Sosiologiya



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə53/73
tarix30.04.2018
ölçüsü5,03 Kb.
#40607
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   73

XIII
 
FƏSIL
 
IDARƏETMƏNIN 
SOSİOLOGİYASI 
1.
 
idarəetmənin sosial təbiəti və strukturu 
Əvvəlcə bir-birinə çox yaxın olan iki anlayışın mənasına diqqət yetirilməlidir: menecment və idarəetmə. Bəzən 
həmin  anlayışları  ümumiyyətlə  eyniləşdirirlər.  Belə  eyniyyəti  texniki  mənada  qəbul  etmək  olar,  çünki  menecment 
hərfən idarəetmə deməkdir. Başqa sözlə, «menecment» və «idarəetmə» anlayışlarmı texniki mənada sinonim sözlər 
kimi  işlətmək  olar.  Qərbdə  menecment  anlayışının  işlədilməsində  kifayət  qədər  sərbəstlik  vardır.  Lakin  bəzi 
sosioloqlar  sosial-mədəni  hadisə  kimi  həmin  anlayışlarm  fərqləndirilməsini  zəruri  hesab  edirlər.  Onlann  fikrincə, 
menecment hər şeydən əvvəl kommersiya idarəetməsinin instrumentidir. İdarəetmə isə insanlann qarşılıqlı fəaliyyətini 
nizamlayan mexanizmdir. 
«İdarəetmə» və «sosial idarəetmə» anlayışlannı da müqayisə etmək və fərqləndirmək məqsədəuyğundur. Bu 
halda qeyd etmək olar ki, idarəetmə daha geniş anlayışdır; o, müxtəlif təbiətə malik orqanizmlərin, sistemlərin (bioloji, 
sosial,  texniki)  funksiyası  olub,  onlann  müəyyən  strukturunu  saxlamağı,  fəaliyyət  rejimini  nizamlamağı,  fəaliyyət 
məqsədlərini  reallaşdırmağı  təmin  edir.  Sosial  idarəetmə  isə  geniş  və  dar  mənada  işlədilir.  Geniş  mənada  sosial 
idarəetmə dedikdə bioloji və texniki sistemləri idarəetmədən fərqli olaraq, bütün və hər cür ictimai prosesləri idarəetmə 
başa düşülür. Dar mənada isə sosial idarəetmə cəmiyyət həyatının sosial sferasına xas olan hadisə və proseslərin idarə 
olunmasını nəzərdə tutur, sosial siyasətin reallaşdırılması vasitəsi kimi çıxış edir. 
İdarəetmə həmişə hakimiyyətin və səlahiyyətlərin prezumpsiyasma, aşağıların yuxarılara tabeliyinə, iqtisadi, 
sosial  və  mədəni  nemətlərə  yiyələnməkdə  bərabərsizliyə  əsaslanır.  Rolların  və  statusların  üfüqi  və  şaquli 
diferensiasiyası  müxtəlif  cür  təsbit  olunur.  İdarəetmə  fərdlərin,  qrupların,  kollektivlərin  fəaliyyətinin  müəyyən 
rejimidir, nizamıdır, nəzərdə tutulan norma və qaydaların hüdudlarında həmin fəaliyyətin məhdudlaşdınimasıdır. 
İdarəetmə  piramidası  mürəkkəb  struktura  malikdir.  O,  elə  qurulmuşdur  ki,  onun  konusunda  ən  imtiyazlı, 
səlahiyyətli vəzifələr yerləşir. Bu vəzifələr aşağı qatlardakı imtiyazsız, yaxud az imtiyazlı mövqelərlə müqayisədə çox 
azdır.  Deməli,  mövcud  yerlərə  nisbətdə  irəliləmək,  5üiksəlmək  iddiasında  olanlar  daha  çoxdur.  Yüksəlmək  səyi 
