Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə57/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   73

müəyyən edən «zahiri amillərin» təhlilinə xüsusi diqqət yetirilir. Seçki kampaniyaları zamanı adamların davranışına 
təsir  edən  səbəblərin  ierarxiyası  öyrənilir:  ölkənin  daxili  problemlərinə  münasibət,  kiçik  qrup tərəfindən  göstərilən 
təzyiq,  seçicinin  şəxsi  xüsusiyyətləri,  siyasi  ənənələr  və  s.  bu  qəbildəndir.  Seçicilərin  seçkilərə  hazırlıq  gedişində 
münasibətlərində baş verən dəyişiklikləri izah etmək üçün seçicilərin davranışına aid müxtəlif konsepsiyalar işlənib 
hazırlanır. Məsələn, «Qıf» konsepsiyası. Bu konsepsiyanın mahiyyəti ondadır ki, seçkilərə yaxınlaşdıqca rəylər daha 
çox fərdiləşdirilmiş, konkretləşdirilmiş və siyasiləşdirilmiş xarakter kəsb edir. «Susma spiralı» adı ilə məşhur olan 
konsepsiya.  Bu  konsepsiya  belə  bir  vəziyyəti  qeydə  alır:  partiyalardan  birinin  qələbə  gözləməsi  daim  artır,  həmin 
partiya üçün səs vermək niyyətləri isə dəyişməz qalır. 
Beləliklə, ictimai rəyə sosiaoloji, sosial-psixoloji və politoloji yanaşmalar öz mahiyyəti və məzmunu etibarilə 
bir-birindən müəyyən dərəcədə fərqlənir. Birincisi sosial məqamları, ikincisi sosial-psixoloji məqamları, üçüncüsü isə 
siyasi məqamları ön plana çəkir, qabanqlaşdınr. Lakin bu yanaşmaların hamısı ictimai rəyin əhəmiyyətini qeyd edir, 
onu öyrənməyi vacib sayır və bunun üçün müxtəlif üsullar təklif edirlər. [247 - 248] 
2.
 
İctimai rəyin ifadə olunma vasitələri 
Sosiologiya  ictimai  rəyin  ifadə  olunması  prosesinin  öyrənilməsini  daim  diqqət  mərkəzində  saxlayır. 
Ümumiyyətlə, ictimai rəyin ifadə olunması dedikdə, həyatın aktual problemləri üzrə fərdi və qrup xarakterli rəylərin 
bilavasitə və nümayəndəli demokratiya formaları vasitəsilə ifadə edilməsi başa düşülür.’ 
Bu  bir  həqiqətdir  ki,  ictimai  rəyin  gücü  təkcə  onun  məzmununun  obyektivliyi  və  əhalinin  daha  geniş 
təbəqələrinin mənafelərini, tələbatlanm əks etdirməsi ilə deyil, həm də onun ifadə olunma vasitələri ilə şərtlənmişdir. 
Buna görə də ictimai rəyi ifadə edən siyasi və ictimai institutların işinin səmərəli təşkil edilməsi, insanlann kollektiv 
rəyini ifadə edən formaların və kanalların genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. 
İctimai rəyin daşıyıcısı ilə onu ifadə edən tərəf heç də həmişə e5mi olmur. Yəni ola bilər ki, bö5dik sosial 
qrupların ictimai rəyi nisbətən xırda qruplar və hətta ayn-ayn adamlar tərəfindən ifadə olunsun. 
Deməli, cəmiyyətin hər bir üzvü ictimai rəyin ifadəçisi kimi çıxış edə bilər. Bu halda onun kütləvi elan etdiyi 
rəy ictimai əhəmiyyət kəsb edən bu və ya digər məsələ barəsində hər hansı böyük sosial qrupun rəyini, münasibətini əks 
etdirməlidir. 
İctimai  rəyin  ifadə  olunma  növləri  və  formaları  olduqca  müxtəlifdir.  Bu  baxımdan  üç  növü  xüsusi  olaraq 
fərqləndirmək lazımdır. 
Birincisi, kortəbii surətdə ifadə olunan ictimai rəydir. Belə rəy müəyyən fərdin və ya fərdlər qrupunun gündəlik 
həyat  şəraitinin  təsiri  altında  formalaşır  və  hadisələrə  bu  səviyyədə  münasibətini,  qiymətini  ifadə  edir.  Məsələn, 
küçədə,  məhəllədə,  bazarda,  iş  yerində  və  s.  yerlərdə  daxili  və  beynəlxalq  məsələlərin  müzakirə  edilməsi,  onlara 
münasibət [248 - 249] bildirilməsi, qiymət verilməsi məhz bu qəbildəndir. İctimai rəyin belə ifadə olunması özünün 
lokal xarakteri, çox zaman hadisələrin zahiri, səthi tərəflərinə əsasən fikir yürüdülməsi və əsl mahiyyətinə dərindən 
nüfuz  edilməməsi,  əksər  hallar-da  qeyri-dəqiq  olması  ilə  səciyyələnir.  Lakin  dediklərimiz  ictimai  rəyin  bu  növünə 
laqeyd yanaşmaq, onu nəzərə almamaq üçün əsas olmamalıdır. 
İkincisi, ictimai rəyin dövlət orqanlarının, ictimai təşkilatların, kütləvi informasiya vasitələrinin təşəbbüsü ilə 
ifadə olunmasını əhatə edir. Bu növə ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatına dair mühüm əhəmiyyətli qanun 
layihələrinin  ümumxalq  müzakirəsini,  mətbuat  səhifələrində,  radio  və  televiziyada  həyatımızın  ən  aktual  və 
əhəmiyyətli problemlərinin vaxtaşırı müzakirəsini və s. aid etmək olar. Təbiidir ki, bu növ daha əhatəlidir, ictimai 
praktikamıza daha möhkəm daxil olmuşdur. 
Üçüncüsü, ictimai rəyin xüsusi sosioloji tədqiqatlar vasitəsilə əldə edilmiş nəticələrinin əhaliyə çatdırılmasıdır. 
Bu növ əsasən əhalinin müxtəlif qrup və təbəqələri arasında aparılan sosioloji sorğular vasitəsilə ifadə olunur. Məlum 
olduğu kimi, bu növ dünya praktikasında geniş yayılmışdır. Respublikamızda da bu istiqamətdə müəyyən addımlar 
atılmışdır. Sosioloji sorğular sosial informasiya əldə etməyin mühüm kanallandır. Onlar cəmiyyətdəki ümumi iqlimi 
başa düşməkdə və qİ5mıətləndirməkdə mühüm rol oynayır. 
Elmi ədəbiyyatda ictimai rəyin təhlilində şəxsiyyətlərarası ünsiyyətə xüsusi diqqət yetirilir. 
İctimai  rəyin  ifadə  olunmasının  müxtəlif  üsullanm  və  kanallarını  sıx  qarşılıqlı  əlaqə  və  təsirdə  götürmək 
zəruridir. Bu, bir tərəfdən ictimai rəyin nə dərəcədə kütləvi xarakter daşıdığını, bu prosesin özünəməxsusluqlarım və 
istiqamətlərini,  ayn-ayn  fəaliyyət  formalannm  intensivliyini  öyrənməyə  imkan  verir.  Digər  tərəfdən,  hər  bir  ifadə 
növünə  ayn-aynlıqda  xas  olan  üstünlükləri  nəzərə  almaq  və  ümumiləşdirmək  ictimai  rəyin  mötəbərliyinin  təmin 
olunmasının mühüm şərtidir. 
İctimai  rəyə  sosioloji  yanaşma  onun  iki  səviyyəsini  fərqləndirməyi  tələb  edir.  Bunlardan  birincisi  sözdə, 
danışıqda ifadə olunan səviyyədir. Buna verbal münasibət deyilir. Qeyd edilən səviyyədə bu və ya digər məsələyə 
' Sosiologiya. Bakı, 1994, s. 53. 
99 


ifadə olunan münasibət, verilən qiymət zahirən müəyyən əhali kütləsinin rəyi kimi qəbul oluna bilir, lakin hələ praktik 
gücə qadir olmur. 
İkinci səviyyə bundan fərqli xarakteristikaya malikdir. Artıq bu səviyyədə, yəni əməli işi səviyyəsində ictimai 
rəy real həyata öz həqiqi təsirini göstərir. Bu səviyyədə artıq sosial qmplar və sosial birlik formaları öz şüurlannda bu 
və ya digər məsələyə verilən qiymətə uyğun surətdə praktik fəaliyyət göstərməyə başlayırlar. Qeyd olummalıdır ki, 
ictimai rəyin birinci səviyyədən - inikasedici səviyyədən ikinci səviyyəyə keçməsi mürəkkəb prosesdir. Bu keçid əsas 
etibarilə ictimai rəy göstəricilərinin sosial normalarda, sosial tənzimetmə və nəzarət formalarında təcəssümü vasitəsilə 
baş  verir.  Nəticədə  ictimai  rəyin  mövcud  ictimai  münasibətlərin  real  tərəfmə  çevrilməşi,  bu  münasibətlərlə 
çulğalaşması prosesi cərəyan edir.' 
Məlum  olduğu  kimi,  sosial  tənzimetmənin  müxtəlif  formaları  (hüquq,  əxlaqi,  tərbiyəvi  və  s.)  mövcuddur. 
Cəmiyyətdə gedən sosial proseslərin tənzim olunmasında mühüm yer tutan ictimai rəy bu normalarla sıx qarşılıqlı 
təsirdə çıxış edir. Daha dəqiq desək, onların təsirinə ictimai rəyin də əlavə olunması, bu təsirin gücünü daha da artırır. 
İctimai rəy vasitəsilə həyata keçirilən nəzarət özünün gündəlik xarakter daşıması, daimi fəaliyyət göstərməsi, yaranmış 
vəziyyətə çox tez reaksiya verməsi, öz məzmununda bir qayda olaraq çoxluğun əhval- ruhiyyəsini əks etdirməsi və 
digər mühüm keyfiyyətləri ilə səciyyələnir. Odur ki, ictimai rəyin nəzarətedici funksiyasının səmərəliliyini yüksəltmək 
yollarım və vasitələrini axtarıb tapmaq sosioloji yanaşmanın mühüm məqsədini təşkil edir. Bu cür nəzarət cəmiyyətdə 
[250  -  251]  bir  çox  proseslərin  normal  getməsi,  burada  özünü  göstərən  neqativ  halların  -  əliəyriliyin,  oğurluğun, 
vəzifədən sui-istifadə etmənin, xalqın sərvətini müxtəlif yollarla mənimsəməyin aradan qaldırılmasında əhəmiyyətli 
rol oynayır. Sosial münasibətlərin, cəmiyyət üzvlərinin davranışının ictimai rəyin köməyi ilə tənzim edilməsi onların 
şüuruna  bilavasitə  təsir  göstərir.  Bu,  ictimai  rəyin  gücünü  artırır,  onun  nüfuzunu  yüksəldir.  Nəticədə  ictimai  rəyin 
əhəmiyyəti ümumən etiraf olunur, cəmiyyətdə demokratik əsasların daha möhkəm qərarlaşması və möhkəmlənməsi 
üçün əlverişli zəmin yaranır. 
3.
 
Kütləvi informasiya vasitələri ictimai rəyin 
formalaşmasının qüdrətli amilidir 
Məlumdur ki, ictimaiyyətin nümayəndələri öz rəylərini bildirmək üçün bir yerə toplaşa da bilər, toplaşmaya da 
bilər. İkinci halda ictimaiyyətin ayn-ayn nümayəndələri ictimaiyyətin digər nümayəndələri ilə ancaq kommunikativ 
əlaqələrdə ola bilərlər. «İctimaiyyət ancaq kütləvi kommunikasiya vasitələri sayəsində daxili əlaqəsini saxlayır. Bu 
səbəbə görə kütləvi informasiya vasitələri üzərində nəzarət çox zaman ictimai rəy üzərində hakimiyyət deməkdir».^ 
Kütləvi  informasiya  vasitələri  öz  fəaliyyətində  ictimaiyyətin  strukturunu  və  rəyini  nəzərə  almalıdır.  Bu, 
mədəni fərqlərlə və heterogenliklə müəyyən olunur. Yekcins mədəniyyətli cəmiyyətdə uyğun, azfərqli maraqlara malik 
ictimaiyyət  qərarlaşır.  Adətən  belə  cəmiyyət  submədəniyyətin  az  olması  ilə  səciyyələnir.  Submədəniyyətlərin  çox 
olması  ifrat  qeyri-yekcins  ictimaiyyət  doğurur;  belə  ictimaiyyətin  qruplan  öz  mənafelərinin  ifadəsində  və 
reallaşdınlmasmda rəqabət aparan tərəflər kimi çıxış edirlər. Məsələn, ictimaiyyətin bir hissəsi belə güman edir ki, 
büdcənin əhəmiyyətli hissəsi ekoloji problemlərin həllinə istiqamətləndirilməlidir, ikinci [251 - 252] hissə belə hesab 
edir  ki,  vəsait  milli  sənayenin  inkişafına  sərf  olunmalıdır,  üçüncü  hissə  isə  əmindir  ki,  vəsait  daha  çox  Müdafiə 
Nazirliyinə ünvanlanmalıdır ki, Azərbaycanın ərazi bütövlü5di qorunub saxlanılsın, onun dünya meydanında nüfuzu 
güclənsin.  Cəmiyyətin  strukturu  mürəkkəb  olduqca  bu  və  ya  digər  məsələnin  həlli  ilə  bağlı  olaraq,  ictimaiyyət 
nümayəndələrinin tutduqları mövqelər də çox olacaqdır. 
Cəmiyyətin  sadə  stabil  mədəniyyəti  bir  qayda  olaraq,  ümdə  məsələlərin  həllində  ictimaiyyətə  çoxlu 
alternativlər  təklif  etmir.  Çünki  vəziyyəti  ənənələr  və  mənəvi  normalar  əsasında  idarə  etmək  olar.  Buna  görə  də 
müxtəlif sosial qruplar üçün ictimai rəydə aynlıq əhəmiyyətli deyildir, gərgin münaqişələrlə müşayiət olunmur. Lakin 
mürəkkəb, ziddiyyətli mədəniyyətdə ictimaiyyət nümayəndələrinin müxtəlif qruplarının hər hansı problemin həllinə 
yönəlmiş  nöqteyi-nəzərləri  son  dərəcə  rəngarəng  ola  bilər.  Başqa  sözlə,  yaranmış  vəziyyəti  müəyyən  normalar 
toplusunun  köməyi  ilə  idarə  etmək  mümkün  deyildir.  Çünki  həmin  normalar  məlum  cəmiyyətin  yalnız  aynca 
qruplannm, submədəniyyətinin hüdudlannda qəbul edilmişdir. Məsələn, hazırda ictimaiyyətin bir çox nümayəndələri 
müəyyən ərazidə neft və ya başqa faydalı qazmtı çıxaniması nəticəsində  ekoloji balansm pozulmasmdan narahatlıq 
keçirə  bilər.  Eyni  zamanda  həmin  ərazidə  neft  və  ya  başqa  faydalı  qazıntı  çıxarılmasına,  sənayenin  inkişaf 
etdirilməsinə maraqlı olan qruplar belə hesab edə bilərlər ki, bunun üçün istənilən vasitə məqbuldur. Ənənəvi normalar 
bu məsələni həll etməyə imkan vermir, çünki hər iki nöqteyi-nəzəri müdafiə etmək üçün həmin normaları tətbiq etmək 
olar. Ekoloji tarazlığın təmin olunması da, ölkənin sənaye potensialmm. 
‘ Sosiologiya. Bakı, 1994, s. 54-55. 
^ Фролов C. C Социология. Москва, 2000, с. 247. 
100 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə