Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə51/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   73

-
 
həmin elmlərin inkişafına milli xüsusiyyətlərin müəyyən təsir göstərməsidir
-
 
həmin  elmlərin  qarşılıqlı  nisbətindəki  fərqlilikdir  (xüsusən  siyasi  sosiologiyanın  və  siyasi  elmin 
dövlətşünashqla, siyasi fəlsəfə, siyasi tarix və siyasi iqtisadla qarşılıqlı münasibəti və qarşılıqlı təsiridir); 
-
 
ayn-ayn  ölkələrin  sosial  elmlərində  üstün  paradiqmalann  bir-birini  əvəz  etməsi,  nəticədə  bu  fərqliliyin 
özünəməxsus  iz  buraxmasıdır.  Məsələn,  ABŞ-ın  siyasi  sosiologiyası  üçün  xalis  empirik  yönüm,  konflikt  və  siyasi 
hakimiyyət  strukturu  problemlərinə  üstün  diqqətin  formalaşması  xarakterikdir.  [219  -  220]  Almaniyada  siyasi 
sosiologiyaya dövlətşünashğm və siyasi fəlsəfənin, Bö5dik Britaniyada isə siyasi tarixin və siyasi iqtisadın fəal, güclü 
təsiri hiss olunur. 
Deməli,  siyasi  sosiologiyanın  xüsusi  istiqamət  kimi  formalaşması  və  təkamülü  kifayət  qədər  mürəkkəb 
zəmində baş vermiş, müxtəlif amillərin təsirinə məruz qalmışdır. Sosiologiya tarixinə nəzər yetirdikdə aydın olur ki, 
həm XIX əsrdə, həm də XX əsrdə əslində hər bir görkəmli sosioloq dövlət və cəmiyyət məsələlərini təhlil edərkən 
siyasi həyatın müxtəlif aspektlərinə toxunmuş, maraqlı, orijinal mülahizələr söyləmiş, yaşadığı cəmiyyətin, dünyanın 
siyasi reallıqlarını öz konsepsiyasına uyğun mənalandırmağa səy göstərmişdir. 
2.
 
Siyasi institutların mahiyyəti və fəaliyyəti 
Siyasi  institutların  təşəkkülü  uzunmüddətli  prosesdir.  O,  öz  başlanğıcını  qarşılıqlı  təsirin  keyfiyyətcə  yeni 
növü olan siyasi hakimiyyətin tədricən təşəkkül tapdığı vaxtdan götürür. Siyasi hakimiyyətin təsisatlaşması müasir 
sosial inkişafın zəruri şərtidir. 
Siyasi  institutlar  siyasi  hakimiyyətin  reallaşmasını  həyata  keçirirlər.  Bu  hakimiyyətin  zəruriliyi  onunla 
şərtlənir ki, fərdlərə, sosial qruplara müyəssər olan ehtiyatlar, sərvətlər və sosial cəhətdən əhəmiyyətli digər obyektlər 
heç zaman tükənməz deyildir. Onlara yiyələnmək sferasını genişləndirmək kimi təbii səyi məhdudlaşdıra bilən sosial 
cəhətdən müəyyənləşmiş hüdudlar olmalıdır. Belə ehtiyatlar, sərvətlər təkcə maddi xarakterli deyildir. Onlara həm də 
təhlükəsizlik, informasiya əldə etmək imkanı, status, nüfuz, hakimiyyət aiddir. Zəruri hüdudlar olmadıqda qarşılıqlı 
sosial  təsirlər  nizamlana  bilməz.  Anarxiyaya,  sosial  sistemlərin  nizamsızhğma  gətirib  çıxaran  mübahisələr, 
münaqişələr,  toqquşmalar  labüd  olar.  Hüdudların  müəyyənləşdirilməsi  və  təmin  [220  -  221]  edilməsi  cəmiyyətdə 
hakimiyyət  münasibətlərinin  qərarlaşmasmı  tələb  edir.  Hakimiyyət  mübahisə  və  münaqişələrin  inkişafının  elə 
hüdudlarını müəyyənləşdirməyə qadir olmalıdır ki, onlara nail olmağı təmin edən hakimiyyət qəran hamı tərəfindən 
məcburi akt kimi qəbul edilsin. 
Hakimiyyəti bir subyektin digər subyektin (və ya subyektlərin) davranış aktlarına, fəaliyyətinə nəzarət imkanı 
kimi müəyyənləşdirmək olar. Siyasi hakimiyyət bütövlükdə cəmiyyəti əhatə edir. Ancaq siyasi hakimiyyət üçün bütün 
növ  sanksiyaların  tətbiqi  hüququ  etiraf  olunur  (fiziki  məcburiyyət,  mülkiyyətdən,  azadlıqdan  məhrumetmə  və  s.). 
Lakin  siyasi  hakimiyyətin  zorakılığı  legitim  olmalıdır,  yəni  cəmiyyətin  əksər  üzvləri  tərəfindən  etiraf  və  qəbul 
olunmalıdır. 
Dövlət  mühüm  siyasi  institutdur.  O,  təsisatlaşmış  siyasi  hakimiyyəti  həyata  keçirir.  Siyasi  sosiologiya 
sahəsində maraqlı tədqiqatlan olan M. Veberə görə, siyasi hakimiyyətin bazası kimi legitimlik ənənəyə, əksəriyyət 
tərəfindən  etiraf  olunan  avtoritetə  (harizmaya)  və  rasional  seçimə  əsaslana  bilər.  Ənənəvi  hakimiyyət  qədimdən 
təşəkkül  tapmış  ənənələrin  sarsılmazlığına,  müqəddəsliyinə,  hakimiyyət  orqanlarının  təbii  qanuniliyinə  ən  ümumi 
inama  istinad  edir.  Harizmatik  hakimiyyət  bir  şəxsin  böyüklüyünə,  müqəddəsliyinə,  bütün  başqaları  üzərində 
üstünlüyünə, onun qəhrəmanlığına hökmran inama əsaslanır; belə hakimiyyətin əsası həmin şəxsin simasında millətin 
atası, rəhbəri, şəksiz lideri kimi təzahür edir; ona tam əminliklə. Könüllü, əqidə gücünə, şəxsi sədaqətlə tabe olurlar. 
Rasional  xarakterli  hakimiyyət  qərarlaşmış  qaydanın  qanuniliyinə  üstün  inama,  əksəriyyət  tərəfindən  dövlət 
orqanlarının hakimiyyəti həyata keçirmək hüququnun əsaslılığına istinad edir. 
Siyasi  hakimiyyət  müxtəlif  cür  yarana  və  bölüşdürülə  bilər.  Dövlət  idarəçiliyi  formalarının  ənənəvi 
tipologiyası  hakimiyyətin  bölgüsü  üsullarım  əks  etdirir:  avtokratiya,  yəni  bir  nəfər  idarəedicinin  hökmranlığı; 
oliqarxiya, yəni bir neçə imtiyazlı şəxsin hökmranlığı; demokratiya, yəni xalqın hakimiyyəti.  [221 - 222] Aristotel 
avtokratiyanın  tiraniyaya  (tiranın  hökmranlığı),  oliqarxiyanm  plutokratiyaya  (cinayətkarların  hökmranlığı), 
demokratiyanın oxlokratiyaya (yığnağın hökmranlığı) keçməsinin daim meydana gələn fenomenlərinə xüsusi diqqət 
yetirmişdir. 
Mütəxəssislərin fikrincə, məlum idarəetmə formasında qanunla özbaşınalığın qarşılıqlı nisbətinin əhəmiyyətli 
dərəcədə dəyişilməsi belə keçidin əsasını təşkil edir. Avtokratiyadan tiranhğa keçid öz təcəssümünü qanuni monarxm 
tiranla  əvəz  olunmasında  tapır.  Qanuni  monarxm  hakimiyyəti  varislik  hüququna  əsaslanır,  idarəetmənin  özü  isə 
mövcud qanunlara, norma və ənənələrə əməl etməklə bağlıdır. Tiranın idarəetməsi özbaşına zorakılığa əsaslanır, hər 
hansı norma ilə bağlı deyildir. Dövlət hakimiyyəti cinayətkar varlanma, əməl üçün istifadə olunduqda oliqarxiyanm 
plutokratiyaya  keçməsindən  bəhs  etmək  olar.  Oxlokratiya  isə  əksəriyyətin  elə  hökmranlığıdır  ki,  o,  qanunla  bağlı 
deyildir, yığnağın zorakılığına istinad edir. 
88 


XX əsrdə siyasi idarəetmənin xüsusi forması olan totalitar dövlət meydana gəlmişdir. Almaniyada hitlerizm, 
SSRİ-də stalinizm, Kambocada Pol Pot rejimi buna misal ola bilər. Totalitar dövlətin xarakteristikasında prinsipial 
cəhət hökmran qüvvə tərəfindən qanunlarm sadəcə olaraq özbaşına pozulması deyildir, hüquqi tənzimləmənin total, ən 
ümumi,  ən  əhatəli  terrorla  əvəz  olunmasıdır.  Qanunsuzluq  tiranlığm  mahiyyətidir.  Terror  totalitar  hökmranlığın 
mahiyyətü xüsusiyyətidir. 
Totalitar  dövlətin  xarakteristikasında  bu  xüsusiyyətləri  qeyd  edirlər:  vahid  dövlət  ideologiyası;  terrorun 
tətbiqi;  kütləvi  informasiya  vasitələri  üzərində  tam  nəzarət;  silahlara  nəzarətsiz  sərəncamçılıq;  iqtisadiyyatın  tam 
miqyasda idarə olunması. 
Ən yeni dövrdə hüquqi dövlət konsepsiyası etiraf olunur və inkişaf etdirilir. Bu konsepsiya istənilən dövlət 
fəaliyyəti  formasının  hüquqa,  ən  əvvəl  Konstitusiyaya  tabe  [222  -  223]  olması  ideyasına  əsaslanır.  Demokratik 
cəmiyyətdə Konstitusiyanın başlıca vəzifəsi vətəndaşların ən mühüm hüquq və azadlıqlarmı qorumaq naminə dövlət 
hakimiyyətinin həlledici məhdudlaşdıncısı, vətəndaş cəmiyyətinin əsas institutlannm özinkişafimn və özünütəşkilinin 
mühüm  təminatçısı  olmaqdır.  Konstitusiya  dövlət  hakimiyyətini  hüquqla  məhdudlaşdıraraq,  bəyan  etdiyi  mülki  və 
siyasi  hüquqlan  mühafizə  edir,  hüququn  başlıca  funksiyasını  reallaşdınr.  Bu  funksiya  azad  yaşamağın,  fəaliyyət 
göstərməyin  təcəssümü  və  meyan  olmalıdır.  Azadlıq  olmadan  hüquq  5mridik  fiksiyadır,  özbaşınalığın  pozitiv 
sanksiyasıdır. Hüquqsuz azadlıq hamının hamıya qarşı müharibəsidir, cəmiyyətin və dövlətin dağılmasıdır. 
Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu getdikcə daha mühüm nailiyyətlər qazamr. 
Siyasi partiyaların, həmkarlar və digər təşkilatlarm, birliklərin azad, sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradılır. 
Təhlil  göstərir  ki,  onlarm  fəaliyyətində,  qarşılıqlı  əlaqə  və  münasibətlərində  yeni,  maraqlı  cəhətlər  meydana  gəlir, 
tədricən  inkişaf  edir  və  sabit  meylə  çevrilir.  Kütləvi  informasiya  vasitələrinin  rolunun  artması  ictimai-siyasi 
həyatımızda  getdikcə  dərinləşən  demokratikləşmənin  mühüm  göstəricilərindən  biridir.  Lakin  nəzərdən  qaçırmaq 
olmaz ki, həm siyasi partiyalarm, müxtəlif təşkilatlana, həm də kütləvi informasiya vasitələrinin fəaliyyəti Konstitusiya 
prinsiplərinə, qanunçuluğa əsaslanmalıdır. Ümummilli, ümumdövlət maraqlan onlarm fəaliyyətində həmişə önəmli yer 
tutmalıdır. 
3.
 
