Açıq stratifıkasiya sisteminə malik cəmiyyətlərdə sosial mobilliyin qərarlaşmış kanalları mövcuddur. Məsələn,
hamı bilir ki, ali təhsil almaq nisbətən sadə və kifayət qədər etibarlı kanaldır. Savadsız ailədən çıxmış adam bu kanalla
irəliləyərək öz statusunu yüksəldə bilər və ixtisaslı, nüfuzlu əməklə məşğul olmaq imkanı qazana bilər.
Hər bir hərbçi
bilir ki, mərkəzdən uzaqda yerləşən və təhlükəli olan yerlərdə qulluq etmək mobillik kanalıdır, çünki bu, yüksək
rütbələrə tez çatmaq imkanı verir.
Digər mobillik kanalı ruhani karyerası ola bilərdi: böyük filosof, kardinal Nikolay Kuzanski kasıb balıqçı
ailəsində doğulmuşdu. Lakin o, monaxlığı qəbul etdi, təhsil aldı və zümrəyə qoşularaq yüksək status qazandı.
Dominantlıq edən sinfə mənsub olmaq üçün ailə kapitalına malik olmaq çox vacibdir. O müxtəlif formada ola
bilər: iri maliyyə və sənaye müəssisələri,
iqtisadi, siyasi, sosial və ailə münasibətlərinin şəbəkəsi, mədəniyyət
vasitələrinə müyəssərlik və i.a. Əksər hallarda dominantlıq edən sinfin üzvləri öz aralarında nikah bağlayırlar, eyni
məktəblərdə və ya [146 -147] nüfuzlu universitetlərdə oxuyurlar, ayn-ayn müəssisələrdə eyni inzibati şuralara daxil
olurlar və s. Məhz bu üç əsas element, yəni böyük iqtisadi vərəsəlik, geniş münasibətlər dairəsi və ailə tərəfindən
əhəmiyyətli dəstək siyasi və iqtisadi hakimiyyətin hakim siniflərin əlində olmasını təmin edir. Məsələn, D. Berto
Fransada maliyyə oliqarxiyasmm mövcud olmasını qeyd edir. Bu məhdud sayda ailələr fantastik varidata malikdirlər
və onlan idarə edirlər. Onlar fransız cəmiyyətində misli görünməmiş dərəcədə hakimiyyət sahibidirlər. Bu insanlar
bir-birinə pulla və qohumluqla bağlıdırlar. Onlar iqtisadiyyatın başında durmaqla yanaşı, həm də hakimiyyəti öz
əllərində saxlayırlar. Bank işi və oliqarxiyanm tarixi üzrə
mütəxəssislər göstərirlər ki, axırıncı 170 il ərzində
Fransada
maliyyə resursları və deməli, real siyasi hakimiyyət XVIII əsrin sonunda Napoleon Bonapartm hakimiyyətə gəlməsi
anından etibarən eyni ailələrin əlində cəmləşmişdir. Hakim sinfin daxilində olmaq üçün yaxşı olar ki, orada doğulasan
və ya bu sinfə mənsub olan insanla nikah bağlayasan.
Beləliklə, sosial iyerarxiyanın yüksək sferalarına giriş asan olmayan bir işdir. Sosial mobilliyə konyuktura
(böhran və ya iqtisadi artım şəraiti), eləcə də cəmiyyətin strukturu böyük təsir göstərir. Bunu ondan görmək olar ki,
mobillik barədə suallara cavab çox vaxt sosial təşkilatlanmanın təhlilindən tapılır. Hindistanda olduğu kimi, ənənəvi
cəmiyyətlərdə bu və ya digər sinfə mənsubluq əsas fakt kimi qəbul edilir. Bu halda söhbət, çox ehtimal ki, silkdən
gedir: silk daxilində doğulur, nikah bağlayır və ölürlər. Silkə əsaslanan cəmiyyətlərdə sosial siniflər digər siniflərdən
olan insanlar üçün tam qapalıdır. Bu qapalı sosial strukturlarda fərdlərin hansı yaxşı cəhətlərə malik olmalarından asılı
olmayaraq, onlarda sosial mobillik mümkünsüzdür.
Bizim cəmiyyətə oxşar cəmiyyətlərdə siniflər daha açıqdır. Sosial nərdivan üzrə qalxmaq və enmək
mümkündür; bu hallarda yüksələn və ya enən mobillik haqqında danışırlar. Mobilliyi bir adamın həyatı çərçivəsində də
nəzərdən keçirmək [147 -148] olar. Əgər günəmuzd işləyən insan informatika sahəsində mütəxəssisə çevrilibsə, bu,
intragenerasiya mobilliyidir (yəni bir nəslin hüdudlanndakı mobillikdir). Lakin mobilliyə başqa cür də baxmaq olar.
Məsələn, atası xarrat olan müəllimi götürək. Burada intergenerasiya mobilliyi göz qabağındadır (yəni, iki nəsli
bir-birinə bağlayan mobillik). Bəs belə hesab edə bilərikmi ki, biz elə açıq cəmiyyətdə yaşayınq ki, bütün sosial
trayektoriyalar mümkündür? Bizim valideynlərimizin sosial statusu bizim sosial piramidanın zirvəsinə çata bilmək
imkanımıza necə təsir edir?
Bu suallara cavab vermək üçün iqtisadi, siyasi və sosial konyukturanı nəzərə almaq lazımdır: müəyyən etmək
lazımdır ki, o, nəsildən-nəslə dəyişərək mobillik üçün daha artıq və ya daha qapalı struktura gətirib çıxanrmı? Qeyd
etmək olar ki, xalqm içərisindən çıxan bəzi fərdlər sosial piramidanın zirvəsinə çatmağa müvəffəq olurlar. Deməli,
iradə, eneqi, istedad, ailə mühiti, uğur kimi fərdi amillər öz rolunu o}mayır. Lakin bu amillər elə şərait və sosial
strukturda fəaliyyətə başlayır ki, burada aşağı siniflərdən olan fərdlər bu keyfiyyətləri cəmiyyətin üstünlük verdiyi
təbəqələrindən olan fərdlərdən daha arüq dərəcədə göstərməlidirlər. Çünki onlar lap əvvəlcədən iqtisadi, mədəni və
sosial kapital cəhətdən daha az üstünlüyə malikdirlər.
Açıq tipli cəmiyyətlər sosial qruplar arasında insanm sosial vəziyyətinin 54iksəlməsinə daha çox imkan verir,
lakin sosial mobilliyin deqradasiyası qorxusunu da yaradır. Belə ki, fərd öz aşağı vəziyyətinə görə cəmiyyəti
məzəmmət edə bilmir, amma aşağı vəziyyətin bütün məsuliyyətini özü daşıyır. Fərd öz vəziyyətinin 5äiksəlməsi üçün
çalışsa da onun aşağı vəziyyətinin saxlanmasma heç bir təminat yoxdur. Nə üçün başqalan 5mxan vəziyyətdə ola
bilərlər, o isə yox? Bir çox Avropa və Amerika ölkələrində sosial vəziyyətindən narahat olan ənənəvi olaraq ən çox orta
sinifdir.
Nisbətən açıq tipli sosial cəmiyyətdə təbəqələr arasmda bəzi adamlar sosial mobillikdə çox böyük sürət
götürərək, [148 - 149] yaxşı mənsəb sahibi olurlar, digərləri isə mənəvi cəhət-dən pozğunlaşaraq içkiyə, narkotik
maddələrin qəbuluna aludə olurlar. Bəzi fərdlər öz vəziyyətlərini saxlamaq məqsədilə sosial mobilliyin şaquli
istiqaməti üzrə bir sıra maneələr fikirləşirlər. Məsələn, həmkarlar ittifaqı, sahibkarlar ittifaqı, aktyorlar cəmiyyəti,
hüquqşünaslar cəmiyyəti və s. həmin maneələrdəndir. Bəzi fərdlər öz elmi adlan, dərəcələri ilə,
aktyorlar,
müəllimlər,
hərbçilər onlara verilən adlarla özlərini müdafiə edirlər.
Şaquli sosial mobillikdə irəliləmə təkcə güzəranın yaxşılaşmasa və imtiyazlar yox, həmçinin yeni
məhdudiyyətlər, məsuliyyət yaradır. Yeni vəzifənin yaradacağı əlavə gərginliyə və məsuliyyətə görə bəzi adamlar
onlara təklif olunan 5niksək vəziyyətə keçməkdən imtina edirlər. Yeni təyin olunmuşlarda
əsəbilik və stresslər
60