inkişaf prosesini kəmiyyətcə qi}nnətləndirmək üçün adətən sosial mobilliyin sürəti və intensivliyi kimi
göstəricilərdən istifadə edirlər. Mobilliyin sürəti dedikdə «şaquli mobilliyin məsafəsi» başa düşülür. Məsələn, ali
məktəbi bitirdikdən və işə başladıqdan 3 il sonra hər hansı bir fərdə ali məktəbdə müəllim vəzifəsinə kimi yüksəlmək
nəsib olur. Onunla bir vaxtda qurtarmış digər tələbə yoldaşı isə ancaq orta məktəbdə direktor müavini vəzifəsinə kimi
5diksəlmişdir. Aydındır ki, bu halda birinci fərdin mobillik sürəti ikincidən bö5üikdür. Digər tərəfdən, əgər hər hansı
bir fərd yaranmış vəziyyətlə əlaqədar, ya da şəxsi zəifliyi nəticəsində 5Üiksək sosial vəziyyətdən cəmiyyətin lap aşağı
vəziyyətinə enirsə, onda onun haqqmda deyilir ki, sosial mobillik sürəti bÖ5dikdür, lakin bu sürətin istiqaməti aşağı
vəziyyətə doğru yönəlmişdir. [143 - 144]
Mobilliyin intensivliyi dedikdə, müəyyən vaxt ərzində sosial vəziyyətlərini şaquli və ya üfüqi istiqamətdə
dəyişən fərdlərin sayı başa düşülür. Belə fərdlərin sayı hər hansı sosial cəmiyyətdə mobilliyin mütləq intensivliyini
göstərir, onların digər hissəsi isə mobilliyin nisbi intensivliyini ifadə edir. Məsələn, əgər biz 40 yaşa qədər olan
boşanmış və başqa ailə qurmuş fərdlərin sayını nəzərə alsaq, onda söhbət bu yaş hüduduna olan üfüqi mobilliyin
mütləq intensivliyindən gedəcəkdir. Əgər biz 40 yaşa qədər olan bütün fərdləri bu yaşa qədər boşanaraq təzə ailə
quranlarla müqayisədə götürsək, onda söhbət sosial mobilliyin üfüqi istiqamətdə nisbi intensivliyindən gedəcəkdir.
Çox zaman mobillik prosesinə sürət və intensivliyin qarşılıqlı əlaqədə olması nöqteyi-nəzərindən baxılması lazım gəlir.
Bu halda həmin sosial birlik üçün ümumi mobillik indeksindən istifadə edilir. Bu yolla, məsələn, iki cəmiyyətdən
hansında müəyyən müddət ərzində mobilliyin göstəricilərinin çox və ya az olduğunu təyin etmək mümkün olur. Belə
indeks peşə, siyasi, iqtisadi sahədə fərdin fəaliyyətindən asılı olaraq hesablanır.
3.
Sosial mobilliyin inkişaf kanalları
Sosial mobillik həm fərdin özündən, həm də yaşadığı cəmiyyətin struktumndan asılıdır. Nəzərə almaq lazımdır
ki, yüksək statuslu vəziyyətə keçmək üçün mübarizəyə hazır olmayan fərdə açıq sinifli cəmiyyət çox az kömək edir.
Bəzi cəmiyyətlərdə gənclərin təkəbbürü nəticəsində mobillik kanalı üçün bir və ya iki dəfə imkan yarana bilir. Lakin
elə cəmiyyətlər də mövcuddur ki, həmin gənclər yüksək statuslu vəziyyətə çatmaq üçün daha çox yol əldə edə bilərlər.
Yüksək vəziyyətin yollan etnik və ya sosial-sinfi fərqlə, fərdin öz şəxsi xüsusiyyətləri ilə, bacanğmı tətbiq edə
bilməməsi ilə bağlı ola bilər. Lakin sosial vəziyyəti tamamilə dəyişmək, [144 - 145] yeni, daha yüksək sosial vəziyyətə
malik qrupun mədəniyyətinə daxil olmaq, yeni sosial ətrafla qarşılıqlı əlaqələri qurmaq prosesində çətin problemlər
yaranır. Mədəniyyət və əlaqə maneələrinin aradan qaldıniması üçün lazım olan üsullan fərdlər sosial mobillik
prosesində həyata keçirirlər.
Yeni sosial vəziyyətə çatmış fərdin gəliri daha yüksək mənsəbli sosial təbəqənin nümayəndələri ilə
bərabərləşdikdə sadəcə pul qazanıb çoxlu pul xərcləməsi kifayət deyildir. Yeni vəziyyətin dərəcəsini qavramaq
məqsədilə bu dərəcəyə uyğun yeni maddi ölçü təyin etməlidir. Yüksək vəziyyətə uyğun ev, kitab, avtomobil, televizor
və s. olmalıdır. Maddi məişət mədəniyyəti yüksək vəziyyət dərəcəsinə qoşulmaq üçün əhəmiyyətli vasitələrdən biri
olsa da, mədəniyyətin başqa komponentləri ilə uyğun gəlməməsi nəticəsində həmin vasitə öz əhəmiyyətini itirir.
Mobillikdə şaquli istiqamət götürən şəxsin daha yük-sək statuslu sosial-sinfi təbəqəyə daxil olması mütləq
həmin təbəqənin davranışını özündə əks etdirməlidir. Məsələn, əməliyyat müvəkkili bölmə
rəisi keçdikdə yeni şəraitə
uyğun dəyişməlidir və s.
Bir sıra hallarda nikah sosial mobillik üçün mühüm inkişaf kanallarından biridir. Belə ki, nikah həmişə sosial
mobillik zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına köməklik göstərir. Birincisi, maddi imkan fərdin şəxsi
bacanğmı göstərməsi üçün yaxşı imkanlar yaradır. İkincisi, fərdə bir çox vəziyyətləri maneəsiz irəliləməyə imkan
yaranır. Üçüncüsü, yüksək statuslu təbəqənin nümayəndəsi ilə nikahda olmaq həmin təbəqənin mədəniyyətini tez
öyrənmək problemlərini həll edir. Belə nikahlar adətən, bir çox cəmiyyətlərdə insanlara sosial maneələri dəf etməkdə
böyük imkan verir və onlann elit təbəqəyə keçməsini şərtləndirir. Əgər fərd tez bir zamanda yeni sosial vəziyyətin
mədəniyyətini öyrənə bilmirsə, onda bu nikah ona mobil olmaqda heç bir köməklik göstərə bilməyəcəkdir. Çünki belə
olan halda yuxan mənsəbli təbəqənin nümayəndələri onu «özününkü» [145 - 146] hesab etməyəcəklər.
İstənilən müasir demokratik cəmiyyətdə sosial mobillik imkanmm olması əhəmiyyətlidir, lazımdır və
mədəniyyətin aynimaz hissəsidir. Qapalı sinifli cəmiyyətlər sosial qruplarm istedadlı insanlanna sosial həyatda daha
fəal iştirak etmək imkanı vermir. Yüksək statuslu sosial mobillik yalmz mürəkkəb stmkturlu cəmiyyətlərdə
əhəmiyyətli və münasibdir.
Cəmiyyətin mobil sürətinin dəyişməsi aydındır ki, liderdən təkcə mexaniki olaraq
müəyyən qaydalann yerinə
yetirilməsini tələb etmir. Bundan başqa texniki nailiyyətlər əldə etmək məqsədilə cəmiyyətdə çoxlu sayda yüksək
ziyalı, ali təhsil almış peşəkar ekspertlərin olması lazımdır. Belə cəmiyyətlər lazımi yerlərdə «beyinsiz» keçinə
bilməzlər. Buradan aydındır ki, açıq sinfi sistem müasir cəmiyyət üçün zəmridir. Lakin açıq sistemin mobilliyi ona
daxil olan bəzi fərdlər üçün arzuolunmaz nəticələr verə bilər.
59