilmə, habelə mükafatlann bütün mümkün növləri) dəqiq
müəyyənləşdirilmişdir.
Bu bir həqiqətdir ki, müasir cəmiyyətlərdə formal nəzarətin əhəmiyyəti getdikcə arür. Bu onunla əlaqədardır
ki, mürəkkəb cəmiyyətdə, xüsusən çoxmilyonlu ölkədə nizamı, sabitliyi qoruyub saxlamaq o qədər də asan vəzifə
deyildir. Burada ayn-ayn qruplann, təbəqələrin mənafeləri toqquşur, ictimai praktika durmadan zənginləşir. Qeyri-
formal nəzarət insanlann o qədər də böyük olmayan qrupu ilə məhdudlaşmışdır. Ona görə də belə nəzarəti lokal
(məhəlli, yerli) nəzarət adlandırırlar. Formal nəzarət isə əksinə, ölkənin bütün ərazisində fəaliyyət göstərir, qlobal məna
kəsb edir. Belə nəzarəti xüsusi strukturlar və adamlar - formal nəzarət agentləri həyata keçirirlər. Onlar
' KpaBHemco A.
K
Connonoraa. M., 2005, c. 232-233.
85