Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə56/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   73

ictimai rəy insanlann şüur və davranışının spesifik təzahürü kimi bütün ictimai şüur formaları və səviyyələri ilə 
sıx surətdə bağlıdır. O, eyni zamanda reallığa həm mənəvi, həm də praktik təsir göstərə bilməsi ilə səciyyələnir. 
Adətən  ictimai  rəyin  subyektini  və  obyektini  fərqləndirirlər.  Bu ona  görə  zəmridir  ki,  ictimai  rəyin  əsasını 
təşkil edən sosial qİ5mıətləndirmə əslində subyektin obyektə müəyyən münasibətinin ifadəsi deməkdir. İctimai rəyin 
subyekti dedikdə qi}mıət verən tərəf nəzərdə tutulur. İctimai rəyin subyekti bir növ onun daşıyıcısı deməkdir. Aydın 
məsələdir ki, istənilən sosial birlik forması bu rolu yerinə yetirə bilər. Bütövlükdə cəmiyyət, onun hər hansı hissəsi 
(sosial qmp, təbəqə), habelə müəyyən mənada ayrı-ayn görkəmli şəxsiyyətlər də ictimai rəyin subyekti ola bilər. 
İctimai  rəyin  obyekti  rəngarəngdir,  müxtəlif  hadisələr,  proseslər  və  problemlərdir.  İstənilən  məsələ  ictimai 
rəyin obyekti ola bilər. İctimai rəyin subyekti ilə obyekti arasında qarşılıqlı təsir mürəkkəb prosesdir. [244 - 245] 
İctimai rəy öz daxili məzmununa görə, əhatə dairəsinə görə əhalinin müxtəlif səviyyələrini təmsil edə bilər. Bu 
mənada  bütövlükdə  xalqın  ictimai  rəyini,  bu  və  ya  digər  sosial  qmpun  rəyini,  müəyyən  iş  sahələrində  çalışan 
kollektivlərin rəyini ayırmaq mümkündür. Belə fərqləndirmə ictimai rəyi əsasən kəmiyyət etibarilə səciyyələndirir. 
Aydın məsələdir ki, ictimai rəyin keyfiyyət aspekti də mövcuddur. Bu, onun ictimai inkişafin tələbatlarma nə dərəcədə 
uyğun gəlməsi ilə müəyyən olunur. 
İctimai rəyə verilən sosial qiymət öz obyektivliyi, mötəbərliyi baxımından birmənalı olmur. Bu halda ictimai 
rəyin əsasmda dayanan mənafelərin tipi və xarakteri həlledici əhəmiyyət kəsb edir. Bu o deməkdir ki, hər bir sosial 
subyekt hadisələri, prosesləri və problemləri ən əvvəl öz spesifik mənafeləri baxımmdan qİ5mıətləndirir. Mənafelər 
müxtəlif olduğuna görə eyni bir hadisə, proses, problem müxtəlif cür qİ5mıətləndirilə bilir. 
İctimai rəy müəyyən səviyyəli kollektiv mövqeləri ifadə edir. Ona görə də onun ümumi ictimai əhəmiyyət kəsb 
edən hadisə, proses, problem ətrafında formalaşması təbii sayılmalıdır. Başqa sözlə, ictimai rəyin formalaşması üçün 
«əlverişli mühit», real şərait yaranmalıdır. Tarixi inkişaf prosesində həm obyektiv, həm də subyektiv səbəblər üzündən 
müəyyən problemlər qmpu insanlann diqqət mərkəzinə keçir, son dərəcə aktuallıq kəsb edir. 
Beləliklə, «ictimai rəyin sosial mahiyyəti bundadır ki, o, insanlann fikir və hisslərini, praktik fəaliyyətini daxili 
vəziyyətin və beynəlxalq həyatın ən mühüm tərəflərinə yönəldir, insanlan onlara qi}mıət verməyə sövq edir,... onlan bu 
tərəfləri ya qoruyub saxlamaq və ya möhkəmləndirmək işinə, ya da dəyişdirməyə səfərbər edir».’ 
İctimai rəy nəzəriyyələrinə diqqət yetirdikdə aydın olur ki, ictimai rəyə sosialoji və sosial-psixoloji, habelə 
politoloji yanaşmalar mövcud olmuşdur. Belə yanaşmaların fəal şəkildə [245 - 246] işlənib hazırlanması XIX əsrin II 
yansmdan başlanır. Bu işdə görkəmli fransız sosioloqu, sosial psixologiyanın banilərindən biri, sosiologiyada psixoloji 
istiqamətin  başlıca  nümayəndələrindən  biri  Qabriel Tardm  (1843-1904)  «İctimai  rəy  və  yığnağ»  əsəri^  mühüm  rol 
oynamışdır. Həmin əsərdə qeyd edilir ki, ictimai rəyi «publika» formalaşdırır. Publikanm yaranması üçün əsas xalis 
mənəvi proseslərdir, ünsiyyətdir. Eyni zamanda ictimai rəyin tədqiqində politoloji istiqamət də meydana çıxır. Bu, 
başlıca  olaraq hüquqşünasların  səyləri  sayəsində  mümkün  olur.  Bu istiqamət  həm  Qərbi  Avropada, həm  də  Şimali 
Amerikada inkişaf edir. A. O. Louellin «İctimai rəy və xalq hökuməti» əsəri ictimai rəyin təbiəti və onun öyrənilməsi 
metodları  barəsində  nəzəri  təsəvvürlərin  formalaşmasına  əhəmiyyətli  təsir  göstərmişdir.  Louell  öz  nəzəri 
tədqiqatlannm əsasına aşağıdakı məsələləri daxil edir: 
-
 
qərarların qəbul edilməsi zamanı ictimai rəyin səriştəliliyinin hüdudları məsələsi; 
-
 
əksəriyyətin və azlığın rəylərinin nisbəti məsələsi
-
 
ictimai rəyin ifadə olunması formaları haqqında məsələ. Louell belə bir nəticəyə gəlmişdir ki, ictimai rəy 
dövlətin  idarə  olunması  prosesində  məhdud  təsir  sferasına  malikdir;  reallıqda  elə  problemlər  mövcuddur  ki,  onlan 
bilavasitə  səsvermə  ilə,  yaxud  ictimai  rəyə  istinad  etməklə  həll  etmək  olmaz.  Bu  ideyanı  Lipman  daha  da  inkişaf 
etdirmişdir;  o,  «hər  şeydə aparıcı  və  hər  şeyə  qadir  vətəndaş»  mifini  kəskin  tənqid  etmişdir.  Lipman  ictimai  rəyin 
məhdudluğunu  nədə  görürdü?  «Orta  adam»m  öz  mənafelərini  dərk  etməyə  qadir  olmamasında,  onun  mətbuatın 
materiallanndan geniş istifadə etməsində - mətbuatın informasiyası isə tam deyildir, yaxud təhrif olunmuşdur. Lipman 
bu baxımdan stereotip anlayışından istifadə edir. O, bu anlayışı bəsit təsəffürləri, ictimai rəyin təzahür formalarını ifadə 
etmək üçün işlədilir. [246 - 247] 
Onun fikrincə, bu, siyasi xadimlərin, partiyaların, reklam personajların, müxtəlif sosial, peşə və etnik qrupların 
davranışında müşahidə edilir. Lipmana görə, stereotiplər bəşəri ünsiyyətə daxilən xasdır və buna görə də onlar «gəzən 
rəyin» ayrılmaz hissəsidir. 
Müasir şəraitdə Qərb mütəxəssisləri ictimai rəyin vətəndaşlann seçki kampaniyalan dövründəki davranışı ilə 
əlaqəsi  məsələsinə  xüsusi  diqqət  yetirirlər.  Hakimiyyət  uğrunda  mübarizədə  siyasi  partiyalar  arasında  mübarizənin 
kəskinləşməsi  bunu  bilməyi  zəruri  edir  ki,  seçkilərdə  namizədlərin,  onlann  proqramlannm  qiymətləndirilməsinin 
əsasmda hansı mexanizmlər dayanır. Seçkilərdə namizədlərə münasibətdə insanlann rəyini 
' Sosiologiya. Bakı, 1994, s. 53. 
■ Həmin əsər rus dilində 1905-ci ildə Moskvada nəşr olunmuşdur. 
98 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə