Ədəbiyyatda qeyd olunur ki, iqtisadi cinayətkarlıq yolunu tutmuş adamlar çoxdur, lakin onlann çox az qismi
cinayət məsuliyyətinə cəlb edilir. Keyfiyyətsiz məhsul buraxan müəssisələrin xeyli qismi statistik göstəricilərdə öz
əksini tapmır; dövlət hesabat qaydasının təhrifləri, - gəlirlərin gizlədilməsi, vergi ödəməkdən yayınma hallan da geniş
yayılmışdır.'
Son 10 il (1993-2002-ci illər) ərzində əhalinin ayn-ayn kateqoriyalan tərəfindən törədilmiş cinayətlərin təhlili
göstərir ki, təhqiqatı başa çatmış cinayətlər içərisində yetkinlik yaşına çatmayanlar tərəfindən və ya onlann iştirakı ilə
törədilən cinayətlər 2 dəfədən çox (1993-cü ildə 889, 2002-ci ildə isə 420), sərxoş vəziyyətdə törədilən cinayətlər də
təxminən bir o qədər (1993-cü ildə 1178, 2002-ci ildə 525) azalmışdır. Lakin əvvəllər cinayət törətmiş şəxslər
tərəfindən, habelə qrup halında törədilən cinayətlər isə nisbətən zəif sürətlə azalmışdır.
Mütəxəssislərin fikrincə, qrup halında törədilmiş cinayətlərdə üç əlamət xüsusilə nəzərə çarpır:
-
qrupun dəqiq strukturu və iyerarxik əlaqələri vardır;
-
qrup müntəzəm cinayətkar biznes üçün yaradılır;
-
qrupun bəzi dövlət aparatı nümayəndələri ilə
əlaqələri mövcuddur; onlar qrupa himayədarlıq edirlər.
Şəxsiyyət əleyhinə yönəlmiş cinayətlərə dair statistikanı məcmu halında nəzərdən keçirsək,
deyə bilərik ki,
ən əvvəl insanı qorumaq lazımdır. Sosioloji təhlil çox mühüm bir məqamı üzə çıxarmağa imkan verir: cinayətkar
hərəkətlərdə, proseslərdə müəyyənedici məqam deformasiyaya uğramış [76 - 77] şüurun və davranışın müxtəlif
növləridir.
Bəs cinayətlərin coğrafiyası necədir? Təhlil göstərir ki, cinayətlərin 42,7 faizi Bakı, 4,7 faizi Sumqayıt, 2,6
faizi Gəncə şəhərlərində baş vermişdir.^
Məhkum edilənlərin əsas cəza tədbirləri üzrə bölgüsünə diqqət yetirdikdə məlum olur ki, ən geniş tətbiq edilən
cəza növləri aşağıdakılardır:
-
müəyyən müddətə azadlıqdan məhrumetmə (5260);
-
cərimə (2681);
-
şərti məhkum etmə (2639); -islah işləri (1236);
-
ictimai işlər (1035);
-
azadlığın məhdudlaşdırılması (782);
-
intizam xarakterli hərbi hissədə saxlama (455).^
Aparılmış tədqiqatlara əsasən qeyd etmək olar ki, mikromühit kənara çıxan davranışa güclü təsir göstərir.
Ümumi obyektiv şərtlər yalnız belə davranış imkanını müəyyən edirlər, lakin onun bilavasitə səbəbləri olmurlar.
İnsanlann hərəkətləri, fəaliyyətləri vasitəsilə imkanın gerçəkliyə çevrilməsi konkret amillərdən asılıdır; həmin amillər
isə mikromühit səviyyəsində reallaşır. Eyni bir iqtisadi və sosial-psixoloji şəraitdə insanlann davranışında xeyli fərqlər,
bəzən isə prinsipial fərqlər müşahidə etmək olar. Həmin fərqlər ailədəki, tədris və əmək kollektivindəki vəziyyətlə,
kiçik qruplann təsiri ilə, habelə insanın fərdi xüsusiyyətləri ilə şərtlənmişdir. Deməli, mikromühitin müxtəlif
komponentləri müəyyən mənəvi-əxlaqi davranış formalannm daşıyıcılandır. İnsan istər- istəməz öz yaxın əhatəsində
bəyənilən, təqdir edilən davranış xəttinə tərəfdar çıxır. Həmin davranış xəttində rasional, sağlam həyat tərzinə zidd olan
ustanovkalar, yönümlər mövcud ola, hətta üstünlük təşkil edə bilər. Çox zaman belə olur ki, mikromühit bütövlükdə
deyil, onun hər hansı bir ünsürü cəmiyyətə zidd istiqamətdə olur. Burada çox şey ondan asılı [77 - 78] olur ki, şəxsiyyət
üçün hansı qrup daha nüfuzlu və cəlbedici olacaqdır.
Aydın məsələdir ki, makromühitlə mikromühitin qarşılıqlı obyektiv əlaqəsi mikromühitin nisbi müstəqilliyini
inkar etmir; həmin mühitdə kənara çıxan davranışın, o cümlədən cəmiyyətə zidd davranışın təkrar istehsalı imkanı
qalır. Buna görə də bir sıra hallarda mikromühitdə neqativ xarakterli təsəvvürlər, vərdişlər, ənənələr meydana gəlir.
Qeyri-münasib mənəvi-psixoloji iqlim, qrup normalanmn ictimai cəhətdən sanksiya verilmiş normalarla
uyğunsuzluğu, adaptasiya çətinlikləri, qarşılıqlı tələbkarlığın olmaması, ünsiyyətdəki münaqişələr və gərginliklər -
bütün bunlar kənara çıxan, deviant davranışın mikromühitdə bazası olan, heç də tam olmayan səbəbləridir. Lakin
unudulmamalıdır ki, mikromühitin özü qeyri-yekcinsdir, çünki insan eyni zamanda bir neçə kollektivə, qrupa daxil
olur.
Həmin kollektivlərin, qruplann təsiri isə ziddiyyətli ola bilər. [78 - 79]
‘ Тощенко Ж. Т. Социология. Общий курс. М., 2001, с. 256. ^
Azərbaycamn statistik göstəriciləri. Bakı, 2003, s. 290.
^ Yenə orada, s. 295.
33
IV
FƏSIL
SOSIAL
-
ƏRAZI BIRLIKLƏRI
1.
ilkin sosial-ərazi birlikləri anlayışı
İlkin sosial-ərazi birlikləri (məskunlaşma üzrə birliklər) şəhər, kənd, qəsəbə və ya digər daimi yaşayış
məskənlərinin əhalisindən ibarət olan spesifik sosial qrupdur'.
Məskunlaşma üzrə birliklərin formalaşmasının obyektiv əsası vardır. Bu halda iki məqama xüsusi diqqət
yetirilməlidir:
a)
Əmək bölgüsü, işçilərin bu və ya digər əmək növü üzrə bölüşdürülməsi. Əmək növləri həmişə ərazi
baxımından lokallaşmışdır ki, bu da daimi yaşayış məskənini formalaşdırır. Bu, öz növbəsində məskənin əhalinin həyat
fəaliyyətinin bilavasitə mühitinə çevrilməsini şərtləndirir. Həmin mühit hüdudlarında əhali öz gündəlik tələbatlanm
ödəyir. İstənilən yaşayış məskənini sadəcə müşahidə etməklə dediklərimizə əmin olmaq mümkündür.
b)
Müxtəlif məskənlərdə (məsələn, şəhər-kənd; kiçik şəhər, iri şəhər; monosənaye mərkəzi-çoxfunksiyalı şəhər
məskəni və s.) həyat fəaliyyəti şərtlərinin
sosial-iqtisadi, sosial-mədəni baxımdan qeyri-yekcinsliyi.
Məhz bu amillər əsasında konkret məskənin əhalisində qrupyaradıcı sosial əlamətlər formalaşır, ümumi
mənafelər təşəkkül tapır. Bu mənafelərin mövcudluğu sosial-ərazi fərqləri faktını bir növ qeydə alır. Bunun sayəsində
konkret məskənin əhalisi demoqrafik xarakterli ümumiliklə yanaşı həm də sosial birliyə çevrilir. Məskunlaşma üzrə
birliklərdə formalaşan sosial əlaqələrin tipi mövcud ictimai münasibətlərin [79 - 80] xarakterini əks etdirir. Lakin
ictimai münasibətlərin ifadəlilik səviyyəsi məlum yaşayış məskənindəki həyat fəaliyyəti şərtlərinin xüsusiyyətlərindən
asılıdır.
Məskunlaşma üzrə birliklər sosial münasibətlərin ərazi baxımından təzahüründə onlann subyektləridir. Onların
formalaşmasında məskənlərdəki həyat fəaliyyəti şərtlərinə xas olan fərqlər dərin iz buraxır. İlkin sosial- ərazi
birliklərinə xas olan iqtisadi, sosial-mədəni proseslər sosiologiya tarixində diqqəti cəlb edən mühüm məsələlərdən biri
olmuşdur. Bunu ondan görmək olar ki, şəhərin sosiologiyası, kəndin sosiologiyası kimi sosioloji bilik sahələri təşəkkül
tapıb inkişaf etmişdir.
İnsanların yerləşməsi ilə sosial inkişaf arasında əlaqənin mövcudluğu faktım sosiologiya XIX əsrin sonu - XX
əsrin əvvəllərində kifayət qədər aydın ifadə etmişdir. F. Tönnis, K. B5mxer, R. Makkenzi ərazi birliyini başlıca olaraq
bu və ya digər ərazidə insanlann birgə yaşaması prizmasından nəzərdən keçirmişlər. Bu halda cəmiyyətdən fərqli
olaraq birliyin «lokalhğı», digər sosial qrupların formalaşması amillərindən fərqli olaraq, onun «ərazi mənsubiyyəti»
ön plana çəkilmişdir.
Sosial-ərazi birlikləri sosiologiyanın mühüm kateqoriyalarından biridir. Bu kateqoriya əhalinin sosial
diferensiasiyasının müəyyən kəsimidir; elə kəsimi ki, o, cəmiyyətin tarixən şərtlənmiş ərazi-məskunlaşma baxımından
təşkili əsasında təşəkkül tapmışdır.
Sosial-ərazi birliyi tarixi kateqoriyadır. Onun meydana gəlməsi şəxsi qan qohumluğuna əsaslanan ibtidai icma
quruluşundan sinifli cəmiyyətə keçidlə bağlı olmuşdur. Həmin cəmiyyətin başlıca əlamətlərindən biri də
bu olmuşdur
ki, o, ictimai məqsədlər üçün əhalini qohum qruplar üzrə yox, eyni bir ərazidə yaşamağa görə ayırmışdır. Məhz bu
vaxtdan etibarən insanın yaşayış yeri, eləcə də bütövlükdə əhalinin yerləşməsi sosial determinasiya həlqəsi, eyni
zamanda sosial inkişaf amili və mühiti olur. [80-81]
Sosial-ərazi birliyinin ilkin şərti fərdin yaşayış məskəninə spesifik şəkildə bağlılığıdır; bu, öz zahiri ifadəsini
daimi yaşayış yeri hadisəsində tapır. Yaşayış yerinin daimi xarakteri o deməkdir ki, insanlann məskunlaşması istehsala
«bağlanmışdır», onlann yerləşməsi bütövlükdə həmin istehsalın yerləşməsinin ardınca gedir.
Yuxanda qeyd etdik ki, sosial-ərazi birliklərinin formalaşması ilk növbədə əmək bölgüsü, onun növləri ilə
şərtlənmişdir. Bu baxımdan tamamilə təbiidir ki, adamlann bu və ya digər əmək növlərinə görə bölüşdürülməsi
məskənlər səviyyəsində də mövcuddur. Bunu aşağıdakı məqamlar xüsusilə aydın nümayiş etdirir:
1)
işçinin istehsal vasitələri ilə birləşməsi müəyyən ərazi «bağlılığını» nəzərdə tutur;
2)
texnikanm və texnologiyamn inkişafı fərdin istehsal prosesinə qoşulmasının xarakterini dəyişdirsə də, bu
proses həmişə ərazi baxımından müəyyənlik kəsb edir;
3)
işçinin müəyyən əmək növünə bağlanmasının özü onun həm məkan baxımından, həm də sosial münasibət
baxımından yerini dəyişməsi imkanlanm məhdudlaşdırır.
Deməli, məskunlaşma məsələsinə bəsit yanaşmaq olmaz. Əslində o, insanın həyat fəaliyyətinin bilavasitə
mühiti kimi nəzərdən keçirilməlidir. Bu, sosioloji baxımdan
o deməkdir ki, birliklərin və şəxsiyyətin sosial
’ PocHİıcKaa couHOJiormecKaa 3HUHKJione.ıpıa. MocKBa,
1998, c.480.
34