X
FƏSIL
SOSIAL TƏŞKILATLAR
1.
Sosial təşkilatların mahiyyəti
Sosial təşkilatlar məqsədyönlü sosial sistemlərdir. Sosioloji elmdə və gündəlik praktikada bu anlayışdan bir
neçə aspektdə istifadə edilir.
Birincisi, təşkilat dedikdə müəyyən insanlar qrupunun yeni normalar və qaydalar işləyib hazırlamağa,
dayanıqlı əlaqələr yaratmağa yönəlmiş qarşılıqlı əlaqələrini ifadə edən fəaliyyət forması başa düşülür. Məsələn, rəhbər
işçilər istehsalat prosesini elə təşkil etməlidir ki, əməliyyatların yerinə yetirilməsinin fasiləsizliyi və tezliyi təmin
edilsin. Bu fəaliyyət istehsalat prosesinin təşkili deməkdir.
İkincisi, təşkilat hər hansı bir obyektin
atributu kimi, onun
nizamlanma strukturuna malik olmaq cəhdi kimi başa düşülür. Bu mənada həmin anlayış təşkilatlanmış və ya
təşkilatlanmamış strukturları fərqləndirmək üçün istifadə edilir.
Üçüncüsü, sözügedən anlayış bəzən müəyyən ictimai
funksiyanı yerinə yetirən institut xarakterli sosial qrupu ifadə edir.
Qeyd olunan hər üç məna birbiri ilə sıx bağlıdır. Bu, təşkilatın mahiyyətini başa düşməkdə və onun elmi
təyinatını hərtərəfli açmaqda mühüm rol oynayır.
Sosial təşkilatların tədqiqatçılarından olan S. S. Frolov onlan məqsədlərin əldə edilməsinə yönələn rasional
sistemlər kimi xarakterizə edir.
Onun fikrincə, təşkilatların müəyyənləşdirilməsində aşağıdakı istiqamətlər
mövcuddur.'
Birinci istiqamət K. Bemardm nəzəriyyəsi ilə bağlıdır. Həmin nəzəriyyəyə görə, təşkilat insanların
kooperasiyasının elə növüdür ki, o, digər sosial qruplardan şüurluluğu və [182 - 183] məqsədyönlü olması baxımından
fərqlənir. Göründü}ü kimi, burada insanların birgə fəaliyyətinə, onlann kooperasiyasına, habelə məqsədə nail olmağın
zəruriliyinə daha çox diqqət yetirilir.
İkinci istiqaməti D. .Març və Q. Saymonun nəzər-nöqtələri daha yaxşı səciyyələndirir. Onlann fikrincə, təşkilat
qarşılıqlı fəaliyyətdə olan insanlann birliyidir. Elə birlik ki, o, cəmiyyətdə daha geniş yayılmışdır və mərkəzləşdirilmiş
koordinasiya sisteminə malikdir.
P. Blau və Y. Skott təşkilatlann müəyyənləşdirilməsinin
üçüncü istiqamətini təqdim edirlər. Onlann fikrincə,
təşkilatlar əsas məqsədlərin əldə olunması naminə formalaşdınhr.
A. Etsioninin mövqeyi
dördüncü istiqaməti ifadə edir. O göstərir ki, təşkilat spesifik məqsədləri həyata
keçirmək naminə təşkil olunan sosial birliklərdir. Burada başlıca diqqət təşkilatın, onun
üzvlərinin şüurlu
fəaliyyətinə yönəldilir.
Təşkilatın müəyyənləşdirilməsini açıqlayan bu istiqamətlərin təhlili onu digər sosial qruplardan fərqləndirən
iki səciyyəvi cəhəti qeyd etməyə əsas verir.
Birincisi, təşkilatlar bir-biri ilə qarşılıqlı əlaqədə olan, spesifik məqsədlərin
əldə edilməsinə yönəlmiş sosial qruplardır. Təşkilat üzvlərinin hərəkətləri fəaliyyətin konkret sahələrində nəzərdə
tutulan nəticələr əldə etmək üçün əlaqələndirilir. Məsələn, siyasi partiya öz proqramını reallaşdırmaq naminə fəaliyyət
göstərir.
İkincisi, təşkilat özünün yüksək dərəcədə formalaşmış olması ilə səciyyələnir. Təşkilatın daxili strukturunu
yaradan reqlamentlər, qaydalar və davranış normaları onun üzvlərinin bütün fəaliyyət sahələrini əhatə edir. Onlar aydın
və
dəqiq şəkildə təsbit olunur, bütün rolları və rol əlaqələrini ehtiva edir.
2.
Sosial təşkilatların əsas elementləri
Sosial təşkilatlar dəyişkən və mürəkkəb daxili struktura malikdir. Bu strukturun təhlilinə aşağıdakı modeldən
başlamaq olar: [183 - 184]
' Bax: C. C. Фролов. Социология. M., 2002. c. 196.
74