Siyasi sosiallaşma 
Hazırda  ictimai  həyatın  siyasiləşməsi  inkişafımızın  xarakter  xüsusiyyətlərindən  birinə  çevrilmişdir.  Bu, 
təbiidir ki, siyasətin bütün aspektlərinin daha dərindən, hərtərəfli öyrənilməsinə ciddi tələbat doğur. Siyasi sosiallaşma 
aktuallığı getdikcə artan proseslərdən biridir. 
Siyasi  sosiallaşma  insanın  müvafiq  informasiyaya  yiyələnməsi,  siyasi  davranış  ideyalannı,  baxışlanm, 
nümunələrini qavraması prosesidir. 
Siyasi sosiallaşma ünsürləri məktəb yaşından əvvəl təzahür edə bilər. Lakin bu proses ilk məktəb yaşlarından 
etibarən  müntəzəm  xarakter  alır.  Belə  ki,  sosial  psixoloqlarının  və  pedaqoqlann  fikrincə,  8-13  yaş  uşaqda  siyasi 
baxışların  formalaşmasının  mühüm  mərhələsidir.  Bu  yaşda  siyasi  quruluşdan,  siyasi  proseslərdən  daha  çox  siyasi 
xadimlərdən, rəhbərlərdən bəhs etməyə meyllilik güclü olur. Başqa sözlə, ümumi siyasi proseslərin fərdləşdirilməsi 
aydın müşahidə edilir. Ayn-ayn ictimai qüvvələrə, hətta xalqlara, dövlətlərə rəğbət və ya nifrət, tənqidi mövqe təzahür 
edə bilər. Bu prosesdə ailədə və məktəbdə məsələlərin müzakirəsi, müəyyən yönümün olması (təbiidir ki, yaşhlann 
köməyi ilə) mühüm rol oynayır. 
13-14 yaşdan etibarən sosiallaşmanm yeni mərhələsi başlanır. Yeniyetməlik adlanan bu mərhələnin səciyyəvi 
xüsusiyyəti dağınıq siyasi informasiyanın müəyyən sistem halında formalaşmasıdır. Bu sistemdə nəinki siyasi həyatın 
ayn-ayn  məqamları,  ən  məşhur  şəxsiyyətləri  özünə  yer  tapır,  həm  də  ölkədəki  ümumi  siyasi  vəziyyət,  siyasi 
hakimiyyətin strukturu, cəmiyyətin və dövlətin məqsədləri barəsində müəyyən təsəvvür formalaşır. Məhz bu dövrdə 
müxtəlif ictimai təşkilatlann, o cümlədən siyasi yönümlü təşkilatlann fəaliyyətinə qoşulmaq istiqamətində ilk cəhdlər 
reallaşır. 
Bir çox cəmiyyətlərdə 18 yaş insanın siyasi həyatda tam hüquqlu iştirakının başlandığı müddət hesab olunur. 
İnsanın bir vətəndaş kimi təşəkkülü əsasən başa çatır. Bu zaman onun dünyagörüşü bir növ tamamlanmış məna kəsb 
edir. Siyasi rəğbət və ya nifrət qabarıq şəkildə təzahür edir. Bəziləri üçün siyasi proseslərdə iştirak etmək onun sonrakı 
həyatının  mühüm  komponentinə  çevrilir.  Millətin,  sosial  qrupun  struktur  ünsürü  olan  insan  konkret  şəraitdən  asılı 
olaraq [224-225] müstəqil surətdə siyasi fəaliyyətə qoşulur, cəmiyyətin siyasi münasibətlərini bu və ya digər dərəcədə 
təcəssüm etdirir. 
Bəzi tədqiqatçılann fikrincə, yetkin həyata qədəm qoymaqla siyasi sosiallaşma prosesi başa çatır. Bu fikirlə 
razılaşmaq çətindir. İş ondadır ki, öz həyatı dövründə insan, hətta müəyyən sosial qruplar öz siyasi yönümünü dəyişə 
bilər,  öz  siyasi  fəaliyyətini  başqa  formalarda  davam  etdirə  bilər,  gerçəkliyi  təhlil  edərək,  siyasi  dissidentə  çevrilə, 
yaxud siyasi məsələlərə laqeydlik yolunu tuta bilər. Deməli, insan bütün həyatı ərzində siyasi sosiallaşmaya məruz qala 
bilər. Onun gəncliyində formalaşmış siyasi mövqeyindən, müəyyən sərvət yönümlərindən uzaqlaşıb- 
89 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə