Bu kateqoriyalardaıı hər biri daha az ümumilik dərəcəsində bir-biri ilə qarşdıqlı surətdə bağlı olan
kateqoriyalar sistemi kimi təsəvvür olunmalıdır. Məsələn, «sosial stmktur» kateqoriyası «sosial-sinfi struktur», «sosial
- demoqrafik struktur», «sosial-etnik struktun>, «sosial-ərazi birliyi» kimi kateqoriyalan əhatə edir. Öz növbəsində
bunlar da ümumilik səviyyəsi nisbətən az olan kateqoriyalan əhatə edə bilər.
Hazırda sosiologiyanın mühüm vəzifələrindən biri əhatə etdiyi kateqoriyalann elə sistemini yaratmaqdan
ibarətdir ki, o, sosioloji biliyin formalaşmasını və inkişafinı daha adekvat əks etdirsin.
6. Sosial-siyasi və humanitar elmlər sistemində
sosiologiyanın yeri
Müasir elmi biliklər sistemində həm diferensiasiya, həm də inteqrasiya meylini müşahidə etmək mümkündür:
[29 - 30] bir tərəfdən insan fikrinin təbiət və cəmiyyətin inkişaf proseslərinə daha dərindən nüfuz etməsi ilə əlaqədar
olaraq, elmlərin diferensiasiyası, ayrılması, əlahiddələşməsi prosesi gedir, biliklərin detallaşması, alimlərin
ixtisaslaşması zəmrətə çevrilir. Digər tərəfdən isə elmlərin inteqrasiyası, onların qarşılıqlı təsirinin genişlənməsi və
dərinləşməsi prosesi baş verir, nəticədə ümumiləşdirici məqamların əhəmiyyəti artır, onlan əks etdirmək zəmrəti
yaranır.
Sosiologiyanm təşəkkülü və inkişafında həmin meyllər spesifik şəkildə təzahür etmişdir. Bir tərəfdən sosioloji
bili}dn diferensiasiyası getmiş, yeni istiqamətlər meydana gəl-işdir. Bu istiqamətlərdən hər-birini müəyyən şərtiliklə
elm adlandırmaq olar: əməyin sosiologiyası, elmin sosiologiyası, ailənin və nikahın sosiologiyası, beynəlxalq
münasibətlərin sosiologiyası və s. Digər tərəfdən isə bütün xüsusi (sahə) sosioloji nəzəriyyələr ümumsosioloji
nəzəriyyəyə istinad edir: empirik sosial tədqiqatlar isə hər iki səviyyədə olan nəzəriyyələrə əsaslanır. Bu inteqrasiya
meylini çox qabanq şəkildə nümayiş etdirir. Elmi biliyin inteqrasiya meyli sosiologiyanm sosial-siyasi və humanitar
elmlərlə, habelə dəqiq elmlər və təbiət elmləri ilə əlaqələrinin möhkəmlənməsində öz ifadəsini tapır. Sosial-siyasi və
humanitar elmlər sistemində sosiologiyanm xüsusi yeri aşağıdakı səbəblərlə izah oluna bilər.
Birincisi, sosiologiya cəmiyyət, onun hadisə və prosesləri haqqında elm olduğuna görə həmin elmlər üçün
ümumi nəzəri əsas kimi çıxış edə bilir. Söhbət ilk növbədə ümum-sosioloji və xüsusi sosioloji nəzəriyyələrdən gedir.
İkincisi, sosial-siyasi və humanitar elmlər cəmiyyətin, insanın həyat fəaliyyətinin müxtəlif tərəflərini
öyrəndiyinə görə həmişə sosial aspekti özündə əks etdirməli olur.
Üçüncüsü, insanın, sosial qrupların, birliklərin fəaliyyətini öyrənmək texnikası və metodikası, sosial ölçmə
metodları və s. sosiologiyanm hüdudlarını keçir, digər sosial-siyasi və humanitar elmlərdə tətbiq olunur.
Dördüncüsü, sosiologiya ilə digər elmlərin qovşağında [30 - 31] həyata keçirilən sosial tədqiqatlar sistemi
təşəkkül tapmışdır: sosial-iqtisadi,
sosial-siyasi, sosial-demoqrafik və s. tədqiqatlar.
Sosiologiyanm sosial-siyasi və humanitar elmlər sistemində ümumi yer tutması onun fəlsəfi elmə çevrilməsi
demək deyildir. Sosial sistemlərin fəaliyyət və inkişaf qanuna-uyğunluqlanm, həmin qanunauyğunluqların müxtəlif
səviyyələrdə təzahür mexanizmlərini aşkara çıxaran
sosiologiya cəmiyyəti,
onun müxtəlif stmkturlanm,
konkret həyat
fəaliyyəti üsullarım və formalarım başa düşmək üçün hədsiz idrak imkanlan yaradır. Sosiologiyanm xüsusi ictimai
fənlərə münasibəti baxımından vəziyyəti, məsələn, ümumi biologiyanm xüsusi bioloji bilik sahələrinə (anatomiya,
fiziologiya, morfologiya, sistematika və s.) münasibəti baxımından vəziyyətinə bənzəyir. Ümumi biologiyanm
vəziyyəti onu «biologiyanm fəlsəfəsi» kimi səciyyələndirməyə əsas vermədiyi kimi, sosiologiyanm da ümumi mövqeyi
onu fəlsəfi elm kimi təqdim etməyə əsas vermir.
Sosiologiyanm müxtəlif sosial-siyasi və humanitar elmlərlə əlaqəsi eyni səviyyəli və eyni miqyaslı deyildir. Bu
əlaqə
bəzən gücü,
çoxcəhətli və intensivdir, bəzən isə nisbətən zəif və qeyri-intensivdir.
Sosiologiyanm bəzi sosial-siyasi və
humanitar elmlərlə əlaqəsinə, qısaca olsa da, diqqət yetirək.
Məlumdur ki, siyasi iqtisad maddi nemətlərin istehsalı, mübadiləsi, bölgüsü prosesində obyektiv surətdə
təşəkkül tapan münasibətlərin fəaliyyəti və inkişafının qanunauyğunluqlanni, formalarım öyrənir. Bütün sosial
münasibətlərdə, proseslərdə, habelə insanın bütün həyat fəaliyyətində iqtisadiyyat özünəməxsus yer tutduğundan
iqtisadi tədqiqatların bir çox istiqamətləri sosioloji tədqiqatlarm istiqamətləri ilə bilavasitə qovuşur. İqtisadiyyatın və
bölgü münasibətlərinin sosiologiyasını, əməyin və əmək kollektivlərinin sosiologiyasını xatırlamaq kifayətdir. Lakin
istehsal münasibətləri sistemində daxili, mühüm, sabit, təkrarlanan əlaqələr [31 - 32] kimi özünü göstərən iqtisadi
qanunlar başlıca olaraq insanların təsərrüfat fəaliyyəti vasitəsilə həyata keçirilir və konkret iqtisadi formalarda özünü
göstərir. Sosial qanunlar isə iqtisadi qanunlarla nəqədər bağlı olsa da, onlardan fərqli təbiətə malikdir. Müasir bazar
iqtisadiyyatının formalaşması təkcə iqtisad elminə deyil, həm də sosiologiyaya ciddi tələblər verir, onların
əməkdaşlığını ən müxtəlif istiqamətlərdə gücləndirməyi zəmri edir.
15
Sosiologiyanın politologiya ib qarşılıqlı əlaqələri getdikcə inkişaf edir. Çoxaspektli sosioloji todqiqatlann
aparılması, ictimai rəyin öyrənilməsi, zəngin empirik materialın toplanılması və i.a. bu əlaqələrin dərinləşməsində
böyük rol oynayır. Siyasətin sosiologiyası siyasi və sosioloji bilik sahələrinin əlaqəsini daha aydm nümayiş etdirir.
Politologiya siyasəti və siyasi münasibətləri, yəni siyasi hakimiyyətə görə sosial subyektlər arasındakı münasibətləri
öyrəndiyindən sosial məqamlara laqeydlik göstərə bilməz, sosial münasibətlərin və qanunlann təzahür xüsusiyyətlərini
nəzərə almaya bilməz. Bir çox mütəfəkkirlər (məsələn, M. Veber, V. Pareto və başqalan) siyasi məsələlərin tehlilinə
məhz geniş sosial kontekstdə yanaşmışlar. Sosiologiyanın və politologiyanın qarşılıqlı əlaqəsini qeyd edərkən unutmaq
olmaz ki, onlarm siyasətə yanaşması bir-birindən fərqlənir; politologiya başlıca diqqəti siyasi proseslər üzərində,
sosiologiya isə siyasətin iştirakçısı olan insan qruplarının fəaliyyəti üzərində cəmləşdirir.
Sosiologiyanın fəlsəfə ilə əlaqələri zəngin tarixi prosesdir. Sosial fəlsəfədən sosiologiyaya doğru inkişaf yolu
bunu əyani surətdə sübut edir. Fəlsəfə həm varlığın (təbiətin və cəmiyyətin),
həm də tofəkkürün,
idrak prosesinin tabe
olduğu ən ümumi qanunlan tədqiq etdiyindən sosioloji bilik sahələri ilə qırılmaz surətdə bağlıdır. Fəlsəfə dünyaya
ümumi baxış işləyib hazırlamaq, onun ümumi əsaslarını və qanunauyğunluqlanm tədqiq etmək zəruriyyətindən,
gerçəklik haqqında rasional şəkildə əsaslandırılmış təfəkkür metoduna [32 - 33] olan tələbatdan irəli gəlmiş, zaman
keçdikcə təkamül edərək öz xüsusi problematikasmı dəqiqləşdirmiş, sosiologiyaya müsteqil elm kimi «həyat vəsiqəsi»
verməyə məcbur olmuşdur. Bu gün də sosioloqlar filosoflarla birlikdə cəmiyyətin müstoqil və sivilizasiyalı inkişaf
yolunun irəli sürdü5di çoxlu məchullara cavablar axtarırlar. Etiraf edilməlidir ki, sosioloji tədqiqatlar fəlsəfi
tedqiqatlann konkret və əməli xarakterinin güclənməsində fəal rol oynamışdır.
Hüquq elmi (hüquqşünaslıq) da sosiologiyaya yaxın elmlərdən biridir. Bu elm xüsusi sosial normalardan ibarət
olan hüququ, bütövlükdə dövlətin və cəmiyyətin siyasi sisteminin təşkilini və fəaliyyətinin hüquqi formalarını
öyrəndiyindən sosial münasibətlərin təkmilləşməsində, sosial proseslərin idarə olunmasında bö5Üik məna kəsb edir.
Hüquq elmi dövlətin və hüququn inkişafının əsas qanunauyğunluqlarını, onların sosial rolunu, əsas funksiyalanm və s.
tədqiq edir, dövlət idarəetmə işlərinin konkretləşməsinə, hüquq normalarının düzgün tətbiqinə kömək göstərir və
beləliklə, insanların sosial fəaliyyətinin nizamlı və məqsədyönlü xarakterini gücləndirir. Hüquq elmi ümumsosioloji
nəzəriyyəyə istinad edir, həmin nəzəriyyənin başlıca müddəalarının konkret sahədə reallaşmasını təmin edir. Hüququn
sosiologiyasında iki elmin - hüququn və sosiologiyanın spesifik qovuşması çox aydm ifadə olunmuşdur. Sosiologiya
şəxsiyyətlərin, insan qruplarının sosial münasibətlərini və fəaliyyətini tədqiq edərkən həmişə hüquq elmlərinin
məlumatlanndan istifadə etmişdir. Qarşılıqlı bəhrələnmə hər iki bilik sahəsinə ancaq fayda verə bilər.
Sosiologiyanın tarixlə ən sıx və dərin əlaqəsi hamı tərəflndən etiraf olunur. Onlann ümumi cəhətləri sırasına
bunlar aid edilə bilər: həm sosiologiya, həm də tarix cəmiyyəti və onun qanunauyğunluqlarını (həmin
qanunauyğunluqların konkret təzahürlərində) öz tədqiqatlannm predmeti və obyekti hesab edir; sosial gerçəkliyi zəruri
ilə təsadüfinin vəhdətində bərpa edir; sosial hadisələrin genezisi, [33 - 34] yaranma və təzahürü səbəbləri, həmin
səbəblərin təsir gücü müxtəlif olduğundan onlann birmənalı olmayan izahını əsas tutur. Lakin tarixlə sosiologiyanın
fərqli cəhətləri də vardır. Belə ki, tarix artıq baş vermiş sosial prosesi, sosiologiya isə davam etməkdə olan sosial
prosesi izah edir. Sosioloq sosial vəziyyətləri, prosesləri hələ tarixə çevrilməmiş təhlil etməli, onlan proqnozlaşdırmalı
olur.
Tarixlə sosiologiyanın ümumi cəhətlərini əsas götürən bəzi tədqiqatçılar onlann elm kimi mövcudluğuna şübhə
ilə yanaşırlar. Onlar adətən iki məqamı nəzərə çarpdırmağa çalışırlar: tarix və sosiologiya öz növündə yeganə və
təkrarolunmaz faktlan öyrənir; insan fəaliyyəti bir səbəblə yox, çox səbəblə şərtləndiyinə görə onun nəticələri prinsipcə
qabaqcadan söylənilə bilməz. Bu bir həqiqətdir ki, sosial həyatda (istər keçmişdə, istərsə də indi) tam eyniyyət təşkil
edən iki hadisəyə, prosesə rast gəlmək mümkün deyildir. Ona görə nə sosiologiya, nə də tarix ancaq təkrar olunan
hadisə və proseslərin səbəblərini tədqiq edən elm kimi müəyyənləşdirilə bilməz. Bu elmlər iki cür problemlə rastlaşır:
a) cəmiyyətdəki obyektiv qanunauyğunluqlar; bunlar ictimai inkişafin məzmununu, xarakterini və istiqamətini
səbəbiyyət cəhətdən şərtləndirir; b) fərdi, təkrarolunmaz hadisə və proseslər; bunlar səbəbiyyət cəhətdən izah oluna
bilməz, lakin qanunauyğun xarakter daşımaqla cəmiyyətin inkişafindakı, onun tarixindəki «dolambaclara» mühüm
təsir göstərə bilir. Aydm məsələdir ki, obyektiv qanunauyğunluqlar ictimai inkişafın meyllərini müəyyən etsə də, fərdi,
təkrarolunmaz hadisələrin, proseslərin səbəbiyyət baxımmdan izahını verə bilməz.
Sosial qanunlann iki qrupunu fərqləndirmək lazımdır: 1) cəmiyyətin müxtəlif strukturlannm, habelə bu
strukturlann daxilində müxtəlif ünsürlərin qarşılıqlı fəaliyyətini ifadə edən sosial qanunlar. Bu qanunlar cəmiyyətin
inkişafında ən ümumi meylləri müəyyən edir; 2) əvvəllər təşəkkül tapmış şəraitin nəticəsi olan sosial qanunlar.
Bunlann fəaliyyəti cəmiyyəti təşkil edən qruplann, fərdlərin iradəsindən, fəaliyyətindən [34 - 35] əhəmiyyətli dərəcədə
asılı olub, fərdi və təkrarolunmaz xarakter daşıyan ən müxtəlif amillərlə şərtlənir.
Beləliklə, həm tarixi, həm müasir gerçəkliyə aid olan sosial qanunauyğunluq olduqca mürəkkəb xarakterə
malikdir. Bu qanunauyğunluq inkişaf meyllərinin bütün məcmusunu nəzərə almağı tələb edir; ümumi məqamlarla
16