sosial-psixoloji amillər təşkil edir. Ona görə də kollektivlərdə qeyri-formal qruplann, liderlərin, spesifik
submədəniyyətin meydana gəlməsi real faktlardır. Əgər bunlar formal - təşkilati amillərlə uyğun gəlmirsə, müəyyən
ziddiyyətlər doğurursa, o zaman sosial təşkilatın qeyri-stabilliyi, böhranlı məqamlan artır.
Cəmiyyətin üçüncü mühüm ünsürü olan mədəniyyəti insanlann praktik fəaliyyətində təsbit olunmuş sosial
normaların və dəyərlərin sistemi kimi müəyyənləşdirmək olar. Əslində mədəniyyət bu fəaliyyətin özüdür. Normalar
əsasən sosial fenomendir. Məhz normalar çox müxtəlif prosesləri nizamlayır, başlıca olaraq onlann inteqrasiyası
funksiyasını yerinə yetirir. İnkişaf etmiş cəmiyyətlərdə hüquqi sistem normaların bir növ fokusudur. Bu, əlbəttə, digər
normaların, o cümlədən əxlaqi normalann əhəmiyyətini kiçiltməyə əsas vermir. Dəyərlər sosial və
mədəni sistemlərin
başlıca əlaqələndirici həlqəsidir.
Cəmiyyətdə mədəniyyət maddi predmetlərdə və mənəvi sərvətlərdə öz ifadəsini tapır, insanlann tələbatlanm,
onların inkişaf etmək, zənginləşmək səylərini əks etdirir. Sosiologiya cəmiyyətdə mədəniyyətin sosial roluna xüsusi
əhəmiyyət verir: bu və ya digər sosial-mədəni sərvətlər ictimai münasibətlərin humanistləşməsinə, ahəngdar inkişaf
etmiş şəxsiyyətin formalaşmasına nə dərəcədə kömək edir - bunlar çox ciddi [42 - 43] və düşündürücü suallardır.
Mədəniyyət həmişə həm ənənələrin, həm də yeniliklərin ünsürlərini özündə birləşdirir. Ənənələrin üstün
olması ənənəvi mədəniyyətin formalaşmasını və müəyyən hüdudlarda təkamülünü şərtləndirir. Yenilik əsaslarının
üstünlük təşkil etməsi isə həm mütərəqqi dəyişikliklərə, həm də keçmiş mədəniyyət nümunələrinin unudulmasına
səbəb ola bilər.
3.
Cəmiyyətin sosial sistem kimi inkişafı
Sosial sistem olan cəmiyyətdə baş verən mürəkkəb proseslər onun dəyişilməsinə, təkamülünə səbəb olur. Bəzi
cəmiyyətlər dəyişərək yeni tipli sosial struktura, mədəni təşəkküllərə, təkamül yolu ilə inkişaf meyllərinə malik olur.
Bəzi cəmiyyətlər isə daxili münaqişələrə və ya digər neqativ sapmalara elə cəlb olunur ki,
təkamül qabiliyyətini itirir,
öz mövcudluğunu çətinliklə qoru}mb saxlayır, yaxud dağılma meyllərinə məruz qalır. Sosiologiyada cəmiyyətin
dəyişilməsinin və inkişafimn birmənalı izahı yoxdur. Başqa sözlə, bu məsələyə münasibətdə müxtəlif mövqelər özünü
göstərir.
Təkamülçülük sosial inkişafın obyektiv xarakterini ön plana çəkir. Təkamülçülükdə əsas problem bütün
cəmiyyətin simasını dəyişdirməyə imkan verən müəyyənedici amilin aşkar edilməsidir. Burada xatırlamaq yerinə
düşər ki, təkamülçülük müxtəlif naturalist məktəblərin, cərəyanların (məsələn, mexanist, coğrafi, irqi-antropoloji,
sosial-darvinist və s.) əsasını təşkil etmişdir.
Sosiologiyanın banisi sayılan O. Kont biliyin inkişafını cəmiyyətin tərəqqisində həlledici amil sayırdı. Onun
fikrincə, biliyin teoloji, mistik formadan pozitiv formaya doğru inkişafı insanlann industrial cəmiyyətə keçməsinə
səbəb olacaqdır. İnsan zəkası sayəsində baş verən bu keçid istehsalın və tələbatlann ödənilməsinin keyfiyyətcə yeni,
başqa səviyyəsi demək olacaqdır. [43 - 44]
H. Spenser cəmiyyətin təkamülünün mahiyyətini onun diferensiasiyasının güclənməsində görür və qeyd edirdi
ki, bu, getdikcə artan inteqrasiya prosesləri ilə müşayiət olunur; həmin proseslər sosial orqanizmin hər bir yeni
mərhələsində onun vəhdətini bərpa edir. Sosial tərəqqi cəmiyyətin mürəkkəbləşməsinə, fərdlərin müstəqilliyinin və
azadlığının artmasına, onlann maraqlannm cəmiyyət tərəfindən getdikcə daha dolğun ödənilməsinə səbəb olur.
E. Dürkheym təkamülü mexaniki həmrəylikdən (bu halda fərdlər və onlann ictimai funksiyalan qeyri-
yetkindir, oxşardır) üzvi həmrəyliyə (bu halda əmək bölgüsü və sosial diferensiasiya inkişaf etmişdir) keçid kimi
nəzərdən keçirir. Üzvi həmrəylik, onun fikrincə, insanlann vahid sosial orqanizmdə inteqrasiyasına doğru aparır və
cəmiyyətin ali əxlaqi prinsipi kimi çıxış edir.
K. Marks sosial inkişafda müəyyənedici amil kimi cəmiyyətin məhsuldar qüvvələrini ön plana çəkirdi. Onun
fikrincə, məhsuldar qüvvələrin inkişafı sosial inqilaba və istehsal üsulunun dəyişilməsinə gətirib çıxanr. İstehsal
üsulunun dəyişilməsi isə öz növbəsində bütün cəmiyyətin dəyişilməsinin, yeni ictimai-iqtisadi formasiyanın
qərarlaşmasmm əsasıdır. Cəmiyyətin tərəqqisi ancaq istehsal üsulunun köklü, əsaslı surətdə yeniləşməsi sayəsində
mümkündür; yeni iqtisadi və siyasi strukturlar ancaq sosial inqilab nəticəsində təzahür edə bilər. Ona görə də sosial
inqilablar «tarixin lokomotivləridir»; onlar cəmiyyəti yeniləşdirir, onun inkişafını sürətləndirir.
Təkamülçülük konsepsiyası cəmiyyət inkişafının səbəblərini və gedişini başa düşməkdə əhəmiyyətli rol
oynamışdır. Belə ki, ictimai inkişafın obyektiv xarakteri etiraf olunmuş, cəmiyyətdəki proseslər geniş kontekstdə,
böyük tarixi perspektivdə nəzərdən keçirilmişdir. Lakin təkamülçülük böhranların, geriyə qayıtmaların, bəzi
cəmiyyətlərin dağılmasının və sivilizasiyaların məhvinin səbəblərini izah edə bilmədi. Əslində sosial prosesin
obyektivliyi ideyası da müəyyən |44 - 45] qədər şübhə altına alınırdı: onun əsas parametrləri (bilik, şəxsiyyətin
azadlığı, həmrəylik, texniki tərəqqi, məhsuldar qüvvələr) həm də neqativ meyllərin mənbəyi ola bilər. Məlum
olmuşdur ki, tərəqqinin bu amilləri fəal dağıdıcı qüvvəyə də çevrilə bilər: bütün dünyanı məhv etməyə qadir olan
20
silahlann yaradılması, ekoloji fəlakətlər doğuran risqIərin artması və s. bu qəbildəndir. Təkamülçülük tarix etibarilə
qısa zaman kəsiyində baş verən sosial hadisə və proseslərin də (məsələn, hökumətlərin dəyişilməsi, cinayətkarlığın,
fərdlərin davranışında kənaraçıxma hallanmn artması və s.) əsaslı izahını verə bilmədi.
Təkamülçülük qeyd olunan məhdudluq təzahürlərini cəmiyyətə münasibətdə yeni yanaşmalarla mümkün
qədər aradan qaldırmağa səy göstərmişdir. Bu baxımdan tsiklik inkişaf nəzəriyyəsi (O.
Şpenqler, A. Toynbi) və sosial
inkişaf nəzəriyyəsi (T. Parsons) diqqəti cəlb edir.
Tsiklik inkişaf nəzəriyyəsi cəmiyyətin təkamülünə onun daha mükəmməl vəziyyətinə doğru düzxətli hərəkət
kimi yanaşmır. Bu nəzəriyyəyə görə, təkamül yüksəliş, çiçəklənmə və enmənin spesifik qapalı tsikli, başa çatdıqda
yenidən təkrarlanan tsikli kimi təsəvvür olunmalıdır. Cəmiyyətin dəyişilməsi mayaka bənzəyir: müəyyən amillərin
fəaliyyəti və təsiri ilə bir nöqtədən başqa nöqtəyə mütərəddid hərəkətlər edən cəmiyyət ortada «soyuyunı və bununla da
öz sabitliyini bərpa edir.
T. Parsonsun sosial dəyişikliklər nəzəriyyəsi sistem nəzəriyyəsinə və kibernetikaya əsaslanır. Struktur və onun
dəyişilməsi modelinin əsasında müxtəlif sistemlərin (orqanizm, şəxsiyyət, sosial sistem və mədəni sistem) «kibemetik
iyerarxiyası» ideyası dayanır. Həmin sistemlər artan mürəkkəblik dərəcəsinin pillələri kimi nəzərdən keçirilir. O
dəyişikliklər daha dərin dəyişikliklərdir ki, onlar T. Parsonsun «etimad sistemi» adlandırdığı mədəni sistemə
toxunurlar. İqtisadi və siyasi çevrilişlər cəmiyyətdə mədəniyyətin səviyyəsinə toxunmursa, o, cəmiyyətin öz əsasını da
dəyişdirmir. Cəmiyyət [45 - 46] sosial sistem olmaq etibarilə davamlılığa, özünü təkraristeh-sal etmək qabiliyyətinə
malik olur ki, bu da onun əsas struktur ünsürlərinin sabitliyinin təzahüründə (adaptasiyasında) öz əksini tapır.
Müvazinəti qoru5mb saxlayan qüvvələrin, elementlərin nisbəti pozularsa, bütövlükdə ictimai sistem, onun əsas
struktur ünsürləri dəyişilməz qalır və itirilmiş müvazinət sürətlə bərpa olunur. Dəyişikliklər daxili dəyişikliklər olaraq
qalır, sistem isə özündə yeni təşəkkülləri inteqrasiya edərək, bütövlükdə dəyişilməz qalır. Sosial dəyişikliyin
bu növü
«müvazinətin dəyişilməsi» adlanır.
Sosial dəyişikliyin ikinci növü - «strukturun dəyişilməsi» isə nəzərdə tutur ki, daxilən
və kənardan olan güclü
təzyiq sayəsində sistem öz müvazinətini bərpa edə bilmir. Sosial sistemin bütövlüyünü saxlamaq üçün sosial
altsistemlərin və onların struktur ünsürlərinin (sosial rolların, institutların, təşkilatlann) modifıkasiyası baş verir.
Cəmiyyətin təkamülü sistemin keyfiyyətcə yeni vəziyyətinin meydana çıxması ilə bağlıdır. Parsons onu «təkamül
universaliləri» adlandırırdı. Sosial sistemdə əvvəlcə dörd universal! təşəkkül tapır: kommunikasiyalar sistemi,
qohumluq sistemi, din və texnologiya. Sonra isə həmin sistemdə struktur yenidən-qurması gedir: bürokratiya, pul,
bazar kompleksi, normativ tənzimləmə və demokratik birliklər.
T. Parsonsun fikrincə, cəmiyyətin tarixi inkişafı müəyyən mərhələlərdən keçir: bəsit, aralıq və müasir. Bəsit
mərhələdən aralıq mərhələyə keçid yazının icad olunması sayəsində mümkün olur. Müasir mərhələyə keçid isə
qanunvericiliyin inkişafı ilə bağlıdır. Daha ümumiləşmiş şəkildə cəmiyyətin inkişafını aşağıdakı «təkamül
mexanizmlərinə» aid etmək olar:
1.
Diferensiasiya - bu, cəmiyyətin quruluşunun mürəkkəbləşməsi ilə bağlıdır;
2.
Adaptasiya («adaptiv yüksəlmə») - bu, ətraf mühitlə yeni nisbət yaradılması (məsələn, yeni texnika, yeni
kommunikasiya vasitələri) deməkdir; [46 - 47]
3.
Cəmiyyətdə üzvlüyün həcmcə artması («inkiyuziya»); cəmiyyətdə üzvlüyün əvvəlki meyarları (sinif, etnik
mənsubiyyət, cins) təkamül şəraitində öz əhəmiyyətini itirir;
4.
Dəyərlərin ümumiləşdirilməsi; dəyişilən cəmiyyətdə dəyərlər və normalar müxtəlif qruplar üçün getdikcə
daha az dərəcədə məqbul ola bilir, universal, sosial sistemin tipindən asılı olmayan insan hüquqları və ideallan
(məsələn, insan hüquqları haqqında BMT-nin Bəyannaməsi) barəsində təsəvvürlər daha geniş yayılmağa başlayır.
T. Parsons belə hesab edir ki, cəmiyyətin təkamül mexanizmləri sosial sistemlərdə spesifik funksiyalarla və
altsistemlərlə bağlıdır. Cəmiyyətin ən mühüm altsistemlərinin əlaqələndirilməsi vasitələri pul və hakimiyyətdir.
Təsadüfi deyildir ki, müasir sosial sistemlərdə həmin vasitələr sosial münasibətlərə fəal təsir göstərir (məsələn, sosial
münasibətlərin siyasiləşməsi). Cəmiyyətin təkamülünə T. Parsonsun sistem yanaşması həm onun struktur
yenidənqurmasına səbəb olan, həm də ikinci dərəcəli olan hadisə və prosesləri aydm görməyə imkan verir. Lakin
cəmiyyətin inkişafı anlayışı ictimai sistemin normal vəziyyətindən kənara çıxması kimi şərh olunur, yəni həmin
anlayışın hüdudları xeyli məhdudlaşdırılır, sistemin təbii vəziyyəti yetərincə nəzərə alınmır.
Beləliklə, cəmiyyət sosial sistem olmaq etibarilə ən mürəkkəb və mübahisəli tədqiqat obyekti olaraq qalır. Ona
görə də cəmiyyətin inkişafı, təkamülü
barəsində, son dərəcə müxtəlif rəylərin, mövqelərin olması təbii sayılmalıdır.
4.
Cəmiyyətin əlamətləri
Sosiologiya cəmiyyət haqqında tipik, davamlı, təkrar olunan məqamların ayırd edilməsinə, araşdınimasma
xüsusi diqqət yetirir; həmin məqamlar cəmiyyətin əlamətləri kimi çıxış edə bilər.
21