idarəetmə karyerasının əsas motividir. 
«İdarəetmənin  strukturu»  anlayışmı  idarəetmə  problemlərinə  həsr  olunmuş  ədəbiyyatda  tez  -  tez  rast 
gəldiyimiz «təşkilatın strukturu» anlayışı ilə müqayisə edək. Təşkilatın strukturu daha geniş anlayış olub, həm formal, 
həm də qeyri - formal təşkilatı əhatə edir. İdarəetmənin strukturu isə təşkilatın strukturunun mühüm ünsürü olub, ancaq 
formal təşkilatı əhatə edir. 
İdarəetmənin  strukturu  əslində  idarəetmə  səviyyələrinin  aşağıdan  5nıxanya  doğru  nizamlı  yerləşməsidir. 
Burada adətən üç səviyyəni ayırd edirlər: aşağı səviyyə (məsələn, sex rəhbərləri, baş ustalar); orta səviyyə (məsələn, 
şöbə, bölmə rəhbərləri); yüksək səviyyə (məsələn, baş idarəedici, bö5dik idarəedicilər). Bu, tipik struktur hesab oluna 
bilər.  İri  kompaniyalarda  bu  səviyyələr  arta  bilər  (məsələn,  aşağı,  kiçik,  orta,  böyük,  yüksək  səviyyələr).  Silahlı 
qüvvələrdə, sahə və regional idarəetmə orqanlarında idarəetmənin daha çox səviyyəsi mövcuddur. İcraçılarla (fəhlə və 
qulluqçularla) 5diksək səviyyə rəhbərləri arasında daha çox səviyyələr mövcuddursa, belə idarəetmə strukturunu şaquli 
idarəetmə strukturu adlandırırlar. Rəhbərlik səviyyələri az olduqda isə onu Üfüqi idarəetmə strukturu  adlandırırlar. 
[230 - 231] 
Bir neçə minilliklər ərzində mövcud olan, fünksional xidmətləri istisna edən ənənəvi idarəetmə strukturu xətti 
struktur adlanır. XX əsrin əvvəllərində meydana gələn, funksional xidmətlərin bütöv şəbəkəsini əhatə edən (kadrlar 
şöbəsi, reklam şöbəsi, təchizat şöbəsi, marketinq şöbəsi, mühasibat və s.) yeni idarəetmə strukturu xətti  - qərargah 
strukturu adlanır. 
Yüksək səviyyə rəhbərləri özlərini inzibatçılar hesab edirlər. Onlar firmanın, kompaniyanın və s. fəaliyyətini 
istiqamətləndirirlər.  Lakin  onlann  işində  inzibatçılıq  və  idarəetmə  birləşir:  inzibatçılıq  yüksək  rəhbərin  simasında 
təşkilatın başlıca məqsədlərini və siyasətini müəyyən edir, bütün digər rəhbərlərin məşğul olduğu idarəetmə isə həmin 
məqsədlərin və siyasətin reallaşması üçün zəruri olan əməliyyatlann yerinə yetirilməsini təmin edir. 
Təbiidir  ki,  inzibatçılıq  və  idarəetmə  fünksiyalan  qarşılıqlı  surətdə  kəsişirlər.  Həmin  fünksiyalann  yerinə 
yetirilməsi ilə eyni adamlann məşğul olması məcburi deyildir. Lakin istənilən səviyyədə ejmi bir şəxs öz iş vaxtının bir 
hissəsini inzibatçılığa, digər hissəsini isə idarəetməyə sərf edə bilər. İdarəetmə səviyyəsi 5diksək olduqca inzibatçılığa 
daha çox vaxt, idarəetməyə isə daha az vaxt aynlır və əksinə. İdarə-etmədən tam kənarda qalmaq isə əslində mümkün 
deyildir. 
92 


2.
 
Sosial idarəetmənin xarakter xüsusiyyətləri və 
struktur ünsürləri 
Yuxanda qeyd etdiyimiz kimi, idarəetmənin sosiologiyası sosioloji biliyin spesifik sahəsidir; o, idarəetmənin 
sosial  əsaslarmı,  dinamik  sistemini,  proseslərini,  onlarm  sosial  funksiyalarını  və  prinsiplərini,  idarəetmə 
qərarlarmın  xüsusiyyətlərini,  idarəetmə  fəaliyyətinin  sosial  tərəflərini,  onların  təşkilatlarda  və  cəmiyyətdə 
effektivlik dərəcəsini, idarəetmə sahəsindəki münasibətləri öyrənir. 
Sosiologiya  başlıca  diqqəti  sosial  sistemlərin  idarə  olunması,  başqa  sözlə,  sosial  idarəetmə  üzərində 
cəmləşdirir. 
Sözün geniş mənasında sosial idarəetmə birliklərin, habelə müəyyən çərçivədə sosial hadisə və proseslərin 
idarə  olunması  deməkdir.  Sözün  məhdud  mənasında  isə  o,  idarəetmə  subyektinin  müəyyən  fəaliyyət  prinsiplərinə 
əsaslanmaqla idarəetmə obyektinin qarşısında məqsəd və vəzifələrin qoyulmasına, həmin obyektə təsirin rəngarəng 
vasitə, üsul və metodlanndan istifadə etməklə onlarm həllini təşkil etməyə istiqamətləndirmək deməkdir. 
Bioloji və texniki sistemlərin idarə olunmasından fərqli olaraq, sosial idarəetmə ən əvvəl qarşıya şüurlu surətdə 
məqsədlər qo5mlması ilə səciyyələnir; həmin məqsədlər idarəetmə obyektinin səviyyə və miqyaslarından asılı olaraq 
diferensiallaşır.  Məsələn,  cəmiyyəti  idarəetmə  onun  keyfiyyət  spesifikasını  saxlamaqla,  onun  sabit  fəaliyyət 
göstərməsini,  təkmilləşməsini,  inkişafını  təmin  etməklə  əlaqədardır.  Təşkilatlan  idarəetmənin  məqsədi  ən  əvvəl 
stmktur bölmələrin ümumi vəzifələrin həllinə yönəlmiş səylərini əlaqələndirməkdən, onlann fəaliyyətinin səmərəsini 
yüksəltməkdən  ibarətdir.  Fərdi  səviyyədə  isə  idarəetmənin  məqsədi  işçilərin  öz  funksional  vəzifələrini  daha  yaxşı 
həyata keçirməsinə şərait yaratmaqdır. 
İdarəetmə cəmiyyətə onun istənilən inkişaf pilləsində daxilən xas olan xassədir; o, ən ümumi xarakter daşıyır, 
cəmiyyətin sistemli təbiəti, insan əməyinin ictimai kollektiv xarakteri, əməkdə və həyatın digər sahələrində qarşılıqlı 
təsirdə, ünsiyyətdə olmaq, öz fəaliyyət məhsullarım mübadilə etmək zərurəti ilə şərtlənir. 
Adətən  kortəbii  və  şüurlu  idarəetmə  mexanizmlərini  fərqləndirirlər.  Kortəbii  idarəetmə  bir-biri  ilə  kəsişən 
müxtəlif  qüvvələrin,  təsadüfi  faktlann,  amillərin  sistemə  təsirinin  nəticəsidir.  Şüurlu  idarəetmə  isə  idarəetmə 
subyektləri (ictimai institutlar, təşkilatlar - ayn-ayn rəhbərlər) tərəfindən həyata keçirilir. [232 - 233] 
Sosial idarəetmə öz obyektinin spesifikası ilə şərtlənən bir sıra xüsusiyyətlərlə səciyyələnir: 
1.
 
Sosial idarəetmə insanlann birgə fəaliyyətinin müxtəlif variantı mövcud olduğu şəraitdə meydana gəlir, bu 
fəaliyyətin normal axarını təmin edir, adamlann davranışına nizamlayıcı təsir göstərir. 
2.
 
Sosial idarəetmə idarəetmənin həm obyektini, həm də subyektini, ictimai münasibətlərin xüsusi növünü - 
idarəetmə  münasibətlərini  nəzərdə  tutur.  Bu  münasibətlər  inteqral  xarakter  daşıyır;  onlara  obyektiv  -  subyektiv 
xüsusiyyətlər xasdır; 
3.
 
Sosial idarəetmə hakimiyyəti, avtoriteti, habelə iradi məqamlan nəzərdə tutur. 
4.
 
Sosial  idarəetmə  insan  fəaliyyətinin  bir  növü,  onun  ətraf  mühitə  fəal  münasibətlərinin  bir  forması 
olduğundan həmin fəaliyyətin məqsəd və vəzifələrini, gedişini, vasitələrini də əhatə edir. 
5.
 
Müasir  dünyada  sosial  idarəetmə  siyasi  xarakter  daşıyır.  İdarəetmədə  insanlann  ictimai  həyatmm  və 
fəaliyyətinin  təkcə  obyektiv  tələbatlan  yox,  həm  də  onlann  mənafeləri,  maraqlan  nəzərə  alınır.  Bu  mənafelər 
cəmiyyətdə qərarlaşmış mövqelərin saxlanılmasına yaxud yeniləşməsinə, dəyişilməsinə istiqamətlənə bilər. 
Sosial idarəetmənin bilavasitə vəzifəsi sosial sistemdə, təşkilatda sosial nizam yaratmaqdır. Sosial nizam sosial 
sistemin  mütəşəkkilliyini,  sosial  hərəkətlərin  qaydaya  salınmasını  ifadə  edir.  Bu  o  deməkdir  ki,  sosial  nəzarət 
mövcuddur,  müəyyən  məhdudiyyətlər,  sanksiyalar,  normalar  fəaliyyətdədir,  sosial  hərəkətlərin  uyğunluğu, 
əlaqələndirilməsi,  sabitliyi  təmin  edilmişdir.  Sosial  nizam  yaratmaq  kimi  mürəkkəb  vəzifəni  yerinə  yetirmək  üçün 
idarəetmə orqanı (idarəedici sistem) idarə olunan sistemlə müqayisədə daha yüksək sosial nizam səviyyəsinə malik 
olmalıdır. Bu, idarəetmənin ən ümumi qanunlarından biridir. 
Sosial təşkilatlarda məqsədyönlü idarəedici təsirlə yanaşı [233 - 234] sosial nizamın digər mənbələri (təşkilati 
qayda  və  özünütəşkil)  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Təşkilati  qayda  funksiyaların  müəyyən  səviyyədə 
ixtisaslaşmasını, sosial hərəkətlərin eyni istiqamətliliyini və sinxronluğunu təmin etməlidir. Təşkilati effekt yüksək 
olduqca qarşıya qoyulmuş məqsədlərə çatmaq imkanlan da artır. Strukturlaşdırılmış sərt iyerarxik sistem bir tərəfdən 
sosial nizamın saxlanılmasına kömək edir, sosial hərəkətlərin qeyri - müəyyənliyini aradan qaldırır, digər tərəfdən isə 
idarəetmə strukturlanmn bürokratlaşmasmı gücləndirir. Sərt iyerarxiyanın qüsurlarını zəiflətməyə kömək edən əsas 
mexanizm özünütəşkildir. Sosial sistemlər yüksək dərəcədə özünütəşkil edən sistemlər kimi fəaliyyət göstərirlər. Ona 
görə də sosial idarəetmədə idarəetmə səyləri ilə sistemdə özünütəşkil meylləri arasında optimal nisbət olması mühüm 
şərtdir.  Mövcud  ictimai  mütəşəkkilliklə  sosial  qrupların  və  ayn  -  ayn  fərdlərin  onun  hüdudlarından  kənara  çıxma 
səyləri  arasında  meydana  gələn  ziddiyyətlərin  həlli  yollan  axtanimalıdır.  Çünki  sosial  təşkilat  təkcə  müəyyən 
məqsədlərə  çatmaq  instrumenti  yox,  həm  də  müxtəlif  mənafe  və  tələbatlara  malik  adamlan  birləşdirən  spesifik 
birlikdir. Bundan əlavə, real sosial qayda nəticə etibarilə çoxpilləli və rəngarəng özünütəşkil 
93 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə